Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə15/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   11   12   13   14   15   16   17   18   ...   256

32 

 

 



 

kamalçıların radikal hissəsinin nümayəndəsidir, etatizmin və daxili ehtiyatlara 

arxalanmağın tərəfdarıdır. Xarici siyasətdə  İnönü Türkiyənin müstəqilliyinin 

müdafiəçisidir, Qərbə ehtiyatla yanaşmağın. SSRİ ilə dostluq münasibətlərinin 

inkişaf etdirilməsinin tərəfdarıdır. N.Novikovun arayışında göstərilirdi ki, 

Türkiyənin xarici siyasətdə orientasiyası ilə bağlı Atatürklə  İsmət paşa arasında 

mübahisə yaranmışdı. Guya, bu mübahisənin gedişində o, SSRİ-yə meyllənməyin 

tərəfdarı olaraq qalmışdı (51). 

1937-ci ilin yayında keçirilən Nion beynəlxalq konfransından sonra xarici işlər 

naziri R.Arasla Baş nazir İ.İnönü arasında başlanan ixtilaflar həmin ilin oktyabr 

ayının 25-də Baş nazirin istefası ilə sonuclandı.  Şübhəsiz ki, bu işdə Atatürkün 

yaxın  əhatəsində  və  ətrafında  İsmət paşa  əleyhinə aparılan intriqalar az rol 

oynamamışdı. 

Yeni təyin edilmiş Baş nazir Mahmud Celal Bayar Sovet xüsusi və diplomatik 

orqanları  tərəfindən iri burjuaziyanın nümayəndəsi və  Qərbin adamı kimi 

qiymətləndirilirdi. Həm də C.Bayar hərbçi deyil, mülki vətəndaş kimi Baş nazir 

vəzifəsinə təyin edilmişdi. Sovet diplomatik orqanlarının hazırladığı arayışda onun 

həyat yolu çox geniş əhatə olunmuşdu. Hələ 20-ci illərin əvvəllərindən başlayaraq 

məsul vəzifələrdə çalışan C.Bayar 1920-22-ci illərdə iqtisadiyyat naziri, 1922-23-

cü illərdə xarici işlər nazirinin müavini işləmiş 1923-cü ildə hökumət tərəfindən 

Mosul nefti barədə qeyri-rəsmi danışıqlar aparmaq üçün Avropaya göndərilmişdi. 

Lozanna konfransında o, iqtisadi məsələlər üzrə məsləhətçi olmuşdu. Dövlət işləri 

ilə yanaşı,  şəxsi biznes sahəsində  də C.Bayar istedadlı, işgüzar adam kimi 

xarakterizə edilirdi. O, 1924-cü ildə təsis edilən İş bankının əsas payçılarından, bir 

il sonra isə yeni yaradılan fransız-türk birgə "Anadolu" sığorta cəmiyyətinin idarə 

heyətinin üzvlərindən biri idi. C.Bayar 1932-ci ildə iqtisad naziri təyin edilmişdi 

və Baş nazir olana qədər bu vəzifədə çalışmışdı. SSRİ Xarici İşlər Komissarlığının 

Orta  Şərq  şöbəsinin hazırladığı materiallarda C.Bayar mürtəce daxili siyasət 

yeridən, diktatura meylli, iri burjua dairələrinin maraqlarını  təmsil edən siyasi 

xadim kimi təqdim edilirdi. Xarici siyasətdə isə o, Türkiyənin SSRİ-dən 

uzaqlaşmasının, beynəlxalq aləmdə SSRİ ilə birgə  əməkdaşlıqdan imtinanın, 

imperialist, o cümlədən faşist rejimli dövlətlərlə yaxınlaşmanın, "bitərəflik" 

siyasəti yeridilməsinin əsas tərəfdarı kimi qiymətləndirilirdi (52). 

Xalq Xarici İşlər Komissarlığının 1938-ci ilin oktyabrında C.Bayarla bağlı 

SSRİ Ali Sovetinin xarici işlər üzrə komissiyasına təqdim etdiyi məlumat 

vərəqəsində göstərilirdi: Bir tərəfdən Anadolu ticarət burjuaziyasının komprador 

elementlərlə birləşməsi prosesinin başa çatması, digər tərəfdən Türkiyədə  fəhlə 

sinfinin inkişafı  və bununla bağlı  fəhlə  hərəkatının güclənməsi Türkiyə 

hökumətinin və Türkiyə "Xalq respublikaçı 

 

 



 


33 

 

partiyanın" rəhbərliyinə Celal Bayar başda olmaqla iri burjuaziyanın gəlməsi ilə 



nəticələndi. 1937-i ildə  İsmət  İnönünün Baş nazir vəzifəsindən getməsi bu 

dəyişikliklərin nəticəsidir (53). 

Ankarada olan Sovet səfiri A.Terentiev Xarici İşlər Nazirliyinə göndərdiyi 11 

sentyabr 1938-ci il tarixli gizli məruzəsində C.Bayarı Türkiyə irticasının və 

imperialist dövlətlərin arzu və istəklərinə uyğun gəldiyini qeyd edərək yazırdı: 

"Bayar əsas qayəsi nə qədər mümkünsə o qədər tez varlanmaqdan ibarət olan yüz 

faiz möhkəm formalaşmış möhtəkir və  mənfəətpərəstdir.  İngilispərəstlərin 

təsirində olan, almanların qılığına girən Bayar Sovet rejimi təsirinə qarşı  qəti 

mübarizə aparanlardandır. Hakimiyyətə  gəlməklə o, Sovet İttifaqı haqqında 

həqiqəti bilməyə cəhd edən ictimai fikri boğmaq üçün nə lazım idisə, onu da özü 

ilə  gətirdi.  Şükrü Kaya ilə birlikdə o, dəfələrlə "xarici təbliğat" adı altında işarə 

edib ki, guya Türkiyə Respublikası üçün əsas təhlükə SSRİ tərəfdən gəlir" (54). 

Sovet səfirliyinin sonrakı  məlumatları da təxminən bu ruhda idi. Onlar səhv 

olaraq Sovet-Türkiyə münasibətlərinin sərinləşməsini C.Bayarın hakimiyyətə 

gəlməsində görürdülər. Səfir A.Terentiev xarici işlər komissarı M.Litvinova 31 

oktyabr 1938-ci il tarixli gizli məktubunda yazırdı: "İsmətlə Bayar arasında qatı 

düşmənçilik vardır. Ordu, Türk parlamentinin üzvlərinin böyük əksəriyyəti, türk 

ictimaiyyətinin radikal əhvali-ruhiyyəli hissəsi  İsmətin tərəfindədir. Atatürk 

dövründə Türkiyənin "həddindən artıq demokratik dövlət" olduğunu hesab edən 

mürtəce burjuaziya Bayarın tərəfində dayanıb. Bayara görə ölkənin yeni siyasi 

xətti faşist Almaniyası ilə daha sıx əlaqədə olmalıdır (55). 

Əslində Bayarın gəlişindən sonra faşist Almaniyası ilə Türkiyənin əlaqələrinin 

yaxşılaşması haqqında Sovet diplomatik idarələrinin açıq və gizli məlumatları, 

habelə Sovetlər Birliyində bu məsələ ilə bağlı yaranmış narahatçılıqlar həqiqətə 

uyğun deyildi. 1937-ci ildə Almaniyanın Montrö sazişinə düzəliş etmək təklifi 

Türkiyə  tərəfindən rədd edildi. Türkiyə Xarici İşlər Nazirliyi Ankaradakı Sovet 

müvəqqəti işlər vəkili Nikitnikova məlumat verdi ki, Almaniya hökuməti Boğazlar 

barəsində Türkiyə-Almaniya müqaviləsi bağlamağa təkid etsə  də, Türkiyə buna 

rədd cavabı verdi (56). 

Türkiyə bir tərəfdən həmin dövrdə aparıcı dövlətlərin çoxu kimi Almaniya və 

İtaliyanı  qıcıqlandıran addımlardan uzaq olmağa çalışırdısa, digər tərəfdən SSRİ 

ilə əvvəlki dostluq münasibətlərini nümayiş etdirməyə və bununla da Türkiyənin 

Montrödəki mövqeyinə və qarşılıqlı yardım haqda paktla bağlı danışıqlara Sovet 

rəhbərliyinin arzuolunmaz münasibətini neytrallaşdırmağa səy edirdi. Xarici işlər 

naziri R.Aras 1938-ci ilin iyulunda Terentievlə söhbətində bildirmişdi: "Türkiyə 

heç vaxt, heç bir şəraitdə Sovet İttifaqına qarşı mübarizə  cəbhəsinə qoşulmaz, 

çünki SSRİ həmin ölkədir ki, Türkiyənin ən ağır vaxtlarında silah, siyasi 

 

 



 

 

 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə