Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə10/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   6   7   8   9   10   11   12   13   ...   256

22 

 

Boğazlarda bərabər hüquqlara malik olmasını  tələb edərək  İngiltərəni müdafiə 



etdilər.  İngiltərə, bir qayda olaraq, Boğazlar üzərində beynəlxalq nəzarəti 

saxlamağa çalışırdı. Lord Stenhon öz çıxışında sübut etməyə çalışırdı ki, 

"beynəlxalq yol" olaraq Boğazlardan istifadə qaydalarına nəzarət hüququ 

"beynəlxalq orqana" məxsus olmalıdır (23). Lakin türklər bu ideyanın  əleyhinə 

çıxdılar və konfransın digər iştirakçıları da bu məsələdə onları müdafiə etdilər. 

Montrö konfransında  əvvəlki hazırlıqlara uyğun olaraq Sovet nümayəndə 

heyətinin başçısı M.Litvinov öz çıxışında bildirdi ki, Qara dəniz dövlətlərinin 

təhlükəsizliyinə ən yaxşı təminat Boğazlarda və Qara dənizdə ticarət gəmilərinin 

qeyri-məhdud hərəkətində, qeyri-sahil dövlətlərinin hərbi gəmilərinin üzünə 

boğazların tam bağlanmasındadır. Ona görə  də Qara dənizə yollanan gəmilərin 

sayı  və  su  tutumu  nə  qədər məhdudlaşdırılsa, Avropa və Asiyanın bu sahəsində 

təhlükəsizlik bir o qədər çox təmin edibcəkdir.(24)  Əlbəttə, bu bir tərəfdən 

Türkiyənin təhlükəsizliyi üçün yaxşı idisə, digər tərəfdən Sovet nümayəndələri 

Qara dənizdən sahilyanı ölkələrin, o cümlədən SSRİ-nin hərbi donanmasının 

çıxışına məhdudiyyət qoyulmasına tərəfdar deyildilər. Buna cavab olaraq ingilislər 

qeyd edirdilər ki, onlar qeyri-qara dəniz ölkələrinin hərbi gəmilərinə qoyulan 

məhdudiyyətlərə bu şərtlə razıdırlar ki, həmin məhdudiyyətlər Qara dənizdən 

çıxan hərbi gəmilərə də tətbiq edilsin. Konfransın gedişində SSRİ nümayəndələri 

Fransa nümayəndələri ilə yaxmlaşmağa cəhd edirdilər. Lakin fransızlar da 

Boğazların tam bağlanmasına tərəfdar deyildi. Onlar belə hesab edirdilər ki, SSRİ 

və digər Balkan ölkələri ilə imzalanmış müqavilələrə uyğun olaraq müharibə 

olacağı təqdirdə bu ölkələrə Boğazlar vasitəsi ilə yardım göstərilə bilər. 

Konfransın birinci mərhələsinin sonunda Boğazlar haqqında yeni sazişin 

bağlanmasında maraqlı olan Türkiyə nümayəndələri Sovet və ingilis mövqelərini 

yaxınlaşdırmağa, bu ölkələr arasında kompromis əldə olunmasına çalışırdılar. 

Türkiyənin belə mövqeyi Sovetlər tərəfindən ingilislərlə gizli əlaqələrin nəticəsi 

kimi qiymətləndirilirdi. Halbuki belə fikirlər həqiqətə uyğun deyildi. Türklər 

sadəcə olaraq yeni sazişin imzalanmasında digər dövlətlərlə müqayisədə daha çox 

maraqlı idilər. Montrödən SSRİ Xarici İşlər Komissarlığına göndərilən məlumatda 

göstərilirdi ki, qabaqcadan əldə olunmuş razılaşmaya uyğun olaraq Türkiyə 

nümayəndələri müzakirə üçün əsas kimi qəbul edilmiş öz layihələrini onun 

ingilislər tərəfindən yenidən işlənmiş variantına güzəştə getdilər. Onların fikrincə, 

ingilislər tərəfindən yenidən işlənmiş layihə Qara dəniz dövlətlərinin təhlükəsizlik 

maraqlarına ziyan vurmaqla qeyri-sahil ölkələrinin hüquqlarını genişləndirmək 

ruhundadır (25). 

Eyni zamanda Cenevrədən SSRİ Xarici İşlər komissarının müavini 

B.S.Stomonyakova və N.N.Krestinskiyə yazdığı məktubda M.Litvinov 

 

  




23 

 

etiraf edirdi ki, konfransa hazırlıqla bağlı Sovet tərəfi çox ciddi səhvlərə yol verib. 



O qeyd edirdi ki, Qara dəniz dövlətlərinin hüquqları ilə bağlı xüsusi maddənin 

layihəyə salınmasına təkid etmək lazım deyildi. Nə  qədər ki, söhbət Lozanna 

sazişinə yenidən baxmaqdan gedirdi, Sovet İttifaqı o məqamların dəyişməsinə 

cəhd etməli idi ki, həmin məqamlar onun maraqları ilə ziddiyyət təşkil edirdi. 

Xarici  İşlər komissarı saziş layihəsinin axıra qədər Sovet hökuməti ilə Türkiyə 

arasında razılaşdırılmadığından, özünün Türkiyə  təkliflərinə qarşı  çıxış etmək 

məcburiyyətində qaldığından da yazırdı (26). Lakin son nəticədə  həm Sovet 

nümayəndələri, həm də ingilis nümayəndələri öz hökumətlərindən təlimat aldılar 

ki, mövqelərini yaxınlaşdırsınlar və qarşılıqlı güzəştlərə getsinlər. 

Bir aylıq gərgin müzakirələrdən sonra 1936-cı ilin iyul ayının 20-də Boğazlar 

rejimi haqqında Montrö sazişi imzalandı. Türkiyə, SSRİ, Bolqarıstan, Rumıniya, 

Böyük Britaniya, Fransa, Yaponiya, Yunanıstan və Yuqoslaviya nümayəndələri 

tərəfindən imzalanan Montrö sazişi 5 hissədən, 29 maddədən, texniki xarakterli 4 

əlavədən və 1 protokoldan ibarət idi. Bütün iştirakçı dövlətlər tərəfindən təsdiq 

edildi ki, Boğazlar rejimi "Türkiyənin, Qara dənizin və sahilyanı dövlətlərin 

təhlükəsizliyi" çərçivəsində qurulmalıdır. 

Sazişin birinci hissəsində söhbət həm sülh, həm də müharibə dövründə,  əgər 

Türkiyə vuruşan ölkə deyildisə, tam azad üzmək hüququnu saxlamış ticarət 

gəmiçiliyindən gedirdi. Əgər Türkiyə müharibədə  iştirak edərdisə, onunla 

müharibə vəziyyətində olmayan ölkələrin ticarət gəmiləri gündüz vaxtı, düşmənə 

kömək etməmək  şərti ilə Boğazlardan keçə bilərdilər.  İkinci hissədə  hərbi 

gəmilərin sülh dövründə Boğazlardan keçməsi tənzimlənirdi. Qeyri-qara dəniz 

ölkələrinin hərbi gəmiləri Qara dənizdə 21 gündən artıq qala bilməzdilər. Hərbi 

gəmilərin Boğazlardan keçməsi üçün qeyri-qara dəniz ölkələri 15 gün, Qara dəniz 

ölkələri isə 8 gün qabaqdan Türkiyə hökumətinə  məlumat verməli idilər. 

Müharibə vaxtı əgər Türkiyə neytral qalırdısa, neytral ölkələrin hərbi gəmiləri sülh 

dövrü üçün müəyyən edilmiş qaydalara uyğun Boğazlardan keçə bilərdilər. 

Vuruşan ölkələrin hərbi gəmilərinin Boğazlardan keçməsi qadağan edilirdi. Yalnız 

Millətlər Cəmiyyətinin qərarı ilə, qüvvədə olan qarşılıqlı müqaviləyə  əsasən 

təcavüzə məruz qalmış ölkəyə kömək göstəriləcəyi halda istisnalara yol verilirdi. 

Boğazlarda hər cür hərbi  əməliyyatlar qadağan edilirdi. Türkiyə müharibədə 

iştirak etdiyi halda, hərbi gəmilərin Boğazlardan keçməsi bütövlükdə Türkiyə 

hökumətinin rəyindən asılı olurdu. Əgər Türkiyə hesab etsəydi ki, o, müharibə 

təhlükəsi qarşısındadır, onda yenə eyni hüquqlara sahib olurdu. Bu halda Millətlər 

Cəmiyyəti üçdə iki səslə  qərar qəbul etsəydi ki, Türkiyənin qəbul etdiyi qərar 

özünü doğrultmur, yaxud sazişi imzalayan dövlətlərin fikri belə olardısa, Türkiyə 

hökuməti öz qərarını ləğv etməli idi. 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə