Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə11/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   7   8   9   10   11   12   13   14   ...   256

24 

 

Sazişin dördüncü hissəsinə görə Boğazlar üzrə Beynəlxalq Komissiyanın 



funksiyası Türkiyə hökumətinə verilirdi. Sazişlə birgə imzalanmış protokola görə, 

Türkiyə dərhal Boğazlar zonasını remilitarizasiya etmək hüququnu aldı. 

Montrö sazişi 20 il müddətinə imzalanmışdı. Bu müddətin başa çatmasına 2 il 

qalmış onu imzalamış olan dövlətlərdən hər hansı biri Sazişin ləğvini tələb edə 

bilərdi (27). Beləliklə, Boğazlar üzrə Lozanna konfransında yaradılmış Beynəlxalq 

Komissiya Montrödə ləğv edildi və sazişi şərh etmək funksiyası Türkiyəyə verildi. 

1938-ci ildə İtaliya Montrö sazişinə qoşuldu, 1951-ci ildə isə Yaponiya onu tərk 

etdi (28). 

Montrö sazişi bu və ya digər dərəcədə Sovetlərin maraqlarını təmin etməsə də, 

lakin ondan sonra baş verən hadisələr, xüsusilə İkinci Dünya müharibəsi göstərdi 

ki, Qara dəniz hövzəsinin və sahilyanı dövlət kimi SSRİ-nin təhlükəsizliyinin 

təmin edilməsində bu Saziş etibarlı beynəlxalq hüquqi sənəddir. Digər tərəfdən, 

Qara dənizə daxil olan hərbi gəmilərin su tutumunun məhdudlaşdırılması da eyni 

dərəcədə Sovetlərin maraqlarına uyğun idi. Bütövlükdə götürdükdə  İngiltərə ilə 

qarşıdurmada Sovet İttifaqı bir növ qalib çıxdı. Britaniyanın Boğazlar üzərində 

Beynəlxalq Komissiyanın nəzarətini saxlamaq ideyası gerçəkləşmədi. SSRİ-nin 

maraqlarının tam təmin olunmaması isə daha çox Qara dəniz boğazlarının 

xüsusiyyətləri ilə bağlı idi. Ən  əvvəl, nəzərə almaq lazım idi ki, Boğazlar  ərazi 

etibarı ilə Türkiyənin ayrılmaz hissəsidir, yəni A.F.Millerin qeyd etdiyi kimi, 

Boğazların hər iki sahili eyni dövlətə, Türkiyəyə  məxsus idi. İkincisi, Boğazlar 

yetərincə dar bir sahə idi və onu "bağlamaq" asan idi. Üçüncüsü isə, haqqında 

söhbət gedən Boğazlar açıq dəniz (Aralıq dənizi) ilə qapalı (Qara dəniz) dənizi 

birləşdirirdi (29). Məhz bu səbəblərdən Sovet İttifaqı 30-cu illərin ortalarında 

Boğazlar məsələsi ilə bağlı arzuladığı üstün hüquqları ala bilmədi. Buna görə də 

İkinci Dünya müharibəsindən sonra Sovetlər Boğazlar məsələsində öz iddialarını 

yenidən ortaya qoydular. 

Montrö sazişi ilə Türkiyə XIX əsrin  əvvəllərində Boğazlar üzərində itirilmiş 

suverenliyini bərpa etdi. Bu sazişlə Türkiyə Qara dənizdə  və Aralıq dənizində 

cərəyan edən hadisələrə ciddi təsir imkanı  əldə etdi. Boğazlar üzərində üstün 

mövqelərini bərpa etdikdən sonra digər dövlətlər Türkiyə ilə hesablaşmaq 

məcburiyyətində qaldılar və onlar Ankara ilə dostluq münasibətlərinin 

yaradılmasına xüsusi maraq göstərməyə başladılar. Türkiyə diplomatiyası Montrö 

konfransında aparıcı dövlətlər arasında yaranmış fikir ayrılığından məharətlə 

istifadə edə bildi. Bir sözlə, Montrö konfransı Türkiyənin Boğazlar üzərindəki 

nəzarətini asanlaşdırdı (30). 

Montrö sazişi 1936-cı il iyul ayının 31-də Türkiyə Böyük Millət Məclisində 

təsdiq edibrkən Baş nazir İ.İnönü onun əhəmiyyətini və xarici işlər naziri R.Arasın 

fəaliyyətini yüksək qiymətləndirərək dedi: "Yeni 

 



25 

 

boğazlar müqaviləsi Türkiyənin təhlükəsizliyi və hakimiyyətini millətlər arasında 



təsbit edən gözəl bir vəsiqədir. Doktor Aras bu vəsiqə ilə yalnız Türkiyənin 

əmniyyəti üçün gözəl bir xidmət icra etməklə qalmadı, beynəlmiləl sülh davasının 

yorulmaz bir yolçusu olduğunu bir kərə daha isbat etdi". Daha sonra İsmət paşa 

qeyd etdi ki, "Boğazlar konfransından məmnuniyyətlə  çıxmağımızın bir mühüm 

səbəbi, əlaqədar dövlətlərin hamısının məmnun çıxmış olmalarıdır. İştirak edənlər 

kamilən imza etdilər. Bu mənada 1923-cü il müqaviləsini qəbul etməmiş olan 

dostumuz Sovetlər də bizimlə bərabər imza etdilər" (31). 

Montrö sazişindən sonra Sovet İttifaqı ilə qarşılıqlı yardım haqqında pakt 

bağlamağa dair ikitərəfli danışıqlar başlansa da, 1936-cı ilin oktyabrında Türkiyə 

bundan imtina etdi. Oktyabr ayının 28-də Moskvadakı türk səfiri Apaydın xalq 

xarici işlar komissarı M.Litvinova bildirdi ki, Türkiyə hökuməti Montrö 

konvensiyasının SSRİ-nin və Türkiyənin maraqlarını yetərincə  təmin etdiyindən 

bu konvensiyadan kənar, yaxud onun bir hissəsinə  əsaslanan yeni sazişin 

məqsədəuyğun olmadıgı  qənaətindədir. Sovet rəsmiləri Türkiyənin mövqeyinin 

dəyişməsini  İngiltərənin ona təsir imkanlarının artması ilə izah edirdilər. 

Ankaradakı sovet səfiri L.Karaxan 1936-cı   ilin   noyabr  ayının   əvvəllərində   

Sovetlərin   mövqeyini   türk hökumətinə çatdırdıqda Baş nazir İ.İnönü və xarici 

işlər naziri Rüştü Aras bu məsələ ilə bağlı  İngiltərə ilə  məsləhətləşdiklərini 

gizlətmədilər (32). Əgər Sovetlərlə belə bir müqavilə bağlansaydı, Türkiyə bir növ 

boğazların qorunması ilə bağlı SSRİ qarşısında əlavə öhdəliklər götürmüş olurdu. 

Şübhəsiz ki, belə bir öhdəlik gündən-günə mürəkkəbləşən dünyada Türkiyə üçün 

əlavə problemlər yarada bilərdi. Öz növbəsində bu hadisə Sovet-Türkiyə 

münasibətlərinə müəyyən sərinlik gətirirdi. 1937-ci ilin ilk günlərində baş vermiş 

kiçik bir hadisə münasibətlərdə yaranmış bu sərinləşməni qabarıq şəkildə özündə 

əks etdirirdi. Yanvar ayının 7-də Sovetlərin Türkiyədə ticarət müvəkkili 

A.Rozenqolts tərəfindən "tamamilə  məxfi" qrif ilə  İ.Stalinə  və V.Molotova 

göndərilən məktubda qeyd edilirdi ki, "Osoaviaxim" nümayəndələrinin gəlişi 

şərəfinə 29 oktyabr 1936-cı ildə Sovet səfirliyində düzənlənmiş  qəbulda Kamal 

Atatürklə Karaxan arasında diqqəti çəkən söhbətin mətnini Sizə göndərirəm. 

Söhbətin mətni ilə tanış olduqdan sonra Stalin məktubun üzərinə maraqlı dərkənar 

qoymuşdu: "Voroşilova, Kaqanoviçə, Orcanikidzeyə, Litvinova. Bizim 

"dostumuz" Atatürkün "nitqinin" mətni ilə tanış olmaq maraqlı olardı. Dərkənarda 

hər iki söz İ.Stalin tərəfindən dırnağa alınmışdı. A.Rozenqoltsun göndərdiyi gizli 

məlumatda söhbət nədən gedirdi? Üstündən 2 aydan da artıq bir vaxt keçəndən 

sonra bu söhbətin məzmunu nəyə görə İ.Stalinə göndərilmişdi? 

29 oktyabr 1936-cı ildə Türkiyədə Cümhuriyyət bayramı olduğu üçün Atatürk, 

onu müşayiət edən şəxslərlə birlikdə Sovet səfirliyində olan 

                                                                                                                                              




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə