Microsoft Word G?lirl?rin bolgusund? b?rab?rlik doc



Yüklə 33,92 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü33,92 Kb.
#7087


Gəlirlərin bölgüsündə bərabərlik 

 

“Stata” proqramında “inequal” komandasından istifadə etməklə, Mingəçevirdə 400 ev 



təsərrüfatını  əhatə edən sorğunun daha bir nəticəsini hesablamaq olub: şəhərdə Cini indeksi 

0,315 təşkil edib. (Cini əmsalı 0-a yaxınlaşanda gəlirlərin (xərclərin) bərabər, 1-ə yaxınlaşdıqca 

isə qeyri-bərabər bölgüsünü xarakterizə edir-müəl.) Cini indeksi aşağıdakı düsturla hesablanır: 

 

G = 



2

2

n

μ

 



=

⎥⎦



⎢⎣

+





n

i

i

n

r

1

2



1

i

c

 

 



Burada n fərdlər i hərfilə indeksləşir, fərdlərin ekvivalent istehlakı 

i

c

, orta ekvivalent istehlak  

μ

  hərfilə,  r



i

 - ekvivalent istehlak şkalasında ev təsərrüfatının i–ranqı (belə ki, ən az istehlak 

edən ev təsərrüfatının istehlakı r

i

 1-ə bərabər olduğu halda ən çox istehlak edən ev təsərrüfatının 

istehlakı r

i

 n-ə bərabər olacaq).  

 

Gəlilərin  əhali təbəqələri arasında bölgüsünün ədalətliliyini ifadə edən Cini indeksinin 



hesablanması yoxsulluğun azaldılmasına yönəldilən dövlət siyasəti nöqteyi-nəzərindən 

əhəmiyyətlidir. Dünya üzrə hesablamalar göstərir ki, Cini indeksinin 1 faiz azalması gündəlik 1 

dollardan az qazanan yoxsulların gəlirinin 4 faiz artımı ilə nəticələnə bilər. (Bruno, Ravallion və 

Skvayə, Dünya Bankı, 2006). Müqayisə üçün deyək ki, 2001-ci ilin nəticələrinə görə, ölkə 

əhalisinin istehlak xərclərinin qeyri-bərabər paylanmasını xarakterizə edən Cini əmsalı 0,35-ə 

bərabər olub. Bu göstərici 2002-ci ildə 0,236-ya enib. (Azərbaycan Respublikası DSK). 

Azərbaycanda Cini indeksi beynəlxalq mənbələrdə  fərqli göstəricilərlə xarakterizə edilib. 

Məsələn, TransMONEE-nin keçid ölkələrində  gəlir qeyri-bərabərliyini ifadə etmək üçün Cini 

indeksinin dinamikasını verib. 2002-ci ilin nəticələrinə görə, Azərbaycan Cini indeksinin 

səviyysəinə görə postsovet məkanı və Şərqi Avropada ilk yerdə qərarlaşıb.  

Təbəqələşmənin nəzəriyyədə bir neçə modeli var. Piramidavari modeldə yuxarıda bir az varlı, 

sonra bir az orta təbəqə olur. Ancaq aşağıda hamı kasıb təbəqədir və bu modelin sosial 

gərginliklə müşayiət olunması labüddür. Çünki varlı  təbəqəni qoruyan orta təbəqə - bufer 

yoxdur, narazı  təbəqə isə  əksinə, çoxdur. İkinci model rombvari modeldir. Bu modelə görə 

rombun yuxarısında çox varlılar, aşağıda isə çox kasıblar qərar tutub. Bu variantda sosial sabitlik 

mövcuddur. Orta təbəqə kasıb təbəqənin gərginlik yaratmasına imkan vermir. Təbii ki, 

təbəqələşmənin çox dərinləşməsinə imkan vermək olmaz və yaxşı olardı ki, hökumət orta 

təbəqənin güclənməsinə çalışsın. Sosial rifah dövlətinin baş prinsipi orta təbəqənin çoxluğudur. 

Yəni, çoxluq orta səviyyədə yaşayırsa, bu, ölkənin yaxşı yaşaması deməkdir. Orta təbəqə 

sosialist təbəqələşməsinin inkişaf etmiş modelidir.  

Mülkiyyət və sosial təbəqələşmə dünyanın hər bir ölkəsində mövcuddur. Təkcə onu qeyd etmək 

kifayətdir ki, dünyada yaşayanların 1 faizi şəxsi mülkiyyətin 40 faizinə sahiblik edir. Bu 1 faizin 

tərkibində 37 faiz amerikalı, 27 faiz isə yapondur.    

Azərbaycanda mülkiyyət və sosial təbəqələşmənin dərinləşməməsi və  bərabərliyin 

yumşaldılması istiqamətində ölkə Prezidenti İlham  Əliyevin rəhbərliyi ilə  həyata keçirilən 

yoxsulluğun ixtisarı, regionların sosial-iqtisadi inkişafı, ünvanlı sosial yardım mexanizmi və 

digər sosial siyasət alətləri öz müsbət nəticəsini verməkdədir. Lakin problemin tam həlli üçün 

xeyli işlər görülməlidir. Azərbaycan Respublikası Avropa Sosial Xartiyasına qoşulub. Digər 

öhdəliklərlə  bərabər ölkəmiz  əməyin ödənilməsi ilə  əlaqədar Avropa standartlarının tətbiq 

edilməsi öhdəliyini də öz üzərinə götürüb. Xartiyaya görə minimum əmək haqqının və yaşayış 




minimumunun göstəricisi ölkədə orta aylıq  əmək haqqının müvafiq olaraq 60 faiz və 50 faiz 

səviyyəsindən aşağı olmamalıdır. 2008-ci il yanvarın 1-ə olan statistikaya əsasən, Azərbaycanda 

minimum  əmək haqqı orta maaşın 26 faizini, yaşayış minimumu isə 30 faizini təşkil edir. Bir 

tərəfdən minimum əmək haqqı və yaşayış minimumunun səviyyəsini Avropa Sosial Xartiyasının 

tələblərinə uyğunlaşdırmaq, digər tərəfdən isə ünvanlı sosial yardımı mexanizmi ilə yoxsulluq 

həddində yaşayan  əhalinin kasıblığını yumşaltmaqla ölkədə  təbəqələşmənin dərinləşməsinin 

qarşısını almaq olar. 

 

 



Diaqram. Lorens əyrisi 

Mənbə: Mingəçevirdə 2007-ci ildə keçirilən “Ünvanlı sosial yardımın effektivliyinə təsir edən 

amillərin qiymətləndirilməsi” sorğusundan alınan nəticə

 

 



Əhalinin gəlirlərinin qeyri-bərabər bölgüsünü ifadə edən göstəricilərdən biri – Teyl tərəfindən 

kəşf edilən ümumiləşdirilmiş entropiyadır. Mingəçevirdə sorğu nəticəsində  əldə edilən 

göstəricilərin təhlili zamanı Teylin orta loqarifmik kənarlaşma indeksini də hesablamışıq: 

 

 



E(0) = 

n

1

 



=

⎟⎟



⎜⎜





n



i

i

c

1

ln



μ

=ln 






=

n



i

i

c

n

1

1



( )


=

n



i

i

c

n

1

ln



1

 



Teylin orta loqarifmik kənarlaşma indeksi (

Theil mean log deviation measure

) 0.121-ə 

bərabər olub.  

 

Cədvəl. Gəlirlərin paylanması:  Teylin orta loqarifmik kənarlaşma indeksi və  Teylin 

entropiya indeksi 

 

Ölkələr 



Teylin orta loqarifmik 

Teylin 

entropiya 

indeksi 

Gəlirlərin  

kumulyativ 

bölgüsü


 

Sınaqların kumulyativ bölgüsü

0

 

.25



 

.5

.75



1

 

0



.25

 

.5



 

.75


 

1



kənarlaşma indeksi 

Ukrayna, 1995 

0.26 

0.28 


Türkmənistan, 1998 

0.23 


0.26 

Rusiya, 1997  

0.41 

0.59 


Gürcüstan, 1996-1997  

0.29 


0.34 

Ermənistan, 1998-1999 

0.65 

0.69 


Macarıstan  

0.09 


0.1 

Azərbaycan* 0.12 

0.17 

Azərbaycan**, 1999 



0.31 

0.45 


 

*-Mingəçevirdə 2007-ci ildə keçirilən “Ünvanlı sosial yardımın effektivliyinə  təsir edən 

amillərin qiymətləndirilməsi” sorğusundan alınan nəticə; 

**- Azərbaycanın göstəriciləri istehlakın paykanmasına əsaslanıb. 

  

 Mənbə: Oратить  реформы  на  благо  всех  и  каждого,  Всемирный  Банк,  Вашингтон, 

2001. 

 

Eyni zamanda Teylin entropiya indeksi aşağıdaki düsturla hesablanıb:   



 

E(1) = 


).

ln(


1

1

μ



μ

i

n

i

i

c

c

n

=



 

 

Teylin entropiya indeksi (



Theil entropy measure

) Mingəçevirdə 2007-ci ildə 0.165-ə bərabər 

olub. Teylin təklif etdiyi hər iki göstərici mütləq bərabərlik şəraitində sıfra bərabər olur. Mütləq 

qeyri-bərabərlik  şəraitində (hər  şey bir nəfər tərəfindən istifadə edilir) E(0) sonsuzluğa 

yaxınlaşır, E(1) isə  nln(n)-ə yaxınlaşır. Teyl tərəfindən təklif edilən qeyri-bərabərliyin hər iki 

göstəricisi istehlakın paylanmasının ayrı-ayrı hissələrindəki qeyri-bərabərliyə olan həssaslığı ilə 

fərqlənir. Entropiyanın E(1) göstəricisi paylanmanın yuxarı hissəsində qeyri-bərabərliyə daha 

həssasdır, orta loqarifmik kənarlaşma E(0) isə paylanmanın aşağı hissəsində daha həssasdır.  

Cədvəl məlumatlarından görünür ki, Teylin entropiya indeksi və Teylin orta loqarifmik 

kənarlaşma indeksinə görə MDB ölkələri arasında orta mövqeyə malik olsa da, Şərqi Avropadan 

geridə qalır.    

   


Bu məqalə Hollandiyanın Oxfam Novib təşkilatının maliyyə    dəstəyi ilə  dərc olunmuşdur. 

Məqalənin məzmununa yalnız  İqtisadi Tədqiqatlar Mərkəzi məsuliyyət daşıyır və bu məqalə 

Hollandiyanın Oxfam Novib təşkilatının mövqeyini mütləq əks etdirmir.  

 

İqtisadi Tədqiqatlar Mərkəzinin Tədqiqat Qrupu  



 

 

 



 

Yüklə 33,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə