Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə9/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

26 


niyyətlərindən xəbər verirdi və bütün sonrakı dövrlərdə, hətta 

sovet hakimiyyəti illərində də Bakının Rusiyaya birləşdirilməsi 

planlarını reallaşdırmağa cəhdlər edildi.  

 Xəzərətrafı əraziləri işğal etdikdən sonra Rusiya müvəqqəti 

olaraq Qafqazda bir qədər sakitləşdi. Bu sakitləşmə sonrakı iş-

ğallar üçün gücün çatışmaması, qüvvələrin səfərbər edilməsi və 

Rusiyada imperator I Pyotrun ölümündən sonra baş vermiş ha-

kimiyyət dəyişkənliyi ilə bağlı idi. Hətta, yeni Rusiya impera-

toru rus ordularını bir müddət Azərbaycandan geri də çağırdı və 

bu ölkənin Qafqaz siyasətində qeyri-müəyyənlik yarandı. 

Bu zaman Osmanlı dövləti ilə  Səfəvi  şahları arasında 

yenidən 1724-1735-ci illərdə  Cənubi Azərbaycan və  Cənubi 

Qafqaz uğrunda ciddi mübarizəyə başladı. Görkəmli sərkərdə

milliyyətçə azərbaycanlı olan Nadir şah Türkiyəni bütün 

Cənubi Azərbaycan və Cənubi Qafqazdan çıxarmağa nail oldu. 

Bunun ardınca Nadir şah 1735-ci ildə Rusiyanı “Gəncə mü-

qaviləsi”ni imzalamağa məcbur etdi. Müqaviləyə görə, Rusiya 

öz ordularını bütün Xəzərsahili  ərazilərdən geri çəkməyə 

məcbur edildi. Beləliklə, Azərbaycanın və  Cənubi Qafqazın 

siyasi coğrafiyasında yenidən dəyişiklik baş verdi.  

 Osmanlı  və ruslar üzərində parlaq qələbə qazanan Nadir 

şah əksər Azərbaycan torpaqlarını öz hakimiyyətinə tabe edə-

rək 1747-ci ilə  qədər Səfəvilərin səltənətində tam hökmdarlıq 

etdi. Nadir şahın ölümündən sonra XVIII əsrin ortalarında 

onun yaratdığı  mərkəzi hökumət yenidən parçalandı. O dövr-

dən başlayaraq Azərbaycan dövlətçiliyi mərkəzi hökumətdən 

ayrılan bir çox xanlıqların timsalında davam etdirildi. Cənub 

ərazilərində- Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, 

Maku,  Ərdəbil,  Şimal  ərazilərində isə- Naxçıvan, Qarabağ, 

Gəncə, Bakı, Quba, Şəki, Şamaxı, İrəvan, Lənkəran və Cavad 

xanlıqları yarandı. Xanlıqların yaranması sonrakı tarixi proses-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 27


lərdə Azərbaycanın geosiyasi vəziyyətinə ciddi təsir edən 

obyektiv amillərdən biri oldu. 

 Daxili  idarəçilik sistemini quran xanlıqlar müstəqil siya-

sət yürütməyə, qonşu dövlətlərlə – Rusiya, Türkiyə  və digər 

qonşu dövlətlərlə  əlaqələr yaratmağa başladılar. Xanlıqların 

xarici siyasəti kifayət qədər müstəqil idi. Onların özlərinin 

ordu hissələri, maliyyə  və idarəçilik sistemləri var idi, xarici 

ölkələrlə müstəqil yazışmalar həyata keçirirdilər.  

Heç  şübhəsiz, xanlıqlar hərbi-siyasi cəhətdən regionun 

böyük dövlətlərinin müstəmləkə siyasətinə qarşı  çıxmaq qüd-

rətində deyildilər. Bununla belə, onlar Azərbaycan xalqının 

qədim və  zəngin dövlətçilik  ənənələrini qoruyub saxlayır və 

ətraf dövlətlərlə sərbəst münasibətlər yaradırdılar. 

Xanlıqların Rusiya, Türkiyə və digər qonşularla qarşılıqlı 

münasibətləri daha çox milli təəssübkeşlik və dini birlik amil-

ləri üzərində qurulurdu. Bu dövlətlərin hər biri  yerli xanlıqlar-

dan öz siyasi və strateji maraqları naminə istifadə edərək 

Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməyə 

çalışırdılar. Rusiya gürcüləri və erməniləri, Türkiyə isə azər-

baycanlıları  və digər müsəlman xalqlarını öz himayəsi altına 

alaraq, onların xarici aləmlə  təmaslarına nəzarət etməyə çalı-

şırdı. Burada dini və etnik amillərin arxasında hər bir dövlətin 

geosiyasi niyyətlərinin reallaşdırılması istəkləri dururdu. 

XIX əsrdə Azərbaycan torpaqlarının geosiyasi vəziyyətin-

də yeni ciddi dəyişikliklər baş verdi. Rusiya-İran, Rusiya-

Türkiyə və Türkiyə-İran arasında aparılan bir neçə qanlı müha-

ribə  nəticəsində Qafqazda və Azərbaycanda yeni geosiyasi 

vəziyyət yarandı. 1804-1813 və 1826-1828-ci illər Rusiya-İran, 

1806-1812 və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri 

ilə Rusiya Azərbaycanın  şimalındakı xanlıqları  və Qara dəni-

zin şərq hissəsi də daxil olmaqla Cənubi Qafqazın digər ərazi-



 

ßËÈ ÙßÑßÍΠ

 

28 


lərini tam işğal edərək öz tərkibinə qatdı. Şimali Azərbaycanın 

geosiyasi vəziyyəti tamamilə dəyişdi. İşğal edilən Şimali Azər-

baycan xanlıqlar formasında, azərbaycanlılar isə bakılı, şirvan-

lı, naxçıvanlı, irəvanlı, lənkəranlı və b. adlarla  Rusiya imperi-

yasının tərkibinə qatıldılar.  

1813-cü il Gülüstan

4

 və 1828-ci il Türkmənçay



5

 sülh mü-

qavilələrinin şərtlərinə görə, Şimali Azərbaycan bötövlükdə və 

Qərbi Azərbaycanın bir hissəsi (İrəvan xanlığının  ərazisi və 

azərbaycanlılar yaşayan Gürcüstanın Borçalı vilayəti-  Ə.H.) 

Rusiyanın, Cənubi Azərbaycan bötövlükdə həmin vaxtdan son-

ra bəzi mənbələrdə artıq İran dövləti kimi təqdim edilən Səfə-

vilərin, Qərbi Azərbaycanın digər hissəsi, o cümlədən Araz ça-

yının qərb ətrafı Osmanlı imperiyasının tərkibində qaldı. Belə-

liklə, bir neçə  işğalçı müharibə  nəticəsində  Səfəvi imperiya-

sının bir yerə topladığı Azərbaycan əraziləri üç dövlət arasında 

bölüşdürüldü. Azərbaycan torpaqlarının ayrı-ayrı dövlətlərin 

tərkibinə qatılması ilə onun sonrakı geosiyasi vəziyyəti  əsaslı 

şəkildə  dəyişdi. Lakin, hətta bölüşdürüldükdən sonra belə 

Azərbaycan uzun tarixi dövr ərzində bölgənin böyük dövlətləri 

arasında maraqların toqquşduğu  əsas geosiyasi məkan olaraq 

qaldı və geosiyasi ədəbiyyarda “Şimali Azərbaycan” , “Cənubi 

Azərbaycan”, “Qərbi Azərbaycan” və s. ifadələri yarandı.  

Baş vermiş geosiyasi dəyişikliklər gələcəkdə Azərbay-

canın Cənubu,  Şimalı  və  Qərbinin müxtəlif istiqamətlərdə  və 

səviyyələrdə inkişaf etməsinə, xalqın milli kimliyinin forma-

laşmasını ciddi təsir göstərdi. Xüsusən, azərbaycanlıların milli 

kimliyinin yaranması prosesi Şimali, Cənubi və  Qərbi Azər-

baycanda fərqli məzmun və    fərqli formada getməyə başladı. 

                                                 

4

 Мирный трактат заключенный между Россией и Персией в Гюлистане. - 



Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA), f.202, siy.1, iş 25, v. 

279-283. 

5

 Манифест об окончании войны и заключении мира с Персией. -ARDTA, 



f. 202, siy. 1, iş 71, v. 312-317. 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə