Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə6/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   2   3   4   5   6   7   8   9   ...   256

14 

 

təsirindən ehtiyat edən kamalçılar 1920-ci ilin sonu, 1921-ci ilin əvvələrində 



kommunistlərə qarşı mübarizəni gücləndirdilər. 1921-ci ilin yanvarında M.Sübhi 

15 həmkarı ilə birlikdə Bakıdan qayıdarkən Trabzon yaxınlığında öldürüldü (8). 

Bu hadisədən sonra Kommunist Partiyası və ona yaxın təşkilatlar qanundan kənar 

elan edildilər. Atatürk başqalarından daha tez kommunist ideyasının Türkiyə üçün 

məhvedici olduğunu başa düşdü və tezliklə kommunistpərəst qüvvələrin 

fəaliyyətini qadağan etdi. Ölkənin avropalaşdırılması onun siyasətinin üstün 

istiqamətinə çevrilməyə başladı. 

Lakin qeyd edilən ayrı-ayrı epizodlara baxmayaraq, tərəflər bir-birinə 

münasibətdə təmkinli davranmaq, bir-birinin maraqlarını gözləmək siyasətini 30-

cu illərin ortalarına qədər qoruyub saxlaya bildilər. 30-cu illərdə beynəlxalq 

vəziyyətin gərginləşməsi, müharibə təhlükəsinin artması Türkiyəni daha ehtiyatlı 

xarici siyasət yeritməyə  məcbur edirdi. Türkiyənin Brian-Kelloq paktına 

qoşulması, bu paktla bağlı Moskva protokolunu imzalaması, təcavüzkarın 

müəyyən edilməsi barədə London konvensiyasına qoşulması, Balkan Antantası 

paktını  və Saadabad müqaviləsini bağlaması, Boğazlar məsələsi barədə Montrö 

sazişinin aparicı dövlətinə çevrilməsi onun Qərblə münasibətlərini xeyli dərəcədə 

yaxşılaşdırdı. Bütövlükdə bu siyasət Türkiyəni Britaniya maraqları cazibəsinə cəlb 

etdi. Sovet İttifaqı ilə dostluğa böyük əhəmiyyət verən Türkiyə Respublikasının 

birinci prezidenti Mustafa Kamal Atatürk eyni ilə Rusiyanın güclənməsinə də çox 

ehtiyatla yanaşırdı. Hələ 1932-ci ildə Almaniyada faşizmin hakimiyyətə can atdığı 

dövrdə Atatürk dünyada gedən prosesləri təhlil edərək demişdi ki, Avropanı işğal 

etmək iqtidarında olan güclü alman ordusu yaradıldıqdan sonra 1940-1946-cı 

illərdə alovlanacaq müharibədə  nə  İngiltərə, nə Fransa, nə  də Almaniya deyil, 

məhz bolşevizm qalib olacaqdır. Bolşeviklər təkcə Avropanı deyil, Asiyanı da 

təhdid edən başlıca qüvvə olacaqdır (9). 

Montrö konfransı  və bu konfransın yekunu kimi imzalanmış saziş Sovet-

Türkiyə münasibətlərində xüsusi bir mərhələdir. XVIII yüzildən başlayaraq 

Rusiyanın Qara dənizə  çıxmaq, Bosfor və Dardanell boğazlarına sahib olmaq 

arzuları onun xarici siyasətinin üstün istiqaməti kimi diqqəti cəlb edir. Birinci 

Dünya müharibəsində Osmanlı imperatorluğunun məğlub olması Boğazlar 

məsələsində Rusiyanın arzularının gerçəkləşməsi üçün əlverişli şərait yaratmışdısa 

da, Rusiya qalib Antantanın məğlub üzvü olduğundan bu şəraitdən istifadə edə 

bilməmişdi. 

Birinci Dünya müharibəsindən sonra Boğazlar məsələsi hüququ cəhətdən 

Lozanna konfransında tənzim edildi. Lozanna konfransında ruslar belə hesab 

edirdilər ki, Boğazlar Türkiyə istisna olmaqla bütün ölkələrin hərbi gəmilərinin 

üzünə bağlı olmalıdır. Onların təqdim etdiyi layihəyə görə yalnız müstəsna 

hallarda Türkiyə hökuməti xüsusi dekretlə, 

 



15 

 

ayrılıqda götürülmüş halda yüngül hərbi gəmilərin boğazlardan hər iki tərəfə 



keçməsinə icazə verə bilərdi, bu şərtlə ki, həmin səfərlər hərbi məqsədlər 

daşımasın. Müharibə zamanı isə boğazlar Türkiyə istisna olmaqla bütün ölkələrin 

gəmilərinin üzünə bağlı olmalı idi. Ən nəhayət, Türkiyə boğazları 

möhkəmləndirmək və oranı  hərbirləşdirmək hüququ əldə etməli idi ki, 

Konvensiyanın qaydalarının yerinə yetirilməsinə  nəzarət edə bilsin və bu barədə 

Konvensiya iştirakçıları qarşısında öhdəlik götürmüş olsun. Bu prinsiplərin 

Lozannada müdafiə olunması Sovetlərin Türkiyənin maraqlarını qorumaqdan daha 

çox öz təhlükəsizliyini təmin etmək zərurətindən irəli gəlirdi. Əgər bu təkliflərlə 

Rusiya Qara dənizdən digər dənizlərə keçmək imkanlarını itirirdisə, digər tərəfdən 

Sovetlərə düşmən olan ölkələrin hərbi donanmalarının Qara dənizə keçmək 

cəhdlərinin də qarşısını almış olurdu (10). Hətta Sovet Rusiyası Ankaraya təzyiq 

göstərmək yolu ilə Lozannada müttəfiq kimi çıxış etməyə onu razı salmaq fikrində 

idi. Rusiyanın xarici işlər koraissarı G.Çiçerin Lozannadan Moskvaya L.Karaxana 

yazırdı: "Ankaraya göstərmək lazımdır ki, əgər türk hökuməti bizim əleyhimizə 

olsa, biz özümüz müdafiənin digər vasitəsini tapacağıq" (11). Lakin bütün bu 

təzyiqlərin elə bir nəticəsi olmadı. Türklər Lozannada ingilislərə güzəştə getdilər 

və ingilis layihəsi  əsas kimi qəbul olundu. Bu layihənin mahiyyəti isə iki 

prinsipdən ibarət idi: "Boğazlar azadlığı" və "Boğazlar zonasının 

demilitarizasiyası". 

Boğazlar məsələsində Türkiyənin Lozannada Sovet təkliflərini müdafiə 

etməməsi bir tərəfdən onunla bağlı idi ki, Türkiyə  həmin dövrdə  boğazlar 

üzərində  təkbaşına nəzarət etmək iqtidarına malik deyildi. Digər tərəfdən Sevr 

müqaviləsindən imtina etmiş Türkiyə öz müstəqilliyinin beynəlxalq tanınmasına 

cəhd edirdi və buna uyğun olaraq milli mücadilə nəticəsində bərpa olunmuş milli 

hüdudlar Lozannada təsdiq olundu. Lozanna müqaviləsi xarici dövlətlərin 

Türkiyənin daxili işlərinə müdaxilərinə son qoydu. Ona görə  də Lozanna 

müqaviləsi boğazlar məsələsində müəyyən güzəştlərə baxmayaraq, türk 

diplomatiyasının qələbəsi kimi qiymətləndirilə bilər. Heç şübhəsiz ki, Sovetlərlə 

eyni mövqedən çıxış edib beynəlxalq cəhətdən təcrid olunmuş vəziyyətdə qalmaq 

Türkiyə üçün ağır nəticələr verə bilərdi. 

Lakin Türkiyənin beynəlxalq vəziyyəti möhkəmləndikdən, ölkə daxilində 

Atatürk islahatları öz uğurlu nəticələrini verdikdən sonra Türkiyə yenidən 

boğazlar məsələsinə qayıtdı. 1933-cü ildən başlayaraq Türkiyə hökuməti dəfələrlə 

Lozanna sazişinin boğazların silahsızlaşdırılması ilə bağlı hissəsinə baxılmasının 

zəruriliyi barəsində öz fikrini bildirmişdi. Lakin İngiltərə hər dəfə bunun əleyhinə 

olmuşdu. Lakin 30-cu illərin ortalarında cərəyan edən hadisələr  İngiltərənin öz 

etirazını geri götürməsi ilə nəticələndi. 1936-cı ilin 11 aprelində Türkiyə hökuməti 

Lozanna 


 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə