Microsoft Word hasanova camila docx


I FƏS L.  NTELLEKTUAL MÜLK YY



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   2   3   4   5   6   7   8   9   ...   26

 

I FƏS L.  NTELLEKTUAL MÜLK YYƏT OBYEKTLƏR N N 



Q YMƏTLƏND R LMƏS N N NƏZƏR  METODOLOJ  ƏSASLARI 

 

1.1.  ntellektual mülkiyyətin mahiyyəti və təsnifatı 

 

Sivil  cəmiyyətin  əsas  göstəricilərindən  biri  bütün  dövrlərdə  elmin, 



mədəniyyətin,  texnikanın  inkişafına  necə  diqqət  göstərilməsi  olub.  Cəmiyyətin 

intellektual potensialının və mədəni inkişaf səviyyəsinin əhəmiyyətliliyi nəticə etibarı 

ilə  onun  qarşısında  duran  iqtisadi  problemlərin  uğurlu  həllindən  asılıdır.  Öz 

növbəsində  elm,  mədəniyyət  və  texnika  yalnız  müvafiq  şəraitdə,  o  cümlədən 

intellektual  mülkiyyətin  qiymətləndirilməsi  və  lazımi  hüquqi  müdafiəsi  olduqda 

inkişaf edə bilər.  

 

Müasir bazar iqtisadiyyatı şəraitində firma adları, əmtəə və xidmət nişanları və 



ə

mtəənin  mənşə  yerinin  adlandırılması  kimi  mülkiyyət  obyektləri  mühüm  element 

hesab edilir.  

 

Hər  bir  ölkənin  iqtisadi  potensialı  yeni  biliklər  əldə  etmək  və  texnologiyalar 



yaratmaqla  istehsal  sahələrini  genişləndirmək,  müxtəlif  çeşidli  yeni  məhsullar  əldə 

etmək imkanları ilə təyin olunur.  stehsal sahələrinin genişləndirilməsi isə bilavasitə 

ayrılan  investisiyaların  həcmindən  və  yeni  texnologiyaların  tətbiqi  səviyyəsindən 

asılıdır.  nvestisiya  proseslərində  pul  vəsaitləri,  kreditlər,  paylar,  səhmlər,  məqsədli 

pul ayırmaları və digər qiymətli kağızlarla yanaşı intellektual mülkiyyət obyektlərinə 

olan hüquqlardan da istifadə olunur. [8, 163]   

 

ntellektual  mülkiyyət  geniş  mənada  əqli  mülkiyyətin  nəticəsi  və  ya 



individuallaşmış vasitələrin qanunla təsbit edilmiş müstəsna hüququdur. " ntellektual 

mülkiyyət"  anlayışından  hələ  XVIII-XIX əsrlərdə  istifadə  etməyə  başlamışlar,  lakin 

geniş istifadəsi XX əsrin ikinci yarısında 1967-ci ildə Cenevrədə BMT-nin himayəsi 

altında  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  təsis  olunması  haqqında 

Konvensiyanın imzalanması ilə bağlıdır.  

 

Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatı  yeni  beynəlxalq  sazişlərin 



imzalanmasına  və  milli  qanunvericiliklərin  müasirləşdirilməsinə  kömək  göstərir,  o 


 

cümlədən ölkələr arasında inzibati əməkdaşlıq edir.  ndi Ümumdünya Əqli Mülkiyyət 



Təşkilatının  ştatını  800  nəfər  təşkil  edir,  illik  büdcəsi  isə  410  mln  isveçrə  frankıdır 

(təxminən 3,5 mln dollar). Təşkilatın əsas vəsaitləri əsasən, inkişaf etməkdə olan və 

asılı  ölkələrin  "məlumatlandırma",  "təlim",  "qanunların  hazırlanmasında  yardım" 

üçün ayrılır.  

 

Milli  qanunvericiliyin  müasirləşdirilməsi  və  yeni  beynəlxalq  sazişlərin 



imzalanmasına  kömək  göstərilməsində,  ölkələr  arasında  inzibati  əməkdaşlıqda, 

inkişaf  etməkdə  olan  ölkələrə  texniki  yardım  göstərilməsində  Ümumdünya  Əqli 

Mülkiyyət Təşkilatınn rolu əvəzsizdir. Təşkilatın yanında arbitraj və vasitəçilik üzrə 

mərkəz fəaliyyət göstərir.  

 

1999-cu  ildən  Üumdünya  Əqli  Mülkiyyət  Təşkilatı  internetdə  ən  geniş 



yayılmış  və  tipik  domen  adlarının  qeydiyyatı  və  istifadəsi  zamanı  yaranan 

mübahisələrin  nizamlanması  üzrə  xidmət  göstərir.  Qanunda  intellektual  mülkiyyət 

anlayışı vahid termin hesab edilir və ona daxil olan sözləri ayrı-ayrılıqda təfsir etmək 

mümkün deyil. 

 

Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  məlumatına  görə  intellektual 



mülkiyyət iki kateqariyaya bölünür: 

1) sənaye  mülkiyyəti - bura ixtiralar (patentlər), əmtəə nişanları, sənaye nümunələri 

və coğrafi göstərişlər daxildir. 

2) müəlliflik hüququ - bura romanlar, pyeslər və şeirlər, filmlər, musiqi əsərləri kimi 

ə

dəbi  və  bədii  yaradıcılıq,  şəkillər,  rəsmlər,  heykəltaraşlıq,  həmçinin  memarlıq 



qurğuları kimi incəsənət nümunələri daxildir. 

 

Sənaye  mülkiyyət  obyektlərinin  fərqli  xüsusiyyətləri  ondan  ibarətdir  ki,  bu 



obyektlərin  hüquqi  mühafizəsi  yalnız  xüsusi  dövlət  orqanlarından  qeydiyyatdan 

keçdiyi  hallarda  mümkündür.  ntellektual  mülkiyyətin  obyekti  olan  sənaye 

mülkiyyətinin  mühafizəsi  sənaye  istehsalının  təkamülü  və  inkişafında  mühüm  rol 

oynayır.  Əgər  müəssisənin  mülkiyyəti  ixtiralar  üçün  müdafiə  olunmazsa,  onda 

sahibkara  yeni  ideya  və  ixtiraların  tədqiqi  və  işlənməsinə  sərmaye  qoymaq  sərfəli 

olmazdı.  Başqa  sözlə,  sahibkar  rəqibləri  ilə  müqayisədə  ona  mənfəət  və  üstünlük 




 

gətirəcək  sahəyə  və  mülkiyyətə  vəsait  qoymağa  hazırdır  və  bunun  üçün  isə  patent 



hüququ movcuddur. Sənaye mülkiyyət obyektləri bir qayda olaraq, patent hüququ ilə 

mühafizə olunur.  Patent hüququ  yaradıcı fəaliyyət  nəticəsində yaradılan obyektlərin 

mühafizəsinin  hüquqi  rejimini  müəyyən  edir  və  onun  təsərrüfat  sahəsində  tətbiqi,  o 

cümlədən  onun  istifadəsindən  mənfəət  əldə  edilməsi  üçün  müəyyən  səlahiyyətlərin 

verilməsinə zəmanət verir. 

 

Dünyada ilk patent 1421-ci ildə Florensiyada memar Filippo Bruncelli Pittiyə 



gəminin çevirici kranın ixtirasına görə verilən patent aid edilir. Lakin patent haqqında 

ilk  qanun  1474-cü  ildə  Venesiyada  qəbul  edilib.  Qanuna  uyğun  olaraq,  ixtiranı 

yaradan Respublikanın hər bir vətəndaşı böyük üstünlük əldə edirdi və hansı ki, buna 

ə

sasən on il ərzində digərlərinə belə qurğular hazırlamaq qadağan edilirdi. Maraqlıdır 



ki, ilk patent qanunları 2 əsas əlamətlərə malik olan ölkələrdə yaranıb: 

1) inkişaf etmiş bazar münasibətləri;  

2)  texniki  inkişafın  yüksək  səviyyəsi,  ya  da  spesifik,  heç  kimə  məlum  olmayan 

texnologiya  (məsələn,  Venesiya  bəzi  şüşə  növlərinin  istehsalının  sirrlərini  mühafizə 

etmişdir).  

 

ntellektual mülkiyyət obyektinin növü olan sənaye mülkiyyətinin əsas hüquqi 



bazasını "Sənaye mülkiyyətinin mühafizəsi haqqında" Paris Konvensiyası təşkil edir. 

Paris Konvensiyası mart ayının 20-si 1883-cü ildə qəbul edilib. Konvensiya 1983-cü 

ildə  11  ölkə  (Belçika,  Braziliya,  spaniya,  Fransa,  Qvatemala,  taliya,  Niderland, 

Portuqaliya,  Salvador,  Serbiya,  sveçrə)  tərəfindən  imzalanılmış  və  sənaye 

mülkiyyətinin mühafizəsi sahəsində ilk beynəlxalq hüquqi akt hesab olunur. Məhz bu 

konvensiya ixtiralann, sənaye nümunələrinin, əmtəə nişanlarının, xidmət nişanlarının, 

faydalı  modellərin  və  s.  mühafizəsi  sahəsində  beynəlxalq  əməkdaşlığı  tənzimləyən 

normalardan ibarətdir. 

Müəlliflik hüququ isə elmi, bədii və incəsənət əsərlərinin yaradılması ilə bağlı 

münasibətlərin hüquqi normalarla tənzimlənməsidir. Eyni zamanda müəlliflik hüququ 

intellektual  mülkiyyət  haqqında  qanunvericiliyin  əsas  hissəsidir.  falar,  fonoqramlar 

və  yayım  təşkilatlarının  verilişləri  əlaqəli  hüquqlarla  qorunur.  Burada  qorunan 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə