Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə7/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   2   3   4   5   6   7   8   9   10   ...   50

 
25 
siyaya siyasi rəng verərək onları təşkilat mənsubları kimi 
tanıdır. Ən pisi də odur ki, Xüsusi Şöbə rəisinin rəisləri bu 
yalanlara  çox  həvəslə  inanır  və  həmin  “təşkilatın  üzvlə-
ri”ni  böyük  şövqlə  güllələməyə  məhkum  edirdilər.  Belə 
kiçik  həcmli  bir  hesabatlar  az  sonra  neçə-neçə  ailənin 
başçısız qalmasıyla nəticələnirdi. 
Maraqlı burasıdır ki, həmin sənəddə adı keçən “antan-
taçılar”dan yalnız ikisi (Əliabbas Qədimov və Zahid İbra-
himxəlil oğlu) mart ayında artıq “müsavatçı” kimi tutulub 
və onlara beş nəfər “müsavatçı” da qoşublar.  
Beləliklə,  1921-in  martında  “ÇK”  artıq  “antantaçılar”ı 
deyil,  “Müsavat  Partiyasının  gizli  təşkilatının”  aşağıdakı 
“üzv”lərini tutaraq onlara 2687 saylı (indiki PR-128 saylı) 
ortaq cinayət işi açdı: 
1) Hüseynbəyov Qasım (36 yaş), 
2) Əminov Nurməhəmməd (29 yaş), 
3) Qazızadə Kərim (19 yaş), 
4) Qədimov Əliabbas (34 yaş), 
5) Əfəndiyev Həmid (32 yaş), 
6) Zahid İbrahimxəlil oğlu (30 yaş), 
7) İmanzadə Mürsəl (35 yaş). 
Bu şəxslərin həbsini FK Müsavat Partiyasına mənsub-
luqla pərdələməyə çalışsa da bu qərar əslində Ə.Qədimo-
vun  Şəki  Rayon  Fəhlə,  Kəndli  və  Əsgər  Deputatları 
Sovetlinə deputat, daha sonra Şəki qəza sovetləri qurulta-
yına  nümayəndə  seçilməsiylə,  yerdə  qalanların  da 
Şəkidəki  seçkilərdə  fəallıq  göstərmələriylə  bağlıydı.  Axı 
növbəti  seçki  Şəki  İcraiyyə  Komitəsinin  tərkibini  müəy-


 
26 
yənləşdirməliydi və hakimiyyət orqanları Əliabbas Qədi-
mov  kimi  sərbəst,  müstəqil  düşüncəli  bir  şəxsin  İcraiyyə 
Komitəsinə  üzv  seçilməsinə  əsla  yol  vermək  istəmirdilər. 
Onun  deputatlar  arasında  nüfuz  və  hörmətinin  olması 
İcraiyyə  Komitəsinin  tərkibinə  seçilməsinin  qarşısını  qa-
nuni yolla almağı mümkünsüz edirdi. Elə bu səbəbdən də 
Fövqəladə Komissiya onu saxta ittihamla həbs edib seçki 
prosesindən  uzaqlaşdırmaq  qərarına  gəldi.  Qanun-
suzluqla  üzləşən  başqa  narazılar  da  onunla  birgə  tutul-
dular.   
Şəki  Şəhər  Siyasi  Bürosunun  rəisi  Rüstəmov  Azərbay-
can Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırov’a dal-
badal gizli raportlar göndərərək bu adamların qatı müsa-
vatçı olduqlarını, kommunist partiyasını xalqın gözündən 
salmaq  istədiklərini,  Şəkidə  camaatı  bir-birinə  qatdıq-
larını... ən tünd boyalarla bildirirdi. 
BƏS ƏSLİNDƏ NƏ BAŞ VERMİŞDİ? 
Həbsin gerçək səbəbini gün kimi aydınlaşdıran sənəd-
lə  tanış  olaq.  Bu,  “yeddilər”dən  birincisi  Qasım  Hüseyn-
bəyov
’un  istintaqa  verdiyi  ifadədir.  O,  7  may  1921-də 
müstəntiqə  bildirib  ki,  29  aprel  1921-də  Şəkidə  Şəhər 
Sovetinə  seçkilər  keçirildi.  Hərbi  klubda  təşkil  olunan 
iclasa  Cəlil  Zeynalov  sədrlik  edirdi.  Əliabbas  Qədimovun 
namizədliyi  irəli  sürüldükdə  iclasda  iştirak  edən  Rəsul 
Teymur oğlu
 onun əleyhinə çıxış edərək bu sözləri söylədi: 
“Bu  keçmiş  müsavatçı  Müsavat  hökuməti  dövründə  bizi 


 
27 
məscidə toplayaraq dedi ki, gəlin Zəngəzurda ermənilərlə 
döyüşən hökumətimizə kömək edək”. 
Atalar deyib ki, hər pis şeydə bir yaxşı şey var. Diqqət 
yetirək  –  1921-də  əslində  düşmənçiliklə,  ifşa  məqsədiylə 
irəli  atılmış  bu  fikir  bu  gün  Əliabbas  Qədimovu  gözü-
müzdə  ucaldır,  onu  ittiham  edənlərin  nə  qədər  mə-
nəviyyatsız  olduğunu  göstərir.  Vətənpərvərliyi,  xalqse-
vərliyi  nəinki  qəbahət,  hətta  cinayət  sayan,  torpaqlarını 
yağıdan  təmizləməyə  çalışan  soydaşını  Mixaylovların, 
Slavitskilərin  güllələriylə  susdurmağa  çalışan  belə  insan-
cığazlara nə ad vermək olar?!  
Bolşevizmin ən iyrənc əməllərindən biri də xalqından, 
vətənindən  və  hətta  milliyyətindən  imtina  etməyə  hazır 
olan,  bax,  belə  manqurtlar  zümrəsi  yetişdirməsiydi.  O 
zaman  qədim  Azərbaycan  torpağı  Zəngəzurda  xalqımıza 
qarşı  erməni  daşnaklarının  törətdiyi  etnik  terror  nəticə-
sində  7.729  soydaşımız  qətlə  yetirilmiş,  50.000  soydaşı-
mızsa  yurd-yuvasından  didərgin  düşmüşdü.  Azərbay-
canın  ilk  milli  dövləti  Zəngəzurda  erməni  təcavüzünün 
qarşısını  almaq  üçün  gərgin  mübarizə  aparırdı.  Öz 
yurddaşlarını  hakimiyyətin  bu  siyasətini  dəstəkləməyə 
çağıran  Əliabbas  həkimi  həmin  manqurtlar  “cinayətkar” 
adlandırırdılar.  Xalqı,  vətəni  sevmək  nə  vaxtdan  cinayət 
sayılıb?! 
Qasım Hüseynbəyov verdiyi ifadəni davam etdirir:  
“Milisioner  Yusif,  Qədimovun  əleyhinə  çıxaraq  “keçmiş 
müsavatçı bizə lazım deyil” deyə öz etirazını bildirdi, ancaq əks 
fikirdə  olanlar  daha  çox  idi.  Onlardan  biri  də  Ə.Qədimovla 


 
28 
birgə  həbs  edilən 
Mürsəl  İmanzadə  idi.  O  dedi  ki,  Əliabbas 
Qədimov  çox  yaxşı  insandır,  mənim  bir  xəstəm  var  idi,  gəlib 
onu müalicə etdi. İclasın sədri “bu, fakt deyil” desə də Ə.Qədi-
movun adını Şəhər Sovetinə namizəd olaraq səsverməyə çıxardı. 
Əliabbas  həkim  20  və  ya  21  səslə  Şəki  Şəhər  Sovetinin 
üzvü seçildi.  
Bir  gün  sonra  deputatlar  Şəki  qəza  sovetləri  qurultayına 
nümayəndələr  və  Şəki  Rayon  Sovetinin  İcraiyyə  Komitəsinə 
üzvlər  seçmək  üçün  yenidən  bir  araya  gəldilər.  Ə.Qədimov 
iclasın  sədri  seçildi.  Qurultay  nümayəndələrinin  seçkisi 
başlandı.  Bu  zaman  üçlüyün  (troykanın)  nümayəndəsi 
Əzim-
zadə  iclas  iştirakçılarına  üz  tutaraq  ucadan  dedi:  “Yaxşı 
adamları seçin, 
pisləri seçsəniz BIZIM TOPLARIMIZ sizin 
Şəkiyə doğru tuşlanacaqdır”. 
Əsgər və İsabala adlı şəxslər də “bizə Abbas lazım deyil” 
deyə çığırdılar”

AYDINLATMA.  Burada  adı  çəkilən  Əzimzadə  kim 
olsa yaxşıdır?! Xalq rəssamı Əzim Əzimzadə! O, hələ 
Bakı  Soveti  dönəmindən  Rusiya  hakimiyyəti,  daha 
düzgünü,  Bakı  Sovetinin  Daxili  İşlər  Komissarlığı  ilə 
çiddi  əməkdaşlıqdaydı.  Komissar  Alyoşa  Caparidze 
onu  şəxsən  özü  “sovet  hakimiyyətini  yerində  təşkil 
etmək, Salyan şəhərində və ətrafında həyatın düzgün 
axınını  bərpa  etmək  üçün”  komissar  təyin  etmiş,  15 
may  1918-ci  ildə  ona  öz  imzasıyla  3  saylı  mandat 
vermişdi
7
. Təbii ki, Azərbaycan Cümhuriyyəti illərin-
də  o,  milli  hakimiyyətimizə  qarşı  oldu  və  Azərbay-
canda  sovet  hakimiyyəti  yenidən  qurulan  kimi 
                                                 
7
  Həmin mandatın bir surəti şəxsi arxivimizdədir. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə