Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə9/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   5   6   7   8   9   10   11   12   ...   145

__________________________________________ 

29

lər yetişdirilməsi vəzifəsinin öhdəsindən bundan sonra da 



ləyaqətlə gələcəkdir. 

Bu əlamətdar gündə Sabirabad rayonundakı Nizami Gəncəvi 

adına 5 nömrəli şəhər orta məktəbinin müəllim və şagirdlərinə, 

məzunlarına, bütün sabirabadlılara böyük uğurlar, xoşbəxtlik və 

səadət arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 16 dekabr 1999-cu il 



 

 

 



  

 

 



 

 

 



 

 

 



 

 

 




__________________________________________ 

30

NİGER RKSPUBLİKASININ PREZİDENTİ  



ZATİ-ALİLƏRİ   

CƏNAB MƏHAMƏN OSMANA 

 

 

Hörmətli cənab prezident, Niger Respublikasının milli 



bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizə  və 

dost Niger xalqına səmimi təbriklərimi yetirirəm. 

Ümidvaram ki, Azərbaycan Respulikası ilə Niger 

Respublikası arasında dostluq və  əməkdaşlıq münasibətləri 

xalqlarımızın mənəfeyi naminə inkişaf edib dərinləşəcəkdir. 

Sizə möhkəm cansağlığı  və  səadət, ölkənizə sülh, əmin-

amanlıq və tərəqqi arzulayıram. 

 

Hörmətlə, 



HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 16 dekabr 1999-cu il 



 

  

 




__________________________________________ 

31

RUSİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ  



ALEKSANDR BLOXİN İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  



 

17 dekabr 1999-cu il 

 

Heydər  Əliyev:  Mən sizinlə yenidən görüşməyimə  şadam. 

Təəssüf edirəm ki, bu görüş Sizin bu rolunuzda axırıncı 

görüşdür. Buna baxmayaraq, gələcəkdə  də  əməkdaşlıq 

edəcəyimizə ümid bəsləyirəm, o mənəda ki, Rusiya 

Federasiyasının səfiri kimi Azərbaycanda olduğunuz dövrdə Siz 

Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı, 

əməkdaşlığın genişlənməsi üçün az iş görməmisiniz. Buna görə 

də mən Sizi salamlayıram. 

Aleksandr Bloxin: Heydər  Əliyeviç, məni qəbul etdiyinizə 

görə çox sağ olun. 

Bugünkü görüş  həqiqətən qeyri-adi görüşdür. Burada 

olduğum dörd il yarım ərzində biz bu salonda, qonşu salonlarda 

kifayət qədər tez-tcz görüşmüşük və elə gorünürdu ki, bu, 

normal haldır, növbəti görüş də olacaqdır, Lakin bugünkü görüş 

hər halda mənim üçün kədərlidir. Çünki nə  qədər və  nələr 

etdiyim barədə, necə deyərlər, mən mühakimə yürütməməliyəm. 

Mühakiməni  ən  əvvəl siz yürütməlisiniz, azərbaycanlılar, ötən 

bu dörd il yarımda burada tapdığım bir çox dostlar 

yürütməlidirlər. Hər halda mənə elə  gəlir ki, mən burada, 

Azərbaycanda hamının gözünə vicdan rahatlığı ilə baxa bilərəm. 

Çünki başa düşürəm ki, buradan gedərkən prezidentin gözlərinə, 

xalqın gözünə baxmamaq, kiminsə üzünə baxmamaq, zənnimcə, 

ən ağır cəza olardı. Mən deyirəm ki, 

  



__________________________________________ 

32

buradan vicdan rahatlığı ilə gedirəm, çünki bilirəm, ötən dörd il 



yarımda bu ölkədə  nə etmişəmsə, həmişə elə  qərarlar tapmağa 

çalışmışam ki, onlar Rusiya üçün də, Azərbaycan üçün də 

qarşılıqlı surətdə faydalı olsun. 

Heydər  Əliyeviç, o ki qaldı Sizin şəxsi xidmətlərinizə, mən 

bu barəda bəlkə  də çox gözəl danışa bilməmişəm. Lakin ona 

görə yox ki, mən bu xidmətləri görmürdüm, yaxud 

qiymətləndirmirdim. Nə etmək olar, bəlkə  də  təbiətim belədir. 

Amma bu gün mən bunu açıq və vicdanla deyə bilərəm, çünki 

çıxıb gedirəm və heç kəs məni qınaya bilməz ki, mən prezident 

haqqında hansısa sözləri ona görə deyirəm ki, o, nə isə etsin. 

Yox buna görə danışmıram. Mən tam səmimiyyətlə belə hesab 

edirəm ki, Azərbaycanda olduğum bu dövr həyatımda yəqin ən 

mühüm, ən məsul və maraqlı dövrdür. Bütün bu dörd il yarımda 

bir prezident kimi, bir insan kimi Siz mənim həyatımda hər 

hansı şəkildə həmişə iştirak etmisniz; elə bir insan ki, mən ona 

təkcə  səfir olaraq vəzifəmə görə deyil sadəcə ona görə hörmət 

edirəm ki, kimlər nə desə də, Sizin Azərbaycan üçün böyük işlər 

apardığmızı görmüşəm. 

Mən görürdum ki, Siz nə işlər görmüsünüzsə, bunların hamısı 

Azərbaycanın rifahına yönəldilmişdir. Mən bunun qaxşısında 

baş  əyir və Sizə  səmimi-qəlbdən «Sağ olun» demək istəyirəm, 

çünki bütun bu dörd il yarım mənim üçün böyük və  həqiqi 

məktəb olmuşdur. Çox şadam ki, vaxtilə  məni məhz 

Azərbaycana göndəriblər, həyat məni Sizinlə rastlaşdırdı, böyük 

siyasətin nə olduğunu gördüm. 

Mən Sizinlə  işləyərkən Rusiya və Azərbaycan üçün nə isə 

faydalı iş görməyə çalışır, eyni zamanda Sizin necə işlədiyinizi 

görürdüm. Bu, həqiqətən də istənilən insana layiq olan həyatdır. 

Mayakovskinin sözləri yadınızda olar: «Həyatı qurmağı kimdən 

öyrənmək barədə düşünən gənc». Mən Mayakovskinin sözlərini 

başqa  şəkildə ifadə edərək belə deyərdim: “Bunu bir an da 

düşünmədən, yoldaş Əliyevdən öyrənərdi”. 

  



__________________________________________ 

33

Heydər  Əliyeviç, Siz həqiqətən böyük siyasətçi və  əsl 



insansınız. Bunu deməkdən utanmıram və belə demək Mənə 

xoşdur, çünki indi heç kim məni tərif söyləməkdə 

təqsirləndirməz - çünki buradan gedirəm. 

Heydər Əliyeviç, çox-çox sağ olun. Ümid edirəm ki, dekabrın 

18-də mənim hələ bakılılarla görüşmək imkanım olacaqdır. Siz 

həmin gün Musiqili Komediya Teatrına təşrif buyurmaqla bizi 

şərəfləndirəcəksiniz. Mənim bakılılarla, Bakı ilə salamatlaşmaq 

imkanım olacaqdır. Yesenin Bakı ilə salamatlaşarkən nə 

düşündüyünü bilmirəm, amma yəqin ki, buna bənzər hiss 

keçirmişdir. Ona görə ki, Bakı  həqiqətən mənim həyatımın bir 

hissəsi, yaddaşımın bir hissəsidir. Sonrakı taleyimdən asılı 

olmayaraq, bunu həyatımdan, yaddaşımdan qoparmaq mümkün 

deyildir. 

Onu deyim ki, bu, mənim həyatımın xüsusi bir dövrüdür. Ona 

görə  də Sizə böyük minnətdarlıqla yanaşıram. Sizə müraciətlə 

etdiyim xahişlər - həmvətənlərim olan konkret insanlardan 

tutmuş hansısa siyasi məsələlərə qədər geniş dairəni əhatə edən 

bu xahişlər diqqətdən kənrada qalmamışdır. Hər halda Sizə 

şəxsən müraciət etdiyim xahişlər cavabsız qalmamışdır. Bu, hər 

bir səfir üçün çox mühümdür. Çünki əgər səfirin sualları 

cavabsız qalırsa, bu o deməkdir ki, nəyi isə axıradək götür-qoy 

etmir. Bir sözlə, Sizin sayənizdə  mən Rusiya Federasiyasının 

prezidenti, ümumən ölkəm tərəfindən üzərimə qoyulmuş 

vəzifənin öhdəsindən gəlmək imkanına malik olmuşam. Heydər 

Əliyeviç, çox-çox sağ olun. 

Heydər Əliyev: Mən də Sizə təşəkkür edirəm. Hesab edirəm 

ki, Rusiya Federasiyasının səfiri kimi Azərbaycanda olduğunuz 

dörd ildən artıq müddətdə Siz Rusiya-Azərbaycan 

münasibətlərinin inkişafı üçün az iş görməmisiniz. Onu da deyə 

bilərəm ki, Siz ölkənizi layiqincə  təmsil etmiş, onun 

mənəfelərini layiqincə qorumuş, Rusiya Federasiyasının səfiri 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə