Microsoft Word goble 001 10 assumptions z sfa- doc



Yüklə 41,43 Kb.

tarix19.10.2018
ölçüsü41,43 Kb.


Azərbaycanın xarici siyasəti ilə bağlı məhv olmuş 10 fərziyyə

 

Gürcüstanın ardınca Azərbaycan 



 

Ten Shattered Assumptions of Azerbaijani Foreign Policy 

Azerbaijan after Georgia 

By Paul Goble

 

 

17 avqust 2008 



Poul Qobl 

paul.goble@gmail.com

 

Blog: Window on Eurasia       http://windowoneurasia.blogspot.com/ 



 

Çox güman ki, iki antoqonist qüvvə—ABŞ və Rusiya istisna olmaqla, Azərbaycandan daha çox 

heç bir ölkə son günlərdə Gürcüstanda baş verən hadisələr nəticəsində xarici siyasəti 

dairəsində bu qədər dəyişiklik müşahidə etməmişdir. Münaqişə özü və münaqişəyə ayrı-ayrı 

ölkələrin və beynəlxalq ictimaiyyətin münasibəti demək olar ki, Azərbaycanın son on il ərzində 

xarici siyasətində əsaslandığı bütün fərziyyələr üzərinə şübhə saldı. Və nəticə etibarilə, həm 

Azərbaycan hökuməti, həm də Azərbaycan xalqı ətrafdakı dünyanın yalnız zehni xəritəsini 

deyil, həm də ölkənin xarici siyasət gündəliyini yenidən müəyyənləşdirmək kimi çətin və 

travmatik bir tapşırıqla üz-üzə qaldı. 

 

Bu dəyişikliklər çox sürətlə baş verdiyi üçün, onların bir-birilə əlaqəli olduğu üçün və bu 



fərziyyələrin hər hansı birinə açıq-aydın və ya üzərində asanlıqla fikir birliyinə gəlinəcək cavab 

olmadığı üçün indi Bakının nə edəcəyini və ya onun ətrafının və daha geniş beynəlxalq 

ictimaiyyətin hansı mövqe tutacağını söyləmək çox tezdir. Lakin, yeni mühitin Azərbaycana 

hansı təhlükələr və seçimlər yaratdığını anlamaq üçün Azərbaycan xarici siyasətinin əsaslandığı 

10 fərziyyəni qeyd etmək və Gürcüstandakı hadisələrin bu fərziyyələri necə yerlə-yeksan 

etdiyinə nəzər salmaqda fayda var. 

 

Mə h v  ol m u ş  1- ci  fə rziyyə  



Azərbaycan və Xəzər dənizi hövzəsi neftinin Rusiyadan yan keçərək ixrac edilməsi üçün 

Gürcüstan kifayət qədər sabit bir yoldur. 

 

Gürcüstana müdaxiləsilə Rusiya Azərbaycana nümayiş etdirdi ki, Gürcüstan, Azərbaycan və 



Xəzər hövzəsi karbohidrogen ehtiyatlarının Oərbə daşınması üçün etibarlı tranzit yol deyil. 

Rusiya həm öz qüvvələrinin həm də müttəfiqlərinin köməyi ilə boru xəttinin bir hissəsini 

partlatdı, əsas dəmir yolu körpüsünü dağıtdı və Gürscüstan limanlarına xəsarət yetirdi.  

 

Neftin daşınması rejimi pozuldu və Azərbaycan Rusiya Federasiyasından Novorosiyyskə gedən 



neft borularına daha böyük çıxış əldə etmək üçün Moskvaya müraciət etməli oldu. 

Azərbaycanın, neftin daşınması üçün Rusiyanı yan keçərək Gürcüstana etibar edə biləcəyi 

fərziyyəsi darmadağın oldu, bu, Azərbaycanın özü və dünya ilə bağlı fərziyyələrini də yerlə-

yeksan etdi.  

 

Mə h v  ol m u ş  2- ci  fə rziyyə  



Rusiya 1991-ci il sazişini qəbul etmişdir və öz qonşularına qarşı hərbi qüvvə tətbiq etməz.  

 

Son 15 il ərzində ABŞ başda olmaqla qərb dövlətləri qeyd edirdilər ki, Rusiya 1991-ci ildə 



imzalanmış razılaşmanı qəbul etmişdir və yenidən güc tətbiq etməklə bu razılaşmanı 

pozmayacaq. Əgər keçmişdə Rusiya bölgədə status-kvo sahibi idisə, o artıq bu hüquqa malik 

deyil; Moskva qonşularına qarşı qüvvədən istifadə etməklə bağlı Qərbdə mövcud yanlış fikri iki 



cür istismar etmişdir, əvvəla bu təsəvvürü dağıdaraq və sonra da Gürcüstana qarşı yalın hərbi 

qüvvədən istifadə edərək.  

 

Vladimir Putinin rəhbərliyi ilə Rusiya—bu ölkənin rəhbərləri öz məqsədlərini həyata keçirmək 



və xüsusilə də düşmənlərini cəzalandırmaq üçün qüvvədən istifadə edə biləcəklərini və etməli 

olduqlarını düşünürlər—təftişçi bir qüvvəyə çevrildi. Buna görə də Rusiyanın beynəlxalq 

ictimaiyyətin bir üzvü kimi qəbul edilməsi və oyunu qaydalarına görə oynayacağı ilə bağlı—

Bakıda da Qərbin təsiri ilə yaranmış və bir çoxlarının əsaslandığı—fərziyyə məhv oldu, yalanlar 

da tarixin zibil qutusunda məhv oldu. 

 

Mə h v  ol m u ş  3- c ü  fə rziy yə   



ABŞ, Rusiyanın post-Sovet məkanında törədəcəyi hər hansı bir yanlış hərəkətin etibarlı və 

güvənilir bir şəkildə qarşısını alacaq qədər güclüdür. 

 

Sözsüz ki, ABŞ dünyadakı sonuncu super gücdür, lakin Gürcüstan hadisələri ABŞ-ın ki 3 



səbəbdən öz gücünü Rusiyanın hərəkətlərini məhdudlaşdıracaq səviyyədə post-Sovet 

məkanına gətirmək iqtidarında olmadığını nümayiş etdirdi.  

 

Birincisi və ən narahatlıq doğuranı odur ki, ABŞ son on ili Rusiya ilə strateji əməkdaşlıq 



haqqında danışmaqla məşğul olub—özü-özünü aldatmaqdan ibarət olan bu siyasət nəticəsində 

Vaşinqtonun xarici siyasət qurumunda heç bir halda Rusiyayayla üzləşməməyə çalışacaq bir 

sinif meydana gəlib.  

 

İkinci səbəb ondan ibarətdir ki, Birləşmiş Ştatlar Balkanlarda, İraqda və Əfqanıstada törətdiyi 



hərəkətlərdən dolayı nüvə silahına malik olan başqa bir dövlətin öz maraqları üçün gücdən 

istifadə etməsinə qarşı çıxmaq Vaşinqton üçün çox çətindir.  

 

Və üçüncüsü, 11 sentyabrdan (2001) etibarən mövcud hazırki administrasiya nəinki yalnız 



Yaxın Şərqdə terrorizmlə mübarizə aparmaqla məşğul olmuşdu, həm də Avropada və digər 

yerlərdəki müttəfiqlərini diqqətdən kənar qoymuşdur və bu səbəbdən Rusiyaya qarşı koalisiya 

təşkil edəcək vəziyyətdə deyil. Bu və Avropanın Rusiyadan neft və qazından asılılığı ilə əlaqədar 

olan digər səbəblərdən dolayı Bakının xarici siyasəti ilə bağlı digər fərziyyə—hələ ki—məhv 

olmuş vəziyyətdədir. 

 

 



Mə h v  ol m u ş  4- c ü  fə rziy yə  

Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyət sərhədlərin toxunulmazlığı prinsipinə o qədər 

bağlıdırlar ki, heç bir halda onun pozulmasına, xüsusilə də zor gücünə pozulmasına imkan 

verməzlər.  

 

Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyət sərhəd dəyişikliklərinə prinsip etibarilə qarşı olsalar 



da, təcrübədə bunu hər zaman görmək mümkün olmur. ABŞ və onun müttəfiqləri nəinki 

Sovet İttifaqının və Yuqoslaviyanın dağılmasını xoş qarşıladılar, onlar həmçinin son zamanlarda 

Kosovonun müstəqilliyini də dəstəklədilər. Bir uilsonçu [Vudrou Uilson – ABŞ-ın 24-cü 

prezidenti – (1913-1921)] olaraq, müəllif xalqların öz müqəddəratını həll etmək iqtidarını 

dəstəkləməyin düzgün olduğuna inanır, lakin o, həm də inanır ki, bu prinsipi dəstəkləməkdə 

davamlı olmaq lazımdır. Belə olmazsa, başqaları bundan sui-istifadə edə bilərlər. Və Rusiyanın 

Gürcüstanda etdikləri—və yaxud ən azından Putin və onun adamlarının bundan yaxalarını 

qurtaraqcaqlarını güman etmələri—hər şeydən əvvəl Balkanlarda baş vermiş son hadisələrin 

məhsuludur. Qərbin və xüsusilə Amerikanın orada baş verənlərin törətdiyi nəticələri 

anlamaması və post-Sovet məkanında heç bir tədbir görə bilməməsi Azərbaycanın digər 

fərziyyəsini də puça çıxardı. 

 

Mə h v  e dil miş  5- ci  fə rziyyə  




Türkiyənin Azərbaycanı Rusiyadan qoruyacağına güvənmək olar.  

 

Azərbaycanlıların ən başlıca fərziyyələrindən biri də odur ki, hər hansı bir qarşıdurma halında 



Türkiyə hər zaman Azərbaycanın tərəfində olacaq. Gürcüstanda baş verənlər bunun belə 

olmadığını göstərdi. Ankaranın, Amerikaya məxsus iki xəstəxana gəmisinin Gürcüstana kömək 

etmək üçün boğazdan keçməsinə icazə verməməsi göstərir ki, Türkiyə—çoxlarının Bakıda 

güman etdiyindən daha çox—Rusiyanın təsiri altındadır. Rusiya ilə Türkiyənin Qafqazda 

stabilliyin qarantı olması ilə bağlı Türkiyənin təklifi Atatürkün sovetpərəst siyasətindən 

qaynaqlanır. Lakin belə bir kondominium Türkiyənin Azərbaycanı müdafiə etməsi yox, Bakıda 

rus təzyiqini ört-basdır etməsi demək olacaq.  

 

Mə h v  e dil miş  6- cı  fə rziyyə   



İran—Amerikanın bu ölkəni təcrid etmə siyasəti və öz daxilindəki problemlər səbəbindən, 

Azərbaycana hər hası bir fundamental təhlükə yaratmır. 

 

İran Moskvanın Gürcüstandakı hərəkətlərini dəstəkləməklə yanaşı, həm də Ermənistanla 



kəşfiyyat, təhlükəsizlik sahələrində əməkdaşlığın səviyyəsini genişləndirib İranın şimalındakı 

etnik azərbaycanlılara qarşı daha sərt mövqe nümayiş etdirir. İran Vaşinqtonun da açıq-aydın 

istədiyi kimi bəzi məsələlərdə “qutu içərisindədir”, lakin yaxın qonşuluğunda—Azərbaycan da 

buraya daxildir—Tehranın Bakıda çətinlik yaratmaq üçün vasitələri, bəhanəsi və hal-hazırda 

imkanı vardır. Artıq əminliklə demək olar ki, İran ləzgiləri qızışdıraraq, Azərbaycanın tərkibində 

yaşayan digər azlıq olan ermənilərlə birlikdə işləyərək və Azərbaycanda yaşayan böyük sayda 

iranlılardan istifadə edərək Bakıya təzyiq etməyə çalışacaq. Azərbacyan ABŞ-a arxalanıb bunun 

baş verməyəcəyi fərziyyəsinə inansa da, bu fərziyyə də Gürcüstanda baş verənlərdən sonra 

puça çıxdı. 

 

Məhv edilmiş 7-ci fərziyyə 



Azərbaycanın inkişafda olan iqtisadiyyatı Ermənistanın Qarabağda yaratdığı hər hansı 

təhlükənin qarşısını ala bilər.  

 

Prezident İlham Əliyevdən tutmuş aşağılara qədər Azərbaycan rəsmiləri müntəzəm olaraq 



təkid edirlər ki, ölkənin inkişafda olan iqtisadiyyatı onlara elə bir siyasi və hərbi güc təmin 

edəcək ki, Bakı gələcəkdə Ermənistanın hər hansı hücumunu dəf edə biləcək. Bu fərziyyənin 

də puça çıxdığını göstərən üç səbəb var.

 

 



Birincisi—iqtisadi güc tam olaraq hərbi güc demək deyil. Kimsə daha çox silah ala bilər, lakin bu 

onun daha güclü olduğu demək deyil. 

 

İkincisi—indi Ermənistan Rusiyanın köməyinə həmişəkindən daha çox arxalana bilər. 



Ermənistanla müqayisədə Azərbaycan çox güclü görünür; lakin Ermənistanla və Rusiya ilə birgə 

müqayisədə fərqli görünüş yaranır.  

 

Və üçüncüsü—yenə də Gürcüstandakı hadisələrin də göstərdiyi kimi müasir hərb, rəqəmlər 



və hərbi və siyasi məqsədlərinə çatmaq üçün qurban verməyə can atan qüvvə tərəfindən 

darmadağın edilə bilər. “İqtisadiyyatçılıq” bir əsr öncə yanlış olduğu kimi indi də strateji 

cəhətdən yanlış düşüncə tərzidir.   

 

Mə h v  e dil miş  8- ci  fə rziyyə  



Azərbaycanın enerjiyə susamış Avropa üçün yanacaq mənbəyi olması hər hansı bir təhlükə 

halında kənardan dəstək alacağına zəmanət verir.   

 

Azərbaycan nefti Bakının dünyaya vizit kartıdır, lakin Azərbaycan neftin yeganə mənbəyi deyil 



və Gürcüstandakı son hadisələr bu nefti əvvəlki kimi cazibədar etmir. Nəticə etibarilə, əgər 


Azərbaycanda dünyanın ehtiyacı duyduğu bir şey varsa, lakin onu etibarlı şəkildə çatdıra 

bilmirsə—Moskva nümayiş etdirdi ki, Rusiyanın tələblərinə cavab verən razılıq əldə edilməzsə 

Azərbaycan neftinin etibarlı çatdırılmasından danışmağa dəyməz—Azərbaycan nefti, hər nə 

qədər digər dövlətlər onu əldə etmək istəsələr də qiymətdən düşür.  

 

Mə h v  e dil miş  9- c u  fə rziyyə  



Azərbaycanın “balanslaşdırılmış xarici siyasəti” Azərbaycan rəhbərlərinə istədikləri addımı 

atmaq təhlükəsizliyi və azadlığı verir.  

 

Beynəlxalq münasibətlər üzrə bir çox mütəxəssislər Azərbaycanın “balanslaşdırılmış xarici 



siyasəti”nə və yalnız bir tərəflə deyil, bütün tərəflərlə əlaqələr yaratmaq cəhdlərinə heyran 

qalırlar.  

 

Bəziləri mübahisə edə bilər ki, Gürcüstan hadisələri belə yanaşmanı sarsıtmaqdansa onun 



düzgünlüyünü göstərir, lakin bu, hər şeyin həqiqət olduğu zaman düzgün yanaşma hesab 

edilərdi.  Açıq-aydın görünür ki, burada həqiqət yoxdur. Balanslaşdırılmış yanaşma məvhumu 

hər iki tərəfin güc baxımından bərabər olmasını tələb edir. Lakin Rusiyanın Gürcüstanla bağlı 

siyasəti yaxın gələcəkdəki fərziyyənin də yanlış olduğunu göstərir. 

 

Mə h v  e dil miş  10-c u  fə rziyyə  



Azərbaycanın beynəlxalq mühiti kifayət qədər mülayim olduğu üçün ölkə indi yalnız daxili 

problemlər üzərində dayana bilər və dayanmalıdır. 

 

Azərbaycanda səfərdə olan Qərb rəsmilərinin şərhləri bir nəqəratdan ibarətdir: Azərbaycan 



dövlətin uzunömürlülüyünü təmin etmək üçün bu qədər narahat olmamalıdır, ölkənin diqqəti 

islahatlar keçirməyə cəmlənməlidir, orada demokratiyanın keyfiyyətini artırmağa yönəlməlidir. 

Şübhəsiz ki, Azərbaycan daxili işlərini qaydaya salmalıdır lakin bu, Qərb rəsmilərinin göstərdiyi 

əsl səbəbin tamamilə əksidir. Azərbaycan təhlükənin getdikcə artdığı bir qonşuluqda yerləşir, 

buna görə də ölkənin təhlükəsizliyi zəminində addımlar atması, az çox müstəqillik statusunu 

saxlamaq və uzunmüddətli mövcudluğunu təmin etməsi zəruridir. Azərbaycanın mülayim 

mühitdə yaşaması heç bir zaman tam reallıq olmamışdır; bu fərziyyə da sadalanan digər 

məvhumlar kimi puça çıxmışdır. 

 

Çoxları üçün bu siyahı hədsiz bədbin görünə bilər. Amma Rusiyanın qanunlara meydan 



oxuduğu bir dönəmdə və Qərbin Moskvanı geri çəkilməyə təhrik etməsinin bir fayda 

vermədiyi və yeni “soyuq müharibə”dən qaçmaq və Şərq-Qərb əməkdaşlığının bütün 

“faydaları”nı əldə etmək üçün Rusiyanın etdiklərinə göz yummağa çağırdığı və bu  çağırışların 

artdığı bir dövrdə Azərbaycan, onun rəhbərləri və Azərbaycan xalqı heç bir vəchlə öz 

yanaşmalarını yenidən təyin etmək fikrində olmadıqlarını göstərməklə özlərinə fayda 

verməyəcəklər, çünki, onların fəaliyyət göstərməli olduqları mühit, güvənə biləcəklərini fərz 



etdikləri mühitdən tamamilə fərqlidir.  

 


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə