Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə2/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   2   3   4   5   6   7   8   9   ...   139

___________________________________________________7 

Rəşad Gənc: Bəli, cənab prezident. Bu, Atatürk Dil və Tarix Qurumunun 

qərarı ilə yaradılmış bir mükafatdır. Ona görə  də bununla bağlı  işləri biz 

görürük. Nəticədə təkliflərimizi hörmətli Baş nazirin rəhbərlik etdiyi yüksək 

quruma  ərz edirik. Mən də oranın üzvüyəm. Orada da görüşlər keçiririk və 

nəticədə bir qərar çıxarırıq. Hörmətli cümhur başqanımıza  ərz edildikdən, 

onun təsdiqindən sonra da nəticə tam hasil olur. 

Mən burada səmimiyyətlə ifadə etmək istəyirəm ki, Sizin bu sülh 

mükafatını almağınız üçün namizədliyiniz hörmətli Süleyman Dəmirəl 

tərəfindən verilmişdi. Təbii ki, cümhur başqanımızın namizədi kimi nəticə 

hökmən belə olmalı idi. Amma nəticə etibarilə biz də hesab edirik ki, 

həqiqətən bu mükafat layiq olduğu insana verilir. Onu hörmətli cümhur 

başqanımızın söylədiyi kimi, XX yüzilliyin tarixində mütləq qeyd olunacaq 

böyük bir dövlət adamının almasına biz çox şadıq, sevinirik. Bu mükafat 

həqiqətən layiq olan insana verililədir. 



Heydər Əliyev: Çox təşəkkür edirəm. Bizim dostluğumuz, qardaşlığımız 

çox səmimidir. Mən sizi Azərbaycanda görmək istəyirəm. Bilirəm, siz elm 

adamısınız, böyük elmi işlərlə  məşğulsunuz. Amma mən sizi qonağım kimi 

Azərbaycana dəvət edirəm. Sizin imkanınız olan zaman bizim böyük elçinin 

vasitəsilə  mənə  xəbər verərsiniz. Nə proqram lazım olsa, onu da edərik. 

Orada görüşüb  ətraflı söhbətlər edərik. Çünki Azərbaycan-Türkiyə 

dostluğunu, qardaşlığını  hər gün irəliyə aparmaq lazımdır. Heç bir şey 

yerində duranda yaramaz. Hər  şey inkişafda olmalıdır. Dostluğumuz, 

qardaşlığımız bu gün çox yaxşı bir vəziyyətdədir. 

Rəşad Gənc: Cənab prezident, bu, Sizlərin sayəsində olmuşdur. 

Heydər  Əliyev: Sabah bundan da yüksək olmalıdır. Ona görə  mən sizi 

Azərbaycana dəvət edirəm. Sizi orada qonağım kimi görməkdən məmnun 

olacağam. Türkiyə-Azərbaycan dostluğuna göstərdiyiniz xidmətlərə görə  də 

sizə təşəkkür edirəm. 



Rəşad Gənc:  Mənim üçün həyatımın  ən böyük bəxtiyarlılığı Sizin - 

dünya miqyasında böyük bir liderin, böyük bir dövlət adamının, hörmətli bir 

prezidentin dəvətlisi olmaqdır. Bu, həqiqətən böyük şərəfdir. Mən böyük 

elçinizlə görüşüb münasilə bir vaxtda gələcəyəm.  İnşallah, onda 

Azərbaycanda bir şadlıq vəsiləsi olacaqdır. Bakıda Millətlərarası Beynəlxalq 

toplantı keçirilən zaman orada Sizi ziyarət etmək mənim üçün böyük bir 

sevinc, şadlıq olacaqdır. Çox təşəkkür edirəm. 

 

 




___________________________________________________8 

TÜRKİYƏNİN BAŞ NAZİRİ  

BÜLƏND ECEVİT İLƏ TƏKBƏTƏK  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Ankara, Çankaya köşkü  



 

2 noyabr 1999-cu il 

 

Bülənd Ecevit:  Cənab prezident, xoş  gəlmişsiniz. Sizinlə 

görüşümdən son dərəcə  məmnunam. Fürsətdən istifadə edərək Sizi 

Atatürk Sülh Mükafatı almağınız münasibətilə təbrik edirəm. 



Heydər Əliyev: Təşəkkür edirəm. Azərbaycan ilə Türkiyə arasında 

dostluq sarsılmazdır. Bütün Azərbaycan xalqı qardaş Türkiyədə baş 

verən zəlzələnin müsiləətli nəticələrinin tezliklə aradan qaldırılması 

üçün əlindən gələni etməyə hazırdır. Mən dostum, qardaşım Süleyman 

Dəmirəllə  zəlzələnin mərkəzində - Kocaelidə,  İzmitdə oldum. 

Çadırlarda müvəqqəti məskunlaşdırılmış insanlarla görüşdüm. Ağır 

fəlakətlə üzləşmiş bu insanların iradəsinə, vətənpərvərlik və 

dözümünə heyran oldum. 



Bülənd Ecevit:  Cənab prezident, yeri gəlmişkən Azərbaycanın 

Türkiyəyə göstərdiyi humanitar yardıma görə, Sizə minnətdarlığımı 

bildirirəm. Biz həmişə olduğu kimi, ağır günümüzdə  də dost 

Azərbaycanın qayğı və məhəbbətini, dəstəyini hiss etdik, onun əməli 

köməyini gördük. 

Heydər  Əliyev:  Ölkələrimiz arasında hərtərəfli  əməkdaşlığı daha 

da inkişaf etdirmək üçün həm Azərbaycan, həm Türkiyə  həmişə 

birlikdə çalışır və bundan sonra da çalışacaq. Biz Xəzər neftinin dünya 

bazarlarına çıxarılması üçün çəki- 

  

 



___________________________________________________9 

ləcək Bakı-Ceyhan əsas neft kəmərinin tikintisi ilə əlaqədar bütün 

məsələlərin uğurla həll olunması üçün əlimizdən gələni etməliyik. 

Bülənd Ecevit:  Bəli, biz bütün məsələləri hərtərəfli müzakirə 

etməli, fikirlərimizi bir-birimizlə bölüşdürməliyik. Azərbaycan xalqı 

bu gün Qarabağ faciəsini yaşayır. Sizin Dağlıq Qarabağ münaqişəsini 

sülh yolu ilə nizama salınması sahəsində Azərbaycan prezidenti kimi 

gördüyünüz işləri, etdiyiniz səyləri biz də çox qiymətləndiririk, Sizi 

dəstəkləyirik. 



Heydər  Əliyev: Çox sağ olun. Dost Azərbaycan və Türkiyənin 

qardaş xalqları ölkələrini maraqlandıran bütün məsələləri həll etməyə 

çalışırlar. Mən Sizi, cənab Baş nazir, Azərbaycana rəsmi səfərə dəvət 

edirəm. Bizi maraqlandıran bütün məsələləri birlikdə həll edəcəyik. 



Bülənd Ecevit: Dəvətiniz üçün təşəkkür edir, məmnuniyyətlə 

qəbul edirəm, cənab prezident. 

  

 

 




___________________________________________________10 

 

 



SƏFƏR BAŞA ÇATDIQDAN SONRA  

VƏTƏNƏ YOLASALMA MƏRASİMINDƏ  

BƏYANAT 

 

Ankara, «Esenboğa» Hava Limanı 

 

Türkiyə prezidenti Süleyman Dəmirəlin  

bəyanatı 

 

 

Hörmətli cümhur başqanı, əziz qardaşım Heydər Əliyev!  



Sizi Türkiyədə görməkdən çox məmnunuq. Biz çoxlu görüşlər 

keçirdik, Türkiyə ilə Azərbaycan arasında  əlaqələrin daha da 

genişləndirilməsi, bölgədə vəziyyət barədə ətraflı müzakirələr apardıq. 

Biz Sizə Beynəlxalq Atatürk Sülh Mükafatını  təqdim etdik. Sizinlə 

birgə  zəlzələ bölgəsini gəzdik, Azərbaycanın Türkiyəyə yardımını 

həmin bölgəyə təhvil verdik. 

Hörmətli prezident Heydər Əliyev Azərbaycana yola düşmək üçün 

hava limanına gəlibdir. Mən istərdim ki, o, bir neçə gün də Türkiyədə 

qalsın. Hörmətli Heydər  Əliyev Azərbaycanda işləri çox olduğuna 

görə  mənim təklifimi qəbul etmədi. Amma o, qısa müddətdən sonra 

yenə  də Türkiyəyə  gələcək, noyabrın 18-19-da ATƏT-in  İstanbulda 

keçiriləcək zirvə görüşündə iştirak edəcəkdir. 

Mən hörmətli prezident Heydər  Əliyevə  uğurlar diləyirəm, «Xoş 

gəldiniz, səfa gətirdiniz, gülə-gülə gedin» deyirəm. 

  

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə