Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqi  məsuliyyət  hüquq  pozuntusu  törətmiş  şəxs  üçün  arzuolunmaz 

nəticələrlə  ifadə  olunur.  Hüquqi  məsuliyyətin  əmələ  gəlməsinə  əsas  hüquq 

pozuntusunun  törədilməsi  faktıdır.  Hüquqi  məsuliyyət  dövlətlə,  hüquqla  sıx 

ə

laqədardır.  Dövlət  hüquq  normalarını  (ümumməcburi  davranış  qaydaları) 



müəyyən  edərək,  həm  də  hüquqazidd  davranışa  görə  hüquqi  məsuliyyəti  də 

nəzərdə tutur.Hüquqi  məsuliyyətin fərqli əlaməti - hüququ pozan şəxsin hüququn 

tələblərini  icra  etməsinə  dövlət  məcburiyyətidir.  Dövlət  məcburiyyəti  nədir? 

Ə

vvəla, bu vurulmuş ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, başqa şəxslərin 



pozulmuş hüququnun bərpası üzrə vəzifələrin qoyulmasıdır.Bu halda söhbət hüquq 

pozuntusuna qarşı, hər şeydən əvvəl, əmlak münasibətləri sahəsində tətbiq olunan 

hüququn bərpası tədbirlərindən gedir. 

kincisi, dövlət məcburetməsi cəza tədbirlərində ifadə oluna bilər, yəni hüquq 

pozuntusuna  qarşı  cinayət  (məsələn,  azadlıqdan  məhrumetmə)  cəzası,  inzibati 

cərimə, inzibati tənbeh tətbiq edilə bilər. 

Hüquqi  məsuliyyət  dövlət  məcburiyyəti  xarakteri  daşıyır.  Dövlət 

məcburetmə  tədbirləri  hüquq  normalarında,  onların  sanksiyalarında  müəyyən 

edilir. 

Sanksiya - müvafiq hüquq normalarında nəzərdə tutulan hüquq pozuntusunun 

arzuolunmaz  nəticəsi,  məhrumetmə  vasitəsidir.  Sanksiya  səlahiyyətli  dövlət 

orqanları (məsələn, məhkəmələr) tərəfindən tətbiq edilir. 

 

 

 



6.

  Dövlətin anlayışı və formaları 

Dövlət,  cəmiyyətin  daxili  təkamülünün  məhsulu  olub,  obyektiv  olaraq, 

təşkilati  yetkinliyə  məruz  qalmışdır.  Müxtəlif  zamanlarda  və  müxtəlif  şəraitdə 

dövlət  cəmiyyəti  idarə  edən  təşkilati,  hökmranlıq  mexanizmi  kimi  çıxış  edir. 

Dövlətin  daimi  mahiyyəti  yoxdur,  o,  hər  şeydən  əvvəl  yaşamağın  yeni  təşkilati-

ə

mək  formaları  və  insanların  təkrar  istehsalı  ilə  əlaqədar  yaranmışdır.  Dövlətə  - 



sosial qrupun, xalqın iradə və maraqlarını ifadə edən xüsusi dövlət aparatına malik 


olan  cəmiyyətin  siyasi  hakimiyyətinin  xüsusi  təşkilatı  kimi  tərif  vermək 

olar.Dövlətə - sosial qrupun, xalqın iradə və maraqlarını ifadə edən xüsusi dövlət 

aparatına  malik  olan  cəmiyyətin  siyasi  hakimiyyətinin  xüsusi  təşkilatı  kimi  tərif 

vermək olar. Dövlətin formaları aşağıdakılardır: 

a)

  totalitar dövlət; 



b)

  avtoritar dövlət; 

c)

  unitar dövlət; 



d)

  federasiya; 

e)

  konfederasiya. 



 

7.

  Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti 

Hakimiyyət  -  mürəkkəb,  çoxcəhətli  bir  hadisədir  ki,  onun  tədqiqinə  təbii 

olaraq,  müxtəlif  cür  yanaşmalar  mövcuddur.  Hüquq  ədəbiyyatında  hakimiyyətə 

yalnız  insanların  birgə  fəaliyyəti  kimi  baxılmır.  O,  cəmiyyətdə  sosial  qurumların 

vahid  fəaliyyətini  və  möhkəm  qaydaları  təmin  edən  mütəşəkkil  bir  qüvvə  kimi 

xarakterizə  olunur.  Bundan  əlavə,  hakimiyyət  ayrı-ayrı  adamların,  sosial 

qurumların,  bütünlükdə  xalqın  öz  iradəsini  xüsusi  metodların  köməyi  ilə  həyata 

keçirməyə,  bunu  başqalarına  qəbul  etdirməyə  olan  real  qabiliyyəti  kimi  də  başa 

düşülür.  «Hakimiyyət»  anlayışının  mahiyyətinə  başqa  cür  yanaşmalar  da 

mövcuddur  ki,  o  da  bu  çoxcəhətli  sosial  hadisənin  bu  və  ya  digər  tərəfini  əks 

etdirir. 

 

8.



  Konstitusiyanın sosial-iqtisadi mahiyyəti 

Konstitusiya  ölkədəki  sosial  təbəqələrin  ortaq  mənafe  və  maraqlarını  aşkara 

çıxarır.  O,  sosial  sistemin  başlıca  ünsürlərini  bir-birilə  əlaqələndirir  və  onlara 

hüquq  çərçivəsində  davranış  imkanı  verir,  onları  təşkilatlandırır.  Ailə,  din  kimi 

sosial təsisatlara, atalıq, analıq kimi sosial dəyərlərə təsir göstərərək, bütün sosial 

sistemdə  mövcud  münasibətlərə  təsir  edir  və  yeni  dəyərlərin  formalaşması  üçün 

zəmin yaradır. Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının 



ümumi  əsaslarını  müəyyənləşdirir.  Təhsil,  elm  kimi  sosial  sistemin  yaşamasına 

birbaşa  təsir  göstərən  ünsürlərə  təsir  etməklə  konstitusiya  bu  sistemin  həyati 

ə

həmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur. 



 

9.

 

Azərbaycan dövlətinin konstitusiya statusu



 

Konstitusiya 

quruluşunun 

ə

sasları 



Azərbaycan 

Respublikasının 

Konstitusiyasının  I  bölməsində  təsbit  olunmuşdur.  Konstitusiya  quruluşunun 

ə

sasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. 



Məsələn,  taliya  və Almaniya  Federativ Respublikasının  Konstitusiyasında  «Əsas 

Prinsiplər»,  Fransa  Respublikası  Konstitusiyasında  «Suverenlik  haqqında», 

Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s. 

Azərbaycan  Respublikası  Konstitusiyasında  isə  cəmiyyətin  və  dövlətin 

fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar 

olunmasına  yönələn  başlıca  prinsiplər  isə  «Ümumi  müddəalar»  adı  altında  təsbit 

olunmuşdur.  Bu  bölmədə  öz  əksini  tapan  normalar  norma-prinsiplər,  məqsəd 

normaları, vəzifə-normaları hesab olunur. 

Konstitusiya  quruluşunun  əsaslarının  aşağıdakı  struktur  elementləri  vardır: 

xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının 

üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial 

və  iqtisadi  əsaslar;  dövlət  hakimiyyətinin  əsasları;  yerli  özünüidarəetmənin 

tanınması  və  təmin  olunması,  onun  müstəqilliyi  və  dövlət  hakimiyyətindən 

ayrılması. 

 

10.

 

Azərbaycan Respublikası vətəndaşlığı



 

Vətəndaş hüquqlarından fərqli olaraq, insan hüquqları həmişə hüquqi kateqoriya 

kimi çıxış etmir, yalnız mənəvi və sosial kateqoriya kimi çıxış edir. 

nsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir: 

1. Onlar insanın təbii və sosial məzmunu əsasında meydana gəlir və inkişaf edir; 

2. Obyektiv mövcud olur və dövlət tərəfindən tanınmasından asılı deyil; 




Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə