Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə8/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   4   5   6   7   8   9   10   11   ...   145

__________________________________________ 

25

rəhbərliyi   tərəfindən   xalqa   qarşı   törədilmiş   ağır   cinayət 



açılmamış qalmışdı. 

Hələ Azərbaycanda sovet hakimiyyəti mövcud olduğu dovrdə 

20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən 

yığılıb Dövlət  İstintaq Komissiyasına təhvil verilmiş konkret 

dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparılmışdı. O 

dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları 

müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta  əksinə, 20 

Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən 

mühüm arxiv sənədləri bütövlüklə və ya qismən məhv edilmişdi. 

SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə  və 

Baltikyanı ölkələrdə baş vermiş hadisələr sovet rəhbərliyi, xalq 

deputatları qurultayı  səviyyəsində müzakirə edilsə  də, 20 

Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu şəkildə təhrif 

edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. 

Yalnız 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca 

qiymətləndirmək yolunda ciddi addımlar atılmışdır". 

Azərbaycan Respublikaçı prezidentinin 5 yanvar 1994-cü il 

tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam 

siyasi-hüquqi qiymət verməsi tövsiyə olunmuşdur. Azarbaycan 

Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya 

həsr edərək bir neçə gün davam edən iclaslarında yanvar 

hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkar 

etmişdir. 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə 

Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi 

qiymət verilmişdir. 

XX  əsr tarixində totalitarizmin törətdiyi  ən qanlı terror 

aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına 

qarşı  işlədilmiş cinayət  əslində  bəşəriyyətə, humanizmə, 

insanlığa qarşı  həyata keçirilmiş  dəhşətli bir əməldir. Həmin 

cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. 

  



__________________________________________ 

26

Xalqımız  əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə  də 



Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar. 

Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə 

məruz qalsa da, öz tarixi qəhrəmanlıq  ənənələrinə sadiq 

olduğunu, vətənin azadlığı  və müstəqilliyi naminə  ən ağır 

sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya 

nümayiş etdirdi. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın 

azadlığı və müsləqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən 

övladları özlərinin fədakarlığı,  şəhidliyi ilə xalqımızın 

qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də 

Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz 

canlarından keçməyə hazır olan övladları ilə fəxr edir. 

Azərbaycanın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş 

vətəndaşlarımızın  əziz xatirəsini 20 Yanvar faciəsinin 10-cu 

ildönümü ərəfəsində dərin hüznlə yad edərək qərara alıram: 

1. Qanlı Yanvar faciəsinin Azərbaycan tarixində 

qəhrəmanlıq və  şəhidlik zirvəsi kimi müstəsna  əhəmiyyətini 

nəzərə alaraq faciənin 10-cu ildönümünə  həsr olunmuş xüsusi 

mərasimlər Azərbaycan Respublikasının butün şəhər, rayon və 

kəndlərində geniş miqyasda keçirilsin. 

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Təhsil 

Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və 

İdman 


Nazirliyi,Qadın Problemləri üzrə Dövlət Komitəsi 20 Yanvar 

faciəsi ilə bağlı kütləvi tədbirlər, konfranslar və tematik dərslər 

keçirməklə  gənc nəslə  vətənpərvarlik,  müstəqillik,  milli-

mənəvi dəyərlərə sadiqlik ideyalarının aşılanmasını  təmin 

etsinlər. 

3. Azərbaycan Elmlər Akademiyası  və  Təhsil Nazirliyi 

xalqımızın tarix boyu azadlıq və müstəqillik yolunda apardığı 

mübarizəsinin müxtəlif mərhələlərini  əks etdirən fundamental 

elmi tədqiqatların aparılması ilə yanaşı bu mübarizədə 20 

Yanvar faciəsinin elmi baxımdan obyektiv işıqlandırılmasını, 

  



__________________________________________ 

27

bu hadisəyə  həsr olunmuş xüsusi elmi sessiya və konfranslar 



keçirilməsini, müvafiq nəşrlərin hazırlanmasını təmin etsinlər. 

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 

Yanvar  faciəsinin   10-cu   ildönümü  münasibətilə  onun  əsl 

mahiyyətini müxtəlif ölkələrin ictimaiyyətinə çatdırmaq 

məqsədi ilə qanlı yanvarı sovet totalitar rejiminin Azərbaycan 

xalqına qarşı törətdiyi təcavüz və terror aktı kimi 

səciyyələndirən tədbirlər proqramı hazırlayıb həyata keçirsin. 

5. Azərbaycan Respublikasının Mətbuat və  İnformasiya 

Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri  Şirkəti, qəzet 

və jurnal redaksiyaları 20  Yanvar faciəsinin 10-cu ildönümü ilə 

bağlı materialların nəşr və nümayiş etdirilməsini təmin etsinlər. 

6. «Azərkinovideo» 

İstehsalat Birliyi 20 Yanvar 

hadisələrinə  həsr olunmuş tammetrajlı  sənədli filmin çəkilişini 

təmin etsin. 

7. Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri 

həll etsin. 

 

HEYDƏR  ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 16 dekabr 1999-cu il 



 

 

 



  

 

 




__________________________________________ 

28

SABİRABAD RAYONUNDAKI 



NİZAMİ GƏNCƏVİ ADINA 

5 NÖMRƏLİ ŞƏHƏR ORTA MƏKTƏBİNƏ 

 

Hörmətli müəllimlər!  



Əziz şagirdlər! 

Milli təhsil sistemimizin inkişafına öz töhfəsini vermiş 

Sabirabad rayonundakı Nizami Gəncəvi adına 5 nömrəli  şəhər 

orta məktəbinin yaradılmasının 20 illik yubileyi münasibətilə 

sizi, məktəbinizin məzunlarını  və ölkəmizin bütün təhsil 

işçilərini səmimi-qəlbdən təbrik edirəm. 

70-80-ci illərdə Azərbaycanda həyata keçirilmiş 

genişmiqyaslı quruculuq işləri sırasında yeni təhsil ocaqlarının 

tikintisinə xüsusi diqqət yetirilirdi. Bu məsələyə böyük 

əhəmiyyət verərək 1979-cu ildə  məktəbinizin təntənəli açılış 

mərasimində iştirakımı da yaxşı xatırlayıram. 

Çox şadam ki, ötən dövrdə məktəbiniz təlim-tərbiyə və tədris 

işinin təşkilində, böyüməkdə olan nəslin savədlanmasında, 

gənclərimizin  şəxsiyyət kimi formalaşmasında və onlara 

vətənpərvərlik hisslərinin aşılanmasında uğurlar qazanmışdır. 

Məktəbinizin məzunları arasında yüzlərlə yüksək ixtisaslı 

mütəxəssis yetişmişdir və bu gün onlar müstəqil Azərbaycanın 

dövlət quruculuğunda yaxından iştirak edir, həyatımızın 

müxtəlif sahələrində səmərəli fəaliyyət göstərirlər. 

Hazırda ölkəmizin təhsil sistemində geniş islahatlar keçirilir. 

Əminəm ki, maarif işimizdə öz yeri olan Nizami Gəncəvi adına 

5 nömrəli  şəhər orta məktəbi də  təhsil islahatlarını 

müvəffəqiyyatlə  həyata keçirəcək, Azərbaycanımızın gələcəyi 

naminə hərtərəfli hazırlığa malik bilikli və vətənpərvər gənc- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə