Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   2   3   4   5   6   7   8   9   ...   26

 

metodların  tətbiqi  yolunda  maneələrin  əksəriyyəti  ləğv  olunacaq.  Artıq  bu  sahədə 



dünya  təcrübəsinin  varisliyi  yolunda  ilk  addımlar  atılmışdır,  qiymətləndirmə 

fəaliyyəti  prosesində  qiymətləndiricilər  tərəfindən  istifadə  edilə  bilən  əsas  yanaşma 

və metodlar qanunvericiliklə müəyyənləşdirilmişdir. 

 

Bununla  belə,  intellektual    mülkiyyətin  qiymətləndirilməsi  metodologiyası 



hazırlanmamışdır,  çünki  bazar  iqtisadiyyatının  müasir  Azərbaycan  reallıqlarında 

xarici  yanaşma  və  metodlardan  istifadə  zamanı  müəyyən  çətinliklər  mövcuddur. 

Məsələn,  Azərbaycanın  maliyyə  bazarının,  xüsusilə  kapital  bazarının  geriliyi,  əksər 

müəssisələrin  səhmlərinin  qeyri-likvidliyi  müqayisəli  (bazar)  yanaşmanın  tətbiqini 

çətinləşdirir,  ümumi  makro-iqtisadi  qeyri-stabillik  və  uzunmüddətli  investisiyalarla 

bağlı  risklərin  yüksək  səviyyəsi  isə  intellektual  mülkiyyətin  qiymətləndirilməsində 

gəlir yanaşmasının əsasını şübhə altına qoyur.  

 

ntellektual mülkiyyətin bazar dəyərinin formalaşdırılması ilə bağlı problemin 



elmi  işlənmə  dərəcəsi  müəssisələrin  fəaliyyətinin  maliyyə  nəticələrində  onun 

təsirlərini nəzərə alaraq, bazar mühitində yüksək praktiki tələbatı ilə müəyyən edilir. 

 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  əsl  məqsədi  kompleks  tədqiqat 

və  bu  sahədə  xarici  və  yerli  təcrübənin  ümumiləşdirilməsi  əsasında  intellektual 

mülkiyyətin 

qiymətləndirilməsi 

metodologiyasının 

təkmilləşdirilməsi 

üzrə 

tövsiyyələrin hazırlanması hesab edilir.  



 

ntellektual mülkiyyətin  bazar qiymətinin formalaşması prosesinin tədqiqinin 

məqsədi aşağıdakılarla şərtlənir: 

•  iqtisadiyyatın 

real  sektorunun  müəssisələrinin  məhsullarının  (işlərin, 

xidmətlərin) rəqabət qabiliyyətinin yüksəldilməsinə kömək edən iqtisadiyyat institutu 

kimi intellektual mülkiyyətin rolunun və yerinin müəyyənləşdirilməsi; 

•  təsərrüfatçılığın  müxtəlif  sistemlərində  intellektual  mülkiyyətin  dəyərinin 

formalaşması modellərinin təhlilinin aparılması; 

•  Azərbaycanda 

və 

xaricdə 


tətbiq 

olunan 


intellektual 

mülkiyyətin 

qiymətləndirilməsi yanaşmalarının və metodlarının kompleks tədqiqatı; 



 

•  intellektual  mülkiyyətin  investisiya  cəlbediciliyinə  əhəmiyyətli  təsir  göstərən 



ə

sas amillərin aşkar edilməsi; 

•  müəssisənin  maliyyə-iqtisadi  göstəricilərində  onun  bazar  qiymətinə  təsiri 

nəzərə  alınmaqla  intellektual  mülkiyyətin  qiymətləndirilməsi  metodologiyasının  və 

praktikasının əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi. 

 

Dissertasiya  tədqiqatının  məqsədinə  əsaslanaraq  aşağıdakı  vəzifələrin  tədqiqi 



ə

sas məsələ kimi qarşıya qoyulmuşdur: 

•  intellektual mülkiyyəti qiymətləndirmə obyekti kimi tədqiq etmək; 

•  intellektual mülkiyyətin bazar dəyəri anlayışına qiymət vermək və onun digər 

dəyər növləri ilə qarşılıqlı əlaqəsini aşkar etmək; 

•  yerli  xüsusiyyətlər  nəzərə  alınmaqla,  dünya  təcrübəsində  qəbul  olunmuş 

intellektual  mülkiyyətin  qiymətləndirilməsinin  yanaşma  və  metodlarını  təhlil 

etmək; 


•  hər  bir  yanaşma  çərçivəsində  intellektual  mülkiyyətin  qiymətləndirilməsi 

metodologiyasının təkmilləşdirilməsi üzrə tövsiyyələr hazırlamaq. 



 

Tədqiqatın  obyekti  qismində  intellektual  sənaye  mülkiyyət  obyektlərinin 

yaradılması,  tətbiqi,  hüquqi  mühafizəsi,  kömək  göstərilməsi  və  onun  rəqabət 

bazarında mübadiləsi ilə bağlı kompleks münasibətlər çıxış edir.  

 

Tədqiqatın  predmeti  isə  bazar  iqtisadiyyatı  şəraitində  (məsələn,  intellektual 

sənaye  mülkiyyətində)  intellektual  mülkiyyətin  qiymətləndirilməsi  metodologiyası 

hesab edilir. 



 

Dissertasiya  tədqiqatının  metodoloji  və  nəzəri  əsaslarını  milli  və  xarici 

iqtisadi 

fikirlərin 

nailiyyətlərinə 

ə

saslanan 



intellektual 

mülkiyyətin 

qiymətləndirilməsinə  kompleksli,  sistemli  yanaşmalar  təşkil  edir.  Tədqiqat 

aparılarkən    ümumi  elmi  metodlar,  iqtisadi  və  maliyyə  təhlili,  təsnifləşdirmə  və 

qruplaşdırma,  tarixi  və  iqtisadi-statistik  metoddan  istifadə  edilmişdir.  Metodların 

vəhdəti tədqiqatın  dərinliyi  və universallığını  lazımi  səviyyədə  təmin  etməyə  imkan 

verib. 



 

 



Tədqiqatın  informasiya  bazasını  Azərbaycan  Respublikası  Konstitusiyası, 

Azərbaycan  Respublikasının  Qanunları,  Nazirlər  Kabinetinin  qərarları,  Beynəlxalq 

Qiymətləndirmə  Standartları  Komitəsinin  məlumatları,  Dövlət  Hakimiyyət 

orqanlarının  statistik  və  analitik  materialları,  Azərbaycan  Respublikasının  və  xarici 

dövlətlərin xüsusi dövri mətbuatda dərcləri, Qlobal  nternet şəbəkəsinin informasiya 

resursları,  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının,  elmi-praktiki  konfransların 

materialları  və  Azərbaycanın  tərəfdaş  çıxdığı  beynəlxalq  hüquqi  normativ  aktlar 

təşkil edir. 

 

Tədqiqatın elmi yeniliyinə aşağıdakılar aid edilir: 

•  intellektual mülkiyyətin bazar dəyərinin tiplərinin təsnifatı keçirilmişdir; 

•  intellektual mülkiyyətin qiymətləndirilməsinə xərc, bazar və gəlir yanaşmaları 

çərçivəsində  intellektual  mülkiyyətin  qiymətləndirilməsinin  meyarları  müəyyən 

edilmişdir; 

•  intellektual  mülkiyyətin  xərc,  bazar,  gəlir  yanaşmaları  çərçivəsində 

qiymətləndirilməsində  bazar  dəyərinin  normaları  aşkar  edilib  (intellektual 

mülkiyyətin  tam  bərpa  dəyəri,  intellektual  mülkiyyətin  ilkin  dəyəri,  intellektual 

mülkiyyətin real cari dəyəri, intellektual mülkiyyətdən yaranmış xalis cari dəyər); 

•  dünya  və  yerli  təcrübənin  tədqiqatı  əsasında  intellektual  mülkiyyətin 

qiymətləndirilməsi  metodologiyasının  inkişafı  üzrə  tövsiyyələr  kompleksi 

hazırlanılmışdır.  

 

Dissertasiya  işinin  praktiki  əhəmiyyəti.    Azərbaycan  Respublikasında 

intellektual  mülkiyyətin  satışında  və    idarə  edilməsində  intellektual  mülkiyyətin 

qiymətləndirilməsindən  istifadənin  zəruriliyi  tədqiqatın  təcrübi  əhəmiyyətini  təşkil 

edir.  Təsərrüfat  dövriyyəsində  müstəsna  hüquqlardan  istifadənin  səmərəliliyinin 

ölçülməsi  vasitəsilə  isə  intellektual  mülkiyyətin  qiymətləndirilməsi  həyata  keçirilə 

bilər. 


 

Dissertasiya işinin quruluşu və  həcmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə 

və təkliflərdən, 1 cədvəl və 1 sxemdən ibarət olmaqla 86 səhifədir.  




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə