Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   2   3   4   5   6   7   8   9   ...   26

10 

 

yaradıcılıq nailiyyətləri ilə yanaşı texniki-təşkilati xidmətlərin də hüquqi mühafizəsi 



təmin edilir. 

Müəllifə  öz  yaradıcılığının  müstəsna  hüquqları  məxsusdur:  müəlliflik 

hüquqları,  ada  görə  hüququ,  ixtiraya  toxunulmazlıq  hüququ,  onun  çap  edilməsi, 

istifadəsi,  həmçinin  ixtiradan  istifadəyə  görə  müəyyən  mükafat  hüququ.  Müəlliflik 

hüququ  müəllifin  bütün  həyatı  ərzində  və  onun  ölümündən  50  il  sonra  fəaliyyət 

göstərir.  Müəlliflik,  müəllifin  adı  və  ixtiraya  toxunulmazlıq  müddətsiz  mühafizə 

olunur.  

Patentlər  əmtəənin  əsasında  və  ya  istehsal  prosesində  olan  ixtiranı  mühafizə 

edir. Obyektin unikal forması və ya xarici görünüşü sənaye nümunəsi kimi qorunub 

saxlanıla bilər. Qeydiyyata alınmış əmtəə nişanı və ya xidməti identifikasiya, reklam 

edən logotipi və adı mühafizə edir. Bilavasitə müəlliflik hüququ və sənaye mülkiyyəti 

hüququ ilə qoruna bilinməyən obyeklər qeyri-ənənəvi obyektlər kimi xüsusi qorunma 

hüququ ilə mühafizə olunurlar. Belə obyektlərə inteqral sxem topologiyaları, xüsusi 

mühafizə  hüquqları  ilə  qorunan  məlumat  topluları  və  ənənəvi  mədəni  nümunələr 

(folklor  nümunələri)  aid  edilir.  Bununla  yanaşı,  haqsız  rəqabət  və  kommersiya  sirri 

ilə qorunan obyektlər də intellektual mülkiyyətə daxil edilir. 

ntellektual  mülkiyyət  obyektlərinin  təsnifləşdirilməsi  onların  xarakterik 

xüsusiyyətlərinin,  digər  obyektlərdən  fərqli  xüsusiyyətlərini  qeyd  etməyə  imkan 

verir.  ntellektual  mülkiyyət  obyektlərinin  növlərinin  təsnifatını  cədvəl  şəklində 

aşağıdakı kimi təsvir etmək olar: [28, 14] 

Sxem 1.1. 

ntellektual mülkiyyət obyektlərinin növləri 

 

 

Sənaye mülkiyyəti 



 

Müəlliflik hüququ 

 

Obyektləri 



 


11 

 

ixtira; 



faydalı modellər; 

sənaye nümunələri; 

ə

mtəə nişanları; 



firmanın adı; 

ə

mtəənin mənşə yerinin 



adlandırılması; 

haqsız rəqabətə qarşı 

müdafiə. 

 

elm, ədəbiyyat və incəsənət 



ə

sərləri; 

monoqrafiya; 

ş

eirlər; 



şə

killər; 


musiqi bəstələri və s. 

 

 



ÜƏMT-nın təsis edilən sənədlərinə əsasən intellektual mülkiyyət obyektlərinə 

aşağıdakılar aiddir: 

•  ədəbi, bədii və elmi əsərlər; 

•  incəsənət  nümayəndələrinin  ifaçılıq  fəaliyyəti,  səsyazma,  radio  və  televiziya 

verilişləri; 

•  insan fəaliyyətinin bütün sahələrdə ixtiraları; 

•  elmi kəşflər; 

•  sənaye nümunələri; 

•  əmtəə nişanı, xidmət nişanı, firmanın adı və kommersiya təyinatı; 

•  haqsız rəqabətə qarşı müdafiə. 

 

Hüquqi tənzimlənmənin xüsusiyyətlərindən asılı olaraq intellektual mülkiyyəti 



3 əsas hissəyə bölmək olar: 

1) patent hüququ ilə qorunan yaradıcılıq fəaliyyətinin nəticələri; 

2) müəlliflik hüququ ilə qorunan yaradıcılıq fəaliyyətinin nəticələri; 

3) birgə hüquqlara aid edilən yaradıcılıq fəaliyyətinin nəticələri. 

 

Patent  hüququ  ilə  qorunan  intellektual  mülkiyyət  obyektlərinə  sənaye 



mülkiyyət  obyektləri,  müəlliflik  hüququ  ilə  qorunan  intellektual  mülkiyyət 

obyektlərinə mədəniyyət və incəsənət əsərləri aid edilir. 




12 

 

 



Hər  bir  ölkədə  intellektual  mülkiyyət  obyektlərinin  təsnifatı  qanunvericilikdə 

təsbit  edilmişdir.  Qanunvericilikdə  intellektual  mülkiyyətin  nəticələrinin  mühafizəsi 

və individualizasiya vəsaiti hissəsində əqli mülkiyyət obyektlərinin siyahısı verilir: 

•  elm, ədəbiyyat və incəsənət əsərləri; 

•  elektron hesablama maşınları üçün proqramlar; 

•  məlumat bazası; 

•  ifa; 

•  fonoqram; 

•  ya radio kabeli, ya da televiziya verilişləri ilə efirə məlumat; 

•  ixtira; 

•  faydalı modellər; 

•  sənaye nümunələri; 

•  seleksiya nailiyyəti; 

•  inteqral mikrosxemlərin topologiyası; 

•  istehsal sirrləri; 

•  firma adı; 

•  əmtəə nişanları və xidmət nişanları; 

•  malların mənşə yerinin adı; 

•  kommersiya təyinatı. 

 

ntellektual  mülkiyyət  anlayışının  özünün  xarakteristikasına  xüsusi  diqqət 



yetirmək  istərdim,  çünki  bu  tamamilə  yeni  iqtisadiyyat  sektorunun  elementidir. 

Burada  əmtəə  qismində  bilik  və  texnologiyalar  deyil,  intellektual  mülkiyyət  çıxış 

edir. 

 

ntellektual  mülkiyyət  -  hüquqi  şəxsin  və  ya  vətəndaşın  intellektual 



fəaliyyətinin  nəticəsinə  hüquqlarını  bildirən  qeyri-maddi  aktivlərin  kateqoriyasıdır. 

Başqa  sözlə  desək,  qeyri-maddi  aktivlər  intellektual  mülkiyyət  üzərində  əmlak 

hüququdur.  ntellektual  mülkiyyət  anlayışı  təkcə  əmlak  hüququnun  deyil,  eyni 

zamanda  qeyri-maddi  aktivlərin  tərkibinə  daxil  edilməyən  şəxsi  qeyri-əmlak 




13 

 

hüququnu da əhatə edir. Qeyri-maddi aktivləri birləşdirərək alınan məcmunu qudvill 



adlandırırlar.  Qudvill  anlayışından  məhkəmə  işlərində,  müəssisələrin  alqı-satqı 

müqavilələrində,  vergi  araşdırmalarında,  həmçinin  sahibkarlıq  fəaliyyətində  geniş 

istifadə  olunur.  Qudvill  və  digər  qeyri-maddi  aktivlər  kimi  təsvir  edilən  aktivlər  üç 

kateqoriyaya bölünür: 

1) Müəssisədən ayrılmayan qeyri-maddi aktivlər; 

2)  ndividuumdan ayrılmayan qeyri-maddi aktivlər; 

3) Müəssisədən və individuumdan ayrıla bilən qeyri-maddi aktivlər. 

 

Müəssisədən  ayrılmayan  qeyri-maddi  aktivlər  qeyri-müəyyən  xidmət 



müddətinə  malikdirlər  və  bir  qayda  olaraq  məcmu  halda  qiymətləndirilirlər.  Belə  

aktivlərin  xidmət  müddətini  müəyyən  etmək  qeyri-mümkün  olduğu  üçün  onlar 

amortizasiya  olunmayandırlar.  Müəssisədən  ayrılmayan  qeyri-maddi  aktivlərə 

aşağıdakılar aiddir: 

  ayrı-ayrı  komponentlərin  -  obyektin,  əmlakın,  istehsal  vasitələri  və 

avadanlıqların istehsal vasitələri kimi birləşdirilməsi; 

  öyrədilmiş heyətin olması; 

  müəssisənin  tərkib  hissəsi  kimi  işlənib  hazırlanmış,  idarəetmə  və  fəaliyyət 

sistemi və metodları; 

  müştəri kontingentinin olması; 

  başlanğıc çətinliklərin aradan qaldırılması; 

  öz məhsulunun reklamı və irəliləməsi sahəsində nailiyyətlər; 

  ərazi üzrə yerləşmədəki üstünlüklər; 

  müəssisənin etibarlılığı, məhsulun və xidmətin keyfiyyəti, əmtəə və xidmətlər 

üzrə  qiymətlərin  səviyyəsi,  malgöndərənlərə  və  banklara  münasibətdən  kredit 

qabiliyyəti  haqqında,  ictimaiyyətin  və  müştərilərin  məlumatlılığı  əsasında 

təsdiq olunmuş reputasiya.[8, 166] 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə