_____________Milli Kitabxana_____________
1
Cəsur SÜMƏRİNLİ
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi
Hərbi sahədə informasiya əldə etmək
mədəniyyəti:
Azərbaycan və dünya təcrübəsi
Bakı – 2010
Bu nəşr ACİ Yardım Fondu xeyriyyə təşkilatının
verdiyi qrant məbləğindən maliyyələşdirilmişdir
______________Milli Kitabxana______________
2
_____________Milli Kitabxana_____________
3
Müəllifdən
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi “Hərbi
Jurnalistlər” İctimai Birliyinin tərəfdaşlığı ilə Açıq Cəmiyyət
İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı
“Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı”
layihəsi ictimaiyyət nümayəndələri tərəfindən maraqla qarşılandı.
Layihə şərçivəsində qarşıya qoyulan problem sadə olduğu qədər də
mürəkkəb idi: bu problem bu gün Azərbaycanın müdafiə və
təhlükəsizlik sektorunun müasirləşdirilməsi prosesinin ikinci əsas
qolu – ictimaiyyətlə əlaqələr məsələsi ilə bilavasitə bağlı idi. Əgər
islahatlar bir tərəfdən güc strukturlarının müasirləşdirilməsi
məqsədini qarşıya hədəf qoyubsa, digər əsas məqsəd bu prosesə
ictimai dəstəyin əldə olunması ilə bağlıdır. Məhz ictimai dəstəyin
əldə olunması vətəndaş cəmiyyəti qurumlari – xüsusilə də KİV və
QHT-lərlə əlaqələrin lazımi səviyyədə qurulmasına hədəflənir.
Ortada konkret sual var: necə edək ki, bizdə hərbi sahədə
informasiya əldə etmək mədəniyyəti inkişaf etsin? İnformasiya
cəmiyyətinin formalaşdığı bir dövrdə necə etmək olar ki, insanlar
ordu quruculuğu ilə bağlı istədikləri məlumatları əldə etməyə nail
olsunlar? Müdafiə və təhlükəsizlik sektorunda təmsil olunan rəsmi
strukturlarla KİV arasında qarşılıqlı faydalı və ümumilikdə
cəmiyyətin və dövlət idarəetməsinin inkişafına yönəlmiş sıx
münasibətlərin qurulması üçün nə etmək lazımdır?
Layihənin reallaşdığı dövrdə ortaya onlarla suallar qoyuldu və
onlara həm ekspertlər, həm də media işçilərinin özləri tərəfindən
aydınlıq gətirilməsinə çalışıldı. Bəlli oldu ki, cavablar və yanaşmalar
çox müxtəlifdir – buraya məsuliyyətin hər iki tərəfin boynuna
qoyulmasından tutmuş bir sıra jurnalistlərin hərbi sahədə peşəkar
olmamaları daxil edilməklə Silahlı Qüvvələrdə həyata keçirilən
islahatlarla bağlı ictimai məlumatlandırmada maraqlı olmayan
məmurların yarıtmaz fəaliyyəti kimi yanaşmalar daxildir.
Müxtəlifliyə baxmayaraq artıq nəticələr də ortadadır və düşünürük
_____________Milli Kitabxana_____________
4
ki, bu təkliflər həm güc strukturları, həm də media təmsilçiləri
tərəfindən nəzərə alınacaq. Bu isə gələcəkdə tərəflər arasında müasir,
qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulmasına səbəb
olacaq.
Bu kitab – buroşurda layihənin həyata keçirildiyi dövrdə ortaya
qoyulmuş problemlə bağlı müxtəlif rəylər, baxışlar, mövqelər,
çıxışlar əksini tapıb. Eyni zamanda təqdim olunan kitab-broşurda
Azərbaycanda hərbi sahədə informasiyaların əldə olunması
mədəniyyətinin, ümumiyyətlə, hərbi mətbuat tarixi, güc
strukturlarının KİV-lə əlaqələrinin bu günü və perspektivləri ilə bağlı
faktlar, proqnozlar və şərhlər verilib.
Güman etmək olar ki, bu kitab-buroşur Azərbaycanda hərbi
sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına ciddi bir
töhfə olacaq və burada əksini tapan faktların, mövqe və çıxışların
öyrənilməsi hərbi məlumatların əldə edilməsi istiqamətində ortaya
çıxan ciddi problemlərin həllinə müsbət təsir edəcək.
Kitabın müəllifi bu istiqamətdə yaxın perspektivdə daha geniş
həcmli kitabın nəşr edilməsinin zəruriliyini düşünür. O baxımdan
qarşınızdakı kitab-buroşurda əksini tapan problematik məsələlərə
dair araşdırmalar davam etdiriləcək.
Kitab-broşurda əksini tapan məqalələrlə bağlı hər hansı irad və
təklifi olanlar
cesursumer@mail.ru
ünvanına müraciət edə bilərlər.
Cəsur Sümərinli,
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin
rəhbəri
_____________Milli Kitabxana_____________
5
I HİSSƏ
AZƏRBAYCANDA HƏRBİ SAHƏDƏ İNFORMASİYA
ƏLDƏ ETMƏK MƏDƏNİYYƏTİNİN TARİXİ
Azərbaycanda ordu mövzusu tarixən çox aktual olunub. Çoxsaylı
müharibələr, silahlı toqquşmalar və qarşıdurma meydanına çevrilən
ölkəmiz üçün ordunun vəziyyəti, onun döyüş qabiliyyətinin
öyrənilməsi həmişə aktual məsələlərdən olub.
Son iki əsrdə Azərbaycanda ordu ilə bağlı proseslərin
ictimailəşdirilməsinə yönəlik addımların sayının tədricən artdığını
müşahidə edirik. Məhz 19-cu əsrin sonlarında Azərbaycanda milli
mətbuatın yaranması ordu ilə bağlı ictimai məlumatlandırmanın
zəruriliyinə dəlalət edəcək məqamların ortaya çıxmasına səbəb oldu.
Azərbaycanda ilk mətbuat tarixinin formalaşdığı dövrdə -
“Əkinçi” qəzetinin nəşr olunduğu zaman – 1875-77-ci illərdə ordu
islahatlarına o dövr üçün yeni olan ictimai yanaşma qaydalarının
formalaşdırılmasına başlanıldı. Bu qəzetin bir sıra saylarında hərbi
sahə ilə bağlı məlumatlar, kiçik şərhlər əksini tapır. “Əkinçi” 1877-ci
ildə “Təzə xəbərlər” şöbəsində hərbi mövzuya daha çox yer
vermişdi. Bu Azərbaycan ictimaiyyəti üçün bir növ yenilik idi:
əvvəllər ictimai fikirlərdə şayiə kimi dolaşan fikirlər, xəbərlər artıq
“Əkinçi”də əksini tapır və ictimaiyyətdə ordu ilə bağlı məlumatları
əldə etmək istəyi formalaşdırdı. Bu baxımdan biz Azərbaycanda
Ordu – KİV münasibətlərinin yaranması – hərbi sahədə informasiya
əldə etmək mədəniyyətinin tarixini ölkədə ilk milli mətbuatın
yaranması ilə eyni dövrə aid olduğunu iddia edə bilərik.
Lakin Azərbaycanda hərbi sahədə informasiya əldə etmək
mədəniyyətinin inkişafına məhz ötən əsrin əvvəllərinə - Azərbaycan
Demokratik Respublikasının mövcud olduğu 1918-20-ci illərdə
başlanılıb. O zaman yeni formalaşdırılıan Azərbaycan Ordusu ilə
bağlı müxtəlif məlumat və məqalələr dərc olunan müxtəlif qəzetlərdə
işıq üzü görürdü. “Azərbaycan” qəzetinin elə 1-ci sayında (15
sentyabr, 1918-ci il) hərbi xidmətə çağırışın uğurla başa çatması
barədə məqaləyə rast gəlirik. Bu məqalədə problemlərdən də
danışılır: orduya çağırış yaşının qeyri-müəyyən olmasının çağırış
Dostları ilə paylaş: |