Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə7/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   2   3   4   5   6   7   8   9   10   ...   145

__________________________________________ 

22

Hələ 1988-ci ilin martında Sovet İttifaqı Kommunist 



Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti Dağlıq 

Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının 

sürətləndirilməsi haqqında xüsusi bir qərar qəbul edərək əslində 

Dağlıq Qarabağın Azərbaycan SSR-in tabeliyindən 

çıxarılmasının təməlini qoydu. Heç bir obyektiv əsasa istinad 

etməyən, qondarma səbəblərlə  qəbul edilmiş bu qərarla Dağlıq 

Qarabağa müstəsna hüquqlar verildi, külli miqdarda vəsait 

ayrıldı, vilayətin bir çox məsələlərinin həlli birbaşa ittifaq, 

nazirlik və qurumlarına həvələ edildi. Azərbaycan SSR Ali 

Sovetinin 17 iyun 1988-ci il tarixli qərarında isə qeyd olunurdu 

ki, mərkəzin həmin qərarı ilə həyata keçirilən tədbirlər «Muxtar 

vilayətin məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi, 

onun istər erməni və azərbaycanlı  əhalisinin, istərsə  də başqa 

millətlərinin iqtisadi və  mənəvi tələbatının ödənilməsi üçün 

əlverişli şarait yaradır». 

Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən 

çıxarmaq yolunda mərkəzin atdığı növbəti addım SSRİ Ali 

Soveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə 

forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi 

fərman oldu. Dağlıq Qarabağın idarə olunması  mərkəzin 

nümayəndəsi A.İ.Vəlskinin başçılığı ilə yaradılmış Xüsusi 

İdarəetmə Komitəsinə  həvələ edildi. Bu, faktiki olaraq Dağlıq 

Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılması demək 

idi. 


SSRİ  rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərində belə bir 

təsəvvür yaratmağa çalışırdı ki, o, regionda yaranmış  vəziyyəti 

normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm 

də Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. 

Halbuki mərkəzin Azərbaycana, azərbaycanlılara qarşı  qərəzli 

münasibəti açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 

1988-ci ildən  əvvəl də SSRİ-nin mərkəzi kütləvi informasiya 

vəsitələrində və Ermənistanın müxtəlif 

  



__________________________________________ 

23

mətbu orqanlarında məqsədyönlü  şəkildə  həyata keçirilən 



ideoloji təcavüzə məruz qalırdılar. «Mənfi azərbaycanlı obrazı» 

yaratmaq həmin kampaniyanın  əsas məqsədi idi. Bu, 1988-ci 

ildə Ermənistan SSR-də, eləcə  də Dağlıq Qarabağ Muxtar 

Vilayətində başlanmış kütləvi etnik təmizləmə  əməliyyatının 

hazırlıq mərhələsi hesab edilə bilər. Ermənistanda yaşayan 

azərbaycanlıların misli görünməmiş  qəddarlıqla ata-baba 

yurdlarını  tərk etməyə  məcbur edilmələri zamanı neçə-neçə 

soydaşımız, o cümlədən qocalar, qadınlar və  uşaqlar qətlə 

yetirildi. SSRİ-nin rəsmi dövlət qurumları, hüquq-mühafizə 

orqanları  və kütləvi informasiya vəsitələri Dağlıq Qarabağ 

probleminə olduqca böyük diqqət yetirdiyi halda, Azərbaycan 

xalqının böyük faciəsi tam sükutla müşayiət olundu.Azərbaycan 

rəhbərliyinin bu məsələdə tutduğu laqeyd mövqe isə öz xalqına 

qarşı əsl cinayət idi. 

Ermənistan SSR Ali Soveti   Azərbaycan rəhbərliyinin bu 

mövqeyindən «cəsarətlənərək» 1989-cu il dekabrın 1-də Dağlıq 

Qarabağın Ermənistan SSR ilə birləşməsi haqqında qərar qəbul 

etdi. 20 Yanvar hadisələrinə bir neçə gün qalmış, yəni 1990-cı il 

yanvarın 15-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin «Dağlıq 

Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə 

vəziyyətin elan olunması haqqında» fərmanı ilə  əslində 

azərbaycanlıların Dağlıq Qarabağdakı ev-eşiklərinə qayıtmaq 

ümidlərinə  də son qoyuldu. Fərmanın başlığından göründüyü 

kimi, muxtar vilayətin və «bəzi digər rayonların» kimə mənsub 

olması məsələsi də artıq sual altına qoyulurdu. 

Mərkəzin Azərbaycana qarşı  qərəzli siyasət yeritməsi 

respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydlik 

nümayiş etdirməsi geniş xalq kütlələri içərisində  qəzəb və 

etirazlara səbəb olurdu. Onlar get-gedə daha aydın şəkildə dərk 

edirdilər ki, Azərbaycan rəhbərliyi respublikanın, xalqın taleyi 

ilə bağlı gedən oyunların qarşısını almaqda acizlik və 

  

 



 


__________________________________________ 

24

  



qətiyyətsizlik göstərir, bəlkə  də  rəhbər mövqelərini qoruyub 

saxlamaq üçün mərkəzlə sövdələşərək xalqa qarşı gizli 

xəyanətkar planlar həyata keçirir. Xalqın bütün məsuliyyəti öz 

üzərinə götürməkdən, bu xəyanətkar planların həyata 

keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir 

yolu qalmamışdı. 

SSRİ  rəhbərliyi də respublikada haqq-ədalətin bərqərar 

edilməsi uğrunda səsini qaldıran xalqa açıq divən tutmaq yolunu 

seçdi. Sovet ordusunun, xüsusi təyinatlı  dəstələrin və daxili 

qoşunların iri kontingentinin 1990-cı il yanvarın 20-da 

fövqəladə  vəziyyət elan edilmədən Bakını  zəbt etməsi xüsusi 

qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. 

Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli 

mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş 

etdirmək məqsədi ilə  həyata keçirilmiş 20 Yanvar faciəsi 

totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı  hərbi 

təcavüzü və cinayəti idi. 

Törədilmiş cinayət və onun nəticələri göz qabağında olduğu 

halda respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər 

vəsitə ilə ört-basdır elməyə cəhd göstərmişdir. Xalqın tələbi və 

bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 

1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış 

sessiyasına respublikanın  əksər siyasi və dövlət rəhbərlərinin 

gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, 

törədilmiş cinayətdə bu və ya digər dərəcədə  iştirak etdiklərini 

bir daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta  şəhidlərin 

dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdir. 

20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə 

dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətdə 

olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz 

imkanlarından istifadə etməmişdir. Beləliklə, hadisələrdən uzun 

müddət keçsə də, keçmiş SSRİ-nin və Azərbaycanın 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə