Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə8/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   4   5   6   7   8   9   10   11   ...   256

18 

 

v) onların gəlişində maraqlı olan dövlət Türkiyə hökumətini bir ay qabaq 



məlumatlandırmalıdır; 

q) Qara dənizə səfər müddəti bir aydan artıq olmamalıdır; 

d) boğazlardan keçiş dayanacaqsız olmalıdır; 

e) eyni zamanda Qara dənizdə ikidən artıq sualtı qayıq ola bilməz; 

ə)  əgər Türk donanması  Mərmərə  dənizindəki bazalarında deyilsə, eyni 

zamanda boğazlardan ümumi su tutumu 7 min tonnadan artıq olan eskadra keçə 

bilməz; 

j) Türkiyə hökumətinin razılığı ilə səfər edən eskadranın tərkibində dəyişiklik 

edib bilər, eyni zamanda 28 min ton su tutumu olan gəmi də boğazlardan buraxıla 

bilər, bu şərtlə ki, Qara dənizə səfər edən heyətin tərkibi yalnız bir gəmidən ibarət 

olacaqdır. 

3) Qara 


dəniz dövlətlərinə  gəlincə, onların gəmiləri də qeyri-qara dəniz 

dövlətlərinin donanması üçün müəyyən edilmiş normalara uyğun olmalıdır, yalnız 

bir fərqlə ki, Qara dəniz dövlətlərinə məxsus gəmilər Qara dənizdən çıxan və Qara 

dənizə qayıdan zaman su tutumundakı  məhdudlaşdırmanın minimum həddinə 

riayət etməlidir. 

4) Aviasiya 

konvensiyadan 

çıxarılır;  türk suları  və türk əraziləri üzərindən 

uçuşlar Türkiyə qanunlarına tabe edilir (17). 

Bu məsələ ilə bağlı Türkiyə hökuməti ilə danışıqların sonrakı gedişi Sovet 

nümayəndəsi B.S.Stomonyakovun M.Litvinova məktubunda daha aydın formada 

açıqlanır. Sovet tərəfi müəyyən düzəlişlər və  şərtlər daxilində Türkiyənin irəli 

sürdüyü təkliflərlə razılaşdığını bildirirdi. B.S.Stomonyakov yazırdı: "Biz Türkiyə 

hökumətinin təkliflərini müzakirə edib Karaxana aşağıdakı cavabı verdik: Biz 

göstərdik ki, əgər türklər bu layihəyə bizim düzəlişlərimizlə razılaşsalar, Türkiyə 

hökumətinin layihəsini  əsas kimi qəbul etməyə hazırıq. Biz konfransda bizim 

ümumi mövqelərimizi birlikdə müdafiə edəcəyik. Ona görə biz Karaxana təklif 

etdik ki, bu məsələ barəsində türklərlə möhkəm razılaşsın ki, onlar da, biz də 

Sovet və Türkiyə nümayəndələrinin başçıları öz aralarında qabaqcadan razılığa 

gəlmədən bu mövqelərdə dəyişiklik etməyəcəklər" (18). Türkiyə layihəsinə sovet 

tərəfi aşağıdakı düzəlişləri təklif edirdi. Sovet düzəlişlərinə görə o ölkələrin 

gəmiləri Qara dənizə  səfər edə bilərdi ki, həmin ölkə heç bir ölkə ilə müharibə 

vəziyyətində olmasın. Bu düzəliş ancaq qeyri-qara dəniz ölkəsinə şamil edilirdi və 

dəqiqləşdirilirdi ki, səfər eskadranı  qəbul edən Qara dəniz ölkəsi ilə 

razılaşdırılmalıdır və onun tərkibi bir kreyser, dörd mina daşıyan gəmidən artıq 

olmamalıdır. 

Sovet tərəfi belə hesab edirdi ki, sualtı qayıqlar Qara dənizə buraxılmamalıdır. 

Onlar Karaxana bildirmişdilər ki, bu məsələ ilə bağlı R.Arasın mülahizələri 

əsaslandırılmış deyildir. Hətta taktiki mülahizələrə görə, onlar qabaqcadan belə bir 

güzəştə getməyi məqsədəuyğun saymırdılar. Sovet tərəfi qeyd edirdi ki, əgər 

Montrö konfransında hər hansı bir 

 



19 

 

 



nümayəndə heyəti sualtı qayıqların buraxılmasını  tələb etsə bizim türklərlə 

vaxtımız olacaq ki, bu təklifə necə reaksiya verməyi müzakirə edək, halbuki, 

konfransda bir sıra digər təkliflər də irəli sürüləcəkdir Sovet tərəfi məlumat üçün 

Karaxana bildirmişdi ki, ümumiyyətlə, sualtı qayıqların Qara dənizə 

buraxılmasının əleyhinədirlər. 

Sovet düzəlişlərinə görə Qara dənizə buraxılan eskadranın ümumi su tutumu 

25 min tondan artıq olmamalı idi. Bu düzəliş  həm də onunla bağlı idi ki, Qara 

dənizdə Sovetlərin bu tonnajdan yuxarı su tutumu olan gəmisi yox idi. Səfərin 

başlanmasından bir ay qabaq Türkiyə hökumətinin məlumatlandırılması məsələsi 

ilə bağlı Sovet tərəfi təklif edirdi ki, "bu reqlamentin bütün digər şərtlərinə riayət 

edilməklə" ifadəsi bu bənddə  əks olunmalıdır. Bu ifadə altında Sovetlər səfərin 

qəbul edən tərəflə - yəni Qara dəniz ölkələri ilə razılaşdırılmasını nəzərdə tuturdu. 

Eyni zamanda Sovet tərəfi belə hesab edirdi ki, səfər edən eskadranın Qara 

dənizdə iki həftəyə qədər qalması arzuolunandır. 

Qara dəniz dövlətlərinə gəldikdə isə Sovet hökuməti adından Karaxana tapşırıq 

verilmişdi ki, Qara dəniz dövlətlərinin sualtı gəmiləri və aviasiyası istisna olmaqla 

hərbi gəmilərinin boğazlardan hər iki istiqamətə azad hərəkət etmək hüququnun 

saxlanmasına təkid etsin. Karaxana təklif edilmişdi ki, türklər qarşısında bu 

məsələni qoysun ki, biz Türkiyənin boğazlarda tam suverenliyinin bərpa edilməsi 

haqda tezisi bütün vasitələrlə müdafiə edəcəyik, eyni zamanda bizim 

maraqlarımızın dost Türkiyə  tərəfindən nəzərə alınacağına ümid bəsləməkdə  də 

özümüzü haqlı sayırıq. Müharibə dövründə isə Türkiyə bitərəf qalacağı  təqdirdə 

Sovet hökuməti Türkiyə  və Millətlər Cəmiyyətinin qərarı ilə  təcavüz qurbanı 

olanlara kömək hadisəsi istisna olmaqla, Boğazların bütün ölkələrin hərbi gəmiləri 

üçün bağlanmasına tərəfdar idi (19). Sənəddə deyildiyi kimi, Sovet tərəfi 

təkliflərinin qəbul edibcəyinə ümid edirdi və belə hesab edirdi ki, Türkiyə 

hökumətinin onların təkliflərinə etirazı "Moskvanı heyrətləndirə bilər". 

Sovet düzəlişləri müzakirə edilən zaman xarici işlər naziri R.Aras kiçik 

istisnalarla bu düzəlişlərlə  əsasən razılaşdı. Ankaradakı müvəqqəti işlər vəkili 

L.Karaxan SSRİ Xalq Xarici İşlər Komissarlığına göndərdiyi məlumatda Türkiyə 

tərəfinin Sovet düzəlişləri ilə razılaşdığını göstərirdi. O yazırdı: "Aras layihədə hər 

hansı dəyişikliklərin bizimlə razılaşdırılmasına tərəfdardır. Qara dənizə daxil olan 

gəmilərin ümumi su tutumunun 25 min tondan artıq olmaması ilə Türkiyə  tərəfi 

razılaşır və onlar qəbul edirlər ki, maksimal su tutumuna malik bir gəminin 

boğazlardan keçməsi istisna edilməlidir. Qeyd etmək lazımdır ki, sonuncu məsələ 

ilə bağlı hələ Sovet düzəlişlərini almazdan əvvəl Karaxan Arasla razılığa gəlmişdi. 

R.Aras Sovet müvəqqəti işlər vəkilinin belə bir dəlili ilə razılaşmışdı ki, qeyd 

edilən maksimum su tutumuna malik bir böyük gəmi Qara dənizə 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə