Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   2   3   4   5   6   7   8   9   ...   26

17 

 

cür  aktivlər  bir  qayda  olaraq  yaradılması  dəyəri  metodu  ilə,  yəni  xərc  yanaşması 



baxımından mümkün gəlirlər nəzərə alınmadan qiymətləndirilir.  

 

Qiymətləndirmə zamanı əmək haqqı, marketinq və reklam xərcləri, intellektual 



mülkiyyət  obyektləri  ilə  bağlı  risklərin  sığorta  xərcləri,  hüquqi  münaqişələrin  həlli 

üçün  xərclər  və  məsrəflər,  elmi  metodiki  təminatın  maya  dəyəri,  öz  məhsullarının 

individualizasiyası və s. kimi bütün mümkün xərcləri nəzərə almaq lazımdır. 

 

ntellektual  mülkiyyət  obyektlərinin qiymətləndirilməsinin  xərc  yanaşmasında 



bir sıra metodlardan istifadə edilir ki, bunlara da aşağıdakılar aiddir: 

1) əsas xərclər metodu 

2) bərpa dəyəri metodu 

3) dəyər tutulması metodu 

 

1)  Əsas  xərclər  metodu  qiymətləndirilən  intellektual  mülkiyyət  obyektlərinin 



yaradılması  dəyərinə  əsaslanıb.  Əgər  şirkətin  qiymətləndirilən  obyektin 

yaradılmasında  çəkilən  xərclər  haqqında  məlumatları  təsdiq  olunmuş  sənədlərdə 

varsa,  ondan  istifadə  olunur.  ntellektual  mülkiyyət  obyektlərinin  əsas  xərc  metodu 

ilə qiymətləndirilməsi aşağıdakı prosedurların yerinə yetirilməsindən ibarətdir: 

 

a)  mahiyyət  etibarilə  xərclərin  korrektə  edilməsi:  əldə  edilmiş  məlumatların 



təhlili, qeyri-maddi aktivlərin hazırlanması üçün xərclərin məbləğinin ayrılması 

 

b)  zamana  görə  xərclərin  korrektə  edilməsi:  müəyyən  müddət  ərzində  pul 



dəyərinin  dəyişikliklərinin  təhlili,  xüsusi  indekslərin  köməyilə  bütün  xərclərin  cari 

dəyərə köçürülməsi. 

 

ntellektual  mülkiyyət  obyektlərinin  dəyəri  aşağıdakı  ardıcılıqla  müəyyən 



edilir: 

 

-  bütün  faktiki  xərclər  (intellektual  mülkiyyət  obyektlərinin  yaradılması  və 



alınması ilə bağlı və onların kommersiya tətbiqinə qədər çatdırılması ilə bağlı bütün 

xərclər, vergi və rüsumlar, gömrük, patent və digər rüsumlar) müəyyənləşdirilir; 

 

-  qiymətləndirmə  tarixi  üzrə  qiymət  indeksinin  kəmiyyəti  üçün  xərclərin 



korrektə  edilməsi  aparılır.  Yenidən  hesablanma  alqoritmi  qiymət  indeksi  kəmiyyəti 

üçün maddi xərclərin korrektə edilməsi alqoritminə oxşardır (uyğundur). Ayın 15-nə 




18 

 

kimi  çəkilən  xərclər  ayın  əvvəlinə,  15-dən  sonra  çəkilən  xərclər  isə  ayın  sonuna 



aiddir. 

 

-intellektual  mülkiyyət  obyektlərinin  köhnəlmə  məbləği  müəyyənləşdirilir  və 



xərclərin qalıq dəyəri hesablanılır: 

 

Z



cari

=Z x K


A  

 

 



 

 

 



 

(1.1) 


 

K

A



=T

qüv


/T

üm

  



 

 

 



 

 

 



(1.2) 

 

Burada, K



A

-köhnəlmə əmsalı, T

qüv

-patentin qüvvədə olan müddəti,



 

T

üm



-patentin 

ümumi fəaliyyət müddətidir. 

 

2) Qiymətləndirilən obyektin yaradılmasında zəruri olan bütün xərclərin aşkar 



edilməsi  imkanı  olanda,  lakin  bu  xərclər  haqqında  dəqiq  maliyyə  məlumatları 

olmadıqda  təkrar  bərpa  dəyəri  metodundan  istifadə  olunur.  Bu  metod 

qiymətləndirilən obyektin dəqiq surətini yaratmaq üçün zəruri olan xərclərin məbləği 

kimi  yenidən  qiymətləndirilən  intellektual  mülkiyyət  obyektlərinin  dəyərinin 

müəyyənləşdirilməsinə  əsaslanır.  Yaradılması  və  tərtibatı  üçün  lazım  olan, 

kommersiya istifadəsinə kimi, çatdırılma və gəlir əldə edilməsinə kimi bütün xərclər 

hesablanılır. 

 

ntellektual  mülkiyyət  obyektlərinin  bərpa  dəyərinin  qiymətləndirilməsində 



aşağıdakı  düsturdan istifadə olunur: 

 

C



t

=K

c



 x ∑(Z

k

 x K



ik

 



 

 

 



 

(1.3) 


 

K

c



=T

t

/T



i

 

 



 

 

 



 

 

 



(1.4) 

 

Burada  K



-köhnəlmə  əmsalı,  Z

k

  -mənfəət,  vergi  və  ödənişlər  daxil  olmaqla 



aktivin  yaradılması  xərcləri,  T

t

  -mühafizə  sənədinin  cari  müddəti,  T



i

  -mühafizə 

sənədinin nominal müddəti, K

ik

 -ehtiyac yaranan halda qiymət indeksinin dəyişməsini 



nəzərə alan indeksasiya əmsalıdır. 

 

3)  Dəyərin  tutulması  metodu  eyni  istehlak  və  funksional  xüsusiyyətləri  ilə 



analoqu  olmayan  qiymətləndirilən  aktivin  dəyərinin  müəyyən  edilməsi  üçün 

ə

saslanıb.  Əgər  qeyri-maddi  aktivin  alınması  zamanı  xərclər  haqqında  təsdiqlənmiş 



məlumatlar  əsasında  minimum  qiyməti  müəyyənləşdirməyə  imkan  varsa,  bu 

metoddan istifadə edilir. Bu dəyər qiymətləndirilən aktivin bazar dəyəri adlandırılır. 




19 

 

Analoji  aktivin  funksional  imkanlarının  maksimal  ekvivalentliyinə,  onun  istifadə 



variantına, istehlak faydalığına malik olmalıdır. 

 

Bu  metodla  hesablanma  mənfəət,  ödənişlər  və  vergilər  kimi  nəzərdə  tutulan 



bütün  xərclərin  cəmlənməsi  ilə  həyata  keçirilir.  Bura  aktivin  alınması  və  ya 

yaradılması  və  kommersiya  yararlılığına  qədər  çatdırılması  xərcləri  daxildir. 

Xərclərin hesablanılmasını iki və ya bir neçə variantlarda aparmaq lazımdır. 

 

Gəlir  yanaşması  -  intellektual  mülkiyyət  obyektlərinin  istifadəsindən 

gözlənilən  iqtisadi  səmərə  əsasında  intellektual  mülkiyyət  obyektlərinin  və  qeyri-

maddi  aktivlərin  dəyərinin  müəyyən  edilməsidir.  Gəlir  yanaşması  ilə  qeyri-maddi 

aktivlərin  dəyəri  proqnozlaşdırılan  gələcək  səmərənin  cari  anda  dəyərinin 

hesablanması yolu ilə müəyyənləşdirilir. 

 

ntellektual mülkiyyətin gəlir yanaşması metodu ilə qiymətləndirilməsi bir neçə 



mərhələlərdən ibarətdir. Bu mərhələlərə aşağıdakılar aiddir: 

 

-ilk  mərhələdə  potensial  ümumi  gəlir,  yəni  tammiqyaslı  istifadə  zamanı 



intellektual mülkiyyətin istifadəsindən əldə edilən maksimum gəlir müəyyən edilir; 

 

-intelletual  mülkiyyətin  nəticələri  üzərində  olan  hüquqların  realizə 



edilməsindən  əldə  edilən  gəlirdən  natamam    istifadə  zamanı  baş  verən  itkilər  təyin 

edilir; 


 

-xalis  ümumi  gəlir  potensial  ümumi  gəlirlə  gəlir  itkisi  arasındakı  fərq  kimi 

müəyyənləşdirilir; 

 

-istismar xərcləri, yəni obyektin normal işləməsi üçün zəruri olan xərclər təyin 



edilir.  stismar  xərclərinə  kommunal  ödəmələr,  vergi,  sığorta  xərcləri  kimi  daimi 

xərclər aiddir; 

 

-bu mərhələdə xalis gəlir iki üsuldan biri ilə müəyyənləşdirilir. Birinci üsulda 



xalis  gəlir  ümumi  gəlirlə  istismar  xərclərinin  fərqi  kimi  təyin  edilir  və  bu  zaman 

royaltidən  əldə  edilən  gəlir  də  nəzərə  alınılır.  kinci  üsul  isə  xalis  gəlirin  sənaye 

istehsalı sahəsi üçün orta mənfəət norması vasitəsilə təyin edilməsidir və bunun üçün 

ümumi gəlir həmin istehsal üçün xarakterik olan normaya vurulur. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə