Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

23 

 

 



6)  Royaltidən  azad  edilmə  metodu.  Bu  metod  ona  əsaslanır  ki,  baxılan 

intellektual  mülkiyyət  real  sahibinə  məxsus  deyil,  digər  müəssisənin  mülkiyyəti 

hesab  edilir.  Sonuncu  lisenziya  əsasında  royalti  ödənilməsi  şərti  intellektual 

mülkiyyəti  təqdim  edir.  Beləliklə  xərclərin  qənaəti  royaltinin  ödənilməsi  üzrə 

hesablanılır  və  kapitallaşdırılma  həcminə  intellektual  mülkiyyətin  bazar  dəyərinin 

ekvivalenti kimi baxılmalıdır.  

 

7)  25%  qaydaya  əsaslanan  metod.  Patent  mühafizəsinin  mövcud  olduğu 



müddətdə  müəyyən  ənənə  formalaşmışdır  ki,  buna  əsasən  iddiaçı  patent  sahibinə 

lisenziya  sayəsində  rəqibin  qazandığı  gözlənilən  ümumi  gəlirin  25%-ni  ödəməyə 

hazır olduğunu bildirdi.  

 

ntellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsində bu metodun tətbiqi 



şə

rtilə  lisenziat  öz  potensial  göstəricilərinin  açıqlanmasında  maraqlı  deyil,  ona  görə 

də  mənfəət  diapazonunu  qiymətləndirmək  2  ildən  artıq  olmayan  dövr  üçün 

mümkündür.  

 

8)Ekspert  qiymətləndirmə  metodu.  Ekspert  qiymətləndirmə  metodu  ekspert 



qrupunun  razılıq  əldə  edilməsinə  əsaslanan  proqnozlaşdırma  metodudur.  Ekspert 

qiymətləndirilməsi  üçün  çoxlu  sayda  metodlar  mövcuddur.  Bəzi  hallarda  hər 

ekspertlə ayrıca işləyirlər, o heç bilmir ki, kim ekspertdir və ona görə də o öz fikrini 

müstəqil olaraq söyləyir. 

 

Digər  hallarda  isə  ekspertləri  materialların  hazırlanması  üçün  qrup  halında 



toplayırlar. Bu zaman ekspertlər bir-biri ilə problemləri müzakirə edirlər, bir-birindən 

öyrənirlər  və  yanlış  fikirləri  atıb,  ümumi  qərar  qəbul  edirlər.  Bununla  yanaşı 

ekspertlərin sayı qeyd olunur. Belə ki, fikir yekdilliyi yoxlamalarının statistik metodu 

və sonradan onların ortalaması əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir. 

 

Ekspert  qiymətləndirilməsinin  aparılması  zərurəti  ekspertlərin  işinin 



hazırlanmasında aşağıdakı mərhələləri nəzərdə tutur: 

 

1)  Ekspert  sorğusunun  məqsədi  (intellektual  mülkiyyət  obyektlərinin 



qiymətləndirilməsi məqsədinin ifadə olunması).  ntellektual mülkiyyət obyektlərinin 


24 

 

qiymətləndirilməsi  məqsədinin  dəqiq  ifadə  olunmasından  ekspertlərin  qarşılarına 



qoyduqları vəzifələri yerinə yetirməklərinin səmərəliliyi və vacibliyi asılıdır;  

 

2) Sifarişçi tərəfindən ekspert qrupunun əsas heyətinin seçilməsi; 



Ekspertlərin  tərkibi  qiymətləndirilən  obyektlərin  spesifik  tərəflərindən  asılıdır. 

Ekspertlər sifarişçinin fəaliyyət göstərdiyi sahənin mütəxəssisləri olmalıdırlar.  

 

3)  Sorğunun  ekspert  tədqiqatının  keçirilməsi  üçün  texniki  tapşırığın 



hazırlanması və təsdiq edilməsi;  

 

4)  Ekspert  fikirlərinin  (qiymətləndirmənin  )  toplanması  və  təhlilinin 



aparılmasının  ətraflı ssenarisinin hazırlanması,  o cümlədən  ekspert informasiyasının 

konkret növü kimi bu məlumatların konkret metodlarının təhlili; 

 

5) Ekspert komissiyasının formalaşdırılması; 



 

Ekspertlərlə  komissiyanın  işi  və  onların  şərtlərinin  ödənilməsi  haqqında 

müqavilələrin  bağlanması,  sifarişçi  tərəfindən  ekspert  komissiyasının  tərkibinin 

təsdiqi məqsədəuyğundur. 

 

6) Ekspert məlumatlarının toplanılması ; 



 

7) Ekspert məlumatlarının təhlili; 

 

8) Alınan nəticələrin interpretasiyası və sifarişçi üçün rəyin hazırlanması;  



 

9) Fəaliyyətin rəsmi olaraq  sonlandırılması. 

 

Bu  və  ya  digər  qiymətləndirmə  metodunun  tətbiqi  təcrübəsi  müxtəlifdir, 



bununla  belə  qeyd  etmək  olar  ki,  gəlir  yanaşması  həm  intellektual  mülkiyyət 

obyektlərini  alanlar,  həm  də  satanlar  üçün  daha  əlverişlidir.  Çünki,  o  intellektual 

mülkiyyət  obyektlərinin  istifadəsindən  potensial  səmərənin  qiymətləndirilməsi 

ə

sasında qurulur.  



 

Bazar  yanaşmasında  bir  qayda  olaraq,  satışların  müqayisə  metodundan 

istifadə  olunur.  Nəzərdən  keçirilən  aktiv  intellektual  mülkiyyətin  analoji  obyektləri 

ilə və ya açıq bazarda satılan qiymətli kağızlarla təmin olunan qeyri-maddi aktivlərlə 

müqayisə  edilir.  Müqayisəli  yanaşma  zamanı  istifadə  edilən  bu  iki  ən  çox  yayılmış  

məlumat  mənbələri  həm  qeyri-maddi  aktivlərin,  həm  də  fyuçers  və  opsionların 

satıldığı bazarlar hesab edilir. 




25 

 

 



Müqayisə üçün ilk növbədə əsaslandırılmış bazar olmalıdır. Dəyərinin miqdarı 

müəyyənləşdirilərkən  əvvəlki  əqdlərdən  istifadə  edilir,  qiymətləndirmə  predmeti 

barəsində  vaxt  cərəyanı  nəzərə  alınmaqla  məlumatlara  düzəlişlərin  edilməsi  tələb 

olunur.  ntellektual  mülkiyyət  obyektlərinin  satışının  əsas  proseduru  bazar 

(müqayisə) metodu hesab edilir. 

 

ntellektual  mülkiyyətin  qiymətləndirilməsinə  bazar  (müqayisə)  yanaşması 



metodunun istifadə şərtləri aşağıdakılardır:  

1) qiymətləndirilən intellektual mülkiyyətin keyfiyyətinə görə müqayisə edilən ən azı 

üç analoqun olması; 

2) qiymətləndirilən intellektual mülkiyyətin və onun analoqlarının keyfiyyətini təyin 

edən parametrlərin əhəmiyyəti haqqında məlumatların düzgünlüyü; 

3) analoqların düzgün rəqabət şəraitində satışı. 

 

Bu göstərilən şərtləri eyni zamanda istənilən intellektual mülkiyyət üçün yerinə 



yetirmək  mümkün  deyildir.  Bir  çox  hallarda  intellektual  mülkiyyətin 

qiymətləndirilməsində bazar yanaşması müəlliflik hüququna (ədəbiyyat, o cümlədən 

elmi-texniki,  heykəltəraşlıq,  rəssamlıq,  arxitektura  və  s.),  həmçinin  patent 

hüquqlarına  -  sənaye  intellektual  mülkiyyətinin  bəzi  növlərinə  (məhsul  nişanları  və 

faydalı  modellərin  hüquqları,  seleksiya  nailiyyətləri)  nəzərən  istifadə  edilir.  Əgər 

intellektual mülkiyyətin qiymətləndirilməsi konkret sənaye mülkiyyətinə aiddirsə və 

konkret  sənaye  texnikası  ilə  sıx  bağlıdırsa  (ixtira  hüququ,  sənaye  nümunələri,  nou-

hau  obyektləri,  xidmət  nişanları,  kompyuter  proqramları)  onda  bazar  (müqayisə) 

yanaşmasından istifadə etmək mürəkkəb olur. 

 

Satış  üzrə  əqdlərin  təhlilində  və  seçilməsində  nəzərdən  keçirilməli  olan 



müqayisənin əsas elementləri aşağıdakılardır: 

•  ötürülən  əqdlərdə  qeyri-maddi  aktivlərin  mülkiyyət  hüququ  qanunlarının 

strukturu və həcmi; 

•  hər hansı xüsusi şəraitin mövcudluğu və maliyyələşdirmə haqqında saziş; 

•  satış üzrə əqdlər zamanı təkrar bazarda mövcud olan iqtisadi şərait; 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə