Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə8/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 23


manlı müqaviləsi) Azərbaycan torpaqları iki hissəyə bölün-

müşdür. Müqaviləyə  əsasən, Azərbaycanın  Şirvan, Qarabağ, 

Təbriz, Sərab, Marağa və ondan qərbdə yerləşən bütün ərazi-

ləri Osmanlı dövlətinə keçmiş, Xalxal, Ərdəbil, Qaradağ, Talış, 

Zəncan və Sultaniyə torpaqları Səfəvilərdə qalmışdır. 

I  Şah Abbas dövründə  Səfəvi dövləti fars vilayətləri və 

digər ərazilər hesabına bir qədər də genişlənmiş və Azərbaycan 

çərçivəsindən çıxaraq ümumi imperiya idarəçiliyinə keçmişdir. 

Osmanlının tabeçiliyində olan ərazilərə  (əsasən azərbaycanlı-

ların yaşadığı  Qərbi Azərbaycan torpaqları-  Ə.H.) yaxınlığına 

görə, Səfəvilər təhlükəsizlik baxımından paytaxtı  Təbriz və 

sonra Qəzvin şəhərlərindən ölkənin daha içərilərinə – fars əya-

lətlərinə  (İsfahana) köçürmüşlər. Həmin vaxtdan Azərbaycan 

torpaqları bu imperiyanın çərçivəsində “Azərbaycan vilayəti” 

adlandırılaraq “bəylərbəyliyi” statusunda idarə edilmişdir. Əf-

şarlar tayfasını  təmsil edən Nadir şahın hakimiyyətindən 

(1736-1747 sonrakı dövrdə  də bu dövlətə  və ondan ayrılmış 

xanlıqlara mənşəcə azərbaycanlılar olan şahlar başçılıq etsələr 

də (İranda yalnız 1925-ci ildə Pəhləvilərin idarəçiliyə gəlməsi 

ilə fars mənşəli  şahlar ölkə  rəhbərliyinə keçmişdir -Ə.H.), bu 

dövlət artıq xarici aləmdə Səvəvilər dövləti kimi deyil, tədricən 

Persiya, sonralarsa İran adından çıxış etməyə başlamışdır. 

 Osmanlı-Səfəvi qarşıdurması  nəticəsində, göründüyü ki-

mi, Azərbaycan iki hissəyə bölünmüş  və azərbaycan xalqının 

məskunlaşdığı etnik ərazilərin sərhədlərinin miqyasında dəyi-

şiklik baş vermişdir ki, bu da regiondakı geosiyasi şəraiti xeyli 

dəyişmişdir.  Əslində sonrakı illərdə  də bu iki imperiya ara-

sındakı qarşıdurma dayanmamış  və müharibə  vəziyyəti XVII 

əsrin ilk yarısına qədər davam etmişdir. İtirilmiş torpaqları geri 

qaytarmağa çalışan  Şah Abbas 1603-cü ildə  Təbrizi, 1604-

1605-ci illərdə Naxçıvanı, Makunu və Araz çayı sahillərindəki 

torpaqları, İrəvanı, Qarabağı, Sərabı osmanlılardan azad edərək 




 

ßËÈ ÙßÑßÍΠ

 

24 


Azərbaycana birləşdirmişdi. 1607-1616-cı illərdə Səfəvi ordu-

su Gəncəni, Şirvanı, Dərbəndi ələ keçirmiş və ölkənin sərhəd-

lərini qısa müddətə olsa da xeyli genişləndirmişdir ki, bu da 

regionun geosiyasi vəziyyətini yenidən dəyişmişdi. 1612-cı il 



Sərab  və 1639-cu il Qəsri-Şirin sülhünün şərtləri nəticəsində 

uzunmüddətli Osmanlı-Səfəvi müharibələrinə XVIII əsrin 

əvvəllərinədək son qoyulmuş  və bölgədə müvəqqəti sakitlik 

bərpa olunmuşdu.  

Lakin uzunmüddətli müharibələr nəticəsində  Səvəvilərin 

ölkəsi ağır vəziyyətə düşmüşdü, ölkə ərazisindəki əksər xalqlar 

narazı idi. Odur ki, XVIII əsrin  əvvəllərindən azərbaycan və 

fars  əyalətlərində  Səfəvi idarəçiliyinə qarşı kortəbii üsyanlar 

başladı. Bu dövrdə Avropada və dünyada mərkəzləşmiş döv-

lətlərin getdikcə güclənməsi, müstəmləkəçilik siyasətinin vüsət 

alması  və  ənənəvi imperiyaların tədricən keçmiş müstəmləkə 

ərazilərindən sıxışdırılması prosesi gedirdi. Səfəvi dövlətinin 

zəifləməsi və daxildə artan narazılıq mərkəzləşmiş dövlətin 

müxtəlif xanlıqlara parçalanmasını qaçılmaz edirdi. Bu proses 

daha çox həmin dövrdə Qafqazda, Xəzər-Qara dəniz hövzə-

sində getdikcə öz imperiya maraqlarını reallaşdırmağa başla-

yan Böyük Britaniya və Rusiya imperiyalarının işinə yarayırdı.  

1700-1721-ci illərdə Rusiya Skandinaviya ölkələri ilə 

apardığı  Şimal müharibəsi nəticəsində Baltik dənizinə  çıxış 

əldə etdi və Rusiya “İmperatorluq” elan edildi. Lakin Baltik 

dənizi ilin çox hissəsini donduğundan ucuz və  sərfəli dəniz 

ticarəti üçün əlverişli deyildi. Ona görə  də Rusiya imperator-

luğu isti dənizlərə yiyələnmək planlarını həyata keçirməyə baş-

ladı. Həmin niyyətləri həyata keçirmək uğrunda bütün vasitələr 

məqbul hesab edilirdi. Rusiya Şimali Azərbaycan  ərazisinə- 

Dərbənd,  Şirvan, Gəncə  və digər bölgələrə diplomatik missi-

yalar, kəşfiyyat məqsədi güdən ekspedisiyalar göndərməyə 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 25


başladı. I Pyotr Xəzər sahili ərazilər və Qafqaz üzərinə böyük 

yürüşlər üçün planlar hazırlayırdı. Çarizm ayrı-ayrılıqda Qaf-

qazda həm Osmanlı, həm də Səfəvi şahları ilə separat danışıq-

lar aparır, onların arasında mövcud olan ziddiyyətlərdən isti-

fadə etməyə çalışırdı. Rusiya 1722-1723-cü illər  ərzində  Dər-

bənd, Bakı və Rəşt üzərinə yürüş edərək Xəzərboyu Azərbay-

can vilayətlərini işğal etdi. Bu vəziyyət regionun coğrafiyasın-

da yeni geosiyasi dəyişikliklər əmələ gətirdi. 

Səfəvilərin getdikcə  zəifləməsi və baş verən hakimiyyət 

dəyişikliyi Qafqaz uğrunda Osmanlı  və Rusiya imperatorluq-

ları arasında amansız rəqabətin güclənməsinə  gətirib çıxardı. 

Lakin hər iki dövlət qanlı müharibələrdən imtina etdi və nəti-

cədə 1724-cü ildə  İstanbulda sülh müqaviləsi imzalandı.  Mü-

qaviləyə görə, Türkiyə  Səfəvi  şahlarının “Rusiyaya güzəşt et-

diyi Xəzərsahili”  Şimali Azərbaycan torpaqlarının yeni sta-

tusunu təsdiq etdi. Bunun əvəzində isə Rusiya Şirvan istisna 

olmaqla Səfəvilərə  məxsus digər Qərbi Azərbaycan  ərazilə-

rinin və  Cənubi Qafqazın bir hissəsinin (Azərbaycanlılar ya-

şayan Borçalı  və digər vilayətlərin, Batumun. Krımın və s.-

Ə.H.) Osmanlı dövləti tərəfindən tutulmasına etiraz etmə-

yəcəyinə təminat verdi.  

Beləliklə, Rusiya və Osmanlı dövlətləri Səfəvilər dövlə-

tinin bir qism Azərbaycan  ərazilərini öz aralarında bölüşmək 

barədə razılığa gəldilər ki, bu da bir tərəfdən Azərbaycanın 

siyasi cöğrafiyasında və geosiyasi xəritəsində yeni dəyişiklik 

əmələ  gətirdi, digər tərəfdənsə bölgədə tamamilə yeni geosi-

yasi vəziyyət yaratdı. 

 Bu zamandan etibarən çarizm dairələri  “Bakı  və Azər-



baycan” ifadələrini öz istilası altında olan Şimali Azərbaycan 

torpaqlarına aid edərək, bu torpaqlara rus əyaləti kimi baxmağa 

başlandılar. Belə yanaşma onların Bakıya münasibətdə strateji 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə