Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

3.

  Xarici iqtisadi sferanın dinamik və yüksək effektli artımı təmin edə biləcək 



amilə çevirmək. 

Rusiya Azərbaycanda neft sənayesində öz mövqeyini saxlamağı davam etdirir. 

1994-cü  ildə  rus  konserni  "Lukoyl"  Xəzər  dənizinin  Azərbaycan  şelfindəki  Azəri, 

Çıraq, Günəşli yataqlarından neft çıxaran beynəlxalq konsorsiuma daxil oldu. 1995-ci 

ildə  bu  kompaniya  digər  bir  layihədə  (100mln-dan  çox  neft  ehtiyatı  olan  Qarabağ 

yatağı) əhəmiyyətli bir mövqe tutur. Burada beynəlxalq konsorsiumda payı 35% idi. 



 

Cədvəl 2.6.  dxalda ölkə qruplarınnı xüsusi çəkisi, %  

 

 

Mənbə

www.azstat.org

  


 

Dünya  iqtisadiyyatı  tendensiyalarının  və  Azərbaycanın  ticarət  əlaqələrinin 

kompleks  tədqiqatlarının  aparılması,  regionla  xüsusiyyətlərin,  coğrafi-ölkə  prioritet-

lərinin  müəyyən  olunması  və  bunun  əsasında  elmi  əsaslandırılmış  proqnozların 

hazırlanması xarici ticarətin inkişaf strategiyasının müəyyən olunmasında böyük rol 

oynayır. 



Cədvəl 2.7.  xracda ölkə qruplarınnı xüsusi çəkisi, %  

 

 



Dünya  bazarından  asılılığın  güclənməsi  şəraitində  postsovet  dövlətlərinin 

təsərrüfat əlaqələrinin yaxın xaricdən uzaq xaric ölkələrə istiqamətlənməsi idxal-ixrac 




 

ə

laqələrinin  strukturunda  və  MDB  ölkələrində  istehsal  sferasında  böyük  struktur 



dəyişikliklərə gətirib çıxarmışdır. Məlum olduğu kimi, hazırda bu ölkələrin ixracında 

yanacaq-energetik  və  mineral-xammal  resursları,  idxalda  isə  emaledici  sənaye 

məhsulları  (hazır  mallar  -  hər  şeydən  əvvəl  yüngül  və  yeyinti  sənaye  məhsulları) 

üstünlük  təşkil  edir.  1990-2005-ci  illər  ərzində  Birlik  ölkələri  arasında  qarşılıqlı  və 

birtərəfli  asılılıq  meylləri  yaranmışdır.  Bu  proses demək  olar  ki,  regional birliklərin 

yaranmasına  və  onların  müəyyən  dərəcəli  müxtəlif  siyasi-təşkilati  qruplaşmalarına 

gətirib  çıxarmışdır.  Bunlara  -  1)  Rusiya  və  Belarusa  ttifaqı;  2)  AvrAsiya  itqisadi 

birliyi (Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan); 3) Mərkəzi Asiya 

iqtisadi  birliyi  (Qazaxıstan,  Qırğızıstan,  Tacikistan  və  Özbəkistan);  4)  GUAM 

(Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova). 

Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsindən  verilən  məlumata 

ə

sasən,  2013-cü  ildə  Azərbaycan  Respublikasının  MDB  dövlətləri  ilə  ticarət 



dövriyyəsinin həcmi 4.062,88 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2.553,24 

mln.  ABŞ  dolları,  ixracın  həcmi  isə  1.509,64  mln.  ABŞ  dolları  təşkil  etmişdir. 

2013-cü  ildə  MDB  dövlətlərinin  Azərbaycan  Respublikasının  xarici  ticarət 

dövriyyəsindəki  payı  11,71  faiz  təşkil  etmişdir.  2012-ci  il  ilə  müqayisədə,  2013-cü 

ildə  MDB  dövlətləri  ilə  ticarət  dövriyyəsi  11,84  faiz,  o  cümlədən  ixrac  20,58  faiz 

artmışdır. 

Müstəqil  Dövlətlər  Birliyi  ölkələrinin  inteqrasiya  potensialının  yüksək 

olmasına baxmayaraq, blokdaxili əməkdaşlığın inkişafının kifayət qədər problemləri 

qalmaqdadır.  MDB-nin  əhalisi  planetin  əhalisinin  5%-ni,  sənaye  potensialı  dünya 

sənaye potensialının 10%-ni təşkil edir. Dünyanın əsas növ təbii ehtiyatlarına 25 faizi 

MDB  ölkələri  ərazisində  yerləşir.  Elektrik  enerjisi  hasilatına  görə  MDB  dünyada 

dördüncü  yerdə  olmaqla,  dünya  hasilatının  10%-ni  təşkil  edir.  Eyni  zamanda,  qeyd 

olunmalıdır ki, XX əsr ərzində postsovet ölkələri əhəmiyyətli industrial inkişaf yolu 

keçmiş,  elmi-texniki  və  intellektual  potensial  inkişaf  etmişdir.  MDB  ölkələrinin 

formalaşan  qlobal  iqtisadiyyatda  mövqelərinin  gücləndirilməsi  imkanları  böyükdür, 

bu  imkanlardan  qarşılıqlı  maraqlara  uyğun  istifadə  olunması  inteqrasiya 

ə

məkdaşlığının ən aktual problemləridir. 




 

 

2.3. Azərbaycanın MDB ölkələri ilə investisiya sahəsində əməkdaşğının  

mövcud vəziyyəti və istiqamətləri 

 

Azərbaycanın  da  digər  keçid  iqtisadiyyatlı  ölkələr  kimi  bir  çox  problemləri 



vardır.  Bunlardan  biri  də  investisiya  krizisidir  və  xarici  investisiyaların  cəlb 

olunmasına  Azərbaycanda  bu  vəziyyətdən  ən  uğurlu  çıxış  yolu  kimi  baxılır.  Xarici 

investisiyaların  cəlb olunmasına  Azərbaycanda  bu  vəziyyətdən  ən uğurlu  çıxış  yolu 

kimi  baxılır.  Xarici  investisiyaların  cəlb  olunması  üçün  isə  münbit  investisiya 

mühitinin olması vacib şərtdir. 

Hər  bir  ölkədə,  o  cümlədən,  Azərbaycanda  da  investisiya  mühitinə  aşağıdakı 

amillər qrupu təsir göstərir: 

1. Sosial-iqtisadi situasiya; 

2.  qtisadi vəziyyət; 

3. Hüquqi təminat. 

Azərbaycanda  hal-hazırda  siyasi  vəziyyət  qismən  sabitdir,  lakin  1990-93-cü 

illərdə olan hakimiyyət dəyişiklikləri, "Qarabağ" münaqişəsi bu illərdə investisiyanın 

dinamikasına öz təsirini göstərir. 

Azərbaycanda iqtisadiyyatın bazar səviyyəsi bütün keçmiş sosialist ölkələrində 

olduğu  kimi  çox  aşağıdır.  Azərbaycn  keçid  dövrünü  yaşayır.  Bununla  yanaşı,  bu 

ölkələrdə  iqtisadiyyatın  açıqlığı  aşağı  olduğuna  görə  onlar  xarici  investisiyalar 

haqqında xüsusi, ayrıca qanunlar qəbul etməyə borcludurlar. 

Azərbaycanda xarici investisiyaların hüquqi rejimi 4 səviyyədə müəyyənləşir: 

a) konstitusion rejim; 

b) qanunlar və digər normativ-hüquqi səviyyəsində; 

c) ikitərəfli və çoxtərəfli hökumətlərarası razılaşmalar səviyyəsində; 

d) beynəlxalq çoxtərəfli müqavilələr səviyyəsində. 

Azərbaycanda  xarici  investisiyalar  haqqında  əsas  qanunlar  "Azərbaycan 

Respublikasının  Konstitusiyası"  və  1992-ci  ildə  qəbul  olunmuş  "Xarici  investi-

siyaların qorunması haqqında" qanundur. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə