həmçinin ərzaq, enerji. Ekoloji, müdafiə və s. məsələlərinin həllində idarəetmə
sistemlərinin yaradılması. Dünya göstəricilərilə müqayisədə MDB ölkələrinin ərazisi
16,3%; əhalinin sayı 5%, elmi-texniki potensial 12%-dir. Lakin bütün bunlara
baxmayaraq, Birlik ölkələrində dünya ÜDM-nin 2%-i istehsal edilir və dünya əmtəə
ixracının 1,5%-i verirlər. Bu cür nəhəng disproporsiyalar inteqrasiya imkanlarından,
təbii-resurs və istehsal potensialından səmərəli istifadə olunmamasından xəbər verir.
Cədvəl 3.1. MDB ölkələrinin ayrı-ayrı məhsullarının dünya istehsalına
münasibə tdə istehsal potensialı (%-lə ), 2010
Məhsul növləri
Müasir istehsal
stehsal potensialı
Elektroenerji
10,2
17,9
Neft (qaz kondensantı daxil olmaqla)
11,6
17,0
Təbii qaz
32,8
40,0
Kömür
10,7
16,5
Polad
10,4
22,1
Mineral gübrələr
13,0
24,7
Kimyəvi lif
3,0
6,0
Buğda
6,3
12,0
Şə
kər çuğunduru
19,4
29,7
Mə nbə : MDB-in dövlə tlə rarası statistika komitə sinin statistik bülleteni.
Cədvəldən göründüyü kimi, MDB ölkələrində istehsal olunan əsas
xammaltutumlu əmtəələrin həcmi dünya istehsalının 10%-i təşkil edir. Eyni zamanda
istehsal imkanları bu səviyyədən iki dəfə üstündür. Hesablamalara görə, MDB
ölkələrinin ÜDM-un adam başına düşən gəliri orta dünya daxili ÜMM
göstəricilərində nəzərə çarpır. 1992-ci ildə bu kəsir əmsalı 5,5-ə bərabər olduğu
halda, 1998-ci ildə 6,9-a çatmışdır. Bu da inteqrasiyanın inkişaf imkanlarından qeyri-
effektiv istifadə deməkdir.
ndiki vəziyyətə çatmış MDB ölkələrində ancaq dörd növ məhsulun istehsal
səviyyəsini hesablasaq (neft, qaz, kömür və polad dünya qiymətlərilə), onda MDB
ölkələrinin ÜDM-u dünya ÜDM-un 15%-dən az olmamalıdır. Əlbəttə bu təqribi
hesablamadır. Məhsul istehsalında daha çox enerji xərcləri tələb edən sərt iqlim
şə
rtlərini və Birlik ölkələrinin iqtisadiyyatındakı hasiledici və emal sektorlarındakı
fərqli inkişaf və əhəmiyyətli struktur disproporsiyalarını nəzərə almamaq olmaz.
Bunları diqqətə çəksək, belə nəticəyə gəlmək olar ki, 2010-ci ildə MDB ölkələrinin
ÜDM-u 30.2 mln.dollara çatacaq. Qeyd edək ki, bu rəqəm 1997-ci ildə 560
mlrd.dollar olmuşdur. Lakin 1997-98-ci illərin Asiya və Rusiya böhranları, MDB
ölkələrinin islahatlarındakı çətinliklər çətin ki bu il nəzərdə tutulmuş nəticələri vermiş
olsun.
Hal-hazırda MDB-in əsas fondlarının dəyəri sənayedə 1300 mlrd., kənd
təsərrüfatında 865, tikintidə 190, nəqliyyat və rabitədə 733, başqa sahələrdə 1500,
bütünlüklə 4588 mlrd.dollar təşkil edir.
Aydındır ki, yaranmış vəziyyəti kordinal müsbət istiqamətdə dəyişdirmək üçün
MDB ölkələrində həyata keçirilən islahatlar kursunu dəyişmək lazımdır və onu hər
ş
eydən əvvəl daxili bazarın, ayrı-ayrı əmtəə və xidmətlərin inkişafına
istiqamətləndirmək, qısa müddətdə əsas fondların köklü yeniləşdirilməsi, elmtutumlu
texnologiyanın istehsalının stimullaşdırılması, xarici iqtisadi fəaliyyətin idarəetmə
sistem və metodlarının təkmilləşdirilməsini həyata keçirmək lazımdır.
Pqotensial iqtisadi artımı reallaşdırmaq üçün xeyli investisiya tələb olunur.
1997-ci ildə qoyulmuş investisiyanın həcmi MDB ölkələrinin çoxunda 1964-cü ilin
səviyyəsinə uyğun gəlir və 1991-ci ilin orta qiymətlə 29%-i təşkil edirdi.
qtisadiyyatın bir çox sahələrinin əsas fondlarının aşınması 50% və daha çox
olmuşdur. Buna görə də MDB ölkələrində islahatlar zamanı sənayenin rəqabət
qabiliyyətinin artırılması tədbirləri həyata keçirilməlidir. Yüksək keyfiyyətli
məhsulun buraxılması üçün XXI əsrin əvvəllərində yeddi aparıcı EÖ-in potensialını
müəyyən edən 50 makrotexnologiyadan azı 10-12-i tətbiq edilməlidir. Dövlət yardımı
olmadan bu məsələni həll etmək çox çətindir.
Ə
gər 1991-1997-ci illərdə yaranmış MDB dövlətlərinin sosial-iqtisadi inkişaf
tendensiyası bu cür qalarsa, yaxın zamanda yüksək dərəcəli emal məhsullarının bu
məkandan kənarda satışını təmin etmək mümkün olmayacaq. Bundan əlavə, xarici
ticarətin ekstensiv faktorları artıq reallaşıb. Onun göstəricilərinin 1993-1996-cı illər
inkişafı xeyli dərəcədə liberallaşdırma siyasəti ilə şərtlənirdi. Lakin onunla bağlı
resurslar artıq sona çatıb. Bununla belə MDB ölkələrində kifayət qədər daxili yığımın
olmaması xarici ticarəti istisna əhəmiyyətə yüksəldir. Məhz xarici ticarət islahatların
həyata keçirilməsi və xarici borcları ödəmək üçün vəsait verir. Əvvəlki kimi, bu
vəsaitlər yanacaq-enerji resurslarından, metallardan və başqa xammallardan daxil
olur (təxminən ixracın 60%-i). Hal-hazırda MDB ölkələri hasil olunan neftin 50%-i,
neft məhsullarının 40, mineral kübrələrin 75, sellülozun 85%-dən çoxunu ixrac
edirlər. Bu qeyd olunan məhsul növlərinin ixracının son həddidir. Onların ixracının
növbəti artımı daxili istehlakın tələblərilə məhdudlaşmışdır.
Xammal ixrac edən istənilən ölkə kimi Birlik dövlətləri də dünya
iqtisadiyyatının konyukturundan çox asılıdırlır. 1997-ci ildə neft və neft
məhsullarının, kömür, əlvan metalların və s. kapitaltutumlu xammal resurslarının
qiymətlərinin düşməsindən xarici ticarətdən gələn gəlir növbəti dəfə də xeyli
artmasına baxmayaraq, dəyər göstəriciləri 2,7% azalmışdır.
Ə
vvəlki illərdə olduğu kimi indi də ÜTT-in üzvü olmayan MDB dövlətlərinə
xarici ticarətdə müxtəlif məhdudiyyətlər mövcuddur.
Xarici ticarətdə liberal mexanizmi həyata keçirməklə MDB dövlətləri nəzərdən
qaçırdılar ki, EÖ artıq çoxdandır ki, milli istehsalçıları həm iqtisadi, həm də inzibati
metodlarla dəstəklənməsini sistemli şəkildə uğurla reallaşdırırlar. MDB ölkələrində
bu cür yardımların olmaması idxal və ixrac strukturlarını xeyli korlayır, emal
sənayesi məhsullarının ixrac effektivliyini azaltmış, ixracın xammal istiqaməti xeyli
güclənmiş, ticarət şərtləri qeyri-münasib formada dəyişmişdir.
xracın həcminin "istənilən vasitə ilə" artırılması tendensiyası güclənir ki, bu
da növbəti valyuta əks-axınına səbəb olur. Hal-hazırda ixrac MDB-in ÜDM-un 25%-i
aşır, onlardan daxil olan valyutanın ümumi həcmi əvvəlki kimi büdcənin gəlir
hissəsinin böyük bir hissəsini təşkil edir.
Mövcud inteqrasiya imkanlarını xarici ticarətdə tam reallaşdırmaq üçün MDB
ölkələri öz səylərini azad ticarət zonasının yaradılması. Elmi-texniki əməkdaşlığın
effektiv sistemini və istehsal potensialını artırmaqla xarici iqtisadi əlaqələrin
yaxşılaşdırılmasına cəlb etməlidirlər.
Bildiyimiz kimi, iqtisadi inteqrasiyanın bir çox modelləri var. Lakin regional
iqtisadi əməkdaşlıq bir qayda olaraq, çoxtərəfli əsasda azad ticarət rejiminin tətbiq
olunmasından başlanır. Bu mərhələni AB dövlətləri də keçmişlər. Azad ticarət rejimi
Dostları ilə paylaş: |