Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

41 

 

 



Folklor  nümunələri  isə  ənənəyə  əsaslanan    əqli  yaradıcılıq  fəaliyyətinin 

nəticəsidir  və  nəsildən-nəsilə  ötürülərək  qorunub  saxlanılan  yaradıcılıq  nümunələri 

kimi  qorunub  saxlanılır.  Folklor  nümunələrindən  istifadə  sərbəstdir,  lakin  istifadə 

zamanı  onların  təbii  mahiyyəti  dəyişdirilməməli  və  məzmununa  xələl 

gətirilməməlidir.  

 

Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatı  isə  mədəni  irsin  obyektlərinə  əqli 



mülkiyyət  növü  kimi  status  verilməklə  hüquqi  qorunmasının  təmin  edilməsi  üçün 

hüquqi  məkanın  və  mexanizmin  (hüquqi  qorunma  aləti)  yaradılmasını  rəhbər  tutur. 

Hələ  Stokholmda  keçirilən  Diplomatik  Konfransda  "Ədəbi  və  bədii  əsərlərin 

qorunması  haqqında"  Bern  Konvensiyasının  15(4)  maddəsində  dəyişiklik  apararaq, 

müəllif    əsərləri  ilə  bərabər  folklor    əsərlərinin  qorunması  üçün  müəyyən  şərait 

yaratmışdı.  Müəlliflik  hüququ  ilə  folklorun  hüquqi  qorunmasını  təmin  etmək 

mümkün  olmur  və  xüsusi  qorunmaya  ehtiyac  vardır.  Bu  mövqe  YUNESKO  və 

ÜƏMT  tərəfindən  müdafiə  olundu.  2003-cü  ildə  isə  Şərqi  Avropa  və  MDB 

məkanında ilk  dəfə olaraq  Azərbaycanda "Folklor nümunələrinin  hüquqi  qorunması 

haqqında" Qanun qəbul edilmişdir. 

 

Müasir  dövrdə  patentlərlə  müqayisədə  kommersiya  sirrinin  əhəmiyyəti 



getdikcə  artmağa  başlayır.  Bunun isə  əsas  səbəbi  ondadır ki,  bəzən  ixtiranı patentlə 

mühafizə  etmək  çətindir  və  ya  onun  qanunsuz  istifadə  olunmasını  izləmək  qeyri-

mümkündür.  Belə  olan  halda  texnologiya  sahibinə  onu  sirr  olaraq  saxlamaq  daha 

sərfəlidir,  nəinki  etibarsız  patent  hüququ  altında  qeydiyyatdan  keçirmək.  Üstəlik 

patenti  almaq  proseduru  kifayət  qədər  bahalıdır  və  o  ixtiranın  istifadəsi  üçün 

müstəsna  hüququ  yalnız  20  il  ərzində  verir.  Ona  görə  də  bəzi  şirkətlər  ixtiranı 

qeydiyyata  almamaq  və  onları  nou-hau  səviyyədə  saxlayıb,  tez  istehsala  tətbiq 

etməklə yeni məhsulun bazara çıxarılması surətini artırıb və öz rəqabət qabiliyyətini 

saxlamağa  üstünlük  verirlər.  Sənaye  sirri  də  kommersiya  sirrinin  ən  mühüm  növü 

sayılır. Ona isə nəinki kommersiya fəaliyyətinin fərdi detalları və ya işgüzar əlaqələri, 

o cümlədən sənaye sirrləri aiddir.  



42 

 

 



Patentdən fərqli olaraq kommersiya sirri dövlət qeydiyyatından keçə bilməz və 

o  qeyri-maddi  aktivlərin  siyahısına  daxil  edilə  bilməz.  Beləliklə,  kommersiya  sirri 

intellektual mülkiyyət deyil, onun qorunması üsuludur. Amma bu hal xüsusi olaraq, 

sənaye  sirrinin  sənaye  mülkiyyətinin  bir  növü  kimi  baxılmasının  mümükünlüyünü 

istisna etmir. Faktiki olaraq intellektual mülkiyyət kimi sənaye sirri qeyri-maddi aktiv 

hesab edilir, lakin bu zaman məcburi dövlət qeydiyyatını tələb etmir. 

 

ntellektual  mülkiyyət  bazarı  obyektlərinin  bir  sıra  əlamətlərinə, 



xüsusiyyətlərinə görə təsnifləşdirilir: 

1)

 



stifadəsinə  görə:  istehsalatda  satışda  və  s.  istifadə  olunan  intellektual 

mülkiyyət bazarı; 

2)

 

 bazar strukturunun tipinə görə: monopoliya rəqabəti, oliqapoliya rəqabəti və s; 



3)

 

 intellektual  mülkiyyət  obyektlərinin  növünə  görə:  sənaye  mülkiyyəti  bazarı, 



müəlliflik hüququ bazarı, əlaqəli hüquqlar bazarı; 

4)

 



alqı-satqı obyektinə görə: ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə 

nişanları, xidmət nişanları, intellektual xidmət bazarı, nou-hau və s; 

5)

 

ə



hatə dairəsinə görə: yerli, regional, milli, dünya miqyasında; 

6)

 



 intellektual mülkiyyətin subyekt mənsubiyyətinə görə: ümumi (bura həmçinin 

dövlət  də  aid  edilir),  korporativ,  ayrı-ayrı  fərdlər  (müəlliflər,  ixtiraçılar,  alıcılar, 

satıcılar, istehlakçılar). 

 

Amillərin təsnifatı intellektual mülkiyyət bazarının inkişafının zəif  və güclü 



tərəflərinin üzə çıxarılmasına və onun təkmilləşdirilməsinin tendensiyasını 

müəyyənləşdırılməsinə imkan verdi.  ntellektual mülkiyyət bazarının iqtisadi, sosial 

və institutsional sferada inkişafının zəif və güclü tərəfləri mövcuddur ki, bunu da 

ə

yani şəkildə aşağıdakı cədvəldə göstərmək olar: 



 

 

 



 


43 

 

 



 

Cədvəl 2.1[42] 

Tərəflə

ri 


Iqtisadi sferada 

Sosial sferada 

nstitutsional sferada 

G

üc



 

-texnologiyaların transferinin 



regional və beynəlxalq 

şə

bəkəsi təşkil olunur; 



-riskli fondlar yaradılır; 

-innovasiya müəssisələrinin 

dəstəklənməsi üçün vəsaitlər 

ayrılır; 

-xarici şirkətlərin lisenziyaları 

ə

ldə edilir. 



-əlavə iş yerləri açılır; 

-tədqiqatçılara dəstək 

üçün vəsait ayrılır; 

-tədqiqatçıların təhsili 

və intellektual 

potensialının 

səviyyəsinin artırılması 

üçün mütəxəsislərin 

cəlb olunması. 

-qanunvericilik bazası 

təkmilləşdirilir; 

-innovasiya və 

investisiya proseslərinə 

dövlət strukturlarının 

cəlb edilməsi; 

-sənaye zonaları, 

texnopolislər və s. 

yaradılır; 

-korrupsiya ilə 

mübarizə aparılır; 

-N OKR sferasına 

investiyalar artır; 

-cəmiyyətin 

informasiyalaşdırılması 

baş verir. 

if



 

-innovasiyaya tələbatın aşağı 

olması; 

-infrastruktur inkişaf etməyib; 

-idxal ixracı üstələyir; 

-intellektual mülkiyyətdə 

investisiya riskinin yüksək 

səviyyəsi və bankların yüksək 

faizləri; 

-istehsalatda intellektual 

mülkiyyət obyektlərinin 

tətbiqinin və istifadəsinin aşağı 

olması; 

-istehsalda və elmi təşkilatlarda 

köhnə texnologiyalardan və 

avadanlıqlardan istifadə; 

-N OKR-ın nəticələri 

müsəssisə balansında nəzərə 

alınmır; 

-yerli texnologiyaların, 

ixtiraların və s. qanunsuz 

istifadəsi; 

-intellektual mülkiyyət 

obyektlərinin aşağı keyfiyyəti. 

 

-subyektlərin 



motivasiyasının və 

stimullaşdırılmasının 

aşağı səviyyədə olması; 

-elmi tədqiqatçıların 

sayının azaldılması; 

-intellektual 

mülkiyyətin idarə 

edilməsində peşəkar 

kadrların sayının az 

olması; 


-intellektual potensialın 

azaldılması. 

 

-intellektual mülkiyyət 



bazarının inkişafının 

institutsional 

rəsmiləşdirilməsi qayda 

və normalarının 

zəifliyi; 

-normativ-hüquqi 

bazanın natamamlığı; 

-institutsional 

baryerlərin 

mövcudluğu; 

-intellektual mülkiyyət 

sahəsində 

qanunvericiliyin 

formalaşmasının başa 

çatmaması; 

-elmi siyasətin 

təşkilatının aşağı 

səviyyədə olması. 

 

 

ntellektual  mülkiyyət  bazarının  inkişafına  təsir  göstərən  amillər  bir  sıra 



ə

lamətlərinə, xüsusiyyətlərinə görə qruplaşdırılır ki, bunlara da aşağıdakılar aiddir: 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə