Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə14/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   10   11   12   13   14   15   16   17   ...   256

30 

 

 



 

vermiş hadisə haqda təcili Türkiyənin Moskvadakı  səfirinə  məlumat vermiş, 

qurultayın başa çatmasını gözləmədən dərhal Türkiyəyə dönmüşdü (42). 

Daxili  İşlər Komissarlığının 1937-ci ilin mayında Stalin, Molotov və 

Voroşilova göndərdiyi məxfi məlumatda göstərilirdi ki, guya Polşa kəşfiyyatı 

Sovet-Türkiyə  sərhədlərində silah yerləşdirmək üçün Türkiyə hakimiyyət 

orqanları ilə gizli danışıqlar aparır. Elə həmin məlumatda göstərilirdi ki, Türkiyə 

rəsmi qaydada bunun əleyhinə olsa da, polyaklar ümid edirlər ki, Ankara planın 

gerçəkləşməsinə göz yumacaqdır (43). Başqa bir xəfiyyə məlumatında göstərilirdi 

ki, Azərbaycan siyasi mühacirətinin başçısı M.Ə.Rəsulzadə ilə görüşü zamanı 

İrandakı Türkiyə  səfiri bildirmişdi: "Türkiyə  hərbi dairələrinə  gəldikdə Baş 

qərargah Rusiya əleyhinə  iş aparan bütün cərəyanları, bütün qrupları müdafiə 

edir". Həmçinin Baş  qərargahın rəisi Fevzi paşa bu barədə  dəfələrlə danışaraq 

demişdir: Bu gün bizim Rusiya ilə münasibətlərimiz nə  qədər yaxşı olsa da, biz 

türklər məsələyə sabahın nöqteyi-nəzərindən, onun siyasi quruluşunun 

dəyişdirilməsi nöqteyi-nəzərindən yanaşmalıyıq" (44). 

Görünür, bu məlumatlar Sovet rəhbərliyi üçün ona görə maraq doğururdu ki, 

Ankaradakı Sovet səfirliyi də öz növbəsində marşal Fevzi Çakmak barəsində son 

dərəcə mənfi materiallar gizli şəkildə Moskvaya ötürürdü. Səfirliyin birinci katibi 

S.Mixaylovun göndərdiyi məlumatda deyilirdi ki, marşal Fevzi Çakmak 

kommunizmin qəti əleyhdarıdır. 1925-ci ildə Fəhlə İttifaqı ondan cəmiyyətlərinə 

fəxri sədr olmağı xahiş etdikdə Çakmak fəxri sədrliyi öz üzərinə götürmək 

təklifini rədd etmiş və fəhlə ittifaqının nümayəndələrinə demişdi: "Kommunizmin 

sayəsində böyük və zəngin Rusiya xarabalığa çevrilmişdir. Qoy bu sizə yaxşı dərs 

olsun". Daha sonra məlumatda qeyd olunurdu ki, Baş qərargah rəisi kimi marşal 

Fevzi Çakmak Türkiyənin  şərq vilayətlərində bizim üçün böyük çətinliklər 

yaradıb. Onun göstərişi ilə Qarsda Sovet konsulluğu və ticarət nümayəndəliyinin 

filialı üçün müstəsna dərəcədə çətin bir şərait yaradılıb. Montrö konfransı zamanı 

R.Aras Sovet nümayəndələrinin bu və ya digər təklifindən imtina edəndə bunu 

bilavasitə marşal Çakmakın göstərişlərinə istinadən edirdi (45). 

Sovet diplomatik orqanları hətta Hatayın Türkiyəyə birləşdirilməsini də marşal 

Çakmakın fəaliyyəti ilə  əlaqələndirirdilər. Onun haqqında hazırlanan məlumatda 

göstərilirdi ki, hələ 1922-ci ildə Fevzi Çakmak Baş nazir olduğu zaman Türkiyə-

Suriya sərhədlərinə  səfər etmiş  və  məhz bu səfərdən sonra Hatayın bir sıra 

şəhərbrinin əhalisi Türkiyə ilə sərhədlərin təhsis edilməyəcəyi təqdirdə fransızlara 

qarşı partizan müharibəsinə başlayacaqları ilə  hədələmişdilər. Hatay böhranı 

zamanı Atatürkün 1936-cı ildə Suriya sərhədlərinə nümayişkarcasına səfərinin də 

sənəddə marşal Çakmakla keçirilən müşavirədən sonra baş tutduğu vurğulanırdı 

(46). 

 

 



 


31 

 

 



 

Hatay probleminin həll olunması Türkiyənin Montrö konfransında qazandığı 

diplomatik uğurun bilavasitə nəticəsi idi. 1937-ci ilin yanvarından etibarən Hatay 

məsələsinin həll olunması  nəinki Türkiyə xarici siyasətinin, eləcə  də Mustafa 

Kamal paşanın həyatının başlıca məramına çevrilmişdi. Vəfatından düz bir il öncə 

1937-ci ilin noyabr ayının 10-da "Cümhuriyyət" qəzetinə verdiyi müsahibədə 

Atatürk Hatayı  şəxsi məsələsi kimi gördüyünü, işin silahlı mübarizə ilə  həll 

olunmasının az ehtimal olunduğunu, fəqət savaş ehtimalını da göz önünə aldığını 

bildirmişdi. M.Kamal paşa  əgər lazım gələrsə prezidentlikdən və  Məclis 

üzvlüyündən istefa verib, bir fərd olaraq ona qoşulacaq bir neçə arkadaşı ilə 

birlikdə Hataya gedəcəyini və oradakı mücahidlərlə birlikdə məsələni yerində həll 

edəcəyini açıq və səmimi bir dillə ifadə etmişdi (47). 

1938-ci ilin yayında Hatayın qurtuluşu yolunda ciddi addımlar atıldı. İyulun 3-

də Fransa və Türkiyə Baş  qərargahları arasında imzalanmış sazişə uyğun olaraq 

iki gün sonra - iyulun 5-də 2500 nəfərdən ibarət olan Türk ordusu Hataya girdi. 24 

avqust 1938-ci ildə keçirilən seçgilərdə türklər 40 millət vəkili yerindən 31-ni 

götürdü və 2 sentyabrda "Hatay Cümhuriyyətinin" müstəqilliyi elan edildi. 29 

iyun 1939-cu ildə Hatay Millət Məclisi Türkiyəyə birləşmək haqda qərar qəbul 

etdi və 23 iyul 1939-cu ildə son fransız əsgərinin Hatayı tərk etməsi ilə bu proses 

başa çatdı (48). 

1937-ci ilin 8 iyulunda Tehranda Türkiyə, İran, Əfqanıstan və İraq arasında on 

maddədən ibarət Saadabad paktının imzalanması Türkiyənin Yaxın və Orta 

Şərqdə mövqelərini xeyli gücləndirdi. Saadabad paktına görə, tərəflər Millətlər 

Cəmiyyətinə  və Brian-Kelloq paktına bağlı olduqlarını, bir-birlərinin daxili 

işlərinə qarışmadıqlarını, ortaq sərhədlərə hörmətlə yanaşdıqlarını, bir-birlərinə 

qarşı  hər hansı  təcavüzə yol verməyəcəklərini təsdiq etdilər.(49) Bir sıra Sovet 

tarixçiləri Türkiyənin öncül rol oynadığı Saadabad paktını Yaxın  Şərq Antantası 

adlandırsalar da, bu paktla Türkiyə bir növ Qərbdə başladığı  təhlükəsizlik 

sistemini  Şərqdə tamamladı.  Əslində, bir çoxlarının iddiasının  əksinə olaraq bu 

pakt Yaxın və Orta Şərqdə Britaniya təsirinin güclənməsinə deyil, Türkiyənin 

bölgədə barışçı siyasətin təşkilatçısına çevrildiyini nümayiş etdirdi (50). 

1937-ci ilin oktyabrında Baş nazir İsmət  İnönünün istefaya göndərilməsi və 

ictimai fikirdə  Qərbpərəst siyasətə  tərəfdar kimi qəbul edilən Celal Bayarın Baş 

nazir təyin edilməsi Sovetlər tərəfindən münasibətlərin soyuqlaşması kimi qəbul 

olunurdu. Halbuki az sonra Türkiyənin rəhbərliyinə qayıdan  İ.  İnönü Sovetlərin 

ehtimalının  əleyhinə olaraq Qərblə yaxınlaşma siyasətinin  əsas müəlliflərindən 

birinə çevrildi. SSRİ Xalq Xarici İşlər Komissarlığının Yaxın  Şərq  şöbəsinin 

müdiri N.Novikovun İ.İnönü haqqında hazırladığı arayışda göstərilirdi ki, o, 

 

 

 



 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə