Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə2/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   2   3   4   5   6   7   8   9   ...   50

 

 
Zəkəriyyə ƏLİZADƏ, 
geologiya-mineralogiya 
elmləri doktoru, professor 
 
 
VAR MİLLƏTİMİN XƏTTİ BU İMZALAR İÇİNDƏ! 
 
“Tarixi şəxsiyyətlər yaradır” deyənlərlə tam şərikəm. 
İstənilən  tarix  kitabını  açaraq  hansı  ən  mühüm  ictimai 
hadisə  ilə  tanış  olmaq  istəsək  həmin  hadisənin  başında 
müsbət-mənfiliyindən  asılı  olmayaraq  hökmən  hansısa 
qüvvətli  bir  şəxsin  dayandığını,  baş  verənləri  onun  və 
ətrafındakıların idarə etdiyini görəcəyik. Min illər öncə də 
belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. 
Burası da var ki, tarixşünaslıq elmi çox “riyakar”dır 
–  həmişə  siyasətə  tabe  olmağa  meyillidir,  buna  görə  də 
çox  vaxt  biz  əslində  gerçək  tarixi  deyil,  onun  yanlış 
yozumlarını  öyrənir  və  heç  özümüz  də  bilmədən  bu 
yanlışları həqiqət kimi qəbul edirik.  
Təzada  baxaq  –  Qərb  dünyasının  tarix  əsərlərini 
oxuduqca  ağız  dolusu  təriflənən,  “dahi  rəhbər”,  “gör-
kəmli  sərkərdə”,  “əvəzsiz  alim”,  “mütərəqqi  ruhani”... 
adlandırılan  saysız-hesabsız  insanların  həyatı  ilə  tanış 
olursan,  ancaq  həmin  şəxsiyyətlərlə  təxminən  eyni  çəkili 
ictimai  yükü  daşımış  Şərq  adamlarına  gəldikdə  onlar 
“qaniçən”,  “cəllad”,  “cahil”,  “mürtəce-xurafatçı”...  adlan-
dırılaraq  lənətlənir  və  mənsub  olduqları  millətdə  onlara 


 

qarşı  nifrət  yaradılır.  Məsələn,  on  minlərcə  gənc  fransız 
əsgərini  öz  bacarıqsız  sərkərdəliyi  ucundan  həlak  etdir-
miş  Napoleon,  yaxud  hələ  şah  olmamış  Nadirin  qarşısın-
dan  qaçmış  Pyotr  dahi  şəxsiyyətlər  kimi  ən  yüksək 
zirvəyə  qaldırılaraq  təbliğ  edilir,  ancaq  onlarla  eyni 
vaxtda yaşamış, öz dövləti və milləti üçün çox böyük işlər 
görmüş  Nadir  şah  Əfşar,  Ağaməhəmməd  şah  Qacar  kimi 
nəhəng  şəxsiyyətlər  aşağılanır,  lənətlənir.  Şərqin  Çingiz 
xan
’ı,  Sultan  Mahmud  Qəznəli’si,  Əmir  Teymur’u...  ən 
müxtəlif yalanlarla bəşəriyyətin gözündən salınır... 
Tarixşünaslıqdakı  belə  açıq-aşkar  ədalətsizlik  yüzil-
lər  boyunca  davam  edib  və  indi  də  etməkdədir.  İstər 
ərəblərin,  istər  farsların,  istərsə  də  rusların  ağalığı  dönə-
mində  biz  Azərbaycan  Türklərinin  də  tarixi  ən  qəddar 
təhriflərlə,  yalanlarla  doldurulub,  xalqın  gerçək  tarixi 
onun  yaddaşından  silinib,  ona  uydurma  qəhrəmanlar 
təqdim  olunub,  həqiqi  qəhrəmanların  isə  özləri  məhv 
edilərək  adları  zorakılıqla  unutdurulub.  Xüsusən  ruslar 
Azərbaycanı  işğal  etdikdən  sonra  həm  çar  dönəmində, 
həm  də  kommunistlərin  70  illik  ağalığı  zamanında  ölkə-
mizdə  müstəmləkə  siyasəti  yeridildiyi  kimi,  tarixşü-
naslığımızda  da  əsl  aparteid  siyasəti  hökm  sürüb.  Çariz-
min  Azərbaycana  ayaq  basdığı  ilk  gündən  milli-mənəvi 
dəyərlərimiz  ayaq  altına  salınıb,  tariximiz  təhrif  edilib. 
Çar  vaxtında  Gəncənin  adının  dəyişdirilərək  ona 
pornoqrafik  lətifələr  qəhrəmanı  Yekaterinanın,  kom-
munistlər  zamanında  isə  millətimizin  düşməni  Kirovun 
adının verilməsi, “Gəncə” adını çəkənlərin cərimələnməsi, 


 

xan  və  bəylərimizin,  ruhani,  ziyalı  və  sahibkarlarımızın, 
azad düşüncəli bütün soydaşlarımızın kütləvi məhv edil-
məsi,  onların  adını  çəkməyin  belə  qadağan  edilməsi 
çoxlarımızın  nəinki  bildiyi,  hətta  şahidi  olduğu  yeni 
tariximizdir.  Ancaq  bu  tarix  bizə  dünənədək  tamamilə 
baş-ayaq  öyrədilib  –  düşmənlərimiz  bizə  xilaskar  qardaş 
kimi,  doğma  qardaşımız  isə  ən  qəddar  düşmənimiz  kimi 
tanıdılıb.  Nəticəsi  də  hakimiyyətin  istədiyi  kimi  olub  – 
yurddaşlarımız  şərəfli  tarixinin  olmadığını,  millətimizin 
görkəmli şəxsiyyətlər yetirmədiyini düşünərək bədbinliyə 
qapılıb, öz soyuna, keçmişinə həqarətlə yanaşıb. Buna ən 
gözəl  nümunə  dahi  şairimiz  Məhəmməd  Hadinin  böyük 
kədər içində yazdığı misralardır: 
Atmış miləl
1
 imzasını övraqi-həyatə
2

Yox millətimin xətti bu imzalar içində
.     
Allaha  şükürlər  olsun  ki,  xalqımız  azadlıq  uğrunda 
axıtdığı  qanlar  sayəsində  müstəqil  dövlətini  qurduqdan 
sonra  tariximizə  baxış  da  köklü  şəkildə  dəyişdi.  Doğru-
dur, hələ hər şeyin qaydaya düşdüyünü deyə bilməsək də 
milli  tariximizin  öyrənilməsindəki  irəliləyişlər  göz 
qabağındadır.  Ən  əhəmiyyətlisi  budur  ki,  indi  gerçək 
tarixi  yazmaqda,  milli  qəhrəmanlarımızı  öyrənib  təbliğ 
etməkdə yasaq yoxdur. 
Elmi quruma uzun illər rəhbərlik edən bir şəxs kimi 
məni  ən  çox  sevindirən  amil  tariximizi  öyrənmək  işində 
                                                 
1
 Millətlər. 
2
 Həyat vərəqlərinə. 


 

Şəki Regional Elmi Mərkəzinin (ŞREM) də əlindən gələni 
etməsidir.  İndiyədək  gördüyümüz  işlər  haqqında  burada 
hesabat  vermək  fikrindən  uzağam.  Ancaq  fəxrlə  bildiri-
rəm ki, doğma Azərbaycanımızın bir parçası olan Şəkinin 
tarixini  öyrənmək  sahəsindəki  danılmaz  işlərimizlə  eyni 
zamanda  ümumən  Azərbaycan  tarixinə  də  müəyyən 
xidmət  göstərmişik.  Nəşr  etdirdiyimiz  çoxsaylı  kitablarla 
bütövlükdə  milli  genofondumuzun  mühüm  hissəsini 
təşkil edən çoxsaylı yurddaşımızın həyat və yaradıcılığını 
ilk  dəfə  xalqımıza  təqdim  etmişik.  Təkcə  Şəki  miqyasın-
dakı araşdırmaların nəticəsini gözdən keçirdikdə cəsarətlə 
deyə bilərik: “Var millətimin xətti bu imzalar içində!”. 
ŞREM-nin Azərbaycan ictimaiyyətinə ilk dəfə olaraq 
təqdim  etdiyi  onlarca  görkəmli  şəxsiyyətimizdən  biri  də 
həkim  və  ictimai  xadim  Əliabbas  Qədimov’dur.  “Şəkidə 
məhəllə  adları,  soylar  və  ləqəblər”
  adlı  kitabımızın  ikinci 
cildində onun haqqında ilk dəfə geniş məlumat verilsə də 
ondan  ayrıca  kitab  yazmağın  zəruriliyini  dilə  gətirdim. 
MTN  arxivindən  sənədləri  üzə  çıxarmış  prof.  Ədalət 
Tahirzadə
  və  yerli  araşdırıcı,  Şəki  tarixi  üzrə  bir  çox 
qiymətli kitabların müəllifi Həbibulla Manaflı bu işi boyun-
larına  götürdülər.  Çox  sevinirəm  ki,  onların  əməkdaşlı-
ğının bəhrəsi olan dəyərli bir əsər artıq nəşrə hazırdır. 
Əliabbas  Qədimovun  şəxsiyyətinə  gəlincə,  ortaya 
qoyulmuş  sənədlər  əyani  şəkildə  onun  ömür  yolunu  və 
fəaliyyət xətlərini işıqlandırır. Həmin sənədlərdən olduq-
ca  vətənpərvər,  azadlıqsevər,  cəsarətli  və  namuslu  bir 
soydaşımızın  portreti  boylanır.  Onun  şəxsi  keyfiyyətləri 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə