Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə5/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   2   3   4   5   6   7   8   9   ...   139

___________________________________________________18 

 

 



ARGENTİNA RESPUBLİKASININ PREZİDENTİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB FERNANDO DE LA RUAYA 

 

Hörmətli cənab prezident, 



Argentina Respublikasının prezidenti seçilməyiniz münasibətilə 

sizi ürəkdən təbrik edirəm. 

Mən Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında 

təşəkkül tapmış dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. 

Ümidvaram ki, ölkələrimiz arasındakı  əlaqələr genişlənib 

möhkəmlənərək xalqlarımızın rifahının yüksəlməsinə xidmət 

edəcəkdir. 

Sizə möhkəm cansağlığı  və  işlərinizdə  uğurlar, ölkənizə sülh, 

tərəqqi və firavanlıq arzulayıram. 

 

Hörmətlə



HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 3 noyabr 1999-cu il 



  


___________________________________________________19 

 

TUNİS RESPUBLİKASININ PREZİDENTİ 



ZATİ-ALİLƏRİ 

CƏNAB ZEYNULABİDİN BEN ƏLİYƏ 

 

Hörmətli cənab prezident! 



 

Sizi yenidən Tunis Respublikasının prezidenti seçilməyiniz 

münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 

Mən Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında 

dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. 

Əminəm ki, ölkələrimiz arasındakı  əlaqələr xalqlarımızın rifahı 

naminə daim genişlənəcək və inkişaf edəcəkdir. 

Sizə möhkəm cansağlığı  və  fəaliyyətinizdə  uğurlar, dost Tunis 

Respublikasının xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. 

 

Hörmətlə, 



HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 3 noyabr 1999-cu il 



  


___________________________________________________20 

 

 



AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ  

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB UİLYAM C.KLİNTONA 

 

Hörmətli cənab prezident! 



Massaçusets ştatı yaxınlığında Misir təyyarəsinin qəzaya uğraması 

nəticəsində Amerika vətəndaşlarının həlak olması  xəbərindən çox 

kədərləndim. 

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, bütün 

Amerika xalqına dərin hüznlə başsağlığı verirəm. 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 3 noyabr 1999-cu il 



  

 

 




___________________________________________________21 

 

 



MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ 

 

ZATİ-ALİLƏRİ  



 

CƏNAB MƏHƏMMƏD HÜSNİ MÜBARƏKƏ  

 

Hörmətli cənab prezident!  



Amerikanın Massaçusets ştatı yaxınlığında təyyarə  qəzası 

nəticəsində Misir vətəndaşlarının həlak olması  xəbəri məni dərindən 

kədərləndirdi. 

Həlak olanların ailələrinin dərdinə  şərik çıxır, onlara və bütün 

qardaş Misir xalqına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət 

eləsin. 


 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

 



Bakı şəhəri, 3 noyabr 1999-cu il 

  



___________________________________________________22 

 

 



HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB K.R.NARAYANANA 

 

Hörmətli cənab prezident! 



Hindistanın Orissa ştatında baş vermiş  təbii fəlakətin çox-saylı 

insan tələfatına və böyük dağıntılara səbəb olması  xəbəri məni 

dərindən kədərləndirdi. 

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, bütün dost 

Hindistan xalqına dərin hüznlə başsağlığı verirəm, yaralananların 

tezliklə sağalmasını arzulayıram. 

 

 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

 



Bakı şəhəri, 3 noyabr 1999-cu il 

  



___________________________________________________23 

 

RUSİYA FEDERASİYASI HÖKUMƏTİ SƏDRİNİN BİRİNCİ 



MÜAVİNİ NİKOLAY AKSYONENKO BAŞDA OLMAQLA 

RUSİYANIN HÖKUMƏT NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  



 

5 noyabr 1999-cu il 

 

Heydər  Əliyev: Nikolay Yemelyanoviç, mən sizi və sizin bütün 

nümayəndə heyətini Azərbaycanda salamlayıram.  Şadam ki, iqtisadi 

əməkdaşlıq üzrə Azərbaycan-Rusiya birgə komissiyası öz işini 

fəallaşdırmağa başlayır. Hörmətli Nikolay Yemelyanoviç 

Aksyonenkonun başçılığı ilə Rusiya Federasiyasının belə böyük, geniş 

tərkilədə nümayəndə heyətinin Bakıya gəlməsi buna sübutdur. 

Mənə dedibr ki, siz bu gün praktiki işlə çox fəal məşğul 

olmusunuz. Hesab edirəm ki, siz hələ  işləməli olacaqsınız. Amma 

Rusiyanın iqtisadi sahəsinin bir çox istiqamətlərini təmsil etdirən 

nümayəndə heyətinin buraya gəlməsi faktının özü onu göstərir ki

ölkələrimizin gələcək  əməkdaşlığında həqiqətən hansısa praktiki 

nəticələrə nail olmaq mümkündür. Bir daha demək istəyirəm ki, biz 

Rusiya ilə bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, elmi, insani 

sahələrdə münasibətlərimizə böyük əhəmiyyət veririk. Biz ölkələrimiz 

və xalqlarımız arasında əməkdaşlığın, hər vasitə ilə inkişaf etdirilməsi 

və genişləndirilməsi, dostluğun möhkəmləndirilməsi mövqeyində 

dururuq. Bu, Azərbaycanın xarici siyasətinin prinsipial, strateji 

istiqamətidir. Biz onu ardıcıl surətdə həyata keçiririk yə keçirəcəyik. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə