Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə14/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

 
53 
arabada  oturaraq  onu  gözləyir!  Bəxtiyar  kişinin  dustağı 
türməyə  təhvil  verib  Şəkiyə  dönməkdən  özgə  çarəsi 
qalmır.  
Bu  əhvalat  gerçək  də  ola  bilər,  uydurma  da.  Aradan 
neçə-neçə  illər  ötüb.  Ortada  bunu  təsdiqləyəcək,  yaxud 
danacaq  heç  bir  sənəd,  tutarqa  qalmayıb.  Ancaq  bu 
rəvayət  Ə.Qədimovun  iç  dünyasını,  xasiyyət  və 
mənəviyyatını  olduqca  dəqiq  əks  etdirir.  Əlimizdəki 
maddi sübutlar – çoxlu sənədlər bu gerçəkliyi dönə-dönə 
təsdiqləyir. 


 
54 
İ K İ N C İ   B Ö L Ü M  
S O N U N C U   H Ə B S 
 
 
(Əliabbas Qədimov həbsxanada) 
STALİN ZİNDANINDA
 
Əliabbas  Qədimov  1920  və  1921-də  tutularkən  hələ 
SSRİ  mövcud  deyildi.  Doğrudur,  formal  baxımdan  Azər-
baycanın  müstəqil  olduğu  bəyan  edilir  və  hətta  İnqilab 
Komitəsinin  sədri,  sonra  Xalq  Komissarları  Şurasının  da 
sədri,  gerçəkdən  müstəqil  olmuş  və  Avropanın  de-fakto 
tanıdığı  ilk  milli  dövlətimizi  –  Azərbaycan  Cümhuriy-
yətini  yıxmaq  üçün  Rusiyaya  əlindən  gələn  hər  cür 
yardımı  etmiş  Nəriman Nərimanov  onun  rəhbəri  sayılırdı, 
ancaq  ölkənin  gerçək  ağası  çar  dönəmindəki  kimi  yenə 
ruslardı  və  Nərimanovun  səlahiyyətləri  FK-nın  adi  mə-
murlarının,  yaxud  Azərneftin  rəhbəri  Serebrovski’nin 


 
55 
katibəsinin səlahiyyətlərindən də azdı. Təkcə bunu demək 
yetər  ki,  Nərimanovun  ən  çalçağırlı  vaxtında  –  1920-nin 
iyulunda  “ÇK”-nın  iki  əməkdaşı  onu  və  Azərbaycan 
nazirlərini “İslam” gəmisində iki saat həbsdə saxlamışdı!
25
 
Bu  dönəmin  səciyyəvi  cəhəti  ondaydı  ki,  çar  zama-
nında olduğu kimi indi də Azərbaycanın təbii sərvətlərini 
heç  kəsə  gənəşmədən  sümürən  və  burada  da  kadr  siya-
sətini  istədiyi  kimi  yürüdən  Rusiyanın  özündə  hakimiy-
yət  hələ  tək  əldə  cəmləşməmişdi  –  Lenin  hamıdan  öndə 
olsa da Trotski, Zinovyev, Kamenev, Rıkov da hakimiyyətdə 
gerçək söz sahibləriydi və Stalin onların çiyinləri arxasın-
dan boylanan bir fiqurdu (partiyaya başçılıq etməsinə və 
komissar  olmasına  baxmayaraq).  Dövlət  idarəçiliyi  çox-
qütblü olduğuna görə Rusiyadakı kimi Azərbaycanda da 
məhbuslar  ədalətə  müəyyən  dərəcədə  umud  bəsləyə 
bilirdilər.  Dzerjinski  cəlladları  keçmiş  qeyri-kommunist-
lərə  amansız  işgəncələr  versə  də  iş  bir  çox  hallarda 
güllələməyədək  gedib  çıxmır,  dustaqlar  bəzən  bir  neçə 
ildən, hətta bir neçə aydan sonra buraxıla da bilirdi. 
Ancaq  1937-də  Azərbaycan  artıq  “SSRİ”  adlı  vahid 
dövlətin  bölünməz  parçasıydı,  SSRİ-dən  ayrılmağı  dilə 
gətirən istənilən şəxsi güllələmə gözləyirdi və bu dövlətdə 
bütün  hakimiyyət  1934-də  Kirov’un  öldürülərək  sıradan 
çıxarılmasından sonra təkcə Stalinin əlində cəmləşmişdi, o 
isə  ölkəni  mövcud  iqtisadi-siyasi  böhrandan,  aclıqdan 
                                                 
25
 Bu  haqda  geniş  bilgi  almaq  üçün  baxılsın:  Azərbaycan 
Prezidenti  İşlər  İdarəsinin  Siyasi  Sənədlər  Arxivi,  fond  1,  siyahı  1, iş 
89, vərəq 123. 


 
56 
çıxarmağın  yeganə  yolunu  kütləvi  terrorda  görürdü. 
Qalın  buzlaqlar  altındakı  xam  qızılı  və  başqa  strateji 
məhsulları  dövlətin  malı  etmək  üçün  o,  milyonlarca 
dustağı  havayı  işlətməyi  ən  münasib  yol  seçmişdi. 
Düzdür,  milyonlarca  dustağı  əhatə  edəcək  həbs  düşər-
gələrinin  yaradılması  ideyasını  Lenin  irəli  sürmüşdü, 
ancaq  Rusiyanın  ölüm-dirim  məsələsini  həll  edəcək  bu 
dövlət  siyasətini  gerçəkləşdirmək  Stalinin  üzərinə 
düşmüşdü. Bununla o həm ölkənin  iqtisadi, sosial, siyasi 
problemlərinə  çarə  tapmağı,  həm  də  bütün  siyasi 
rəqiblərini aradan götürməyü düşünürdü.  
Bildirmək  yerinə  düşər  ki,  1937-də  dərc  edilmiş 
QULAQ
26
 arxipelaqı  düşərgələrinin  siyasında  hər  birində 
200  düşərgə  olmaqla  35  qrup  (üst-üstə  7.000  düşərgə!) 
göstərilib.  1935-1937-ci  illərdə  bu  şəbəkə  məhbuslarının 
(kişi  və  qadınlar)  ümumi  sayı  5-6  milyon  nəfər  arasında 
dəyişib. Onların çoxu məhv olub. 
Bu  düşərgələr  şəbəkəsinin  iki  ən  böyük  mərkəzindən 
biri  Komidə,  biri  isə  Lena  çayıyla  Şelixov  körfəzindən 
quzeydəki  Kolıma  dağ  zənciri  arasında  yerləşirdi.    Onla-
rın  nə  qədər  geniş  sahəni  tutduğunu  göz  önünə  gətir-
məkçün  təkcə  bunu  demək  yetər  ki,  Kolımadakı  düşər-
gələrin ərazisi Fransanın ərazisindən iki dəfə böyükdü! 
Amerika tarixçisi Alan Bullok yazır:  
                                                 
26
 Rusca  “Главное  управление  исправительно-трудовых 
лагерей  ОГПУ”  («Birləşmiş  Dövlət  Siyasi  İdarəsinin  İslah-Əmək 
Düşərgələri  Baş  İdarədi»)  adının  qısaltmasıdır.  Şəxsən  Stalinin  1929-
dakı əmriylə 1930-dan yaradılmağa başlayıb. 


 
57 
“Nə  qədər  adam  tutulub,  güllələnib  və  ölüm  düşərgəsinə 
göndərilib? Bu suala yəqin ki, heç vaxt qəti cavab almayacağıq. 
Robert Konvest’in 1991-də dərc etdirdiyi yeni faktlara əsasən, 
1930-un  başlanğıcıyla  1939-un  başlanğıcı  arasındakı  dövrdə 
həlak olanların ümumi sayı 18 milyondan az olmadığını güman 
etmək  mümkündür. 
Volkoqonov  16  milyona  yaxın  rəqəm 
göstərir, başqa qaynaqlar 20 milyondan söz açır. 
Öncədən  qırılmış  11  milyonu  çıxsaq  1937-nin  başlanğı-
cında  dustaqxana  və  düşərgələrdə,  Konvest’in  fikrincə,  yeddi 
milyona  yaxın  adam  saxlanırdı.  Yeddi  milyon  da  1937-38-ci 
illərdə həbs edilib”
27

Şübhəsiz ki, əslində mütəşəkkil dövlət cinayəti olan bu 
kütləvi  terroru  nisbətən  demokratik  mövcud  qanunlarla 
və məhkəmə sistemiylə həyata keçirmək mümkün deyildi. 
Milyonları  zindanlara  göndərməyi  asanlaşdırmaq  və 
dövlət  cinayətinə  hüquqi  don  geydirmək  üçün  o,  saxta 
Baş prokuror (Vışinski) və cinayətin izini itirmək üçün tez-
tez  dəyişərək  cismən  məhv  etdiyi,  bir-birindən  amansız 
daxili  işlər  komissarları/nazirləri  (Yaqoda,  Yejov,  Beriya
28
)
 
və  gerçək  məhkəməni  əvəz  edən  oyuncaq  “troyka” 
(“üçlük”)  yaradaraq  onların  əliylə  istədiyini  etdi.  Baş 
prokuror  Vışinski  onun  əmriylə  dünya  hüquq  sistemi 
tarixində  bənzəri  çox  az  görünən  ən  cəfəng  müddəaları 
(məsələn, 
cinayəti 
boynuna 
götürməsi 
haqqında 
məhbusun  imzasının  onun  cinayətinin  sübuta  yetirilməsi 
                                                 
27
 Алан  Буллок.  Гитлер  и  Сталин.  Жизнь  и  власть.  (Alan  Bullok. 
Hitler və Stalin. Həyat və hakimiyyət). Smolensk: Rusiç, 2-ci cild, səh. 105. 
28
 Lavrenti Beriya Stalinin ölümündən sonra məhv edildi. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə