Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə9/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   5   6   7   8   9   10   11   12   ...   256

20 

 

daxil  olduqdan  sonra,  sahilyanı  dövlətlərdən,  məsələn  Bolqariyadan yardımçı 



gəmilər ala bilər. 

Sualtı qayıqların layihədən çıxarılması ilə R.Aras razılaşdı, lakin bildirdi ki, 

əgər yeni sazişin taleyi bundan asılı olsa, o, konfransda bu məsələ ilə bağlı güzəştə 

getmək məcburiyyətində qalacaq. Qara dənizə  səfər edən gəmilərin səfər 

müddətinin iki həftəyə  qədər endirilməsi də Türkiyə  tərəfini qane edirdi. 

L.Karaxanın məlumatında göstərilirdi ki, Qara dənizə  səfər ancaq Qara dəniz 

ölkələrindən birinə ola bilər və bu səfərin həmin ölkə ilə razılaşdırılması layihədə 

dəqiqləşdiriləcəkdir. Türkiyə  tərəfi Moskvanı daha çox narahat edən Qara dəniz 

ölkələri gəmilərinin Boğazlardan keçməsinə  məhdudiyyət qoymaq fikrində 

deyildi. Lakin R.Arasın fikrincə elə formula fikirləşmək lazım idi ki, bu formula 

digər dövlətlərə Boğazlardan keçmək üçün müəyyən olunmuş limitin artırılmasını 

tələb etməyə əlavə dəlil verməsin. R.Aras bildirmişdi ki, o, bu məsələni İsmət paşa 

ilə müzakirə etməlidir. Məsələn, R.Aras belə bir formula təklif edirdi ki, əgər Qara 

dəniz ölkələrinə  məxsus gəmilər boğazları  tək-tək keçərlərsə, gəmilər üçün su 

tutumu məhdudlaşdırılması Boğazları keçən Qara dəniz donanması  gəmilərinə 

şamil edilməsin. Taktiki mülahizələrə görə, R.Aras təklif etmişdi ki, bu formulanı 

indi layihəyə  əlavə etmək lazım deyildir. O, belə hesab edirdi. ki, əldə edilmiş 

razılığa əsasən bu təklif konfransın gedişinə daha uyğun vaxtda irəli sürülməlidir. 

L.Karaxan Moskvaya göndərdiyi məlumatda yazırdı ki, R.Aras müharibə 

dövründə Boğazların bağlı olması barədə bizim fikrimizə tərəfdar olduğunu elan 

edib, lakin bu məsələ barədə o, İsmətlə əlavə danışmalıdır. Aras təklif edir ki, bu 

məsələni sazişin özünə deyil, danışıqlar protokoluna və ya xüsusi protokola daxil 

etmək lazımdır. Ən nəhayət, Türkiyənin xarici işlər naziri təklif edirdi ki, Millətlər 

Cəmiyyəti ilə pakta uyğun olaraq Boğazlara münasibətdə Türkiyənin neytrallığa 

riayət edəcəyi barədə bənd sazişə daxil edilməlidir (20). 

R.Arasın sovet düzəlişlərini dəyərləndirən zaman irəli sürdüyü bir sıra 

mülahizələr SSRİ Xalq Xarici İşlər Komissarlığında bir daha təhlil edildi. Türkiyə 

tərəfinin Qara dəniz dövlətlərinə  məxsus gəmilərin Boğazlardan azad şəkildə 

keçməsi barədə Sovet təklifini layihəyə daxil etməyin  əleyhinə olması Rusiya 

tərəfinin narazılığına səbəb olmuşdu. Onlar belə hesab edirdilər ki, R.Arasın bu 

məsələni danışıqların "taktikası" ilə  əlaqələndirməsi inandırıcı deyildir. Sənəddə 

göstərilirdi: məsələnin belə qoyuluşu bizi vadar edir ki, türklərin artıq bu işdə 

ingilislərlə razılığa gəlməsindən şübhələnək. B.S.Stomonyakov iyun ayının 11-də 

M.Litvinova yazırdı: Hər ehtimala qarşı biz hesab edirik ki, Qara dəniz dövlətləri 

barədə bənd konfransda irəli sürülməməlidir, məhz türk layihəsinin əsas mətninə 

daxil olmalıdır. Əgər Türkiyə hökuməti indi bu bəndi öz layihəsinə daxil 

 

  



21 

 

etmək istəmirsə, belə  təsəvvür yaranır ki, türklər  ən azı bu məsələdə maraqlı 



deyillər və konfransda bunu müdafiə etməyəcəklər (21). Ona görə Karaxana 

tapşırıq verildi ki, R.Arasın qarşısında bu məsələni qəti şəkildə qoysun və lazım 

gələrsə,  İsmət paşa ilə görüşsün. Həm də SSRİ Xarici İşlər Komissarlığı  İsmət 

paşa ilə görüşü ona görə  zəruri bilirdilər ki, onlar Türkiyə layihəsində R.Arasla 

razılaşdırılan dəyişiklikləri Baş nazirin dilindən eşitmək istəyirdilər (22). 

Boğazlar məsələsinə dair Montrö konfransı 1936-cı ilin iyun ayının 22-də işə 

başladı. Konfransda Türkiyə, SSRİ, Bolqarıstan, Rumuniya, Fransa, İngiltərə, 

Yaponiya, Yunanıstan, Yuqoslaviya və Avstraliyanın nümayəndələri iştirak 

edirdilər. Elə ilk iclasda Türkiyə hökumətinin Boğazlar rejimi haqda hazırladığı 

yeni saziş layihəsi müzakirəyə təqdim edildi, 5 hissə və 13 maddədən ibarət olan 

Türkiyə layihəsi 23 iyun iclasında müzakirə üçün əsas kimi qəbul edildi. 

Layihənin birinci hissəsi ticarət gəmiçiliyinə, ikinci hissəsi hərbi gəmilərin və 

yardımçı  gəmilərdən ibarət köməkçi hərbi donanmanın Boğazlardan keçmə 

şərtlərinə, üçüncü hissə Boğazlar üzərindən aviasiya uçuşlarının qadağan 

edilməsinə, dördüncü hissə Boğazlar üzərində Türkiyənin suveren hüquqlarının 

təsdiqinə, beşinci hissə isə Sazişin müddəti və onun təsdiq edilməsi qaydasına aid 

idi. Avropada və dünyada hərbi gərginliyin artdığı, Aralıq dənizində  və 

Balkanlarda  İtaliya təcavüzünün genişləndiyi bir dövrdə Boğazların 

remilitarizasiyası (yenidən hərbiləşdirilməsi - C.H.) Türkiyə üçün həyati 

əhəmiyyətli məsələ idi. Ərazisinin bir hissəsi olan Bosfor və Dardanelldə 

Türkiyənin suveren hüquqlarının bərpa edilməsinə, Boğazların xarici təcavüzdən 

etibarlı müdafiə sisteminin qurulmasına nail olmaq Montrö konfransında Türkiyə 

diplomatiyasının başlıca strateji hədəfi idi. Bu hədəfə isə konfransda iştirak edən 

böyük dövlətlərin, ilk növbədə isə Sovet İttifaqı ilə  İngiltərənin maraqlarını 

uzlaşdırmaq yolu ilə çatmaq olardı. 

Gözlənildiyi kimi, Montrö konfransında  əsas mübarizə Sovet və  İngiltərə 

nümayəndələri arasında başlandı. Konfransdakı müzakirələrdə  və texniki 

komissiyadakı mübahisələrdə ingilis və sovet mövqeləri bir çox məsələlərdə 

toqquşmağa başladı.  İngilis nümayəndələri bəyan etdilər ki, onlar Qara dənizi 

"açıq və beynəlxalq dəniz" hesab edirlər. M.Litvinov isə öz çıxışında bunun 

düzgün olmadığını, qəbuledilməzliyini və Qara dənizin xüsusi coğrafi vəziyyətə 

malik olduğunu, habelə mütləq mənada azad sayılan dənizlər haqqında 

təsəvvürlərin Qara dənizə şamil edilməsinin mümkünsüzlüyünü qeyd etdi. Fransa 

nümayəndə heyətinin başçısı Pol Bonkur bu məsələdə belə bir güzəştli variant 

tapdı ki, Qara dəniz hüquqi baxımdan açıq dənizdir, lakin coğrafi baxımdan xüsusi 

mövqedədir. Türkiyə nümayəndəsi  R.Aras  öz  çıxışında Qara dənizin "xüsusi 

mövqe"də olmasını  qəbul etdi. Mübahisələrin gedişində yalnız Yaponiya 

nümayəndələri sahilyanı və qeyri-sahilyanı dövlətlərin Qara dənizdə və 

 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə