Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə3/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   2   3   4   5   6   7   8   9   ...   256

 

Xronoloji baxımdan bu monoqrafiya Sovet-Türkiyə münasibətlərinin 30-cu 



illərin sonundan başlayaraq 1953-cü ilə  qədərki dövrünü əhatə edir. Osmanlı 

imperatorluğu ilə çar Rusiyasının, SSRİ ilə Türkiyənin bütövlükdə 500 ildən artıq 

olan münasibətləri fonunda öyrənilən xronoloji çərçivə ilk baxışda qısa görünə 

bilər. Lakin iki ölkənin münasibətlərində müharibə  və xüsusilə ondan sonrakı 

dövrdə baş verən hadisələr öz siyasi məzmununa, beynəlxalq münasibətlərdə 

yerinə, soyuq müharibə erasının başlanmasında roluna, özündən sonrakı dövrlərə 

göstərdiyi təsirə görə Sovet-Türkiyə münasibətlərində əhəmiyyətli yer tutur. 

Birinci Dünya müharibəsindən sonra Sovet Rusiyası ilə Türkiyə arasında 

münasibətlərin bünövrəsmi Lenin və Atatürk qoymuşdular. Həmin dövrdə məğlub 

blokun içindən çıxan yeni Türkiyə ilə qalib Antantanın məğlub üzvü olan Rusiya 

arasında dostluq münasibətlərinin qurulması zamanın tələbi idi. Əlbəttə, bu 

münasibətlərin qurulmasında yaranmış beynəlxalq vəziyyətlə yanaşı, tərəflərin öz 

milli, ideoloji və sinfi maraqları da mühüm rol oynayırdı. Bütün Qərb ölkələrinə, 

qalib Atlantaya qarşı inqilabi mübarizəyə başlamış Türkiyə üçün Sovet Rusiyası 

ilə münasibətlər həyati əhəmiyyətə malik idi. Sovet Rusiyası isə Qərbdə sosialist 

inqilabının qələbəsinə ümidini itirdikdən sonra Şərqə üz çevirmişdi və Sovetlərin 

düşmənlərinə qarşı anti-imperialist müharibə aparan Türkiyəyə bolşevik 

eksperimentləri üçün əlverişli ölkə kimi baxırdı. Birinci Dünya müharibəsindən 

sonra hər iki ölkəni təhdid edən qalib ölkələrə qarşı mübarizədə maraqların 

eyniliyinə baxmayaraq Sovet Rusiyasının Mustafa Kamal paşanın simasında 

Türkiyə üçün bolşevik lideri hazırlamaq planları baş tutmadı. Antantaya qarşı 

mübarizədə sinfi maraqlara deyil, xalqın milli iradəsinə dayanan Atatürk Rusiya 

ilə yaxınlıq etsə  də, bolşevik ideyalanın ölkəyə buraxmadı. Görünür, elə bunun 

nəticəsi idi ki, Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin İstanbulu azad 

edib kamalçılara deyil, daha sol türklərə verilməsini tövsiyə edirdi. Sovet Rusiyası 

ilə münasibətlərə ciddi əhəmiyyət verən Atatürk xarici siyasət məsələlərində Qərb 

orientasiyasına daha böyük maraq göstərirdi. Boğazlar məsələsinin müzakirə edil-

diyi Lozanna konfransında Türkiyənin Qərblə  əməkdaşlıq siyasəti rəsmi kurs 

olaraq təsdiqləndi. Sovet Rusiyasının ciddi cəhdlərinə baxmayaraq Türkiyə 

Boğazlar məsələsində 1923-cü ildə  Qərb ölkələrinə bir sıra güzəştlərə getməli 

oldu. Lakin Qərblə başlanan bu əməkdaşlıq 1936-cı ildə Montrye konfransında öz 

nəticələrini verdi. Türkiyə Lozannada itirdiklərini Montryedə geri qaytardı  və 

Boğazlar üzərində tam nəzarətini, suveren hüquqlarını  bərpa edə bildi. Bu, 

Atatürkün Qərbə yönəlik siyasətinin ən mühüm nəticəsi idi. 

Birinci Dünya müharibəsindəki məğlubiyyətdən dərs alan Türkiyə  İkinci 

Dünya müharibəsində son dərəcə ağıllı və ehtiyatlı bir siyasəti zərgər dəqiqliyi ilə 

həyata keçirə bildi. Ölkəni idarə edən siyasətçilər, türk diplomatiyası hər tərəfdən 

hərbi əməliyyatlarla əhatə olunmuş Türkiyəni müharibədən itkisiz çıxara bildilər. 

Bu, Türkiyənin xarici 

  



 

siyasətinin mühüm uğuru idi. Böyük dövlətlər arasındakı ziddiyyətlərdən 



yararlanan Türkiyə  İkinci Dünya müharibəsində neytral bir siyasətə üstünlük 

verdi. Lakin müttəfiqlərin, o cümlədən Sovet İttifaqı rəhbərliyinin də müharibənin 

ağır dövründə etiraf etdiyi kimi Türkiyənin neytrallığı müttəfiqlərin maraqlarına 

uyğun neytrallıq idi. Türkiyənin  İkinci Dünya müharibəsi dövründə yeritdiyi 

siyasəti dəyərləndirən ABŞ alimi U.Bouen haqlı olaraq onu "tərəfli, fəqət 

savaşmayan ölkə" adlandırır. 

Həyatının son illərində Atatürk öz varislərinə  "şimaldan gələcək təhlükəyə 

qarşı diqqətli olunuz" deyə vəsiyyət etmişdi. Bu vəsiyyətin həyatiliyi çox keçmədi 

ki, öz təsdiqini tapdı. Türkiyəyə qarşı Sovet iddiaları dünya müharibəsinin ilk 

aylarında meydana çıxdı. 1939-1940-cı illərdə Türkiyəyə münasibətdə faşist 

Almaniyası ilə həyata keçirmək istədiklərini SSRİ sonralar müttəfiqlərlə birlikdə 

həyata keçirmək niyyətində idi. Lakin ABŞ  və xüsusilə Ankara ilə müttəfiqlik 

münasibətlərində olan Böyük Britaniya buna getmədilər. Nəticədə Türkiyə Qərb-

Şərq qarşıdurmasının ilk mübarizə meydanına çevrildi. Hələ 1944-cü ilin 

noyabrından SSRİ-də Boğazlara birgə  nəzarətin bir sıra variantlarını özündə  əks 

etdirən müxtəlif təkliflər hazırlanmağa başlandı. 1945-ci ilin martında iyirmi il 

qüvvədə olan dostluq və neytrallıq haqqında Sovet-Türk müqaviləsi ləğv edildi. 

Onun ardınca SSRİ-nin Türkiyənin ərazi bütövlüyü və suveren hüquqlarına qarşı 

yönəlmiş tələbləri irəli sürüldü. Bütün bunlar az sonra soyuq müharibənin Stalin 

dövrünü səciyyələndirən  əsəb savaşının başlanmasına gətirib çıxardı. Oxuculara 

təqdim edilən bu monoqrafiyanın əsas süjeti də məhz həmin savaşın tüğyan etdiyi 

1945-1953-cü illərin dramatik hadisələri üzərində qurulmuşdur. 

Müharibə başa çatan kimi Sovet tələbləri ilə üzləşən Türkiyə soyuq 

müharibənin həyacanını,  əsəb gərginliyini və xarici təhlükənin bütün qorxusunu 

yaşayan ilk ölkə oldu. Məhz bu qorxunun təsiri altında o, Böyük Britaniya 

təhlükəsizlik sisteminə, ABŞ-la sıx tərəfdaşlığa daha çox meyl etməyə başladı. 

Türkiyənin Trümen doktrinasının subyektinə çevrilməsi, Marşall planı üzrə 

yardımların alınmasına cəhd göstərməsi, müxtəlif regional bloklara can atması və 

nəticə etibarı ilə NATO-ya daxil olması Sovet təhdidinin bilavasitə yekunu idi. Bu 

problemi araşdıran zaman diplomatik yazışmalarda, gizli arayışlarda, dövlət 

başçıları  və siyasi xadimlərin danışıqlarında "əsəb müharibəsi", güc nümayişi

hədə-qorxu ilə diz çökdürmək, təbliğat kompaniyası ilə psixoz vəziyyət yaratmaq, 

iqtisadi çətinliklər vasitəsi ilə ölkəni daxildən çökdürmək va s. ifadələrə tez-tez 

rast gəlmək olur. Bunlar məhz soyuq müharibənin arsenalına daxil olan mübarizə 

formaları idi. 

Bütün bunlarla yanaşı, Türkiyə siyasi dairələrinin Sovet təhlükəsini mövcud 

olduğundan daha artıq dərəcədə  şişirtməsi, bu təhlükənin yaratdığı  "əlverişli 

şəraitdə" Qərbə siyasi və hərbi inteqrasiya prosesini 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə