Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

3.  nsana doğulduğu andan məxsusdur; 

4. Toxunulmazlıq, pozulmazlıq xarakterinə malikdir, təbii kimi qəbul edilir (hava, 

torpaq və su kimi); 

5. Birbaşa qüvvəyə malikdir; 

6. Ali nemət kimi tanınır; 

7. Hüququn zəruri hissəsi kimi çıxış edir; 

8.  nsan və dövlət arasında qarşılıqlı münasibətlərin prinsip və normalarını özündə 

ə

ks etdirir; 



9. Onların tanınması,  riayət  edilməsi və  müdafiəsi dövlətin başlıca  vəzifəsi hesab 

olunur. 


 

11.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  səlahiyyətləri  və  fəaliyyətinin  

ə

sasları



 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  hakimiyyətin  bölünməsi  ilə 

ə

laqədar  səlahiyyətlər  yalnız  bir  hakimiyyət  budağına  münasibətdə  kəskin 



fərqləndirməklə  təsbit  edilmişdir.  Bu  da  qanunverici  hakimiyyəti  həyata  keçirən 

Milli  Məclisdir.  Milli  Məclisin  səlahiyyətinə  aid  edilən  məsələlər  94  və  95-ci 

maddələrdə  öz  əksini  tapmışdır.  Konstitusiyasının  95-ci  maddədə  əsasən 

prezidentin  vəzifəyə  təyin  etdiyi  ayrı-ayrı  şəxslərin  və  irəli  sürdüyü  müxtəlif 

proqramların, təkliflərin təsdiqlənməsindən söhbət gedir.  

Azərbaycan  Respublikasında  qanunvericilik  hakimiyyəti  Azərbaycan 

Respublikasının  Milli  Məclisi  tərəfindən  həyata  keçirilir.  Milli  Məclis  125 

deputatdan  ibarət  tərkibdə  fəaliyyət  göstərir.  Milli  Məclisin  deputatları  majoritar 

seçki sistemi,  ümumi,  bərabər və birbaşa seçki hüququ  əsasında  sərbəst, şəxsi və 

gizli səsvermə yolu ilə seçilirlər. 

Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 

5  ildir.  Daxili  nizamnaməyə  görə  Milli  Məclis  öz  fəaliyyətində  aşağıdakı 

prinsipləri üstün tutur: 

-     aşkarlıq; 

siyasi plüralizm, çoxpartiyalılıq; 




məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.  

 

 

 



12.

 Azərbaycan Respublikası Prezidentinin Konstitusiya statusunun əsasları 

Prezidentlik  institutu  dövlətçiliyimizin  inkişafı  tarixində  qısa  müddəti  əhatə 

edir.  Respublikamızda  prezidentlik  institutu  1990-cı  ilin  may  ayında  təsis 

edilmişdir,  sonradan,  yəni  1991-ci  il  iyunun  26-da  Azərbaycan  Respublikası  Ali 

Soveti  tərəfindən  «Azərbaycan  Respublikası  Prezident  seçkiləri  haqqında»  qanun 

qəbul  edilmişdir.  1991-ci  il  oktyabrın  18-də  qəbul  edilmiş  «Azərbaycan 

Respublikasının  Dövlət  Müstəqilliyi  haqqında»  Konstitusiya  Aktında  dövlət 

hakimiyyətinin hakimiyyətin bölgüsü prinsipinə əsaslanması təsbit edilmişdir. 13-

cü maddənin III hissəsində deyilirdi: «Ali icra hakimiyyəti Azərbaycan dövlətinin 

başçısı olan Azərbaycan Respublikası prezidentinə məxsusdur». 

Konstitusiyanın  8-ci  maddəsi  «Azərbaycan  dövlətinin  başçısı»  adı  altında 

verilmişdir.  Burada  deyilir:  «Azərbaycan  dövlətinin  başçısı  Azərbaycan 

Respublikasının  Prezidentidir».  Həmçinin  Konstitusiyanın  7-ci  maddəsinin  3-cü 

hissəsində və 99-cu maddəsində qeyd olunur ki, «Azərbaycan Respublikasında icra 

hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur». 

Konstitusiyanın  bu  müddəalarından  göründüyü  kimi,  Azərbaycan 

Respublikasının  Prezidenti  həm  dövlət  başçısıdır  və  həm  də  icra  hakimiyyəti 

prezidentə mənsubdur.  

 

13.

 Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə hüququ  

Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə 

görə  məhkəmə  hakimiyyətini  ədalət  mühakiməsi  yolu  ilə  məhkəmələr  həyata 

keçirir. Həmin maddənin III hissəsinə görə isə məhkəmə hakimiyyəti konstitusiya, 

mülki  və  cinayət  məhkəmə  icraatı  vasitəsilə  və  qanunla  nəzərdə  tutulmuş  digər 

vasitələr  ilə  həyata  keçirilir.  Göründüyü  kimi  konstitusiya  icraatı  ədalət 

mühakiməsinin  bir  forması  kimi  qəbul  edilir  və  Konstitusiya  Məhkəməsi 



tərəfindən  həyata  keçirilir.  Hüquq  ədəbiyyatında  ədalət  mühakiməsinə  verilən 

anlayış  əsasında  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  ədalət 

mühakiməsini həyata keçirməsini təsdiqləmək olar: 

1. Ədalət  mühakiməsi  məhkəmələr  tərəfindən  həyata  keçirilir.  Azərbaycan 

Respublikasının  Konstitusiya  Məhkəməsi  də  Azərbaycan  Respublikası  məhkəmə 

sisteminə daxil olan ali instansiyadır. 

2. Ədalət  mühakiməsi  məhkəmə  iclaslarında  həyata  keçirilir.  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsi  də  onun  səlahiyyətinə  aid  edilmiş  işlərə 

məhkəmə iclaslarında baxır. 

3. Ədalət  mühakiməsi  Azərbaycan  Respublikası  Konstitusiyasında  və  digər 

qanunvericilik  aktlarında  müəyyən  edilmiş  demokratik  prinsiplər  əsasında  həyata 

keçirilir.  

4. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş prosessual qaydada həyata 

keçirilir.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  də  Konstitusiya 

icraatını  «Konstitusiya  Məhkəməsi  haqqında»  qanunda  müəyyən  edilmiş 

prosessual qaydada həyata keçirir. 

 

 

14.



 Azərbaycan Respublikası Prokurorluğ

Azərbaycan  Respublikasının  Prokurorluğu  məhkəmə  hakimiyyəti  sisteminə 

daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikası 

Baş prokurorun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. 

Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir: 

-  Azərbaycan Respublikasının Baş Prokurorluğu; 

-  Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 

-  Naxçıvan Muxtar Respublikasının Prokurorluğu; 

-  rayon (şəhər) prokurorluqları; 

-  hərbi və nəqliyyat ixtisaslaşdırılmış prokurorluqları; 

-  tədris-elm  müəssisələri,  mətbuat  orqanları,  mətbəə,  sosial  məişət, 

təsərrüfat təyinatlı digər qurumlar. 




Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə