Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

Prokurorluq qanunda nəzərdə tutulmuş hallarda və qaydada: 

-  cinayət işi başlayır və ibtidai istintaq aparır; 

-  ibtidai  istintaqa  prosessual  rəhbərlik  edir  və  qanunlara  riayət  edilməsini 

təmin edir; 

-  təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və 

tətbiq olunmasına nəzarət edir; 

-  məhkəmədə  iddia  qaldırır  (ərizə  verir),  mülki  və  iqtisadi  mübahisələrə 

dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir; 

-  məhkəmədə  cinayət  işlərinə  baxılmasında  tərəf  kimi  iştirak  edir,  dövlət 

ittihamını müdafiə edir; 

-  məhkəmə qərarlarından protest verir; 

-  məhkəmələr  tərəfindən  təyin  edilmiş  cəzaların  məqsədinə  nail 

olunmasında iştirak edir. 

 

 



15.

 Qanunvericilik prosesi 

Qanunvericilik,  hüquqyaratma  fəaliyyətinin  əsas,  ən  mühüm  formasıdır. 

Qanunvericilik  fəaliyyəti  dedikdə,  ali  dövlət  hakimiyyəti  orqanının  qanunlar  qəbul 

etməyə yönəldilmiş fəaliyyəti başa düşülür.Qanunvericilik fəaliyyəti qanunvericilik 

prosesi  vasitəsilə  reallaşır.  Parlament  qanunvericilik  fəaliyyətini  yerinə  yetirərkən 

qanunvericilik prosesinə ciddi əməl edir, çünki qanunvericilik prosesinin pozulması 

qəbul edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur. 

Qanunvericilik  prosesi,  istənilən  hüquqi  proses  kimi  aşağıdakı  mərhələlərdən 

ibarətdir: 

1) Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü); 

2) Qanun  layihəsinə  parlament  palataları  və  komitələrində  (komissiyalarında) 

baxılması; 

3) Qanunun qəbul edilməsi; 

4) Qanunun sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi. 




Qanunvericilik      prosesinin      ilkin      mərhələsi      qanunvericilik   

təşəbbüsüdür.Qanunvericilik təşəbbüsü - səlahiyyətli subyektin qanun layihəsi və ya 

qanuna  dair  təkliflərin  parlamentin  səlahiyyətli  orqanına  rəsmi  surətdə  təqdim 

edilməsidir.  Qanun  layihəsi  və  qanuna  dair  təkliflər  arasında  fərq  hərfi  mənada 

özünü göstərir. Belə ki, qanun layihəsi gələcək qanun olduğu üçün qanunun bütün 

atributlarına - preambulaya, maddələrə, bəndlərə, normaların dəqiq formulalarına və 

s.  malikdir.  Qanuna  dair  təklif  isə  -  gələcək  qanun  barəsində  ideya,  bəzən  nəzəri 

konsepsiya şəklində olur.  

 

16.

 Azərbaycan Respublikası vətəndaşğı 

Vətəndaşlıq  məfhumu  hələ  qədim  Afina  və  Romada  tətbiq  olunmuşdur. 

Burada  vətəndaşlıq  azad  insanlara  məxsus  idi.  Orta  əsrlərdə  isə  vətəndaşlıq 

məfhumu  təbəəliklə  əvəz  olundu.  Konstitusiyamızın  52-ci  maddəsində  və 

«Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında»  1998-ci  il  30  sentyabr 

qanununun  1-ci  maddəsində  göstərilir:  «Azərbaycan  dövlətinə  mənsub  olan, 

onunla  siyasi  və  hüquqi  bağlılığı,  habelə  qarşılıqlı  hüquq  və  vəzifələri  olan  şəxs 

Azərbaycan Respublikasının vətəndaşıdır». 



Vətəndaşhğəldə edilməsi yollarına aşağıdakılar daxildir: 

 

1) filimasiya (vətəndaşğın anadangəlmə əldə edilməsi). 

 

Burada iki prinsip var: 

1)   ius sanquini - qan hüququ; 

2)   ius soli - torpaq hüququ. 



 

Avropa  dövlətlərində  ius  sanquini  əsas  götürülür.  Yəni  burada  vətəndaşlıq 

şə

xsin  mənşəyi  ilə  əlaqələndirilir.  Şəxs  hansı  dövlətin  vətəndaşından  doğulubsa 



həmin dövlətin vətəndaşı sayılır. Bu prinsip Roma hüququndan qalıb. Azərbaycan 

Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının 

vətəndaşlarından  -  doğulmuş  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşıdır. 

Deməli,  bizdə  də  ius  sanquini  əsas  götürülür.  Lakin  Konstitusiya  həmçinin  ius 

solini vətəndaşlığın əldə olunması üsulu kimi tanıyır. 

17.

 Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı  



Konstitusiya  anlayışı  latın  dilində  olan  «constitucio»  sözündən  olub  hərfi 

mənası  «quruluş»,  «təsisat»,  «qurmaq»,  «təsis  etmək»  deməkdir.  Etimoloji 

baxımdan  konstitusiya  terminindən  ilk  dəfə  Qədim  Romada  imperator 

hakimiyyətinin  ayrı-ayrı  aktlarının  adlandırılması  üçün  istifadə  olunmuşdur.  Orta 

ə

srlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi 



mənasına uyğun olaraq bu cür adlandırılmışdır. 

lk  yazılı  Konstitusiya  (yəni,  daxili  struktura  malik  vahid,  əsas  qanun)  kimi 

1787-ci  ildə  qəbul  edilmiş  və  bu  günə  qədər  fəaliyyət  göstərən  ABŞ-ın 

Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il 

Polşa və Fransa Konstitusiyaları olmuşdur.Azərbaycan Respublikası Konstitusiyası 

suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis 

sənədidir. O, Konstitusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları 

sistemində balans yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir. 

Azərbaycan  Respublikasının  Konstitusiyası  (12  noyabr  1995-ci  il)  yalnız 

dövlətin  təşkilini  deyil,  həm  də  qeyri-dövlət  sahələrini  -  sosial-iqtisadi  quruluşun 

ə

saslarını,  cəmiyyətin  mədəni  həyatını,  insan  və  vətəndaşın  hüquq,  azadlıq  və 



vəzifələrini əhatə edir. 

 

 



18.

 

Hüquq pozuntusunun anlayışı və növləri 

Ümumi şəkildə hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan 

vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər.Qanunvericilikdə 

hüquq  pozuntusunun  konkret  əlamətləri  müəyyən  edilir  ki,  bu  da  onu  insanların 

törətdiyi  digər  cəmiyyətə  zidd  əməllərdən  (məsələn,  qanunla  cəzalandırılmayan 

qeyri-əxlaqi  hərəkətlərdən)  fərqləndirməyə  imkan  verir.  Bütün  hüquq  pozuntuları 

ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə və xətalara bölünür. 

Cinayət - cinayət qanunvericiliyi (cinayət hüquq normaları) ilə qadağan edilmiş 

ictimai  təhlükəli  hüquq  pozuntusudur.  Cinayətin  ictimai  təhlükəliliyi  ondan 

ibarətdir  ki,  o  cəmiyyətin  mövcud  olmaq  şərtlərinin  özünə,  vətəndaşların  əsas 




Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə