Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

bütün növləri müvafiq ardıcıllıqla verilmiş, vərəsəlik hüququnun ümumi və xüsusi 

hissəsini tənzim edən normalar sistemləşdirilmişdir. 

 

23.

  Mülki hüquq münasibətlərinin növləri 

Mülki  hüquq  münasibətləri  bir  sıra  əsaslara  görə  tənifləşdirilir:  Maddi 

məzmununa görə mülki hüquq münasibətləri 2 yerə bölünür: 

1.

  Əmlak münasibətləri; 



2.

  Şəxsi qeyri-əmlak münasibətləri.  

Mülki  hüquq  münasibətlərinin  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətlərinə 

bölgüsü onunla xarakterizə olunur ki: 

1.

  Əmlak münasibətləri iqtisadi dəyərə malik olan münasibətlərdirsə, şəxsi 



qeyri-əmlak  münasibətləri  maddi  məzmuna,  iqtisadi  dəyərə  malik 

olmayan münasibətlərdir; 

2.

  Əmlak  münasibətlərindən  fərqli  olaraq,  şəxsi  qeyri-əmlak  münasibətləri 



vətəndaşların və ya təşkilatların qeyri-əmlak marağına xidmət edir; 

3.

  Əmlak münasibətlərində hüquq varisliyinə yol verilirsə, şəxsi qeyri-əmlak 



münasibətlərində hüquq varisliyinə yol verilmir; 

Mülki  hüquq  münasibətləri  içərisində  ən  çox  rast  gəlinəni  əmlak  münasibətləridir.  

Təşkilatların, habelə vətəndaşların mülki hüquqları və vəzifələri əksər hallarda əmlak xarakterli 

olur. 


Şə

xsi qeyri-əmlak münasibətləri 3 qrupa ayrılır: 

1. 

Şə

xsi qeyri-əmlak xarakterli hüquq münasibətləri; 



2. 

Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri; 

3. 

Təşkilati hüquq münasibətləri. 



Şə

xsi qeyri-əmlak hüquq münasibətləri özündə qeyri-əmlak xarakterli cəhətləri birləşdirir 

ki, həmin cəhətlər insanla bağlıdır. Məsələn, ad, şərəf, ləyaqət və s. 

Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri bu münasibətlər içərisində 

mühüm  yer  tutur.  Bu  münasibətlərin  özünəməxsusluğu  onun  məzmunu  və  obyekti 

araşdırılarkən  aydın  olur.  Bu  mülki  hüquq  münasibətlərinin  obyekti  şəxsiyyətin  mənəvi, 

yaradıcı fəaliyyətidir. Bura elm, ədəbiyyat və incəsənət əsərləri aiddir. 

Şə

xsi qeyri-əmlak münasibətləri içərisində təşkilati mülki hüquq münasibətləri mühüm 



yer  tutur.  Təşkilati  hüquq  münasibətləri  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətləri  ilə 

ə

laqədardır. Çox zaman onlar arasında hüquqi əlaqələrin reallaşmasına xidmət edir. Bu cür 



münasibətlərə  misal  olaraq,  nümayəndəliyi  (təmsilçiliyi)  göstərmək  olar.  Mülki  hüquq 

münasibətləri  içərisində  nəzarətedici  münasibətlər  də  özünəməxsus  yer  tutur.  Burada 

subyektlərdən birinə digərinin fəaliyyətinə nəzarət etmək hüququ verilir. Məsələn, sifarişçinin 

sifarişi qəbul edənin işinə nəzarəti. 

 

24.

 Hüquqi faktların növləri 



Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən  asılı  olaraq 

hüquqi  faktlar  təsnifləşdirilir.  Mülki  qanunvericilikdə  hüquqi  faktların  iki  növü 

fərqləndirilir. 

1.  Hadisələr;  2.  Hərəkətlər. 

nsanların  iradəsi  ilə  əlaqəsi  olmayan  hüquqi  faktlara  hadisələr  deyilir. 

Hadisələrə insanın anadan olması, onun təbii ölümü, zəlzələ, ildırım çaxması və s. 

misal  ola  bilər.  O  hadisələr  hüquqi  əhəmiyyət  kəsb  edir  ki,  onların  baş  verməsi 

hüquqi nəticələrə səbəb olur. Məsələn, insanın anadan olması, valideynlərin uşağı 

saxlamaq  və  tərbiyə  etmək  vəzifəsini  əmələ  gətirir,  yaxud  insanın  ölməsi,  bir 

hüquqi fakt kimi vərəsələr arasında hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb 

olur və s. 

Mülki hüquqda hadisələr də iki qrupa bölünür: 

1.  Mütləq və yaxud fors-major hadisələr; 

2.  Nisbi hadisələr. 

Mütləq  hadisələr  elə  hadisələrdir  ki,  onların  yaranması  və  inkişafı  insanın 

iradəvi fəaliyyəti ilə bilavasitə bağlı deyil. Məsələn, zəlzələ, vaxtın keçməsi və s. 

Nisbi  hüquqi  hadisələr  insanların  fəaliyyəti  nəticəsində  yaranır,  ancaq  bu 

hərəkətdən  asılı  olmayaraq  inkişaf  edir.  Məsələn,  yanğın,  insan  ölümü,  insanın 

doğulması və s. 

Hərəkətlər  insanların  iradəvi  hərəkətlərinin,  yəni  şüurlu  fəaliyyətinin 

nəticəsi  olan  həyati  faktlardır.  Qanun  isə  onları  müəyyən  hüquqi  nəticə  ilə 

ə

laqələndirir. Hüquqi faktların əksəriyyətini hərəkətlər təşkil edir. Hərəkətlər də öz 



növbəsində hüquqauyğun və hüquqazidd hərəkətlərə bölünür. 

 

 



25.

  Fiziki şəxlər mülki hüququn subyeti kimi 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  24  -  42-ci  maddələrində  mülki 

hüquq  münasibətlərinin  subyektlərindən  biri  olan  fiziki  şəxslərdən  bəhs  edilir. 

Fiziki  şəxslər  dedikdə,  təkcə  respublika  vətəndaşları  deyil,  həm  də  Azərbaycan 




Respublikasının  ərazisində  daimi  yaşayan  və  ya  müvəqqəti  qalan  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  də  başa  düşülür.  Respublikamızda  mülki  hüquq 

qabiliyyətinin  xarakterik  cəhəti  ondan  ibarətdir  ki,  bu  hüquq  qabiliyyəti  bütün 

fiziki şəxslər üçün eyni dərəcədə tanınır və real surətdə təmin edilir. 

Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə 

xətm  edilir.  Bəzi  normalar  hələ  doğulmamış  uşağın  hüquqlarının  qorunduğunu 

nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 25.3-cü maddəsinə əsasən, vərəsə olmaq 

hüququ  maya  bağlandığı  andan  əmələ  gəlir,  bu  hüququn  həyata  keçirilməsi  isə 

yalnız  doğumdan  sonra  mümkündür.  Fiziki  şəxslərin  mülki  hüquq  qabiliyyətinin 

məzmununa  xüsusi  mülkiyyətdə  əmlaka  malik  olmaq,  yaşayış  yeri  seçmək,  elm, 

ə

dəbiyyat,  incəsənət  əsərlərinin,  kəşflərin,  ixtiraların,  səmərələşdirici  təkliflərin 



müəllifi olmaq, ümumiyyətlə respublika ərazisində istədiyi kimi hərəkət etmək və 

s. hallar daxildir. 

Respublika  qanunvericiliyinə  uyğun  olaraq  fiziki  şəxslərin  hüquq 

qabiliyyətindən məhrum edilməsi yolverilməzdir. 

Fiziki  şəxslərin  mülki  hüququn  subyekti  sifətində  çıxış  etməsi  üçün  mülki 

hüquq  qabiliyyəti  ilə  yanaşı,  fəaliyyət  qabiliyyətinə  də  malik  olması  vacibdir. 

Fəaliyyət  qabiliyyətinin  olub-olmaması  hüquq  qabiliyyətinin  məzmununa  təsir 

göstərmir.  Məsələn,  fəaliyyət  qabiliyyəti  olmayan  sayılmış  fiziki  şəxs  hüquq 

qabiliyyətini tam saxlayır. 

 

26.



 Dövlət mülki hüququn subyekti kimi 

Azərbaycan  Respublikası  Mülki  Məcəllənin  43-cü  maddəsinin  3-cü  və  4-cü 

bəndlərinə  əsasən,  Azərbaycan  Respublikası  və  bələdiyyələr  mülki  hüquq 

münasibətlərində  eynilə  digər  hüquqi  şəxslər  kimi  iştirak  edirlər.  Bu  hallarda 

onların səlahiyyətlərini onların hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 

Dövlət mülki hüquq münasibətlərinin iştirakçısı kimi hüquq subyektliyinə, yəni 

hüquq və fəaliyyət qabiliyyətinə malikdir. Lakin digər subyektlərdən fərqli olaraq 

bu hüquq qabiliyyətinin özünəməxsus xüsusiyyətləri vardır. Bu, onunla izah olunur 




Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə