Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə5/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   2   3   4   5   6   7   8   9   ...   256

11 

 

etməyə şərait yaratdığına görə müəllif Corc Vaşinqton Universiteti yanında ABŞ 



Milli Təhlükəsizlik Arxivinin rəhbərliyinə, habelə materialların toplanınasında ona 

yardım göstərmiş bütün arxiv idarələrinin rəhbərliyinə və əməkdaşlarına öz dərin 

təşəkkürünü bildirir. 

Müəllif bu araşdırmanın öyrənilən problemlə bağlı bütün məsələlərə tam 

aydınlıq gətirəcəyi fikrindən uzaqdır. Eyni zamanda problemin ayrı-ayrı tərəfləri 

ilə bağlı bütün sənəd və materialların dövriyyəyə  gətirildiyi iddiasında deyildir. 

Onun fikrincə, bu günə  qədər qapalı saxlanılan Türkiyə Respublikasının xarici 

siyasət sənədləri, Rusiya Federasiyasının müvafiq arxivlərinin bir sıra fondları 

açıldıqca Sovet-Türkiyə münasibətlərinin bəzi məqamlarına, soyuq müharibənin 

Yaxın Şərq hadisələrinə, Türkiyə böhranının qaranlıq tərəflərinə yenidən qayıtmaq 

lazım gələcəkdir. Bütün bunları  nəzərə alaraq, müəllif soyuq müharibənin  İran 

Azərbaycanı  və Türkiyədən başlaması barədə fikir və mülahizələrini müzakirə 

üçün açıq hesab edir və bu istiqamətdə dəqiqləşdirmələr, nəzəri ümumiləşdirmələr 

aparılmasına, geniş müzakirələr keçirilməsinə ciddi ehtiyac olduğunu bildirir. 

 



12 

 

I FƏSİL 



 

İkinci Dünya müharibəsi ərəfəsində 

Sovet-Türkiyə münasibətləri 

 

 

İki dünya müharibəsi arasındakı dövrdə Sovet-Türkiyə münasibətlərinin 



maraqlı tarixi vardır. XX əsrin 20-ci illərində oxşar tarixi talelər yaşayan hər iki 

dövlət tədricən beynəlxalq münasibətlər sistemində öz yerlərini tutmuş, ikitərəfli 

əlaqələrdən geniş beynəlxalq  əməkdaşlıq sisteminə doğru, təcrid olunmadan 

beynəlxalq təsdiqlənməyə doğru böyük tarixi yol keçmişdir. 30-cu illərin 

ortalarına qədər Sovet-Türk münasibətlərini bütövlükdə dostluq, hətta bəzi 

məqamlarda qardaşlıq münasibətləri kimi səciyyələndirmək olar. Belə ki, 15 

noyabr 1944-cü ildə SSRİ Xalq xarici işlər komissarının müavini, müharibədən 

sonrakı quruculuq və sülh müqavilələrinin hazırlanması üzrə komissiyanın sədri 

M.Litvinov Sovet-Britaniya əməkdaşlığının mümkün bazası  və perspektivləri 

haqqında hazırladığı geniş arayışda Yaxın  Şərqdə Britaniya-Rusiya 

münasibətlərinin tarixinə geniş yer vermiş  və qeyd etmişdi ki, 20-ci illərdə 

kamalçı  hərəkatı müdafiə etdiyinə, ona hərtərəfli yardım göstərdiyinə görə 

Britaniya hökuməti dəfələrlə Sovetlərdən öz narazılığını ifadə etmişdi (1). 

Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış 1921-ci il 16 mart Moskva 

müqaviləsi, yenə həmin ildə Türkiyə ilə Azərbaycan, Ermənistan, Gürcüstan Sovet 

respublikaları arasında imzalanmış 13 oktyabr Qars müqaviləsi, Türkiyə ilə 

Ukrayna SSR arasında imzalanmış 21 yanvar 1922-ci il tarixli dostluq və 

qardaşlıq haqqında müqavilələr Sovetlərlə Türkiyə arasında münasibətlərin 

möhkəm bünövrəsmi qoymuşdu. Bu müqavilələrin məntiqi davamı kimi tərəflər 

arasında 1925-ci ilin 17 dekabrında neytrallıq, hücum etməmək və düşmən 

qruplaşmalarda iştirak etməmək barəsində Paris müqaviləsi imzalandı. Bu 

müqavilənin 2-ci bəndinə görə, tərəflər öz üzərlərinə öhdəlik götürürdülər ki, 

müqavilədə olan digər tərəfə qarşı heç bir dövlətlə  və ya hər hansı üçüncü 

dövlətlər siyasi xarakterli sazişdə  iştirak etməyəcəklər (2). Əgər tərəflərdən hər 

hansı biri 6 ay qabaqdan öz münasibətini bildirməzdisə, üç il müddətinə 

imzalanmış müqavilənin müddəti avtomatik olaraq daha bir il uzanırdı. 1929-cu 

ilin 17 dekabrında müqavilənin müddəti daha iki il, 1931-ci ilin 30 oktyabrında isə 

daha beş il müddətinə uzadıldı. Tərəflər arasında münasibətlərin geniş bir dairəsmi 

hüquqi cəhətdən tənzimləyən Paris müqaviləsinin vaxtı sonrakı əlavələrlə birlikdə 

1935-ci ilin 7 noyabrında on il müddətinə uzadıldı. 1939-cu ilin 5 iyununda 

Ankarada SSRİ  səfirliyi ilə Türkiyə Xarici İşlər Nazirliyi arasındakı notalar 

mübadiləsində göstərilirdi ki, 7 noyabr 1935-ci il protokolu 17 dekabr 1925-ci il 

tarixli 

 



13 

 

Paris müqaviləsi və ona əlavə olaraq imzalanmış 17 dekabr 1929-cu il Protokolu 



və 7 mart 1931-ci il tarixli Dəniz Protokolu ilə birlikdə daha on il müddətinə (7 

noyabr 1945-ci ilə qədər) qüvvədədir. 

Yuxarıda göstərilən siyasi müqavilə  və sazişlərdən başqa arxiv sənədlərinin 

araşdırılmasından aydın olur ki, 1935-ci ilin oktyabrında Xalq Xarici İşlər 

Komissarlığı ilə Moskvadakı türk səfiri arasında "Centlmen sazişi" bağlamaq 

haqqında  şifahi razılıq  əldə olunmuşdu. Bu Saziş digər müqavilədə olan tərəfə 

qarşı yönəlmiş terroristlərin fəaliyyəti haqqında müntəzəm informasiya 

mübadiləsini özündə əks etdirməli idi (3). 

Siyasi xarakterli müqavilə  və sazişlərdən başqa tərəflər arasında iqtisadi, 

ticarət, maliyyə-kredit, sərhəd, nəqliyyat, sahil sularından istifadə, poçt-teleqraf

hərbi gəmilərin qarşılıqlı  səfərləri və s. məsələləri  əhatə edən bir sıra müqavilə, 

saziş və protokollar imzalanmışdı (4). 

Türkiyə ilə Sovet İttifaqı arasında münasibətlərin geniş dairəsmi tənzim edən 

bu müqavilə  və sazişlərlə yanaşı, Sovet tərəfi Türkiyədə gedən siyasi prosesləri 

diqqətlə izləyir və kamalçı  hərəkat  əleyhinə xüsusi xidmət orqanlarının 

məlumatlarını da həvəslə toplayırdı. Xırda istisnalarla bu fikri eyni ilə Türkiyəyə 

də şamil etmək olar. Qərbdə sosialist inqilabının qələbə çalacağına ümidini itirən 

rus bolşevikləri 20-ci illərdə daha çox Şərq ölkələrində bolşevizmin yayılacağına, 

İranda və Türkiyədə antiimperialist hərəkatın sosialist inqilabı ilə nəticələnəcəyinə 

ümid bəsləyirdilər. Mustafa Kamal paşanın simasında Türkiyədə "bolşevik lideri" 

yaratmaq  əlbəttə ki, Sovetlərin planına daxil idi. Lakin Mustafa Kamal paşanı 

müdafiə etmək adı altında "onu həmişə öz təsirində saxlamaq" Sovetlərə  nəsib 

olmadı (5). Hələ 20-ci illərin  əvvəllərində kamalçılar belə  qənaətə  gəldilər ki

Sovet Rusiyası ilə ittifaq zəruri olsa da, təhlükəlidir. Onlar belə hesab edirdilər ki, 

kommunist quruluşuna rəğbət bəsləyən bütün müəssisələri, klubları  və 

kitabxanaları tezliklə bağlamaq, Antanta ilə danışıqların, hətta Sovet Rusiyası ilə 

münasibətləri kəsmək lazım gələrsə belə, uğurla başa çatmasına nail olmaq 

lazımdır (6). Xüsusilə Kamal paşanın kommunizmi mikrobları bütün dünyanı 

bürüyən keçici xəstəlik adlandırması rusların türk millətçiləri ilə  əməkdaşlığın 

perspektivinə inamlarını azaltmışdı. Sovet Rusiyasının xarici işlər komissarı 

G.Çiçerin Rusiya Koramunist (bolşevik) partiyası Qafqaz Diyar Komitəsinə  -

Eliavaya yazırdı: Biz gənc türklər ilə  nə müdafiə, nə  də hücum haqda ittifaq 

bağlamırıq, aydındır ki, bu, İngiltərə ilə saziş  məsələsində bizim əl-qolumuzu 

bağlayar. Biz türk imperializmini şirnikləndirmək fikrində deyilik (7). Çox 

sonralar, 1953-cü ilin yanvarında SSRİ Xarici İşlər Nazirliyində arayış hazırlanan 

zaman dostluq və qardaşlıq haqqında Türkiyə ilə Sovet Rusiyası arasında 16 mart 

1921-ci il müqaviləsinin imzalandığı dövrün siyasi şəraiti haqqında keçmiş arxiv 

sənədlərinə istinadən  İ.Lakomski yazırdı ki, Türkiyənin gənc Kommunist 

Partiyasının yüksələn 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə