Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə3/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   2   3   4   5   6   7   8   9   ...   145

__________________________________________ 

10

 



Anlayırıq ki, bu, asan məsələ deyildir. Bu, yalnız elə bir saziş 

çərçivəsində həyata keçirilə bilər ki, o saziş həm Ermənistanın, 

həm də Azərbaycanın tələblərinə, ehtiyaclarına uyğun olsun. Biz 

sizinlə  bərabər çalışaraq bu niyyətə, bu amala nail olmaq 

fikrindəyik. Biz iki dövlət arasında belə bir sazişin bağlanmasına 

yardımçı olmağa çalışırıq. Çalışırıq ki, bu saziş tezliklə  qəbul 

edilsin. 

Biz inkişaf məsələləri ilə  məşğul olan beynəlxalq maliyyə 

təsisatlarnı  və beynəlxalq qeyri-dövlət təşkilatlarını qarşıdan 

gələn həftələr  ərzində bu işə yenidən cəlb edəcəyik. Hesab 

edirik, çox yaxşı haldır ki, həmin beynəlxalq maliyyə 

qurumlarının təmsilçiləri də bu gün bu görüşdə bizimlə bərabər 

iştirak edirlər. Onların çox böyük təcrübəsi var və biz bu 

təcrübədən faydalana bilərik.  Şübhəsiz ki, onlar da qarşıdan 

gələn böyük vəzifələrin həyata keçirilməsi üçün hazırlıq işləri 

görməlidirlər. 

Cənab prezident, beynəxalq maliyyə  təsisatlarının və 

beynəlxalq qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə birgə 

işimizdən  əldə etdiyim təəssürat barədə Sizə onu demək 

istəyirəm ki, mən onların hamısında bu işləri sürətlə  həyata 

keçirmək arzusu, istəyi gördüm. 

Azərbaycanın Baş naziri Artur Rəsizadə keçən ay Vaşinqtonu 

ziyarət etdi və Dünya Bankında görüşlər keçirdi. Ermənistanın 

xarici işlər naziri də  Vəşinqtona belə bir səfər etdi. Bir həftə 

sonra məni Dünya Bankına dəvət etdilər və hansı  işlərin 

görülməsinə ehtiyac duyulduğu barədə mənim fikirlərimlə tanış 

oldular. Mən Dünya Bankına dəvət olunarkən bugünkü 

görüşdəki kimi belə çoxsaylı nümayəndələr qarşısında çıxış 

etməli oldum. Onların hamısı görüləcək işlərin planı üzərində 

çalışır.  Şübhəsiz, biz bölgəyə bu səfərimiz zamanı  əldə 

etdiyimiz məlumatları onlarla bölüşəcəyik ki, həmin adamlar 

konkret olaraq hansı  işlərin görülməsinə ehtiyac duyulduğunu 

müəyyənləşdirsinlər. 

  



__________________________________________ 

11

 



Bildirmək istəyirəm ki, Ermənistanda keçirdiyimiz görüşlər 

bizdə belə bir təəssürat oyatdı ki, sülh prosesinə Ermənistanda 

da daimi bir sadiqlik vardır. Biz bunu hökumətin bütün 

səviyyələrində gördük. 

Ermənistanda oktyabr ayının 27-də baş vermiş faciəli 

hadisələrdən sonra bir sıra problemlər vardır. Mən Ermənistanda 

Baş nazirin və spikerin qətlə yetirilməsi hadisəsini nəzərdə 

tuturam. Həmin hadisədən sonra Ermənistanda bir sıra 

problemlər yaranmışdır, bu ölkədə hökumət yenidən 

qurulmaqdadır. Lakin mən sülh prosesini irəli aparmaq 

sahəsində Ermənistanın siyasətinin dəyişdiyi barədə orada heç 

bir fikir görmədim, belə meyl hiss etmədim. 

Cənab prezident, söyləsəm ki, Azərbaycan hökumətinin 

üzvləri ilə keçirdiyimiz görüşlər zamanı da biz sülhə sadiqliyi 

yenidən gördük, yəqin bu, Sizə  təəccüblü gəlməz. Onlar daha 

gözəl dərk edirlər ki, bu gün bizim ziyarət etdiyimiz qaçqınların 

indiki vəziyyətini aradan qaldırmaq üçün tezliklə sülh əldə 

etmək lazımdır. Biz bu işdə yardımçı olmaq üçün həm iqtisadi, 

həm də siyasi cəhətdən hər cür iş görməyə hazırıq. Bizim əsas 

məqsədimiz bundan sonra Sizinlə daha sıx təmasda çalışmaqdan 

ibarətdir. Sizi əmin edirəm ki, Minsk qrupunun həmsədrlərini 

bir daha, yenidən görmək üçün daha 13 ay gözləməli 

olmayacaqsınız. 

İcazənizlə, mən sözü həmkarlarıma verim, onlar da öz 

fikirlərini əlavə etsinlər. 

Heydər Əliyev: Buyurun, sizə təşəkkür edirəm. 

Nikolay Qribkov: Hörmətli Heydər Əliyeviç, zənnimcə, indi 

Siz yaxşı başa düşürsünüz ki, üç həmsədr bizim ünvənımıza 

söylədiyiniz tənqidi iradlardan düzgün nəticələr 

çıxarmışdır.Budur, biz bölgədəyik. 

Əlbəttə, Sizin, Ermənistan prezidentinin və  üç  xarici  işlər 

nazirinin İstanbul görüşü bu işdə mühüm rol oynamışdır. Həmin 

görüşdə bəyan edilmişdi ki, Minsk prosesi çərçivəsində 

  



__________________________________________ 

12

  



 

sülhyaratma səylərini fəallaşdırmaq vaxtı  gəlib çatmışdır. Odur 

ki, atalar demişkən, heç olmamaqdansa, gec olması yaxşıdır. 

Mən amerikalı  həmkarımın bu fikri ilə tam razıyam ki, biz 

Sizinlə yaxın vaxtlarda görüşməli olacağıq. 

Amerikalı  həmkarım səfərimizin məqsədlərindən də, 

gördüklərimizdən də kifayət qədər  ətraflı danışdı. Qaçqınlar 

düşərgəsinə bugünkü səfərimiz barədə bir neçə  kəlmə  əlavə 

etmək istərdim. 

Bilirsinizmi, bu,bizə çox güclü təsir bağışladı. Orada 

gördüyümüz mənzərə, insanların, yaşlı qadınların, uşaqların 

çəkdikləri  əzab-əziyyət bizi o qədər riqqətləndirdi ki, bəzən 

hətta gözlərimiz yaşarırdı. 

Amma məni o da çox təsirləndirdi ki, onlardan heç biri 

vətənə qayıtmaq ümidini itirmir. Onlar Allaha dua edir, habelə iş 

elə  gətirdi ki, bizdən, üç həmsədrdən xahiş edirdilər ki, yaxşı, 

qəti bir qərara mümkün qədər tez gəlməkdə Sizə və Sizin erməni 

həmkarınıza kömək göstərilsin; elə bir qərar ki, ədalətli və 

möhkəm zəminə  əsaslansın. Ümidvaram ki, Allah onların 

duasını eşidəcəkdir. 

O ki qaldı bizə, həmsədrlərə, bir daha əmin etmək istərdim ki, 

bölgədə  gərginliyin mümkün qədər tez aradan qaldırılması, 

bölgənin yenidən sülh və sabitlik, bunun vəsitəsilə isə  həm də 

iqtisadi tərəqqi görməsi üçün bizdən asılı olan heç nəyi 

əsirgəməyəcəyik. Buna görə də Sizi əmin etmək istərdim ki, biz 

iş görəcəyik və bunu fəal surətdə edəcəyik. 

İstər Ermənistanın, istərsə  də Azərbaycanın bütün rəhbərləri 

ilə,  əlbəttə,  ən  əvvəl prezident Robert Koçaryanla və hörmətli 

Heydər  Əliyeviç, Sizinlə görüşlərimizin yekunlarını bir daha 

diqqətlə  təhlil etmək üçün biz səfərdən sonra tezliklə bir yerə 

toplaşmaq niyyəündəyik. Biz gələcək fəaliyyət sxemi üzərində 

düşünəcək, yeni təkliflər irəli sürülməsi məsələsini müzakirə 

edəcəyik. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə