68
olunmuşdur. Bundan əlavə, standartda qiymətləndirmənin əsas prinsipləri, əsas
məqsədləri, qiymətləndirmə haqqında hesabatın tərtib olunmasına əsas yanaşmalar,
qiymətləndirmə bazasının seçilməsi qaydaları məyyənləşdirilmişdir.
Standart 5-də maliyyə hesabatlarının tərtibi üçün intellektual mülkiyyət
obyektlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuşdur. Burada intellektual
mülkiyyət obyektlərinin təsnifatı və onun əsasında seçilən qiymətləndirmə bazası,
qiymətləndirmənin metodologiyası məsələləri qeyd olunmuşdur. Standart 8-də isə
qiymətləndiricinin ixtisas dərəcəsi, hüquqları, vəzifə və öhdəlikləri qeyd olunmuşdur.
Avropa
Qiymətləndirmə
Standartlarına
qiymətləndiricilərin
sertifikatlaşdırılması,
qiymətləndirmə
haqqında
hesabata
rəy
verilməsi,
qiymətləndiricinin etikası məsələlərinə dair əlavələr daxil edilmişdir.
Rusiya Federasiyası 1998-ci iyul ayının 29-da "Qiymətləndirmə fəaliyyəti
haqqında" qanunu qəbul etmişdir. Bu Qanunda Rusiya Federasiyasında
qiymətləndirmənin həyata keçirilməsi fəaliyyəti, qiymətləndirmə fəaliyyətinin
mahiyyəti, obyekt və subyektləri, qiymətləndiricinin müstəqilliyi, hüquq və
vəzifələri, o cümlədən qiymətləndirmə fəaliyyətinin standartları və s. öz əksini
tapmışdır.
"Qiymətləndirmə fəaliyyəti haqqında" Rusiya Federasiyasının Qanununa
ə
sasən qiymətləndiricilərin aşağıdakı hüquqları vardır:
1)qiymətləndirmə
standartlarına
uyğun
olaraq,
qiymətləndirilmənin
aparılmasında sərbəst olaraq obyektin qiymətləndirilməsi metodlarını tətbiq etmək;
2)obyektin qiymətləndirilməsinin həyata keçirilməsində zəruri olan
məlumatların tam həcmdə təmin olunmasını sifarişçidən istəmək;
3)qiymətləndirmənin həyata keçirilməsi üçün əlavə məlumatları əldə etmək;
4)dövlət və kommersiya sirri istisna olmaqla, üçüncü şəxslərdən şifahi və ya
yazılı formada qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün lazımi
informasiyaları əldə etmək;
5)lazımi
məlumatların
verilməməsi
obyektin
qiymətləndirilməsinin
etibarlılığına təsir göstərərsə, qiymətləndirici hesabatında bunu qeyd edir;
69
6) müqavilə əsasında iştirakı zəruri olan hallarda digər qiymətləndiriciləri və ya
peşəkarları obyektin qiymətləndirilməsi prosesinə cəlb etmək;
7) əgər sifarişçi müqavilə şərtlərini pozarsa, obyektin qiymətləndirilməsinin
həyata keçirilməsi üçün lazımi məlumatların verilməsini təmin etməzsə və ya
müqaviləyə uyğun olaraq iş şəraitini təmin etməzsə, o zaman qiymətləndirici
qiymətləndirmə fəaliyyətini həyata keçirməkdən imtina edə bilər;
8) qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı xərclərin kompensasiyasını
təmin etmək.
"Qiymətləndirmə fəaliyyəti haqqında" Rusiya Federasiyasının Qanununa
ə
sasən, qiymətləndiricilərin vəzifələrinə aşağıdakılar aid edilir:
1) özünü tənzimləyən qiymətləndiricilər təşkilatlarından birinin üzvü olmaq;
2) qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsində bu Qanunun, digər
federativ qanunlarının, Rusiya Federasiyasının digər normativ qanunlarının,
qiymətləndiricilər təşkilatı tərəfindən təsdiq edilmiş federal qiymətləndirmə
standartlarının tələblərinə riayət etmək;
3) üzvü olduğu qiymətləndiricilər təşkilatı tərəfindən müəyyən edilən işgüzar
və peşəkar etika qaydalarına riayət etmək, həmçinin təşkilat tərəfindən müəyyən
edilən ödəmələri ödəmək;
4)
qiymətləndirmənin
həyata
keçirilməsinə
mane
olan
hallarda
qiymətləndirmənin həyata keçirilməsində sifarişçidən və ya üçüncü şəxslərdən alınan
sənədlərin qorunmasını təmin etmək;
5) qiymətləndiricilər təşkilatına üzvlüyü haqqında məlumatları sifarişçiyə
təqdim etmək;
6) sifarişçinin tələbi ilə qiymətləndirmə fəaliyyəti haqqında peşəkar biliklərin
olmasını təsdiq edən təhsil haqqında sənədi və sığorta şəhadətnaməsini təqdim etmək;
7) qanunvericilikdə qeyd olunan hallar istisna olunmaqla, qiymətləndirmənin
həyata keçirilməsində sifarişçi tərəfindən verilən məlumatı yaymamaq və onun
məxfiliyini təmin etmək.
70
"Qiymətləndirmə fəaliyyəti subyektləri tərəfindən məcburi qaydada tətbiq
olunan qiymətləndirmə standartları" Rusiya Federasiyası Hökumətinin 6 iyul 2001-ci
il tarixli 519 saylı qərarı ilə təsdiq edilmişdir. Göstərilən standartlarda
qiymətləndirmə obyektinin dəyərinin əsas növlərinin açıqlanması, qiymətləndirməyə
yanaşmalar və qiymətləndirmə metodları müəyyənləşdirilir. Burada həmçinin
qiymətləndirilən obyektin bazar dəyərindən fərqlənən dəyər növlərinin də izahı
verilir. Bu növlərə aşağıdakılar aid olunmuşdur: [9, 109-110]
– satış bazarları məhdud olan qiymətləndirmə obyektinin dəyəri;
– qiymətləndirilən obyektin əvəzolunma dəyəri;
– qiymətləndirilən obyektin bərpa dəyəri;
– mövcud istifadə davam etdirildikdə obyektin dəyəri;
– qiymətləndirilən obyektin investisiya dəyəri;
– obyektin vergitutma məqsədləri üçün dəyəri;
– qiymətləndirilən obyektin utilləşdirilmə dəyəri;
– qiymətləndirilən obyektin likvid dəyəri.
Rusiya Federasiyasının qiymətləndirmə standartlarının hüquqi əsasları
"Standartlaşdırma haqqında" Federal Qanunla müəyyənləşdirilmişdir. Standartlarda
qiymətləndirməyə xərc, müqayisə və gəlirlilik mövqelərindən yanaşmanın izahı
verilməklə bərabər, qiymətləndiricinin bu yanaşmalar çərçivəsində qiymətləndirmə
metodlarını sərbəst seçmək hüququ təsbit olunmuşdur. [9, 109-110]
1993-cü ildə elm və yeni texnologiyalar üzrə dövlət komitəsində patent
idarəçiliyi yaradılmışdır. Bu Komitə Qırğızıstan Respublikasında intellektual
mülkiyyət sahəsində vahid dövlət siyasətini həyata keçirən dövlət orqanıdır. Ölkənin
intellektual mülkiyyət obyektlərinin mühafizəsi bu sahədə 130 normativ hüquqi
aktları və beynəlxalq müqavilələri, o cümlədən 14 xüsusi qanunu, 23 çox tərəfli
beynəlxalq
müqaviləni
özündə
birləşdirir.
ntellektual
mülkiyyətin
qiymətləndirilməsində Qırğızıstan Respublikasının Qanunvericiliyinə aşağıdakılar
ş
amil edilir:
Dostları ilə paylaş: |