Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə7/256
tarix06.02.2018
ölçüsü4,41 Mb.
#26776
1   2   3   4   5   6   7   8   9   10   ...   256

16 

 

Konvensiyasını imzalamış dövlətlərə nota ilə müraciət edərək Konvensiyanın 



qərarlarına yenidən baxmaq təklifi ilə çıxış etdi. Notada deyilirdi ki, Türkiyə sülh 

və müharibə dövründə ticarət gəmilərinin Boğazlardan azad keçidini saxlamağa 

hazırdır və eyni zamanda tələb edirdi ki, Boğazlarda möhkəmlənmək hüququ ona 

qaytarılmalı, Türkiyə ərazilərinin toxunulmazlığını təmin etmək üçün Boğazların 

təhlükəsizliyi tənzim edilməlidir (12). Türkiyənin belə mövqeyi Avropada siyasi 

və  hərbi  şəraitin dəyişməsi ilə izah olunurdu. Türkiyə  tərəfi bu fıkirdə idi ki, 

Lozanna Konvensiyasını imzalayan zaman hərbi gəmilərin boğazlardan keçməsinə 

ona görə razı olmuşdu ki, həmin dövrdə Avropada tərksilah prosesi gedirdi və 

bütün ölkələrin silahlı qüvvələri daha az təhlükəli idi. Lakin son illər Aralıq 

dənizində vəziyyət köklü şəkildə dəyişilmiş, narahatlıq artmış, proseslər təhlükəli 

xarakter almışdır. 

Beynəlxalq vəziyyətin gərginləşdiyi bir şəraitdə doğrudan da Lozanna 

müqaviləsi Türkiyənin təhlükəsizliyinə cavab vermirdi. Türkiyənin Boğazlarda 

hərbi qüvvə saxlaya bilməməsi, xarici dövlətlərin dəniz qüvvələrinin qeyri-

məhdud sayda Boğazlardan keçməsi Türkiyəni hər an təhlükə qarşısında qoyurdu. 

Ölkə gözlənilməz vəziyyətlə üzləşə bilərdi. 

Boğazlar məsələsinə baxılmasında maraqlı olan Sovet tərəfi Türkiyənin 

asından narazı idi. Bu narazılıq ilk növbədə onunla bağlı idi ki, Türkiyə bütün 

digər ölkələrə öz təkliflərini SSRİ ilə razılaşmadan göndərmişdi. Sovet tərəfi belə 

hesab edirdi ki, notanın göndərilməsi faktı  və onun mətni Sovetlərlə müzakirə 

edilməli idi. Lakin Sovet tərəfi öz narazılıqlarını açıq  şəkildə büruzə vermədi. 

SSRİ Xarici İşlər Komissarlığı 1936-cı ilin aprel ayının 16-da Moskvadakı 

Türkiyə səfiri Z.Apaydına təqdim etdiyi cavab notasında göstərirdi ki, Türkiyənin 

öz ərazilərinin təhlükəsizliyini təmin etməyə yönəlmiş cəhdləri qanunauyğundur. 

Sovet hökuməti cavab notasında Türkiyənin təhlükəsizliyinin təmin edilməsi 

maraqlarına və bu ərazidə sülhün və sabitliyin təmin edilməsinə uyğun olaraq 

Boğazlar məsələsi ilə bağlı danışıqlarda iştirak etməyə hazır olduğunu bildirdi 

(13). 


Sovetlərin belə mövqeyi səfir Z.Apaydın tərəfindən məmnunluqla qarşılandı 

və cavab notası tezliklə Ankaraya çatdırıldı. Qeyd etmək lazımdır ki, Z.Apaydın 

Sovet  İttifaqına loyal münasibət bəsləyən təcrübəli diplomat idi. O, bir müddət 

Londonda səfir işləmiş, 1925-ci ilin mayında isə birinci dəfə SSRİ-yə səfir təyin 

edilmişdi. Onun Moskvadakı birinci missiyası 1927-ci ilin noyabrına qədər davam 

etmişdi. Elə  həmin il Apaydın üçüncü məclisə Diyarbəkirdən millət vəkili 

seçilmiş, əvvəl Məclisdə xarici işlər komissiyasına başçılıq etmiş, 1935-ci ilə kimi 

isə İ.İnönü kabinetində müdafiə naziri vəzifəsini tutmuşdu. 1935-ci ilin iyununda 

isə yenidən Moskvaya səfir təyin edilmişdi. Z.Apaydının Moskvada ikinci 

missiyası 1939-cu ilin avqustuna qədər davam etmişdi. Türkiyə ilə SSRİ arasında  




17 

 

17 dekabr 1925-ci il müqaviləsinin, 15 mart 1927-ci il ticarət müqaviləsinin 



imzalanmasında, Sovet və Türkiyə xarici işlər nazirlərinin 1927-ci ildə Odessada 

keçirilən görüşlərində bilavasitə iştirak etmişdi. 1935-ci ildə V.Molotovla görüşdə 

Z.Apaydın Türkiyə üçün üç milyon rubl kredit almağa nail olmuşdu (14). 

Türkiyənin 11 aprel notası ilə bağlı qeyd etmək lazımdır ki, may ayının 2-nə 

qədər İtaliya istisna olmaqla maraqlı dövlətlərin hamısı Lozanna Konvensiyasına 

yenidən baxılması üçün konfrans çağırılmasına razı olduqlarını bildirmişdilər (15). 

Xarici işlər naziri R.Aras və nazirliyin baş katibi N.Menemençioğlu gələcək 

konfransın iştirakçısı olan dövlətlərin paytaxtlarına səfərlər etmiş  və onun 

çağırılması ilə bağlı mühüm məsələləri maraqlı dövlətlərlə razılaşdırmışdılar. 

Konfransın Millətlər Cəmiyyəti  Şurasının 1936-cı il iyun sessiyasından sonra 

Montrö  şəhərində keçirilməsi barədə may ayının sonunda R.Arasla M.Litvinov 

arasında razılıq əldə edilmişdi. Eyni zamanda Türkiyədəki Sovet müvəqqəti işlər 

vəkili L.Karaxan göstəriş almışdı ki, Türkiyə hökuməti ilə danışıqlara başlayıb 

onların qarşıdakı konfransda yeridəcəkləri xətti aydınlaşdırsın. 

Montrö konfransına hazırlığın gedişində ilkin olaraq Sovet hökuməti öz 

nümayəndələrinə tövsiyə etmişdi ki, Boğazlarda hərəkətlə bağlı Qara dəniz ölkəsi 

olan və olmayan dövlətlərin hərbi gəmilərinə münasibətdə  fərqli yanaşma xətti 

əsas götürülməlidir. Sovet mövqelərini özündə  əks etdirən sənəddə göstərilirdi: 

Qara dəniz ölkəsi olmayan dövlətlərin bütün növdən olan hərbi gəmiləri üçün dinc 

dövrdə Qara dəniz boğazlarından keçməsi qadağan edilir, müstəsna hal kimi 

vuruşmayan dövlətin bir kreyser və dörd esminesdən artıq olmayan tərkibdə 

suüstü gəmilərinin dostluq səfərlərinə icazə verilir. Sənəddə daha sonra qeyd 

edilirdi ki, müharibə zamanı Türkiyə istisna olmaqla bütün dövlətlərin hərbi 

gəmilərinin boğazlardan keçməsi qadağan edilir, digər dövlətlərin (o cümlədən 

Qara dəniz dövlətlərinin) hərbi gəmilərinin boğazlardan keçməsinə Millətlər 

Cəmiyyətinin sanksiyası ilə o halda icazə verilir ki, bu özünü-müdafiə  və ya 

təcavüzə məruz qalmış dövlətə kömək göstərmək xarakteri daşısın (16). 

Bu təlimata uyğun olaraq Sovet müvəqqəti işlər vəkili L.Karaxan ilkin olaraq 

Ankarada Türkiyə Xarici işlər naziri R.Arasla fikir mübadiləsinə başladı. 

Danışıqlar gedişində  R.Aras  iyun  ayının 4-də Türkiyə hökumətinin Boğazlar 

rejimi ilə bağlı mövqelərini  əks etdirən təklifləri Karaxana bildirdi. Orada 

deyilirdi: 

1) Hərbi gəmilərin boğazlardan keçməsi qadağan edilir; 

2) Yalnız Qara dəniz dövlətlərindən birinə qabaqcadan razılaşdırılmış,lakin 

aşağıdakı məhdudiyyətlərlə səfərlərə icazə verilir: 

a) eskadranın - hərbi dəniz gəmiləri birləşməsinin tərkibi bir xətt gəmisi, iki 

mina gəmisi və bir sualtı qayıqdan artıq olmamalıdır; 

b) gəmilərin su tutumu 28 min tonu keçməməlidir 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə