Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

32 

 

II FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA  NTELLEKTUAL 



MÜLK YYƏT OBYEKTLƏR N N Q YMƏTLƏND R LMƏS N N MÖVCUD 

VƏZ YYƏT N N TƏHL L  

 

2.1. Azərbaycan Respublikasında intellektual mülkiyyət bazarının formalaşma 

vəziyyəti və intellektual mülkiyyət obyektlərinin təsnifatı 

 

 

Azərbaycanda  intellektual  mülkiyyət  bazarının  formalaşması  1992-ci  ildə 



ölkəmizdə  bazar  iqtisadiyyatının  yaranması  ilə  başlamışdır.  Respublikamızın  yeni 

bazar  iqtisadi  sisteminə  keçid  aldığı  bir  mərhələdə  ölkə  əhalisinin  iqtisadi 

təfəkkürünün  formalaşdırılması,  təhsil  səviyyəsi,  ixtisas  hazırlığı  obyektiv  hala  və 

zəruri  amilə  çevrilir.  Bu  iqtisadi  sistemdə  bazar  infrastrukturunun  zəruri  ünsürü  və 

iştirakçısı  kimi  iqtisadçılar  çıxış  edir.  Bu  isə  müasir  elmi-texniki  tərəqqinin  və 

istehsalın səmərəliliyini yüksəltmək bacarığını ön plana çəkir. 

 

Ölkəmiz  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra,  digər  sahələrdə  olduğu 



kimi  iqtisadiyyat  sahəsində  də  öz  suveren  hüquqlarını  reallaşdırmağa  və  bu  sahədə 

müstəqil  siyasət  aparmağa  başladı.  Müxtəlif  mülkiyyət  formaları  əsasında  yaradılan 

iqtisadi  sistem,  dünya  iqtisadiyyatına  inteqrasiya  və  bazar  iqtisadiyyatına  keçid  bu 

iqtisadi siyasətin başlıca istiqamətlərini təşkil edir 

 

Yüksək  inkişaf  və  tərəqqi  mərhələsində  olan  Respublikamızın  bu  tarixi 



mərhələyə  çatması  heç  də  asan  başa  gəlməyib.  Ölkəmiz  imza  atdığı  sosial-iqtisadi 

uğurlara  və  iqtisadi  sahədə  əldə  etdiyi  artım  templərinə  mükəmməl  iqtisadi 

strategiyanın  həyata  keçirilməsi  yolu,  yeni  resursların  səmərəli  istifadə  olunması  və 

onların sosial ədalət prinsiplərinə müvafiq olaraq bölüşdürülməsi ilə nail olub.     

 

Dövlət  suverenliyini  1992-ci  ildə  bərpa  edən  Azərbaycan  Respublikasında 



institutsional  islahatların  həyata  keçirilməsi,  bazar  iqtisadi  sisteminin  tələblərinə 

uyğun  təsərrüfat  sisteminin  yaradılması  və  bu  iqtisadi  sistemə  əsaslanan  milli 

iqtisadiyyatın  formalaşması  zəruri  hesab  edilir.  Konstitusiya  ölkəmizin  daxili  siyasi 

sabitliyini  təmin  edir,  iqtisadi  islahatların  həyata  keçirilməsi,  xarici  investisiyalar, 




33 

 

azad  sahibkarlıq  üçün  şərait  yaradılması  və  onun  mənafelərinin  qorunması,  xüsusi 



mülkiyyətin inkişafının təmin olunması üçün şərait yaradır. 

 

Konstitusiyanın  “Əsas  hüquqlar,  azadlıqlar  və  vəzifələr”  bölməsinin  30-cu 



maddəsinə  uyğun  olaraq,  "Hər  kəsin  əqli  mülkiyyət  hüququ  vardır.  Müəlliflik 

hüququ,  ixtiraçılıq  hüququ  və  əqli  mülkiyyət  hüququnun  digər  növləri  qanunla 

qorunur". [1,12] 

Konstitusiyanın  bu  müddəası  yaradıcılıq  müstəqilliyini  təmin  etməklə 

təyinatından,  dəyərindən,  məzmunundan,  həmçinin  ifadə  formasından  və  üsulundan 

asılı  olmayaraq  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  olan  bütün  elm,  ədəbiyyat  və 

incəsənət  əsərlərinin  qorunmasına  hüquqi  baza  yaradır  və  hər  hansı  yaradıcılıq 

nəticəsini qorumaqla yaradıcı şəxslərə mövzu, janr və forma seçimində tam azadlıq, 

müstəqillik  imkanı  yaratmış  oldu.  Bir  sözlə,  Konstitusiyaya  əsasən  ölkəmizdə 

intellektual mülkiyyətin qorunmasına böyük zəmanət verilir. Bundan əlavə burada öz 

ə

ksini tapmış maddələr bir sıra yeni qanunlarla konkretləşdirilir və inkişaf etdirilir. 



Məhz  bu  maddələrin  Konstitusiyada  təsbit  olunması  ölkəmizdə  intellektual 

mülkiyyət bazarının formalaşmasına şərait yaratdı.  

ntellektual  mülkiyyət  obyektləri  bazarının  formalaşması  iki  mərhələdə 

reallaşır. Bu mərhələlər aşağıdakılardır: 

I  mərhələ:  intellektual  mülkiyyət  bazarının  yaradılmasının  təşkilati-hüquqi 

mexanizminin formalaşması – qısamüddətli perspektiv. 

II  mərhələ:  intellektual  mülkiyyət  bazarının  fəaliyyətinin  səmərəliliyinin 

artırılması – uzunmüddətli perspektiv. 

Respublikamızda  intellektual  mülkiyyət  obyektləri  bazarının  formalaşmasının 

ə

sas 



məqsədi 

intellektual 

mülkiyyət 

bazarı  subyeklərinin 

maraqlarının 

reallaşdırılması  və  tələbatının  təmin  edilməsi,  intellektual  fəaliyyətin  nəticələrinin 

təsərrüfat  sahələrinə  tətbiqi,  intellektual  mülkiyyətdən  düzgün  istifadə  olunması  və 

onun yenidən təşkili, intellektual mülkiyyət sahəsinə investisiyaların cəlb edilməsidir. 

Ölkəmizdə intellektual mülkiyyət bazarı aşağıdakı istiqamətlər üzrə formalaşır: 



34 

 

• 



intellektual  mülkiyyət  sahəsində  strateji  təhlilin  aparılması  və  elmi-texniki 

fəaliyyətin planlaşdırılması; 

• 

intellektual  mülkiyyətin  idarə  olunması  sahəsində  ixtisaslı  mütəxəssislərin 



hazırlanması; 

• 

intellektual mülkiyyətin hüquqi mühafizəsinin səmərəli təminatı; 



• 

intellektual  fəaliyyətin  yaradılması  və  nəticələrinin  istifadə  edilməsi  ilə  bağlı 

nəzarət sisteminin formalaşdırılması; 

• 

inventarizasiya,  ekspertizanın  aparılması,  o  cümlədən  intellektual  fəaliyyətin 



nəticələrinin qiymətləndirilməsi və onların qeyri-maddi aktiv kimi qəbul edilməsi; 

• 

intellektual mülkiyyət sahəsində regionlararası və beynəlxalq əməkdaşlıq. 



 

Mülkiyyət  obyektləri  kimi  intellektual  mülkiyyəti  intellektual  fəaliyyətin 

nəticələri  və  sahibkarlıq  fəaliyyəti  iştirakçılarının  individualizasiya  vəsaitləri 

adlandırmaq  qəbul  edilmişdir.  Belə  obyektlərin  intellektual  mülkiyyət  obyektlərinə 

daxil edilməsində əsas meyar hüquq mühafizəsinin olmasıdır.  ntellektual mülkiyyət 

bazarının obyektləri aşağıdakı kimi təsnifləşdirilir:  

1) sənaye mülkiyyət obyekləri 

–  ixtiralar; 

–  faydalı modellər;  

–  sənaye nümunələri; 

–  əmtəə nişanları; 

–  firmanın adı; 

–  haqsız rəqabətin qarşısının alınması hüququ. 

2) Müəlliflik hüququnun obyektləri 

–  ədəbi əsərlər (o cümlədən Hesablayan Elektron Maşınlar üçün proqram); 

–  dram və musiqi əsərləri; 

–  rəqs əsərləri; 

–  audiovizual əsərlər; 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə