Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

müqaviləyə əsasən, əmlaka sahiblik edənə də məxsus ola bilər. Adətən əmlaka titul 

sahibliyi edən belə şəxslər kirayəçi, komisyonçu, podratçı və s. qismində çıxış edə 

bilərlər.  Burada  əmlakı  başqasının  qanunsuz  sahibliyindən  mülkiyyətçi  deyil, 

ə

mlaka müvəqqəti sahib olan şəxs tələb edir. Əmlakın mülkiyyətçi tərəfindən deyil, 



müvəqqəti sahib tərəfindən geri tələb edilməsi üçün şəxs qanuna və ya müqaviləyə 

ə

sasən, əmlakın müvəqqəti sahibi olmasını sübut etməlidir. Bu zaman həmin şəxs 



tərəfindən  istər  vindikasiya,  istərsə  də  neqator  iddia  verildikdə  bu  cür  iddia,  həm 

onun, həm də mülkiyyətçinin mənafeyinə uyğun olur. 

Vindikasiya  iddiası  zamanı  cavabdeh  qismində  vindikasiya  prosesində  əmlaka 

qanunsuz sahib olması sübut olunmalı olan şəxs durur. 

Qeyd etmək lazımdır ki, vindikasiya iddiası irəli sürən təkcə əmlaka və sahiblik 

imkanından  məhrum  olmasını  deyil,  eyni  zamanda  bu  hüquqi  imkanın  konkret 

subyektiv hüquqa əsaslanmasını da sübut etməlidir. 

34.

 Neqator iddia 

 

Başqasının  qanunsuz  sahib  olduğu  əmlakı  tələb  etmək  hüququ  ilə  yanaşı, 



pozulmuş  hüquqlar  sahiblikdən  məhrum  edilmə  ilə  əlaqədar  olmadıqda  da 

mülkiyyətçi  özünün  bütün  pozulmuş  hüquqlarının  müdafiə  edilməsini  tələb  edə 

bilər.  Belə  bir  hüquq  neqator  iddia  ilə  təmin  olunur  (lat  actio  neqotoria  -  inkar 

etmə  iddiası).  Neqator  iddia  dedikdə,  mülkiyyətçinin  ona  məxsus  olan  əmlakdan 

istifadə  və  onun  üzərində  sərəncam  səlahiyyətlərinin  həyata  keçirilməsinə  mane 

olan  pozuntuların  aradan  qaldırılması  haqqında  üçüncü  şəxsə  qarşı  müqavilədən 

kənar  tələbi  başa  düşülür.  Vindikasiya  iddiası  kimi,  neqator  iddia  da  mülkiyyət 

hüququnun  müdafiəsinin  əşya-hüquqi  vasitələrindəndir.  Neqator  iddia  mübahisə 

doğuran əşyaya görə mülkiyyətçi və üçüncü şəxslər öhdəlik və sair münasibətlərdə 

olmadıqda  və  baş  vermiş  hüquq  pozuntusu  subyektiv  mülkiyyət  hüququnun 

xitamına səbəb olmadıqda irəli sürülür. 

Neqator  iddia  irəli  sürmək  hüququna  mülkiyyətçi,  habelə  titul  sahibi  əmlaka 

sahib  olduqda,  lakin  ondan  istifadə  və  onun  üzərində  sərəncam  imkanlarından 

məhrum olduqda malik olur. 




Mülkiyyət hüququnun həyata keçirilməsinə özünün qanunazidd hərəkətləri ilə 

mane olan şəxs cavabdeh qismindədir. 

Neqator  iddianın  predmeti  sahiblikdən  məhrum  etmə  ilə  əlaqədar  olmayan 

pozuntunun  aradan  qaldırılmasına  yönələn  iddiaçının  tələbidir.  Əksər  hallarda 

üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə 

ə

mlakdan  istifadə  səlahiyyətlərini  həyata  keçirməyə  maneə  törədir.  Məsələn, 



qonşu tərəfindən torpaq sahəsinin qanunsuz çəpərlənməsi aparılan tikintiyə mane 

ola bilər və ya bilavasitə tikinti anbarlarına yaxın ağacların əkilməsi və s. 

 

35.

 Mülkiyyət hüququnun müdafiəsi 

Mülkiyyət  hüququnun  və  digər  əşya  hüquqlarının  müdafiəsi  dedikdə,  bu 

hüquqların  pozulmasının  aradan  qaldırılmasına,  mülkiyyətçinin  pozulmuş 

hüquqlarının  bərpasına  və  onun  hüquqlarının  müdafiəsinə  yönəldilmiş,  mülki 

qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. 

Mülkiyyət  hüququnun  müdafiə  olunmasının  mülki-hüquqi  vasitələrindən  biri 

kimi  başqasının  qanunsuz  sahib  olduğu  əmlakın  mülkiyyətçi  tərəfindən  tələb 

edilməsi - vindikasiya iddiasını göstərmək olar. 

Başqasının  qanunsuz  sahib  olduğu  əmlakı  tələb  etmək  hüququ  ilə  yanaşı, 

pozulmuş  hüquqlar  sahiblikdən  məhrum  edilmə  ilə  əlaqədar  olmadıqda  da 

mülkiyyətçi  özünün  bütün  pozulmuş  hüquqlarının  müdafiə  edilməsini  tələb  edə 

bilər.  Belə  bir  hüquq  neqator  iddia  ilə  təmin  olunur  (lat  actio  neqotoria  -  inkar 

etmə  iddiası).  Neqator  iddia  dedikdə,  mülkiyyətçinin  ona  məxsus  olan  əmlakdan 

istifadə  və  onun  üzərində  sərəncam  səlahiyyətlərinin  həyata  keçirilməsinə  mane 

olan  pozuntuların  aradan  qaldırılması  haqqında  üçüncü  şəxsə  qarşı  müqavilədən 

kənar tələbi başa düşülür. 

 

36. Əmək hüququnun anlayışı  

 

Ə



mək hüququ - milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və 

təsərrüfatçılığın  formalarından  asılı  olmayaraq  işçilərlə  işəgötürən  arasındakı 

muzdlu  əmək  münasibətlərinin  tənzimlənməsində  mühüm  rol  oynayır.  Özünün 



Konstitusiya  hüququ  olan  əmək  hüququnu  həyata  keçirən  hər  bir  vətəndaş  əmək 

müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. 

Ə

mək  hüququnun  predmetini  təşkil  edən  münasibətlər  arasında  işçilərlə 



işəgötürən  arasındakı  muzdlu  əmək  münasibətləri  əsas  yer  tutur.  Əmək 

qanunvericiliyinə  uyğun  olaraq  bu  münasibətlər,  işçilərin  əməyinin  təşkilinə  dair 

müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. 

Lakin  əmək  hüququnun  predmeti  yalnız  muzdlu  əmək  münasibətlərindən 

ibarət  deyildir.  Bura  əməklə  sıx  bağlı  olan  və  törəmə  adlanan  aşağıdakı  ictimai 

münasibətlər də daxildir: 

1)

  məşğulluq və işədüzəltmə üzrə münasibətlər; 



2)

  təşkilati-idarəçilik münasibətləri; 

3)

  istehsalatda  kadrların  peşə  hazırlığı  və  ixtisasının  artırılması  üzrə 



münasibətlər; 

4)

  əmək  müqaviləsi  tərəflərinin  bir-birinə  vurduqları  maddi  ziyanın 



ödənilməsi ilə bağlı münasibətlər; 

5)

  əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər; 



6)  əmək 

mübahisələrinə 

baxılması 

üzrə 


münasibətlər 

və 


s. 

Beləliklə,  əmək   qanunvericiliyi  ilə  tənzimlənən  sosial-ictimai   münasibətlərin 

dairəsini müəyyən etməklə əmək hüququnun aşağıdakı anlayışını vermək olar: 

Ə

mək  hüququ  milli  hüququn  müstəqil  bir  sahəsi  olub,  işçilərlə  işəgötürən 



arasında yaran an əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər törəmə 

münasibətləri nizama salan hüquq normalarının məcmusudur. 

 

37. Kollektiv müqavilə və kollektiv saziş 

 

Kollektiv  müqavilə  və  saziş  hal-hazırda  əmək  münasibətlərinin  tənziminin 

müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir. 

Kollektiv  müqavilənin  bağlanmasında  kollektiv  danışıqlar  aparmaq  hüququ 

başlıca  yer  tutur.  Kollektiv  müqavilənin  istənilən  tərəfi  kollektiv  danışıqların 

təşəbbüsçüsü  ola  bilər.  Təşəbbüskar  tərəf  danışıqların  başlanması  haqqında  digər 

tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq 

danışıqlara  başlamağa  borcludur.  Əgər  müəssisədə  həmkarlar  ittifaqları  təşkilatı 

yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya 

yaradır. 

Ə

mək  Məcəlləsinin  3-cü  maddəsinə  görə  kollektiv  müqavilə  işəgötürənlə 



ə

mək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan 

ə

mək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. 




Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə