Microsoft Word Guliyev az doc



Yüklə 65,56 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü65,56 Kb.
#487


 

Azərbaycan MEA Xəbərləri, Yer elmləri seriyası, 2012, №4, s. 81-86. 

 

ALƏMİN ƏBƏDİ DÖVRANI PARADİQMASI BAXIMINDAN 

KOSMOLOGİYANIN BƏZİ MƏSƏLƏLƏRİ HAQQINDA 

H. Quliyev 

 

Azərbaycan MEA, Geologiya İnstitutu  



AZ1143, Bakı, H. Cavid prosp., 119 

 

Aləmin mahiyyətcə strukturlaşması  və onun informasiya formasının 



enerji baxımından səciyyələrinin özünəməxsusluğu aləmin əbədi dövranı 

paradiqmasında kosmologiyanın “zaman”, zamanın biristiqamətliliyi və 

hər yerdə mövcud olması kimi bir sıra mürəkkəb və mübahisəli 

məsələlərini aydınlaşdırmaq üçün zəmin yaratmışdır. Təqdim etdiyimiz 

məqalədə  şüurun yaratdığı gerçəklik, “qara” materiya, “qara enerji” və 

“azad iradə”ilə bağlı məsələlər bu baxımdan nəzərdən keçirilir. 

 

Aləmin əbədi dövranı (AƏD) paradiqmasının əsas müddəaları bir sıra əsərlərdə 



(H. Quliyev, 2002; 2011 a,b; 2012) öz əksini tapmışdır. Onlardan birini aləmin şərti 

olaraq mahiyyətcə müəyyən quruluşa malik olması  yəni onun fiziki, bioloji və 

informasiya formalarında kompleks (təşkil edən)  halda mövcudluğu barədə təsəvvür 

təşkil edir. Bu quruluşa daxil olanların hamısı bu və ya digər dərəcədə maddi və 

energetik səciyyələrə malikdir. Aləmin ağıllı insanla bağlı olan informasiya 

formasının növləri fiziki-kimyəvi anlamda, ümumilikdə qəbul edilmiş mənada, maddi 

və energetik deyil, tamamilə özünəməxsus səciyyələrə malikdir. Bu növlərin özləri 

birbaşa energetik və maddi səciyyələrlə  təzahür etməyərək eyni zamanda, 

özünəməxsus tükənməz “intellektual”enerji mənbəyi rolunu oynayırlar. Bu enerji 

forması artıq məlum elmi biliklərin,  ədəbi, bədii, musiqi və s. əsərlərinin istifadəsi 

prosesində, ancaq ağıllı insana məxsus olan məqsədyönlü arzuların, ruh 

yüksəkliyinin,  şövqün, kədərin, həyəcanın, təbin və i.a. həyata kecmısi vasitəsi ilə 




 

2

ortaya çıxır. Həmin informasiya forması bir növ tükənməz biliklər “xəzinəsi” rolunu 



oynayır. Bu “xəzinə” yeni məlumatları, qanunauyğunluqları, mexanizmləri və i.a. və 

onların arasında mövcud olan bütün əlaqələri aşkar etmək yolu ilə həmişə təzələnir və 

zənginləşir. Ağıllı insan bu biliklərin bir hissəsini mənimsəməklə  şüur səviyyəsini 

artırır. Daha sonra “şüur”un özü informasiya formasının bir hissəsi olan bu bilikləri 

yaradan, idarəedən, saxlayan və gerçəkləşdirən qüvvəyə çevrilir. Beləliklə, bir-birini 

əmələ  gətirən dərketmə strukturlarınlan və müvafiq dərketmə proseslərindən ibarət 

olan dərketmə sisteminin (kognutiv) mərhələləri formalaşır. 

 

AƏD paradiqmasında “nə birincidir – şüur,yoxsa materiya?” tipli suallara yer 



yoxdur. Sualın belə qoyuluşu materiyanın  mahiyyətcə strukturlaşmasının 

anlanılmadığından doğan  dolaşıqlıqla yaranır.  Şüur materiyanın informasiya 

formasının növü kimi materiyanın  mahiyyət strukturuna aiddir və onları bir-birinə 

qarşı qoymağın mənası yoxdur. 

 Aləmin mahiyyətcə strukturlaşması varlığının qəbul edilməsi və materiyanin 

informasiya formasının enerji baxımından səciyyələrinin özünəməxsusluğu AƏD 

paradiqmasında kosmologiyanın “zaman”, zamanın biristiqamətliliyi və  hər yerdə 

mövcud olması kimi bir sıra mürəkkəb və mübahisəli məsələlərini (Кулиев, 2011 a,b; 

2012) aydınlaşdırmaq üçün zəmin yaratmışdır. Bu məqalədə  şüurun yaratdığı 

gerçəklik, “qara” materiya, “qara” enerji və “azad iradə” ilə bağlı məsələlər nəzərdən 

keçirilir. 

 

Şüurun yaratdığı  gərçəklik. Bu məsələni sadə bir misalın  əsasında asanlıqla 



izah etmək olar. Adi gənc bir adam hər-hansı bir sahə üzrə mütəxəssis olmaq istəyir. 

Onun seçmək istədiyi peşə ilə bağlı biliyi əvvəl-əvvəl səthi xarakter daşıyır, daha  

doğrusu, bu barədə informasiyası yetərincə aydın olmur. O, bu vəziyyətdə mütəxəssis 

olmaq üçün intuitiv olaraq qərar qəbul edir. Onun şüuru bu prosesi planlaşdırır və 

sonra idarə edir. O hazırlaşır və imtahan verir, ali məktəbə  qəbul olur, müəyyən 

həcmdə bilik (onun üçün yeni) qazanır, təkrar etmək yolu ilə qazandığı biliyi 

şüurunda möhkəmləndirir (dərk edir), müəyyən vaxt keçəndən sonra artıq o, bu 

sahədə yeni biliklər toplusuna sahib olur. Daha sonra o, bu biliklər toplusunu tətbiq 

etməyin yollarını, üsullarını  mənimsəyir və bu sahənin mütəxəssisi olur. Beləliklə, 



 

3

şüur adamı deyil, mütəxəssisi yaradır. Mütəxəssis də, adam kimi, artıq gerçəklikdir. 



Şüur bu mənada gerçəklik yaradır. Bu gerçəklik materiyanın informasiya formasının 

AƏD – da iştirakının inikasıdır. Bu zaman dövranda insanla bərabər, ağıllı insana 

məxsus olan dərketmə sistemi də iştirak edir. Bu yeni gerçəkliyin AƏD – da iştirakı 

onun effektivliyini artırır və funksional imkanlarını genişləndirir, həm də aləmə, 

enerji və maddi resursları dövrana cəlb etməkdə, onun lazımi mərhələlərində böyük 

miqdarda enerji və maddi resursları məqsədyönlü şəkildə toplamağa və idarə etməyə 

imkan yaradır. Qeyd etmək lazımdır ki, yeni gerçəklik (mütəxəssis) boş yerdən 

yaradılmır.  İnsan, onun arzuları, mütəxəssisin biliklər toplusu, praktikada onların 

tətbiqi imkanları və i.a. – dərketmə prosesləri üçün zəruri olan elementləri təşkil edən 

hər şey mövcud olmuşdur.  

  

AƏD – na görə, gerçəklik – materiyanın müxtəlif miqyaslı dövranlarının 



sonsuz məcmuudur (cəmidir). Qeyd edək ki, lap bu yaxınlarda astrofiziklərin böyük 

bir qrupu geniş kosmik miqyasda dövranların mövcudluğunu təsdiq edən 

müşahidələrin nəticələrini dərc etdirmişdir (De Yasperin etal., 2012). Maraqlıdır ki, 

belə proseslər qara dəliklərdə  də baş verir. Kosmosun şüurlu müşahidəçisinin 

olmadığı hissəsində baxmayaraq ki,  gerçəklik mövcuddur, gerçəklik haqqında söhbət 

getmir. Ağılın iştirak etdiyi dövranlarda isə o saat belə bir sual ortaya çıxır – 

gerçəklik nədir? Ağıllı insan Yer şəraitində onu əhatə edən mühit haqqında hər cür 

informasiyanı hissiyyat formasında özünün hiss orqanları vasitəsilə qəbul edir.  

O, ilkin hissi saf – çürük edərək törəmə hissi (qavramanı) yaradır. Bu törəmə 

hissələrin  əsasında qarşıya bir sıra, o cümlədən yuxarıda xatırladılan sualı qoyur. 

Təbii ki, sual qoyulmamışdan öncə  də gerçəklik, müşahidəçinin iradəsindən asılı 

olmayaraq, mövcud idi. Müşahidəçi sualı qoyandan və ona cavab tapmağa çalışdığı 

andan sonra hər  şey başqa cür olur. Müşahidəçinin iradəsindən asılı olmayaraq var 

olan o gerçiliklə yanaşı, onun şüurunun iştirakı ilə törəmə hiss şəklində  yeni 

gerçəklik yaranır, yəni materiyanın informasiya formasının dövranda daha aktiv 

iştirak etməsi nəticəsində  əmələ  gəlir.  İnsan fəaliyyəti  ətraf mühiti dəyişdirir, bu 

zaman onun özünün hiss etmə imkanları da dəyişir (o cümlədən onun özünün icad 

etdiyi cihaz və alətlərin tətbiqi ilə).  Onun əldə etdiyi biliklərin işlənmə  və 




 

4

interpretasiya sahəsi də genişlənir. Yeni gerçəklik yaranır. Yer planetində artıq əlavə 



gerçəklik  şəklində ölkələr, dövlətlər, yaşayış  məntəqələri, müxtəlif  sivilizasiyalar, 

tarix, elm, din, mədəniyyət və s. və i.a mövcuddur. Bu gerçəkliklər müxtəlif miqyaslı 

dövranlarda məhz  şüurun iştirakı ilə yaradılmışdır. Yuxarıda deyilənlərdən belə 

nəticə  çıxarmaq olar ki, bu dövranlarda və yeni gerçəkliklərdə aləmin informasiya 

formasının və hər şeydən öncə isə şüurun, yəni dərketmə sistemlərinin özünəməxsus 

iştirakının əhəmiyyətli rolu vardır. 

Şüurun yaratdığı gerçəkliyə başqa bir əyani misal kimi ağıllı insanın dünya 

görüşünü göstərmək olar. Dünyagörüş, idrak prosesində elmi və dini yanaşmalar 

əsasında formalaşır. Elmi yanaşma hər şeydə sübut olunmuş faktlara əsaslanır (burda  

müşahidəçinin nəyin sübut olunmuş saydığının özü də sual doğurur). Dini  yanaşma – 

şərtsiz inama əsaslanır. Bu dərk etmə prosesində, yəni aləmin informasiya formasının 

əbədi dövranlarda iştirakı zamanı maddə və enerjinin azadlığa can atması çox aydın 

görünür. Hər yeni sübut nəzəriyyə  və modellərin  məsələlərində  sərhəd və başqa 

şəkildə  iştirak edən məhdudiyyətlərinin bir hissəsini aradan qaldırır, daha doğrusu, 

vəziyyəti daha az məhdudiyyət və qadağalar olan hala yaxınlaşdırır. Dində 

yanaşmanın özü lap başlanğıcdan bütün məhdudiyyətləri və qadağaları aradan 

qaldırır, yəni azadlığın  əldə edilməsi yolu inamdan keçir. Dinə istinadən nəyi isə 

qəbul edərkən hər – hansı    məhdudiyyət və qadağaların mümkünlüyü belə  kənara 

atılır.  İnamın özü – azadlığın rəmzidir.  İnamın qəbul edilməsinə, doqmaya sözsüz 

əməl edilməsinin sərt qadağaları kimi deyil, hər cür məhdudiyyət və qadağalardan 

azad olmaq istəyi kimi baxmaq lazımdır. Bu mənada, adama elə gəlir ki, azadlığa nail 

olmaq yolunda dini yanaşma metodoloji baxımdan analoji elmi yanaşmaya nisbətən 

daha üstün mövqedə durur. Bundan başqa, elmi yanaşma ancaq ayrı – ayrı məsələlərə 

tətbiq edilir. Dini yanaşma isə  hər  şeyi  əhatə edir, baxmayaraq ki, azadlığın  əldə 

edilməsi ayrı – ayrı şəxslərin vasitəsilə gerçəkləşdirilir.  

O da maraqlıdır ki, şüurun yaratdığı bir çox gerçəkliklər (hələ maddi  və ya 

energetik şəkil almamış) ancaq şərti mahiyyət daşıyır. Məsələ ondadır ki, həm elmi, 

həm də dini yanaşmalar törəmə hiss sahəsinə aiddir. Törəmə hissin nəticələrinin 

həqiqət və ya səhv olduğunu müəyyən edən standartlar mövcud deyildir. Burada hər 



 

5

şey insanların öz aralarında gəldikləri razılaşmaya  əsaslanır. Özü də bu zaman 



"sağlam məna" əsas ölçü meyarı kimi çıxış edir. Eyni zamanda, “sağlam məna” nın 

mahiyyətinin dərkində də variant müxtəlifliyi mövcuddur. AƏD – da “sağlam məna” 

anlayışı adı altında sübut olunmuş (qismən – birbaşa müşahidə edilmiş) faktların, 

nəzəriyyələrin, modellərin, biliklərin bütövlükdə  cəmi nəzərdə tutulur. Sübut 

olunmuş hər bir yenilik daxıla əlavə olunur. Bir çox hallarda ilkin hisslərin müşahidə 

olunan hadisə  və  təzahürlərə intuitiv uyğunluğu (təkrar təsadüf etmə) səhv olaraq 

“sağlam məna” kimi qəbul edilir. Buna görə də emal və interpretasiya yolu ilə əldə 

edilmiş törəmə hisslərinin nəticələrinin gerçəkliyini müəyyənləşdirilmə prosesində 

onlar “sağlam məna” nın aspektləri ilə tutuşdurulur. Yeni nəticələr “sağlam məna” 

nın üstündən heç də  xətt çəkmir, onun arsenalını daha da tamamlayır və 

zənginləşdirir. Bir sıra elmi əsərlərdə (Арнтц и др., 2011; Уоттс, 2012) nədəncə bu 

cür yeniləşmələr “sağlam məna” nın ölçü meyarı qismində istifadə oluna 

bilinməməsinin sübutu kimi qəbul edilir. 

Yuxarıda qeyd edilənlərdən nəticə çıxardaraq belə bir sualın qoyulmasını daha 

düzgün saymaq olar: “Biz gerçəkliyi nə  dərəcədə düzgün dərk edirik?” Dərketmə 

prosesi iki mərhələdən keçir. İlk öncə, ağıllı insan onu əhatə edən hadisələri, 

prosesləri və i.a. hiss edir. İkincisi, onun beyni ilkin hisslərin nəticələrini emal edir və 

şərh edir. Bunların hamısı müəyyən növ enerjiləri qəbul, onları saxlamaq və emal 

etmək yolu ilə gerçəkləşdirilir. Ağıllı insanı  əhatə edən kosmosun enerji növlərinin 

həcmi, intensivliyi, sıxlığı  və müxtəlifliyi öz miqyasına görə ayrıca götürülmüş 

insanın və bütövlükdə bəşəriyyətin imkanları ilə müqayisə olunmazdır. Ona görə də 

belə bir nəticəyə  gəlmək olar ki, dərketmə  və idrak prosesləri, hər  şeydən öncə, 

sonsuzdur. Beləliklə, ağıllı insanın mövcud gerçəklikləri dərk etməsi dəqiq deyil, 

onlar daima yeniləşdirilərək təzələnir. Bu gerçəklik də, öz növbəsində, ağıllı insanın 

iştirakı ilə informasiya formasının AƏD – da  iştirakının zəruri şərtidir. 

Ağıllı insanın hiss orqanları istənilən halda ancaq yerli gerçəklikləri əhatə edir. 

Onun ağılı  təxəyyül baxımından böyük miqyasda gerçəklikləri təsəvvür etmək 

gücünə malik olsa da, hər halda, kosmos hüdudsuz olduğundan onun sonsuz 

ənginklərini əhatə etmək mümkünsüzdür.  



 

6

Elmi ədəbiyyatda şüurun iştirakı ilə yaradılmış gerçəkliklər barədə müzakirə və 



mübahisələr davam etməkdədir (Арнтц  и  др., 2011; Уоттс, 2012; Хокинг  и 

Млодинов, 2012). 

“Qara” materiya və “qara” enerji. Müasir təssəvürlərə görə, Kainatın kütləsinin 

yalnız 4,4% - ə 

qədəri adi barion materiyadan ibarətdir 

(

http://en.wikipedia.org/wiki/Dark_matter



). Təqribən 23% - i elektromaqnit 

baxımından güclü – qarşılıqlı  təsirdə  iştirak etməyən qeyri – barion materiyanın 

payına düşür. O ancaq cazibə effektlərində müşahidə olunur (şək.1). 

Maddənin inersiya səviyyəsi olan kütlə bu maddənin müxtəlif aqreqat 

hallarında, hərəkət sürətlərində  və miqyaslarda hərəkət ölçüsünü səciyyələndirən 

enerji arasında, fiziki təzahürləri fərqli olan, müəyyən kəmiyyət əlaqələri mövcuddur. 

Bu  əlaqələr müxtəlif nəzəri modellər çərçivəsində konkret riyazi  düsturlarla ifadə 

edilir. Məsələn, Nyuton mexanikasında potensial və kinetik enerjilərin düsturlarını, 

nisbilik nəzəriyyəsində Eynşteynin məşhur düsturunu, qazın sərbəst enerji, nüvənin 

enerji  əlaqəsi və s. düsturlarını buna misal göstərmək olar (Кулиев, 2012). Onlar, 

nəzəri aslıqlar və müvafiq eksperimental tədqiqatlar hüdudlarında kütlənin enerjiyə 

və əksinə çevrilməsinə sübutlardır. Aləmin fiziki və bioloji toplananlarının bilavasitə 

öz kütləsi və enerjisi vardır, odur ki, onların AƏD – da iştirakı  şübhə doğurmur. 

Məsələnin qəlizliyi AƏD – da materiyanın informasiya formasının iştirakı mexanizmi 

ilə bağlıdır. AƏD – da aləmin mahiyyət toplananlarına bölgüsü şərtidir. Aləm prinsip 

etibarilə həmişə və hər yerdə həm fiziki, həm də bioloji hallarında maddə, enerji və 

informasiya toplusundan (kompleksindən) ibarətdir. İnformasiya bloku halların özləri 

və onların iştirak etdiyi proseslər haqqında məlumatlardan və onların  ətraf aləmlə 

mümkün olan bütün qarşılıqlı  təsir qanunauyğunluqlarından ibarətdir. Beləliklə, 

informasiya forması fiziki və bioloji formalarla birlikdə müxtəlif miqyaslı 

dövranlarda iştirak edir. Lakin, aləmin informasiya formasının AƏD – da iştirakının 

kəmiyyət göstəriciləri məsələsi açıq qalır. Maddə  AƏD – da həmişə enerjiyə (və 

əksinə) çevrilir. Bu prosesdə maddənin enerji halına keçən hissəsi mövcud 

informasiyadan yararlanır, keçdiyi formada isə artıq başqa bir informasiya şəklini 

alır. İnformasiya formalarının bu növləri tamamilə başqa səciyyələrə malik ola bilir. 



 

7

Başqa sözlə, AƏD – nın ayrı – ayrı  mərhələlərində aləmin fiziki və bioloji 



formalarının informasiya şəkilləri, onların maddi və enerji toplananları  fərqli ola 

bilər. Məsələn, cazibə enerjisi ayrı – ayrı hallarda müxtəlif qanunauyğunluqları, 

mövcud olma, saxlama, ötürmə  və i.a. kimi xüsusiyyətləri özündə ehtiva edən 

elektrik, istilik, kimyəvi və digər enerji növlərinə çevrilir. 

AƏD paradiqması hüdudlarında “qara” materiya və enerji ilə bağlı 

problemlərin tədqiqində  cəlbedici perspektvlər açılır.  Əvvəldə qeyd etdiyimiz 

“intellektual” enerji prinsip etibarilə “qara”- dır, daha doğrusu, onu ayrı – ayrı fiziki 

sahələrdə enerji (fiziki mənada) və maddəyə aid əlamətləri təsbit etmək yolu ilə 

aşkarlamaq mümkün deyildir. Bu enerjinin potensialı biliklər mənbələrində (o 

cümlədən hər cür toplayıcılarda), mədəniyyət  əsərlərində  və  ağıllı insanın beynində 

yer tutur. AƏD prosesində  ağıllı insanın fəaliyyəti nəticəsində bu potensial ara 

vermədən hey artır və bitməz – tükənməz bir hal alır. Haqqında söhbət gedən enerji 

növü dərketmə sisteminin AƏD – də fiziki və bioloji formalarla qarşılıqlı  təsirinin 

nəticəsi kimi təzahür edir. AƏD – da bu potensialın  ayrı – ayrı hissələrinin istifadə 

edilməsi onun tükənməsinə və itkisinə səbəb olmur. Məsələn, Pifaqor teoremindən nə 

gədər istifadə etsək də, onun mahiyyəti dəyişmir, Nizaminin, Şekspirin, Hötenin, 

Puşkinin, Heminqueyin və başqa müəlliflərin əsərləri nə qədər çox oxunsa da, onların 

məzmunu heç bir dəyişikliyə  uğramır. Bədii, musiqi və digər  əsərlərə  də belə 

xüsusiyyətlər xasdır. Baxın, Mosartın,  Şopenin, Stravinçkinin, Çaykovskinin, 

Hacıbəyovun və başqalarının  əzəmətli yaradıcılıq məhsullarının hər bir ifası 

milyonlarla dinləyicini təkrar – təkrar ruhlandırır, həyəcanlandırır, eyni zamanda, bu 

əsərlər özlərinin bitib – tükənməz enerji potensialını saxlayaraq ilkin vəziyyətində 

dəyişməz qalırlar. Bu potensial zəruri hallarda ağıllı insana müxtəlif proseslərin 

(kompüter əməliyyatlarının, informasiya ötürülməsinin müxtəlif onlayn rejimlərinin, 

fizika təcrübələrinin və i.a.) sürətini son dərəcə artırmaqa, ayrı – ayrı kənd təsərrüfatı 

bitkilərinin məhsuldarlığını yüksəltməyə, uzaq məsafələri dəf etməyə və i.a. üçün çox 

böyük miqdarda enerji resurslarını (məsələn, süni nüvə reaksiyasında, 

sürətləndiricilərdə ki, eksperimentlərdə  və i.a.) toplamağa, imkan verir. Bu 

proseslərin hamısı aləmin müxtəlif dövranlarında baş verir, beləliklə  də, fiziki 



 

8

mənada enerji və maddəyə aid xassələrə malik olmayan enerji potensialı AƏD – da 



iştirak edir. Nəticə etibarilə  AƏD – da həmin iştirak enerji və maddənin sistemə 

onların ümumi mənada qəbul edilmiş  əlavə daxilolması  şəklində baş vermir. Bu 

tövhə elə bil ki “qara” - dır. Sözsüz ki, bu zaman materiyanın fiziki və bioloji 

formalarının iştirakı  nəzərdən qaçırılmır, lakin onlar sistemə  məqsədyönlü, 

əvvəlcədən hazırlanmış plana (bu planda AƏD – da “qara” xüsusiyyətə malik olur) 

uyğun olaraq daxil edilir.  

Ümumiyyətlə, müəyyən  şərtlər daxilində  dərketmə sisteminin AƏD – da 

iştirakı, prosesə  aşkar  əlavə enerji və maddə resurslarını daxil etmədən də, nəhəng 

dəyişikliklərə  gətirib çıxarır. Kosmik miqyasda belə  dəyişikliklər bəzən elə bir 

səvviyədə baş verir ki, astrofiziklər onları müasir cihazların köməyi ilə müşahidə edə 

bilirlər (

http://en.wikipedia.org/wiki/Dark_matter

). Nəticədə baş verən situasiyanı 

əsaslandırmaq olduqca çətindir. Bir çox hallarda belə hadisələr sistemə “qara” enerji 

və kütlələrin  daxil edilməsi yolu ilə əsaslandırılır.   

Yuxarıda deyilənlərə əsaslanaraq mümkün variant kimi ehtimal etmək olar ki, 

“qara” enerji və maddələrin mövcudluğu təkcə yer mənşəli ağıllı canlıların deyil, həm 

də kosmik ənginliklərdə  məskunlaşmış  ağıllı varlıqların miqyaslı  fəaliyyəti ilə 

bağlıdır. Təsəvvür etmək olar ki, astrofiziklərin uzaq qalaktikalarda aşkar etdikləri 

anomaliyalar kifayət gədər inkişaf etmiş  ağıllı  məxluqların fəaliyyəti ilə bağlıdır. 

Onların fəaliyyəti nəticəsində yaradılmış  dərketmə sistemləri zəruri yerlərdə böyük 

miqdarda enerji və maddi resursları toplamağa və idarə etməyə imkan verir. Həm də 

bu resurslar müəyyən zaman ərzində (astronomik) ya səpələnir, ya da qara dəliklərdə 

toplanır və az - çox tarazlıq vəziyyətinə, adətən müşahidə olunan vəziyyətə keçid baş 

verir. 

Azad iradə haqqında  Burada söhbət mikroaləm səviyyəsində təsəvvür olunan 



hadisələrə müşahidəçinin iradəsinin təsirindən gedir. Eksperiment və nəzəriyyələrdə 

baş verən və ya gözlənilən hadisələrə (təzahürlərə) müşahidəçinin (eksperimentatorun 

və ya nəzəriyyəçinin) iradəsinin təsiri ikinci dərəcəlidir. Eksperimentlərin, 

nəzəriyyələrin və modellərin özləri onların müəlliflərinin iradəsinin hesabına 

reallaşdırılır, onların nəticələrinin, yəni torəmə (ikinci dərəcəli) hisslərinin səhihliyi 



 

9

və  həqiqətə uyğunluğu (gercəkliyə) məsələsi açıq qalır. Bu eksperimentlər və 



nəzəriyyələr çərçivəsində gözlənilən nəticələrə iradənin  əlavə  təsiri artıq üçüncü 

dərəcəli olacaq. Buna görə də əvvəlki mərhələnin nəticələrinin səhihliyini axıra gədər 

saf – çürük etmədən sonrakı  nəticələri qiymətləndirməyə  cəhd göstərməyin mənası 

yoxdur. Müşahidə olunan hadisə  və  təzahürlərə “azad iradə” nin təsiri ilə bağlı 

məsələdən söhbət salmaq prinsip etibarilə o deməkdir ki, tədqiq olunan prosesi bizim 

hisslərimiz ya tam əhatə edə bilmir, ya da  emal və şərh etmə proqramları mükəmməl 

deyildir. 

Kvant mexanikasının gizlin parametrləri ilə bağlı müzakirələrdə azad iradə 

aksioması ortalığa çıxdı  və aydın izahını tapmayaraq hələ  də gündəlikdə açıq 

qalmaqdadır. Determinist nəzəriyyələr dairəsində yaranmış “azad iradə” konsepsiyası 

hazırda  yeni aksiom – “hüdudsuz başlanğıc hal” şərtləri ilə tamamlanır (Хоофт, 

2011). Belə hesab olunur ki, bu aksioma əsaslanan tədqiqatların nəticələri 

determinizmə zidd deyildir və kvant mexanikasında səbəb və müəyyən yerdən kənara 

çıxmamağa (lokallığa) dair başqa nəticələrə  gətirib çıxarır. O cümlədən, kvant 

sistemində nəticələrdən birini iradənin məhdud azadlığı təşkil edir: müşahidəçi ölçü 

cihazının dalğasını  dəyişə bilər, amma dalğa funksiyasının fazasına təsir göstərə 

bilməz. 

Kvant – mexaniki proseslərinin determinist və kvant – mexaniki 

interpretasiyası, müvafiq olaraq, Con Bel bərabərsizliyini ödəyir və ödəmir (Хоофт, 

2011). Bunlarla əlaqədar olaraq determinist nəzəriyyələrində “azad iradə” 

anlayışından istifadə olunur. Bu anlayışa görə  hər bir “müşahidəçi”- nin ixtiyari 

olaraq seçdiyi parametrin müşahidəsi və ölçülməsi üçün öz istəyinə uyğun olaraq 

yerini və zamanını seçmək azadlığı var. Müşahidəçi qarşılıqlı surətdə dəyişməyən (не 

коммутирующих) ölçülən kəmiyyətlərin dəstələri arasında seçim edəndə Bel 

bərabərsizliyi ilə ziddiyyət ortaya çıxır. Bu mülahizələrdən çıxış edəndə 

tədqiqatçıların bir çoxu belə  nəticəyə  gəlir ki, mikro aləmə klassik məntiqlə deyil, 

“başqa növ məntiqlə” nəzarət olunur. Xoft (Хоофт, 2011) hesab edir ki, bu, yanlış 

fikirdir və izahı çətin də olsa, yalnız bir növ məntiq mövcuddur. AƏD baxımından bu 

sualları  aşağıdakı qaydada izah etmək olar. Hesab olunur ki, məkan və zamanın 



 

10

fluktasiyaları (dəyişməsi) model quruluşlarında baş verir, daha doğrusu, onların baş 



verməsi törəmə hisslər (duyğular) sahəsinə aiddir. Kvant mexanikası hadisələr 

haqqında konkret yox, ancaq onlarının necə paylanmasını haggında məlumat verir, 

təsəvvürlər (anlayışlar) təkcə maddi mikroaləmi deyil, həm də  AƏD terminlərində 

müvafiq informasiya sahəsinidə əhatə etməlidir. 

Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxır ki, iradənin azadlığı aksiomunun 

rolunun aydınlaşdırılması  və yaxud  “hüdudsuz başlanğıc hal” aksiomu ayrı – ayrı 

nəzəri modellərin və müvafiq təsəvvürlərin daxili məsələsidir. Bu problemin həll 

edilmə dərəcəsindən asılı olmayaraq dövranlar reallaşır, mikro və makro miqyasda nə 

baş versə də, AƏD davam edir. Bütün suallar isə onunla bağlıdır ki, biz onları necə 

qəbul və dərk edirik. 

Beləliklə, AƏD paradiqması kosmologiyanın müxtəlif problemli məsələlərini 

yeni baxımdan tədqiq etməyə, yeni və  bəzən də gözlənilməz nəticələr  əldə etməyə 

imkan verir.                     

Ədəbiyyat 

 

АРНТЦ,  У.,  ЧЕЙС,  Б.,  ВИСЕНТЕ,  М. 2011. Кроличья  нора,  или  что  мы  знаем  о  себе  и 



Вселенной. Эксмо. Москва.  

КУЛИЕВ, Г.Г. 2002. Вечный круговорот материи. Елм. Баку.  

КУЛИЕВ, Г.Г. 2011а. О времени и его однонаправленности. Известия НАНА. Науки о Земле, 

3, 59-69.  

КУЛИЕВ, Г.Г. 2011б. Определение понятия «время». Известия НАНА. Науки о Земле, 4, 34-

43.  


КУЛИЕВ, Г.Г. 2012. Парадигма вечного круговорота материи и о понятии "время". В трудах 

XI  Международной  конференции  Геоинформатика:  теоретические  и  прикладные  аспекты,  Киев, 

Украина.  

СОКОЛОВ,  А.А.,  ЛОСКУТОВ,  Ю.М.,  ТЕРНОВ,  И.М. 1965. Квантовая  механика. 

Просвещение. Москва.  

УОТТС,  Д. 2012. Здравый  смысл  врет.  Почему  не  надо  слушать  свой  внутренний  голос. 

Эксмо. Москва.  

ХОКИНГ, С., МЛОДИНОВ, Л. 2012. Высший замысел. Торгово-издательский дом «Амфора», 

Санкт-Петербург.  

ХООФТ,  Г. 2011. О  постулате  свободы  воли  в  квантовой  механике.  Вестник  Российской 

Академии Наук, 81, 10, 907-912.  



 

11

DE GASPERIN, F., ORRU, E., MURGIA, M. et al. 2012. M 87 at metre wavelengths: the LOFAR 



picture. Astronomy & Astrophysics, A56, 547, 20р. Published online: 26 October 2012.  

http://en.wikipedia.org/wiki/Dark_matter



 

 

Yüklə 65,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə