Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə4/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   2   3   4   5   6   7   8   9   ...   50

 
13 
vəzifədə  bulunan  kimsəni  vecinə  almayan  Hacilias 
başının dəstəsiylə gecələr səhərədək evləri gəzir, soyğun-
çuluq edir, adamları məhkəməsiz güllələyir, bəzən də kefi 
istəyənlərə  məhkəmə  qururmuş.  Azərbaycana  ən  yüksək 
vəzifələrdən  birinə  göndərilmiş  bu  adam,  sən  demə, 
Odessalı  bir  tələbə  və  adi  quldurmuş.  Moskvaya  edilən 
çoxlu  şikayətlərdən  sonra  həbs  edildiyi  zaman  evindəki 
seyfindən  öldürdüyü  adamların  ağzından  sökdüyü  qızıl 
dişlər,  barmaqlarından  qopardığı  almaz  üzüklər,  qızıl 
bəzək  əşyaları  və  çoxlu  ləl-cəvahirat  çıxmışdı.  Kommu-
nistlər öz günahlarını ört-basdır etməkdən, xalqı sakitləş-
dirməkdən  ötrü  həbsindən  bir  neçə  gündən  sonra  onu 
edam etmişdilər. Ancaq bu vaxt o, artıq Bakıda 5-10 min 
adam öldürmüşdü
3
.  
Öz hakimiyyətləri üçün ən qorxulu olan başlıca siyasi 
düşmənlərini  təmizlədikdən  sonra  ruslar  daha  ağıllı 
siyasət  yürütməyə  başlayaraq  cəza  orqanlarına  (məsələn, 
Fövqəladə  Komissiyaya)  rəhbərliyi  Mircəfər Bağırov  kimi-
lərinə  tapşırdılar  və  onlar  da  sədaqətlərini  sübuta  yetir-
mək  üçün  qaniçənlikdə  Haciliasdan  heç  də  geri  qalma-
dılar.  Azərbaycanda  1923,  1927-1928-ci  illərdə  kütləvi 
“müsavatçı  ovu”  keçirildi,  1930-cu  illərin  başlanğıcında 
ölkəni bürümüş üsyan alovları kütləvi qırğınlarla sakitləş-
dirildi.  
                                                 
3
 Onun  törətdiyi  vəhşiliklər  haqqında  geniş  bilgi  almaq  üçün  baxılsın: 
Rza  Tağı.  Hacı  lyas.  –  Azərbaycan  Milli  Birliyinin  orqanı  olan 
“Azərbaycan” dərgisi (Münxen), 1952, sayı 6-7, ss. 33-34. 


 
14 
Beləliklə,  1920-ci  illərin  hamısı  və  1930-cu  illərin  ilk 
yarısı on minlərcə mübariz övladımızın şəhid edilməsiylə 
tarixə  düşdü.  Ancaq  burası  da  danılmazdır  ki,  repres-
siyanın  ən  şiddətli  çağı  1934-də  Kirovun  öldürülməsiylə 
1939-cu illər arasında olub. Hesablamalara görə, 1934-cü il 
yanvarın  1-dən  1939-cu  il  yanvarın  1-dək  Azərbaycanda 
27.458 insan güllələnib (10, 127). 1937-1938-ci illərdə nə az, 
nə  çox  –  40.000  yurddaşəmız  həbs  edilib.  Ümumiyyətlə, 
1930-1950-ci  illərdə  Azərbaycanda  70.000  adam  repressi-
yaya məruz qalıb. Onların 29.000 nəfəri ziyalı idi (10, 141). 
1937-ci  il  iyunun  27-də  Azərbaycanda  “millətçiliyi 
təbliğ  edən”  əsərlərin  siyahısı  elan  edildi.  Bu  siyahıya  44 
şair,  yazıçı  və  ədəbiyyatşünas  müəllifin  adı  salınmışdı. 
Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Əhməd Cavad, 
Salman  Mümtaz,  Böyükağa  Talıblı,  Qafur  Əfəndiyev  (Qan-
təmir),  Əli  Nazim,  Bəkir  Çobanzadə,  Əziz  Qubaydullin
  və  b. 
adları  bu  ölüm  siyahısının  başında  yazılmışdı.  Stalinin 
Azərbaycana  təhkim  etdiyi  cəllad  Mircəfər  Bağırov 
AK(b)P-nin  XIII  qurultayında  barmaını  silkələyərək  de-
mişdi:  “Bir  baxın,  Yazıçılar  İttifaqında  kimlər  əyləşmişdir: 
hazırda  ifşa  edilmiş  Hüseyn  Cavid,  Əhməd  Cavad,  Mikayıl 
Müşfiq,  Əli  Nazim,  Böyükağa  Talıblı,  Tağı  Şahbazi,  Əhməd 
Triniç  və  başqa  əclaflar” 
(13,  179).  Onun  mənfur  dodaqla-
rından  qopan  bu  mənhus  cümlə  təkcə  həmin  görkəmli 
oğullarımızın  deyil,  yüzlərcə  başqalarının  da  ölüm  hök-
münə çevrildi. 
Yalnız  insanlar  yox,    milli-mənəvi  dəyərlər,  o  sıradan 
şifahi xalq ədəbiyyatı örnəkləri də repressiyaya uğradıldı. 


 
15 
“Kitabi-Dədə  Qorqud”
un  taleyi  ən  üzdəki  örnəklərdəndir. 
Mircəllad  Bağırov  1951-ci  ildə  Azərbaycan  K(b)P  XIII 
qurultayına hesabat məruzəsində nökərlik etdiyi Stalin və 
Beriyanın tələbiylə şərəfli oğuz babalarımızı şərəfsizcəsinə 
“qatil  və  soyğunçu”  adlandırmış,  ağız  ədəbiyyatımızın  bu 
ölməz  şah  əsərinə  də  ölüm  hökmü  çıxarmışdı:  “Bəzi 
ədəbiyyatşünaslar  və  yazıçılar  siyasi  sayıqlıq  və  məsuliyyət 
hisslərini itirərək uzun müddət ərzində bu təhlükəli, xalqa zidd 
olan  kitabı  Azərbaycan  dastanı  adı  altında  təbliğ  etmişlər. 
“Dədə  Qorqud”  xalq  dastanı  deyil.  O,  əvvəldən  axıra  kimi 
Azərbaycan  torpaqlarına  qatil  və  soyğunçu  kimi  gəlmiş  oğuz 
köçəri  tayfalarını  idarə  edən  yuxarı  təbəqənin  tərifinə  həsr 
olunmuşdur.  Kitab  büsbütün  millətçilik  zəhərinə  hopdurul-
muşdur. O, müsəlmanlara qarşı deyil, başqa dinə mənsub olan, 
əsasən də qardaş gürcü və erməni xalqına qarşı yönəldilmişdir”
 
(13, 224-225). 
SSRİ-nin başqa Türk cümhuriyyətlərində olduğu kimi, 
Azərbaycanda  da  milli  aydınlar  əsasən  “pantürkist”, 
“panislamist”,  “millətçi”  ittihamlarıyla  tutuqlanır,  ya 
ölümə,  ya  da  ölümdən  daha  betər  olan  Sibir,  Orta  Asiya 
sürgünlərinə göndərilirdi. 
Avropalıların  və  kommunistlərin  nifrət  və  qorxu  ilə 
“pantürkizm”, “panislamizm” adlandırdığı ideologiyanın 
yaradıcısı Cənubi Azərbaycandan olan soydaşımız, böyük 
alim  Şeyx  Cəmaləddin  Əfqani  (1836-1897)  idi.  O,  “Milli 
vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti”
 adlı məşhur 
əsərində  tərəqqiyə  nail  olmağın  yolundan  bəhs  edərək 
yazırdı  ki,  millət  özünü  tanımalıdır,  soyuna-kökünə 


 
16 
bağlanmalıdır,  dilinə,  dininə  sarılmalıdır.  Ş.C.Əfqani  xal-
qın  fəlsəfi  ruhlu  olması  gərəkliliyini  önə  çəkərək  yazırdı: 
“Bir millətin fəlsəfəsi yoxdursa o millətin hamısı alim olsa da o 
millətdə  elmlər  inkişaf  edə  bilməz  və  həmin  millət  ayrı-ayrı 
elmlərdən lazımi nəticə
 çıxarmaqda çətinlik çəkər... Fəlsəfi ruhu 
olan  bir  millətdə  ayrı-ayrı  elmlər  olmasa  da,  şübhəsiz,  həmin 
fəlsəfi ruh milləti başqa elmlərə yiyələnməyə vadar edəcək”
  (11, 
172). 
Ş.C.Əfqani  Şərq  xalqlarının  bir  çoxunun  Avropanın 
yem bazasına çevrilməsini, müstəmləkə əsarətinə düşmə-
sini  onların  elmsizliyi  ilə  əlaqələndirirdi.  O  yazırdı: 
“Dünya  elm  üzərində  bərqərar  olur,  elmi  bəşəriyyətin  əlindən 
alsan  daha  dünyada  insan  qalmaz.  Elm  bir  nəfərin  gücünü  on 
nəfərə,  yüz  nəfərə,  min  və  on  min  nəfərə  bərabər  edir...  İndi 
bütün dünyanı öz təsiri altında saxlayan Avropanı, Əfqanıstanı 
tutan  ingilisi,  Tunisi  işğal  edən  Fransanı  götürün.  Bunlar  nə 
ingilisin,  nə  də  fransızların  hünəridir,  bunlar  yalnız  onların 
elminin  gücünədir.  Gerilik  və  nadanlıq  isə  hər  yerdə  başını 
zəlillik  torpağına  qoymaqdan  başqa  bir  çarə  tapmamışdır”
  (11, 
183). 
Avropalıların  da  “böyük  müsəlman”  adlandırdıqları 
S.C.Əfqani  həmin  əsərində  Şərq  xalqlarına  müraciətlə 
yazırdı ki, ölkələrini  müstəmləkə əsarəti kimi  bir rəzalət-
dən  qurtarmaq  istəyirlərsə  dirçəlişə  nail  olmalıdırlar. 
Dirçəliş  üçünsə  o,  iki  məsələnin  həllini  olduqca  vacib 
sayırdı: “...Bunlardan biri dil birliyidir. Buna milli vəhdət də 
deyirlər.  Alimlər  millətin  mahiyyətini  və  ariflər  onun  məziy-
yətlərini  o  zaman  yaxşı  aşkar  və  zahir  edərlər  ki,  təhsil,  təlim, 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə