__________________________________________
1
__________________________________________
2
______________________
MÜSTƏQİLLİYİMİZ
ƏBƏDİDİR
______________________
__________________________________________
3
MÜSTƏQİLLİYİMİZ
_________________________
ƏBƏDİDİR
_________________________
iyirmi dördüncü kitab
_________________________
dekabr, 1999 – fevral, 2000
_________________________
AZƏRNƏŞR
BAKI-2008
__________________________________________
4
ç ı x ı ş l a r
•
n i t q l ə r
__________________________________
b ə y a n a t l a r
•
m ü s a h i b ə l ə r
___________________________________
m ə k t u b l a r
•
m ə r u z ə l ə r
____________________________________
m ü r a c i ə t l ə r
•
f ə r m a n l a r
__________________________________
AZƏRNƏŞR
BAKI-2008
__________________________________________
5
BBK32
Ə56
Buraxılışına məsul
akademik
RAMİZ MEHDİYEV
ƏLİYEV HEYDƏR
Ə 56 Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 2008, 504
səh.
Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin çıxışları, nitqləri, bəyanatları,
müxtəlif görüşlərdə söhbətləri, müsahibələri, həmçinin məktub və teleqramlardan
ibarət “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin növbəti - 24-cü cildi 1999-cu il
dekabrın 14-dən 2000-ci il fevralın 5-dək olan dövrü əhatə edir.
Kitabda ulu öndərin Yeni Azərbaycan Partiyasının I qurultayında dərin məzmunlu
nitqi, Azərbaycanda bazar iqtisadiyyatının, sahibkarlığın inkişafı və bu inkişafın
surətləndirilməsi, ictimai-siyasi həyatın digər vacib məsələlərinə dair metariallar
verilmişdir.
Kitabda, həmçinin Heydər Əliyevin Moskvada MDB-nin üzvü olan ölkələrin
dövlət başçılarının Zirvə görüşündə, İsveçrənin Davos şəhərində Ümumdünya iqtisadi
forumunda «Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: «İpək yolu və ya böyük
oyun» mövzusunda keçirilmiş sessiyada çıxışı, ikitərəfli görüş, danışıq və söhbətləri
sessiya iştirakçılarının suallarına verdiyi cavablar toplanmışdır.
Cilddə, eyni zamanda, ədəbiyyat, incəsənət, idmançılar və onların məşqçiləri ilə
görüşləri, bu şəxslərə verdiyi böyük qiymət və dəyərli tövsiyyələr öz əksini tapmışdır.
BBK-32
2008
)
07
(
651
0801000000
−
−
M
© Azərnəşr, 2008
__________________________________________
6
ATƏT-in MİNSK QRUPUNUN NÜMAYƏNDƏ
HEYƏTİ
*
İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
14 dekabr 1999-cu il
Heydər Əliyev: Hörmətli qonaqlar! Sizi səmimiqəlbdən
salamlayıram. Minsk qrupu həmsədrlərinin, sizin Azərbaycana,
ümumiyyətlə bizim regiona bu səfəriniz çox əlamətdardır və
əhəmiyyətlidir. Təəssüf ki, Minsk qrupunun fəaliyyəti 1999-cu ildə
istənilən səviyyədə olmamışdır. Mən bu barədə fikrimi ATƏT-in
İstanbul sammitindəki çıxışımda da bildirdim və bu gün bir daha
deyirəm. 1998-ci ilin sonunda Minsk qrupu tərəfindən təqdim
olunmuş «ümumi dövlət» formulasını Azərbaycan qəbul etməyəndən
sonra təəssüflər olsun ki, Minsk qrupunun fəaliyyəti müəyyən qədər
dayandı, zəiflədi. Biz bundan narazıyıq. Mən bunu bir daha bildirmək
istəyirəm.
Minsk qrupu tərəfindən bu barədə verilən izahat - Ermənistan və
Azərbaycan prezidentləri arasında birbaşa görüşlər başlandığına görə
onlar öz fəaliyyətlərini bir az dondurmağa məcbur olublar - mənə elə
gəlir ki, əsassızdır. Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa
görüşləri Minsk qrupunu kənara qoymaq yox, Minsk qrupunun işinə
sadəcə, daha da kömək etmək məqsədi daşıyıbdır.
1999-cu il sona çatır. Ona görə də Minsk qrupunun 1999-cu ildəki
fəaliyyətinə mənim verdiyim qiymət bundan ibarətdir. Ancaq mən
bunun üzərində dayanmaq istəmirəm. Mən razıyam və ümumiyyətlə,
çox məmnuniyyətlə qəbul edirəm ki, Minsk qrupu yenidən fəaliyyətə
başlayıbdır. Bu gün bəyan edirəm ki, biz Minsk qrupunun
fəaliyyətində kənarda heç bir iş görmürük və görməyəcəyik. Çünki
Minsk qrupu ATƏT kimi bir təşkilat tərəfindən Ermənistan -
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək
üçün yaradılmış çox mötəbər bir qurumdur. Bu baxımdan sizin bu
*
Nümayəndə heyətinə ATƏT-in Minsk qrupunun həmsədrləri Keri Kavano (ABŞ), Jan Jak
Qayard (Fransa), Nikolay Qribkov (Rusiya) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının,
BMT-nin İnkişaf Proqramının, Dünya Bankının, Beynəlxalq Vəlyuta Fondunun. Avropa
Yenidənqurma və İnkişaf Bankının nümayəndələri daxil idilər.