Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə7/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

20 


 

 

 

 

I FƏSİL 

AZƏRBAYCANIN GEOSİYASİ  

İNKİŞAF TARİXİ 

 

§1.1. Azərbaycanın qədim zamanlardan Birinci dünya 

müharibəsinə qədərki geosiyasi vəziyyəti  

 

Beynəlxalq münasibətlər sisteminin əsasını qoyan Vestfal 



(1648) sülhünə  qədər Azərbaycanın çox mürəkkəb və ziddiy-

yətli bir inkişaf tarixi olmuşdur. Əhəmiyyətli ərazi xarakteris-

tikasına malik olan Xəzər hövzəsi, Cənubi Qafqaz, Anadolu və 

Mərkəzi Asiya bölgəsi daim xarici dövlətlərin, məşhur dünya 

sərkərdələrinin diqqətini çəkmiş, onların işğalçı yürüşlərinə 

məruz qalmışdır.  

 Azərbaycan ərazisində yaranmış qədim dövlətlər (Manna, 

Atropatena, Albaniya) ayrı-ayrı dövrlərdə müstəqil xarici siya-

sət yürüdərək,  ətraf aləmin vəziyyətindən asılı olmayaraq, öz 

ərazilərini və dövlətçiliyini qorumağa səy göstərmişlər. Lakin 

dünyada yaranmış geosiyasi və  hərbi-geostrateji vəziyyətin 

təsiri altında zaman-zaman Azərbaycanın siyasi coğrafiyasında 

da müəyyən dəyişikliklər olmuş, onun ərazisində mövcud olan 

dövlətlər nə qədər ciddi müqavimət göstərsə də, müxtəlif tarixi 

mərhələlərdə yadelli işğalçıların, daha güclü region dövlətləri-

nin, böyük imperiyaların hökmranlığı altına düşmüşlər. 

 Bizim  eradan  əvvəl Azərbaycan uzun müddət Midiya, 

Əhəmənilər, Sasani imperiyaları tərkibinə qatılmış, VII əsrdən 

Ərəb xilafətinin hakimiyyəti altına düşmüşdür. Ərəb xilafətinin 

süqutundan sonra Azərbaycan ərazisində meydana gəlmiş feo-

dal dövlətləri (Sacilər, Salarilər, Rəvvadilər, Şirvanşahlar, Şəd-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 21


dadilər) IX-XI əsrlərdə xarici aləmlə, qonşu ölkə  və xalqlarla 

müxtəlif istiqamətli əlaqələr yaratmış və öz suveren idarəçilik-

lərini qorumağa çalışmışlar. Sonrakı dövrdə Atabəylərin haki-

miyyəti dövrü (1136-1225-ci illər) istisna olmaqla Azərbaycan 

XV əsruin sonlarına qədər ayrı-ayrı işğalçı imperiyaların- XI-

XII  əsrlərdə Böyük Səlcuq imperiyasının, XIII əsrdənsə 

Hülakilərin tərkibinə qatılmışdır. 

 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357-ci illər) 

Şirvanşah Kavusla birləşərək Hülaki dövlətinin varlığına son 

qoyur. Lakin monqol-tatar (türk-Ə.H.) mənşəli cəlairilər, coba-

nilər və teymurilər 1367-1410-cu illərdə yenə Azərbaycanda 

öz hökmranlıqlarını davam etdirirlər. 

 Beləliklə, göründüyü kimi Azərbaycan uzun müddət ya-

delli işğalçıların hökmranlığı altında yaşamağa məcbur edilsə 

də xalq öz milli inkişafını heç zaman dayandırmamış, hətta 

böyük və  fərqli imperiyaların tərkibində belə özünəməxsus 

maddi-mənəvi dəyərlərini, dilini, milli varlığını qoruyub saxla-

mağa və inkişaf etdirməyə nail olmuşdur. Elə bu inkişafın 

nəticəsində Azərbaycanda Avropadan daha əvvəl – XV əsrin 

sonlarından etibarən yerli Səfəvilərin mərkəzləşmiş milli dövlət 



hərəkatı başlanmışdır.  

Mərkəzləşmiş milli dövlət hərəkatının meydana gəlməsi 

ücün zəruri  əlverişli zəmin  əvvəlki dövrlərdə- Atabəylər döv-

ləti (XII-XIII əsrlər), Qaraqoyunlu, Ağqoyunlu dövlətləri (XV 

əsr),  Şirvanşahlar dövləti (XV-XVI əsrlər) və s. zamanında 

yaşanan siyasi proseslərin nəticəsi kimi meydana çıxmışdır. 

Həmin dövlətlər mürəkkəb geosiyasi şəraitdə öz qonşuları ilə 

və o dövrün digər dövlətləri ilə xarici təmaslar qurmuş, müx-

təlif səviyyəli diplomatik əlaqələr yaratmışdırlar.

2

 



                                                 

2

 Bax: Əfəndiyev O.A. Azərbaycan Səfəvilər dövləti. B., 1993; Mahmudov Y. 



Azərbaycan diplomatiyası. Ağqoyunlu və Səfəri dövlətlərinin Avropa ölkələri 

ilə əlaqələri (XV-XVII yüzilliklər). B., 2006. 




 

ßËÈ ÙßÑßÍΠ

 

22 


 Mütəxəssislərin fikrinə görə, Avropada milli dövlətlərin 

yaranması prosesinin başlanması  və  Qərbi Roma dini imperi-

yasının süqutu ərəfəsində Azərbaycan  ərazisində yaradılmış 

Səfəvilər dövləti regionun nüfuzlu dövlətlərindən birinə çevrilə 

bilmişdir. Səfəvilər dövləti özünün bütün parametrləri ilə (va-

hid ərazi, kompakt yaşayan əhali (xalq), əhalinin de-fakto idarə 

olunması, başqa dövlətlər tərəfindən tanınma və s.- Ə.H.) 

Vestfal prosesinin prinsiplərinə cavab verirdi. Bu dövlət 

bölgədə kifayət qədər müstəqil xarici siyasət fəaliyyəti həyata 

keçirir və dünya dövlətləri içərisində  öz  nüfuzu  ilə seçilirdi. 

Səfəvilər həm bə təkcə milli dövlət yaratmaq və onu qorumaq-

la kifayətlənməmiş, dövrün tələblərinə uyğun olaraq öz sər-

hədlərini genişləndirmək, yeni əraziləri  ələ keçirmək siyasəti 

də yürütmüşlər. Xüsusən, I Şah  İsmayılın dövründə (1501-

1524) Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləş-

dirməyə nail olmuş  və keçmişdə ayrı-ayrı qonşu imperiyalar 

tərəfindən tutulmuş digər  əraziləri geri qaytarmaq uğrunda 

qanlı müharibələr aparmışdır. Onun xarici siyasət xətti, güd-

düyü dövlət maraqları  həmin dövrdə Osmanlı imperiyasının 

siyasəti ilə toqquşduğundan iki ölkə arasında uzun müddətli 

müharibələrə səbəb olmuşdur (1514), (1578-1590 və s.). Mütə-

xəssislərin fikrinə görə, Avropa ölkələri və Rusiya tərəfindən 

qızışdırılan osmanlı-səfəvi münasibətləri hər iki dövləti, xü-

susən Səfəviləri tədricən zəiflətmişdir.

3

 

I  Şah Abbas dövründə (1587-1629) Səfəvilərin itirilmiş 



torpaqlarını geri qaytarmaq, mərkəzləşmiş dövləti yenidən bər-

pa etmək istiqamətində  həm daxildə, həm də xarici aləmlə 

uzun müddətli ciddi iş aparılsa da, bu dövlətin əvvəlki sərhəd-

lərini bərpa etmək mümkün olmamışdı. 1590-cı ildə İstanbulda 

Osmanlı dövləti ilə bağlanan sülh sazişinə görə (Səfəvi-Os-

                                                 

3

 Bax: Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). 



B., 1999. 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə