Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

ki,  dövlət  ümumi  hüququn  əsas  subyekti  olmaqla  hakimiyyətin  daşıyıcısıdır.  Bu 

xüsusiyyət dövlətin mövcud suverenliyində ifadə olunur. 

Suverenlik daxili və xarici ifadəyə  malikdir. Öz ərazisi hüdudlarıda dövlət ən 

ali hakimiyyəti təcəssüm etdirir. Heç kəs dövlətin daxili işlərinə qarışa bilməz. 

Dövlətin suverenlik xüsusiyyəti onu mülki hüququn xüsusi subyektinə çevirir. 

Bu mənada: 

-  dövlət  özü  mülki  hüququn  digər  bütün  subyektləri  üçün  məcburi  olan 

qanunlar qəbul edir; 

-  dövlət  digər  tərəfin  iradəsindən  asılı  olmayaraq  mülki  hüquq  münasibətləri 

ə

mələ gətirən inzibati aktlar qəbul edir; 



-  dövlət  bərabərlik  əsasında  qurulan  mülki  hüquq  münasibətlərində  iştirak 

etdikdə belə, hakimiyyət funksiyasını saxlayır; 

-  dövlət immunitetdən istifadə edir. 

 

 



27.

  Əqdlərin anlayışı 

Ə

qdlər  hüquqi  faktların  ən  geniş  yayılmış  növlərindən  biridir.  Əqd  mülki 



hüquq  münasibətinin  əmələ  gəlməsinə,  dəyişdirilməsinə  və  ya  xitamına 

yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər aşağıdakı 

ə

lamətlərlə xarakterizə olunur: 



1)

  əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 

2)

  əqd hüquqauyğun hərəkətdir; 



3)

  əqd  xüsusi  olaraq  mülki  hüquq  münasibətlərinin  əmələ  gəlməsinə, 

dəyişməsinə və xitamına yönələn hərəkətdir; 

4)

  əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. 



      Hər  bir  əqd  iradəvi  akt  kimi  bir  sıra  psixoloji  amillərlə  bağlıdır.  Əqdin 

bağlanması  üçün  hər  şeydən  əvvəl  tərəflərin  arzusu,  istəyi  olmalıdır.  Mülki 

hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin 

bağlanması  üçün  kifayət  deyildir.  Bunun  üçün  həm  də  daxili  iradənin  digər 

şə

xslərə bildirilməsi, elan olunması lazımdır. Buna, iradə ifadəsi deyilir. Demək, 




ə

qd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi - iradə ifadəsini 

özündə  birləşdirir.  Hüquqi  nəticələr  iradə  ifadəsi  ilə  bağlıdır.  Onun  sayəsində 

ə

qdlərə aydınlıq və dəqiqlik gətirilir. 



 

28.

  ddia müddəti 

Mülki  hüquqda  müddətlərin  xüsusi  qrupunu  mülki  hüquqların  müdafiəsi 

müddətləri  təşkil  edir.  Mülki  hüquqların  müdafiəsi  müddəti  dedikdə  elə  müddət 

başa  düşülür  ki,  həmin  müddət  ərzində  hüququ  pozulmuş  şəxs  öz  hüquqlarının 

müdafiəsini  və  yaxud  məcburi  qaydada  həyata  keçirilməsini  tələb  edə  bilər. 

Pozulmuş  mülki  hüquqların  müdafiəsinin  əsas  vasitəsini  iddialar  təşkil  etdiyinə 

görə, göstərilən müddətləri də iddia müddətləri adlandırırlar. 

 Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün 

müəyyən olunmuş müddətə iddia müddəti deyilir.  ddia müddəti qanunla elə hallar 

üçün  müəyyən  edilmişdir  ki,  həmin  hallarda  konkret  şəxsə  məxsus  olan  maddi 

hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici 

tədbirlərin  tətbiq  edilməsi  lazımdır.  Məcburetmə  tədbirləri  qanunla  mülki 

hüquqların  müdafiəsi  üçün  səlahiyyəti  olan  orqanlar  (məhkəmə  və  s.)  tərəfindən 

tətbiq edilir. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə həmişə 

deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir. 

Pozulmuş  subyektiv  mülki  hüquqların  məcburi  həyata  keçirilməsi  imkanı 

maddi mənada iddia hüququ, bu hüquqların müdafiəsi üçün məhkəməyə müraciət 

etmək  hüququ  isə  prosessual  mənada  iddia  hüququ  adlanır.  ddia  müddətinin 

ötürülməsi  məhkəməyə  iddia  ilə  müraciət  etmək  hüququnu  aradan  qaldırmır. 

Subyektiv  mülki  hüququn  pozulmasından  nə  qədər  vaxt  keçərsə  keçsin,  maraqlı 

şə

xs  istənilən  vaxt  iddia  qaldıra  bilər.  ddia  müddətinin  keçməsindən  asılı 



olmayaraq,  pozulmuş  hüququn  müdafiə  edilməsinə  dair  tələb  baxılmaq  üçün 

məhkəmə  tərəfindən  qəbul  edilir.  Beləliklə,  hətta  maddi  mənada  iddia  hüququ 

aradan qalxsa belə, prosessual mənada iddia hüququ saxlanılır. 

 

 




29.

 Mülkiyyət hüququnun anlayışı 

 

Mülkiyyət  insanın əşyaya münasibəti deməkdir. Belə ki, mülkiyyətçi öz əşyası 

ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə də mülkiyyət təkcə 

insanın  əşyaya  münasibətində  deyil,  həmin  əşya  barəsində  insanlar  arasındakı 

münasibətlərdə özünü göstərir.  

Mülkiyyət  maddi  və  iradəvi  məzmuna  malik  olan  ictimai  münasibətdir  və 

ə

mlak  münasibətlərində  başlıca  yer  tutur.  Lakin  bu,  mülkiyyətin  xarakteri  üçün 



kifayət  hesab  oluna  bilməz.  Bunun  üçün  mülkiyyətçinin  ona  mənsub  əmlaka  hər 

hansı  bir  konkret  formada  ifadə  oluna  bilən  iradəvi  aktını  göstərməsi  lazımdır. 

Mülkiyyətçinin  iradəsi  ona  mənsub  əmlaka  sahiblik,  istifadə  və  sərəncamda  ifadə 

olunur.  

AR  Mülki  Məcəlləsinin  152.1-ci  maddəsinə  əsasən  Mülkiyyət  hüququ—

subyektin  ona  mənsub  əmlaka  (əşyaya)  öz  istədiyi  kimi  sahib  olmaq,  ondan 

istifadə  etmək  və  ona  dair  sərəncam  vermək  üzrə  dövlət  tərəfindən  tanınan  və 

qorunan hüququdur. 

Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi 

cəhətdən təmin edilmiş imkanıdır. 

stifadə  hüququ  -  əmlakdan  (əşyadan)  onun  faydalı  təbii  xassələrini  hasil 

etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 

stifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 

Sərəncam  hüququ  -  əmlakın  (əşyanın)  hüquqi  müqəddəratını  təyin  etməyin 

hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 

Mülkiyyətçi  qanunvericiliklə  və  ya  başqa  şəkildə,  o  cümlədən  müqavilə 

məhdudiyyətləri  ilə  müəyyənləşdirilmiş  hədlərdə  əmlaka  (əşyaya)  sərbəst  surətdə 

sahib  ola  bilər,  ondan  istifadə  edə  bilər  və  ona  dair  sərəncam  verə  bilər,  həmin 

ə

mlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində 



öz  mülahizəsi  ilə  istənilən  hərəkətləri  edə  bilər,  bir  şərtlə  ki,  həmin  hərəkətlər 

qonşuların  və  ya  üçüncü  şəxslərin  hüquqlarını  pozmasın,  yaxud  hüquqdan  sui-

istifadə olmasın. 

 

30.



 Bələdiyyə mülkiyyət hüququ 

Mülkiyyət  forması  kimi  bələdiyyə  mülkiyyətinin  dövlət  mülkiyyətindən 

ayrılması  ilk  dəfə  «Azərbaycan  Respublikasında  mülkiyyət  haqqında»  Qanunla 

müəyyən 


olunmuşdur. 

Sonralar 

Azərbaycan 

Respublikasının 

yeni 

Konstitusiyasında (13-cü maddə) mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti təsbit 



olunmuşdur. 

AR  Mülki  Məcəlləsinə  əsasən,  bələdiyyələrə  mülkiyyət  hüququ  ilə  mənsub 

olan əmlak onların mülkiyyətidir. 

Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır: 

-

  qanunvericiliyə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət 



ə

mlakı; 



Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə