Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə22/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   18   19   20   21   22   23   24   25   ...   256

47 

 

Danışıqların gedişini yumşaldan belə  qısa mükalimədən sonra S. Saracoğlu 



yenidən SSRİ ilə pakt bağlanması məsələsinə qayıtdı. O İngiltərə və Fransa SSRİ 

əleyhinə müharibə aparacağı təqdirdə Türkiyənin hansı mövqe tutacağını izah etdi 

və  əlavə etdi ki, Sovet Ordusu Polşaya daxil olan zaman mən ingilis və fransız 

səfirlərini yanıma dəvət edib onların hökumətlərinə  məsləhət gördüm ki, Sovet 

İttifaqını Almaniya ilə  hərbi ittifaq bağlamağa təhrik etməsinlər, eyni zamanda 

İngiltərə  və Fransa ilə qarşılıqlı  münasibətlərdə Türkiyə üçün elə  şərait 

yaratmasınlar ki, mən Moskvada çətin vəziyyətdə qalım. Lakin əgər müharibə 

başlasa Türkiyə bitərəf qalacaqdır. Mən  əminəm, Stalin də belə düşünür ki, 

İngiltərə və Fransa SSRİ ilə saziş bağlamaq istəmirdilər. Lakin indi ağır dərsdən 

sonra mən  əminəm ki, ingilislər və fransızlar Sovet İttifaqı ilə razılığa gəlməyə 

meyllidirlər. Sovet-Türkiyə paktı bütün anlaşılmazlıqları tənzimləyə bilər. Bu pakt 

təkcə Türkiyə üçün deyil, ümumilikdə sülh işi üçün böyük əhəmiyyətə malik olan 

daha geniş razılaşmaların başlanğıcı ola bilər. Söhbət  İngiltərə  və Fransa ilə 

dostcasına sazişdən gedir (21). 

İ.Stalin dəqiqləşdirmək məqsədi ilə soruşdu: bizim tərəddüdlərimizə 

baxmayaraq Saracoğlu hesab edir ki, bizimlə pakt bağlana bilər? Bəli, bu mənim 

inamımdır - deyə  Ş.Saracoğlu cavab verdi. İ.Stalin isə öz növbəsində Türkiyə-

İngiltərə  və Türkiyə-Fransa paktlarında nəyinsə  dəyişməyin çətin olduğunu 

soruşduqda  Ş.Saracoğlu dedi: SSRİ ilə Rumıniya arasında münaqişə yaranarsa, 

Türkiyə kənarda qalacaq. Mən bu haqda pakta düzəliş edilməsinə razıyam. Əgər 

Sovet hökuməti desə ki, Türkiyənin hər hansı  hərəkəti bizim dostlarımız 

tərəfindən dost olmayan hərəkət kimi qiymətləndirilir, onda Türkiyə  həmin 

hərəkətdən çəkinər. O ki qaldı, düzəlişə və ya şərtə, əgər SSRİ tərəfindən adekvat 

olaraq belə bir şey təklif olunsa, mən onu qəbul edəcəyəm. Bu düzəliş demək olar 

ki, ümumi düzəliş  məzmununda olacaq. Düzəliş irəli sürməkdə ingilislər özləri 

təşəbbüs göstərdilər ki, əgər Rumıniya ilə bağlı münaqişə baş verərsə, Türkiyə ona 

kömək etməkdən imtina edə bilər.  Ş.Saracoğlunun  şərhindən sonra İ.Stalin 

məsləhət gördü ki, ingilis və fransızlarla iş görəndə yadda saxlamaq lazımdır ki, 

bu adamlar o zaman öz öhdəliklərini yerinə yetirirlər ki, həmin vaxt bu onlar üçün 

sərfəli olsun. Nə vaxt ki, onlara sərfəli deyil, onlar öz öhdəliklərini yerinə 

yetirmirlər. Məsələn, Çexoslovakiya, Polşa və digər yerlərdə olduğu kimi (22). 

Göründüyü kimi, Türkiyə tərəfindən bütün güzəştlərə baxmayaraq, Sovet tərəfi 

türklərlə qarşılıqlı    yardım haqqında müqavilə bağlamaqdan bütün vasitələrlə 

yayınır, hücum etməməklə bağlı öz üzərinə hər hansı öhdəlik götürməkdən söhbət 

belə açmaq istəmirdi. 

Şərqi Avropaya, xüsusilə Polşa, Baltikyanı ölkələrə  və Finlandiyaya 

münasibətdə Almaniya ilə razılığa gələn Sovet rəhbərliyi Balkan ölkələrinə 

münasibətdə də belə bir razılaşmanın başlanğıcını qoyduğundan 

 



48 

 

Türkiyəni Balkanlardan çəkilməyə sövq edirdi (23). İ.Stalin məsləhət görürdü ki, 



İngiltərə və Fransa ilə bağlanan paktda Balkanlarla bağlı Türkiyə öz üzərinə ciddi 

öhdəliklər götürməsin. O, bunu Türkiyənin azad fəaliyyət imkanını özündə 

saxlaması ilə izah etsə də, əslində bu tövsiyələrin arxasında, xüsusilə Rumıniya və 

Bolqarıstana münasibətdə Sovet maraqları açıq-aydın görünürdü. Hadisələrin 

sonrakı gedişi göstərdi ki, Bolqarıstan və Rumıniya ilə bağlı SSRİ faşist 

Almaniyası ilə razılığa gəlmək ərəfəsindədir. Məhz buna görə Sovetlər çalışırdı ki, 

imzalanma  ərəfəsində olan ingilis-fransız-türk sazişinin Balkanlara aid olan 

üçüncü bəndi ya çıxarılsın, ya da məsləhətləşmə xarakteri daşısın. Bununla Sovet 

tərəfi Rumıniya və Bolqarıstanda hərbi  əməliyyatlar başlanacağı  təqdirdə 

Türkiyəni bu əməliyyatlardan kənarda saxlamaqla ingilis və fransızların 

Balkanlarda fəaliyyətini məhdudlaşdırmış olurdu. İ.Stalin deyirdi: "Əgər 

Bolqarıstan Türkiyə  əleyhinə  çıxarsa, onda onu vurmaq lazımdır. Lakin digər 

hallarda Bolqarıstanı  nə üçün vurmaq lazımdır?"(24). Bunun əksinə olaraq, 

Ş.Saracoğlu belə hesab edirdi ki, əgər  İtaliya Türkiyəyə hücum etsə, yaxud 

Bolqarıstan Balkan ölkələrindən birinə hücum etsə, Türkiyə vuruşmalı olacaq. 

Onun fikrincə, Yunanıstanın işğal olunması Türkiyənin işğal olunmasına bərabər 

idi.  Ş.Saracoğlu dedi: "Yunanıstan Türkiyəyə hücum etmək üçün bir körpüdür. 

Yunanıstan bizim həyati məsələmizdir" (25). 

İ.Stalin bütün vasitələrə Türkiyəni Balkan ölkələrindən kənarda saxlamaq üçün 

belə bir fikir söylədi ki, qarşılıqlı  yardım haqqında pakt Balkanlarsız Türkiyəni, 

yəni bilavasitə Boğazlardan və Qara dənizdən hücum olacağı  təqdirdə meydana 

çıxacaq məsələləri  əhatə etsin. Balkanlarda hər hansı hadisə baş verərsə, 

məsləhətləşmələr aparılsın.  Ş.Saracoğlu bu fikrin arxasında dayanan niyyətləri 

yaxşı anladığından bildirdi ki, Balkanlardan söhbət gedəndə Avropa Türkiyəsinin 

Balkanlara aid olması nəzərə alınmalıdır (26). Türkiyə ehtiyat edirdi ki, vəziyyət 

gərginləşəcəyi halda Rumıniyaya Sovet təzyiqi güclənsin və Bolqarıstan kiminləsə 

birləşsin. Az sonra Türkiyənin bu narahatçılığı özünü doğrultdu. Sovet 

rəhbərliyinin Türkiyəni balkanlardan uzaqlaşdırmaq cəhdi ilk növbədə onunla 

bağlı idi ki, 23 avqust Sovet-Alman müqaviləsinə  əlavə olaraq elə  həmin gün 

bağlanmış dörd bəndlik gizli protokolun 3-cü bəndi məhz Bessarabiyaya aid idi. 

Molotov və Ribbentropun imzaladıqları gizli protokolda Bessarabiyaya Sovet 

iddiası  təmin edilmiş, Almaniya tərəfinin buna qarşı olmadığı  təsbit olunmuşdu 

(27). 

Nəhayət, uzun sürən mübahisələrdən sonra razılaşdırılması  nəzərdə tutulan 



Sovet-Türkiyə paktı ilə bağlı bir sıra detallar müəyyənləşdirildi. V.Molotov Sovet 

təklifini belə ümumiləşdirdi ki, İngiltərə və Fransa SSRİ-yə qarşı hücum edəcəyi 

təqdirdə Türkiyənin onlar qarşısında götürdüyü öhdəliklər həmin dəqiqə öz 

qüvvəsini itirir. Türkiyə  

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə