Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə4/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   2   3   4   5   6   7   8   9   ...   139

___________________________________________________14 

daşımın vaxtını da çox almaq istəmirəm. Çünki mən burada olanda o

həmişə mənimlə bərabər olur. 

Hesab edirəm ki, bu ziyarətim mənim üçün tarixi bir ziyarətdir. 

Təbiidir ki, mən noyabr ayının 17-18-də buraya gələcəyəm, ATƏT-in 

zirvə görüşündə olacağam. Mən dünən bəyan etdim, bu gün də bəyan 

edirəm ki, Bakı-Ceyhan boru xətti haqqında saziş burada 

imzalanacaqdır. Bu da tarixi bir hadisə olacaqdır. 

Əziz dostum, mən Sizə bir daha təşəkkür edirəm. Çox sağ olun, 

məmnunam. Sizi Azərbaycanda bir daha səbirsizliklə gözləyəcəyəm. 



Süleyman Dəmirəl: Yaxşı yol! 

  



___________________________________________________15 

 

TÜRKİYƏDƏN BAKIYA QAYIDARKƏN BİNƏ  



HAVA LİMANINDA  

JURNALİSTLƏRİN SUALLARINA CAVAB 

 

2 noyabr 1999-cu il 



 

Heydər  Əliyev: Siz dünən televiziyaya baxmısınız, keçirdiyim 

görüşləri görmüsünüz, yəqin ki, hər şeyi bilirsiniz. 



S u a l: Cənab prezident, keçirdiyiniz görüşlər haqqında nə deyə 

bilərsiniz? 



C a v a b: O qədər görüşlər keçirmişəm ki, onlar haqqında burada 

danışa bilərəm. Bunları televiziyada da görmüsünüz. 

Mən Türkiyənin prezidenti cənab Süleyman Dəmirəl ilə birlikdə 

dünən səhər ertədən Kocaelidə,  İzmitdə, yəni baş vermiş  zəlzələnin 

mərkəzində olmuşam, orada zəlzələdən zərər çəkmiş insanlarla 

görüşmüşəm, onlar üçün tikilmiş müvəqqəti evlərə baxmışam, 

çadırlarda insanları, onların vəziyyətini, dağıntıları görmüşəm. Orada 

çox görüşlər olubdur. 

Kocaeli Universiteti zəlzələ ilə  əlaqədar dərs ilinə indiyə  qədər 

başlamamışdı. Dünən onların dərs ilinə başlaması günü idi. Biz - 

prezident Süleyman Dəmirəl ilə orada iştirak etdik, ikimiz də nitq 

söylədik. 

İki iş adamı orada zəlzələdən zərərçəkənlər üçün müvəqqəti evlər 

tikiblər. Amma onlar elə daimi evlər kimi də ola bilər. Biz bu evlərə 

də baxdıq.  İctimaiyyətlə, yəni orada yaşayan insanlarla da görüşlər 

keçirdik. 

Əlbəttə, faciə böyükdür, fəlakətdir, xeyli insan həyatını qeyb edib, 

vəfat edib, həlak olubdur, yaralılar çoxdur. Ancaq insanların ruhu 

yüksəkdir. Türkiyə Cümhuriyyəti, milləti, hö- 

  

 



 


___________________________________________________16 

kuməti, xalqı çox böyük işlər görürlər ki, zəlzələnin vurduğu zərərləri 

aradan götürsünlər, uçqunların yerlərində yeni evlər tiksinlər. Onların 

konkret proqramları var. Məsələn, bu ayın axırına qədər bir proqram 

var, - gərək çox adamlar hazır, yaxud müvəqqəti evlərə köçsünlər. 

Müvəqqəti evlər nə deməkdir? Müvəqqəti evin içində üç-dörd otaq, 

hamamı, suyu, televizoru, radiosu var. Mən gedib bunları gördüm. 

Həmin işləri bu ayın içərisində görəcəklər. Onların qarşıdakı iki-üç ay 

üçün də proqramları vardır. Çalışırlar ki, qışın soyuqlarına qədər çox 

işləri həyata keçirsinlər. 

Bütün bu görüşlər mənim üçün çox əhəmiyyətli oldu. Onlar da çox 

sevindilər. Mən onlara yardım aparmışdım. Təxminən 100 min dollar 

dəyərində olan bu yardımı - gələn yardımların yığılması üçün orada 

onların mərkəzi vardır - təhvil verdim. Hamı bunu bilir. 

Sonra mən Ankaraya getdim. Orada Beynəlxalq Atatürk Sülh 

Mükafatının mənə  təqdim edilməsi mərasimi oldu. Deyirlər ki, 

mərasim Türkiyənin 4-5 televiziya kanalı ilə yayılaraq buraya da 

çatıbdır. Siz bunları bilirsiniz. 

Bu gün səhər isə mən terror nəticəsində yaralanmış, xəsarət almış, 

xəstəxanada müalicə olunan əsgərlərlə gedib görüşdüm. Onların 

əksəriyyəti Gülhanə Hərbi Tibb Xəstəxanasında müalicə olunur. Mən 

gedib onlarla görüşdüm. Orada təxminən 61 belə  xəstə var idi. Mən 

demək olar ki, hamısı ilə görüşdüm, onlara ürək-dirək verdim, 

hədiyyələr verdim. Onların  əksəriyyəti 20, 22, 23, 24, 25 yaşlı  gənc 

insanlardır. Ancaq bu əsgərlərin hamısında böyük ruh yüksəkliyi var. 

Vətən uğrunda döyüşmüş bu insanların birinin ayağı, birinin qolu 

yoxdur, birinin gözü görmür. Başqa ağır xəsarətlər alanlar da var. 

Amma onların ruhları çox yüksəkdir. Çünki bunu vətən yolunda 

ediblər, qazi olublar və buna görə  fəxr edirlər. Mən onları  təbrik 

edərək, xəstəxanadan çıxandan sonra Azərbaycana gəlməyə  dəvət 

etdim ki, gəlib ölkəmizdə dincəlsinlər. 

  



___________________________________________________17 

 

Prezident Süleyman Dəmirəl ilə bizim həm Kocaelidə, həm də 



Ankarada çox danışıqlarımız olubdur. Biz daim bir yerdə olmuşuq. 

Bilirsiniz ki, dünən onun 75 yaşı tamam olurdu. Mən onu orada təbrik 

etdim. Ondan sonra o, məni öz ailəsinə  dəvət etdi. Onun çoxlu 

qohumları, qardaşları, böyük bir ailəsi var. Mən və  oğlum  İlham 

şəhərdən kənarda onun ailəsi ilə bir yerdə olduq. Biz onun ad gününü 

bir yerdə, ailə şəraitində -yəni orada başqa bir tədbir keçirilmir - qeyd 

etdik. 

Bu gün mənim Türkiyənin Baş naziri Bülənd Ecevitlə görüşüm, 



danışığım oldu. Yəni mən onların hamısı ilə dünən axşam 

görüşmüşəm. Çünki mükafat veriləndən sonra orada bir kokteyl var 

idi. Burada insanlar bir saat ayaqüstə bir-biri ilə görüşüb danışırlar. 

Ancaq bu gün xüsusi görüşümüz oldu. Biz çox ətraflı danışdıq, yaxşı 

söhbətlər etdik. 

Türkiyə-Azərbaycan dostluğu yüksəklərdədir və bundan  sonra da 

yüksək olacaqdır. Mənim də, onların da istəyi, arzusu budur. 

Beynəlxalq Atatürk Sülh Mükafatı da elə buna - görə Azərbaycana, 

onun müstəqil dövlətinə, xalqımıza və sülh  yaratdığıma görə  mənə 

verililədir. 

Atatürkün sözləri var: «Yurdda sülh, cahanda sülh». Mən ilk dəfə 

1993-cü ildə yurdda, yəni ölkənin içində sülh yaratmağa çalışdım və 

bunu yaratdım. Cahanda sülhün isə bir hissəsi Qafqazdadır. 

Ermənistanla Azərbaycan arasında gedən müharibəni, qan tökülməsini 

dayandırdım. Bunu Türkiyədə çox yüksək qiymətləndirirlər. Ona görə 

də məni belə bir yüksək mükafata layiq görüblər. 



S u a l: Cənab prezident, ATƏT-in  İstanbul sammitinə  qədər 

Robert Koçaryanla görüşünüz planlaşdırılırmı? 

C a v a b: Bilmirəm. 

S u a l: Cənab prezident, Bülənd Ecevitlə görüşünüzdə onun bu 

yaxınlarda Moskvaya olacaq səfərini dəyərləndirdinizmi? 

C a v a b: Bilirəm, gedəcək, biz bu barədə söhbət etdik. Sağ olun.


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə