Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə6/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   2   3   4   5   6   7   8   9   ...   145

__________________________________________ 

19

dirirəm. Birincisi, bilirsiniz ki, mən də prezident Koçaryan da öz 



fikirlərimizi həm Amerika prezidenti Bill Klintona, həm Rusiya 

prezidenti Boris Yeltsinə, həm də Fransa prezidenti Jak Şiraka 

bilavəsitə bildirə bildik. İkincisi də, Minsk qrupu həmsədrlərinin 

xarici işlər nazirləri ilə, həm Azərbaycan prezidenti, həm də 

Ermənistan prezidenti ilə, sizin iştirakınızla birlikdə 

keçirdiyimiz görüş  də çox əhəmiyyətlidir. Mənim arzum odur 

ki, yaranmış bu proses dayanmasın, soyumasın, buna heç kəs 

mane olmasın. Ancaq mane olmaq istəyən qüvvələr də var. Yəni 

biz bu fürsəti əldən verməməliyik. 

Biz  İstanbulda çox məsələləri müzakirə etmişik. Siz sadəcə, 

gərək bir də oturub düşünəsiniz, baxasınız ki, bizə hansı 

təklifləri verə bilərsiniz. Bu arzularla da biz sizinlə yeni görüşü 

səbirsizliklə gözləyəcəyik. Başqa bir sözünüz yoxdur? 

Keri Kavano: Mən bir məsələyə bir daha aydınlıq gətirmək, 

onu demək istəyirəm ki, qaçqın düşərgələrinə  səfərimizin 

məqsədlərindən biri də o idi ki, irəli sürəcəyimiz təkliflər 

sadəcə, kağız üzərində qalmasın. Biz anlayırıq ki, verəcəyimiz 

təkliflər insanların həyatı ilə bağlıdır.  İstəyirik Siz də biləsiniz 

ki, biz öz ideyalarımızı düzüb-qoşarkən bunları mütləq 

nazərimizdə saxlayacağıq. 

Mən orada gördüyüm insanların iradəsinə necə heyran 

qaldığımı bir daha bildirmək istəyirəm. Mən onların indiyə 

qədər bu vəziyyətdə yaşadığım təsəvvürümə belə  gətirə 

bilmirdim. Onların arzuları da çox sadə və prinsipialdır - onlar 

evlərinə qayıtmaq istəyirlər. Onlar öz torpaqlarına, ata-

babalarının yaşadığı yurdlara qayıtmaq istəyirlər. Onlar öz 

qohum-əqrəbalarının məzarlarını ziyarət etmək istəyirlər. Hesab 

edirəm ki, bunu anlamayacaq bir adam ola bilməz. 

Ona görə  də Siz doğru dediniz ki, öz torpağına qayıtmağa 

psixoloji hazırlıq - duymaq ki, hər kəs öz topağına qayıdacaq, - 

bu, çox böyük əhəmiyyət kəsb edir. Bir daha bəyan edirəm

bizim çox ciddi məramımız var ki, onlar öz 

  

 




__________________________________________ 

20

torpaqlarına qayıtdıqdan sonra həyatlarını yenidən qurmalarına 



yardımçı olaq. 

Biz Bərdədə bunun müəyyən  əlamətlərini də gördük. Orada 

bir dülgərin taxta parçalarından, kərpicdən özünə koma 

qurduğunu gördük. Mən əminliklə söyləyə bilərəm ki, o geriyə, 

Ağdama qayıtdıqdan sonra yüz adama öyrədər ki, tikinti, 

quruculuq işlərini necə aparmaq lazımdır. Biz çalışacağıq nail 

olaq ki, onların bu ümidləri qırılmasın, çalışacağıq ki, onların 

çəkicləri, mismarları, quruculuq işlərini görmək üçün lazımi 

avəndanlığı olsun. Qarşıda görəcəyimiz hələ çox böyük işlər 

var. Sizin dediyiniz kimi, - rusiyalı həmkarım da buna toxundu

- bütün bunlar Allahın işidir. Bir halda ki, minlərlə insanın taleyi 

bu məsələdən asılıdır, bu işi mütləq axıra çatdırmaq, özü də 

yaxşı başa çatdırmaq lazımdır. 

Heydər  Əliyev: Çox sağ olun, cənab Kavano. Bu 

fikirlərinizə görə bir daha təşəkkür edirəm. Mən bir daha xüsusi 

qeyd edirəm ki, siz çadır  şəhərciklərinə gedib qaçqınların 

vəziyyətini görmüsünüz. Buna görə xüsusi təşəkkür edirəm. 

Mən görürəm ki, bu, sizə  nə  qədər böyük təsir bağışlayıbdır. 

Təəssüf ki, indiyə qədər belə olmayıbdır. 

Mən çox məmnunam ki, artıq bu məsələyə Dünya Bankının, 

BMT-nin, Beynəlxalq Valyuta Fondunun, Avropa 

Yenidənqurma və İnkişaf Bankının və dünyanın başqa maliyyə 

mərkəzlərinin nümayəndələri də qatılıblar. Buna görə onlara 

təşskkür edirəm. Sizin bu barədə təşəbbüsünüzü də çox yüksək 

qiymətləndirirəm. Ümid edirəm ki, gələcəkdə bizim 

görüşlərimiz həmişə belə geniş  tərkibdə olacaqdır. Sağ olun

təşəkkür edirəm. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



__________________________________________ 

21

 



20 YANVAR FACİƏSİNİN 

10-cu İLDÖNÜMÜ HAQQINDA 

 

1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı  ağır 



cinayət törədilmişdir. Azərbaycanın  ərazi bütövlüyünün 

pozulması  cəhdlərinə, keçmiş SSRİ  rəhbərliyinin Azərbaycan 

xalqına qarşı apardığı  ədalətsiz və  qərəzli siyasətə, yerli 

rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz əlaməti olaraq küçələrə 

çıxmış dinc əhaliyə divən tutmaq məqsədi ilə Bakıya və 

respublikanın bir neçə rayonuna qanunsuz olaraq sovet qoşun 

hissələri yeridildi. Görünməmiş  qəddarlıqla həyata keçirilən 

cəza tədbirləri nəticəsində Azərbaycanın yüzlərlə günahsız 

vətəndaşı yaralandı  və  qətlə yetirildi. Bununla Azərbaycan 

xalqına qarşı kütləvi terror aktı həyata keçirildi. 

20 Yanvar hadisələri  ərəfəsində Sovet İttifaqı Kommunist 

Partiyası  rəhbərliyinin xalqın mənəfeyinə zidd siyasəti, 

Azərbaycanın suverenliyi və  ərazi bütövlüyünə qarşı  mərkəzin 

apardığı qeyri-obyektiv və  qərəzli xətt respublika əhalisinin 

hədsiz qəzəbinə  səbəb oldu. O zamankı Azərbaycan 

rəhbərliyinin xüsusilə Dağlıq Qarabağ  məsələsində  mərkəzlə 

sövdələşməsi respublikada kəskin etirazlar doğurdu. 1987-ci 

ildən başlayaraq ortaya atılan qondarma Dağlıq Qarabağ 

problemi Azərbaycan xalqı  tərəfindən elə ilk günlərdən 

respublikanın 

ərazi bütövlüyünə qarşı, vətəndaşların 

Konstitusiya hüquqlarının pozulmasına yönəldilmiş bir cəhd 

kimi qəbul olundu. Lakin sərhədlərimizin toxunulmazlığı 

müxtəlif səviyyəli dövlət qurumları tərəfindən rəsmən dəfələrlə 

təsdiq edilsə  də, Dağlıq Qarabağ Muxtar Vilayətinin 

Azərbaycanın tərkibindən çıxarılması  məqsədini güdən siyasət 

mərhələ-mərhələ həyata keçirildi. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə