Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

-

  bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak; 

-

  fiziki  və  hüquqi  şəxslərin,  beynəlxalq  təşkilatların  və  fondların 



bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak; 

-

  varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak; 



-

  bələdiyyələrə vəsiyyət edilən əmlak; 

-

  qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak. 



Bələdiyyələr  öz  əmlakına  dair  mülkiyyətçi  hüququna  malikdir,  yəni  sərbəst 

olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir. 

Bələdiyyələr  haqqında  respublika  qanunvericiliyinə  müvafiq  olaraq 

bələdiyyə  mülkiyyətinin  tərkibinə  yerli  vergilər  və  ödənişlər  hesabına  formalaşan 

yerli  büdcənin  vəsaiti,  bələdiyyənin  büdcədənkənar  fondları,  bələdiyyə  əmlakı, 

habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil 

fondları  və  qeyri-yaşayış  binaları,  dövlət  və  xüsusi  mülkiyyətdə  olmayan  yollar, 

bələdiyyə,  təhsil,  səhiyyə,  mədəniyyət  və  idman  müəssisələri,  digər  daşınar  və 

daşınmaz əmlak daxildir. 

Qanunvericiliyə  əsasən,  bələdiyyələr,  bələdiyyə  mülkiyyəti  obyektlərini 

fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, 

qanunla  müəyyənləşdirilmiş  qaydada  özgəninkiləşdirə  bilər,  habelə  bələdiyyə 

mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya 

istifadəyə  verilən  obyektlərdən  istifadə  şərtlərini  müqavilə  və  sazişlərlə 

müəyyənləşdirə bilərlər. 

 

31.



 Mülkiyyət hüququnun əldə edilməsi 

 

Mülkiyyət hüququnun əldə edilməsinin ilkin və törəmə üsulları qüvvədə olan 

qanunvericiliklə  birbaşa  olaraq  təsbit  edilməmişdir.  Lakin  bu  üsullar  qanunun 

təfsirində öz əksini tapır. 

lkin üsulla mülkiyyət hüququnun əldə edilməsi o deməkdir ki, əşya üzərində 

mülkiyyət hüququ əvvəllər heç kəsə məxsus olmamışdır və ilk dəfə əldə edilir. 

Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  üsuluna  aşağıdakılar  aid  edilir: 

yeni  hazırlanmış  əşya  üzərində  mülkiyyət  hüququnun  əldə  edilməsi;  emal; 

yığılması  hamıya  müyəssər  olan  əmlakın  mülkiyyətə  götürülməsi;  sahibsiz  əmlak 

üzərində  mülkiyyət  hüququ;  tapıntı;  nəzarətsiz  heyvanlar;  dəfinə;  əldə  etmə 

müddəti;  özbaşına  (icazəsiz)  tikilmiş  tikililər  üzərində  mülkiyyət  hüququnun  əldə 

edilməsi və s. 

Mülkiyyət  hüququnun  törəmə  üsulla  əldə  edilməsinə  aiddir:  milliləşdirmə; 

özəlləşdirmə;  hüquqi  şəxsin  ləğvi  və  yenidən  təşkili  zamanı  onun  əmlakına 

mülkiyyət  hüququnun  əldə  edilməsi;  rekvizisiya  və  müsadirə;  vərəsəlik  hüququ 

ə

sasında mülkiyyət hüququnun əldə edilməsi və s. 



 

 



32.

 Rekvzisiya və müsadirənin anlayışı 

Rekvizisiya  və  müsadirə  də  mülkiyyət  hüququnun  əldə  edilməsinin  törəmə 

üsullarındandır. 

Hüquq  pozuntusu  üçün  sanksiya  olaraq  dövlət  tərəfindən  əmlakın  məcburi, 

dəyəri  ödənilmədən  alınmasına  müsadirə  deyilir.  Belə  hallarda  dövlət  həmin 

ə

mlaka görə mülkiyyətçinin öhdəliklərindən ötrü cavabdeh deyildir. 



Cinayət  hüququ  müsadirəyə  tamah  məqsədilə  edilmiş  ağır  və  xüsusilə  ağır 

cinayətlərdə  əlavə  cəza  növü kimi  baxır. Müsadirə  yalnız  məhkəmə  tərəfindən və 

qanunda nəzərdə tutulmuş hallarda tətbiq olunur. Müsadirə müqəssirin həyatı üçün 

zəruri  olan  və  onun  himayəsində  olanın  əmlakına  yönəldilə  bilməz.  Belə  əmlakın 

siyahısı qanunvericiliklə müəyyən olunur. 

Mülki-hüquqi müsadirə sanksiya kimi etibarsız əqdlər zamanı da tətbiq edilir. 

Mülkiyyətçidən dövlət mənafeyi və ya ictimai mənafe üçün (təbii fəlakətlər, 

texnoloji qəzalar, epidemiyalar və s.) dəyəri ödənilməklə əmlakın dövlət tərəfindən 

alınması həcz və yaxud rekvizisiya adlanır. 

Rekvizisiya aşağıdakı cəhətlərinə görə müsadirədən fərqlənir: 

1.

  Rekvizisiyada  əmlakın  dövlət  mülkiyyətinə  keçməsi,  ancaq  dəyəri 



ödənilməklə mümkündür; 

2.

  Əmlakın dövlət mülkiyyətinə qatılmamaqla müəyyən müddətdə alınması. 



Məsələn, təbii fəlakət zamanı yerli icra hakimiyyəti və bələdiyyə orqanları əhaliyə 

məxsus  olan  nəqliyyat  vasitələrindən  istifadənin  vacibliyi  haqqında  qərar  çıxara 

bilər. 

3.

  Rekvizisiyada əmlakın alınması hüquq pozuntusuna görə deyil, dövlət və 



ictimai maraqların təmini məqsədilə həyata keçirilir. 

Ə

mlakı üzərində qanunsuz rekvizisiya və müsadirəyə məruz qalmış şəxs ona 



dəymiş  zərərin  dövlət  hesabına  ödənilməsi  barədə  məhkəmədə  iddia  ilə  çıxış  edə 

bilər. 


 

33.

 Vindikasiya iddiası  

 

Mülkiyyət hüququnun müdafiə olunmasının mülki-hüquqi vasitələrindən biri kimi 



başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi - 

vindikasiya iddiasını göstərmək olar. 

Vindikasiya  iddiası  dedikdə  (lat.  Vim  dicere  -  güc  tətbiq  etmək  haqqında 

xəbərdarlıq  etmə)  əmlakın,  ona  sahiblik  etməyən  mülkiyyətçinin  faktiki  sahiblik 

edəndən, naturada qaytarılması haqqında müqavilədən kənar tələbi başa düşülür.  

Vindikasiya  iddiasına  əmlaka  sahibliyini  itirmiş  mülkiyyətçi  malikdir. 

Bununla  yanaşı  olaraq,  vindikasiya  tələbi  mülkiyyətçi  olmasa  da  qanuna  və 



Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə