Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə6/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   2   3   4   5   6   7   8   9   ...   139

___________________________________________________24 

 

Şübhəsiz ki, iqtisadi sahə çox mühüm yer tutur. Xüsusən də ona 



görə ki, Rusiya və Azərbaycan bir çox onilliklər ərzində, hətta iki əsr 

iqtisadi cəhətdən bağlı olmuşdur. Sovetlər İttifaqı zamanı Azərbaycan 

ilə Rusiyanın müxtəlif regionları arasında yaranmış iqtisadi əlaqələrin 

bizim üçün çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu əlaqələr 

Rusiya üçün də eyni dərəcədə  əhəmiyyətlidir. Ona görə  də, sərbəst 

iqtisadiyyata, bazar iqtisadiyyatına keçidlə  əlaqədar Rusiya 

iqtisadiyyatının və Azərbaycan iqtisadiyyatının qarşılaşdıqları 

çətinliklərə baxmayaraq, ölkələrimizin iqtisadiyyatının, xüsusən 

sənayenin müxtəlif sahələrinin inteqrasiyasında birgə  səylərlə yaxşı 

nəticələrə nail ola bilmək üçün böyük ehtiyatlar var. 

Vaxtilə Azərbaycanın sənaye müəssisələrinin bir çoxu Sovetlər 

İttifaqının və xüsusilə Rusiyanın müxtəlif sənaye müəssisələri ilə 

inteqrasiyada idi. Dostumuz və həmyerlimiz, dövlət plan komitəsinə, 

xatirimdə deyil, 25 və ya 30 il rəhbərlik etmiş Nikolay Konstantinoviç 

Baybakov bu gün burada, bizim aramızdadır. O, Sovetlər  İttifaqı 

respublikalarının iqtisadiyyatını  həmişə elə planlaşdırırdı, bu 

respublikalar bir-biri ilə elə bağlanmışdı ki, heç kim onları ayıra 

bilmirdi. Bu, onun siyasəti idi. O, Sovetlər  İttifaqının iqtisadiyyat 

sahəsində intəhasız olaraq möhkəmləndirilməsi siyasətini həyata 

keçirir, düşünürdü ki, bu, Sovetlər İttifaqının bütün sahələrdə daha da 

inkişafına kömək edəcəkdir. 

Sovetlər  İttifaqının mənafeləri baxımından bu siyasət o zaman 

düzgün və uzaqgörən siyasət idi. Bu mənada Nikolay Konstantinoviçi 

təqsirləndirmək olmaz. Lakin Sovetlər  İttifaqı dağılandan, biz, necə 

deyərlər, milli evlərimizə, mənzillərimizə  yığışandan sonra, vaxtilə 

çox güclü şəkildə bir-birindən asılı olan iqtisadiyyat Rusiyaya da, 

Azərbaycana da və hesab edirəm ki, keçmişdə Sovetlər İttifaqına daxil 

olan digər ölkələrə, müstəqil dövlətlərə çox böyük zərər vurur. 

  

 

        




___________________________________________________25 

Elə bu vəziyyətdə  də bizi, inteqrasiyanın, necə deyərlər, yeni, 

keçmişdə olmayan yollarını axtarmağa vadar edir. Biz məhsulun 

hissələrini istehsal edib Rusiya Federasiyasının hansısa vilayətinə 

göndərir, oradan da onu tamamlamayilə son məhsulun istehsalı üçün 

başqa bir regiona göndərirdilər. Amma o zaman problem yox idi, 

çünki istehsal etdiyimiz məhsul üçün satış bazarları axtarmırdıq, bütün 

bunları bizim sosialist planlaşdırma və  təsərrüfatçılıq sistemimiz 

təmin edirdi. Yalnız nə  qədər məhsul buraxılması, onun qiyməti, 

istehsal həcminin nə  qədər yüksəlməsi, artım sürəti qeydə almır və 

bizim bütün işimiz də bunun əsasında qiymətləndirilirdi. Mən bu işlər 

uzun illər məşğul olduğuma görə onu yaxşı xatırlayıram. 

Ancaq, yenə  də deyirəm, Sovetlər  İttifaqının dağılması, müstəqil 

dövlətlərin yaranması bazar iqtisadiyyatına, sərbəst iqtisadiyyata keçid 

hər yerdə - Rusiyada da, Azərbaycanda da çətinliklər doğurmuşdur. 

Çətinliklərdən çıxış yolları müxtəlifdir, hər bir ölkə bu vəziyyətdən 

çıxmaq üçün öz yollarını axtarır. Amma bizim fikrimizcə,  şəxsən 

mənim fikrimcə, nə  qədər ağır olsa da, əlbəttə, başlıcası islahatları 

ardıcıl surətdə aparmaq, bazar iqtisadiyyatı prinsiplərini bərqərar 

etməkdir. Çünki son nəticədə bu məqsədə doğru gedirik və biz məhz 

həmin səviyyəyə gəlib çatanda, yəqin ki, xeyli asan olacaqdır. İndi isə, 

şübhəsiz ki, keçid dövrünə böyük ehtiyac var. Ona görə  də Rusiya-

Azərbaycan komissiyası bu baxımdan çox iş görə bilər. 

Ancaq bu, zənnimcə, məsələnin bir hissəsidir. Digər hissəsi isə 

odur ki, Rusiyada da, Azərbaycanda da islahatlar aparılır, mülkiyyət 

özəlləşdirililə, özəl sektor üstünlük təşkil edir və dövlət 

planlaşdırması, hansısa inziləati vasitələrdən istifadə etmək daha 

yaramır. Yəni özəl sektorun daha sıx inteqrasiyası lazımdır. Məsələn, 

bizdə çoxlu şərab istehsal olunur. Əvvəllər biz Sovetlər  İttifaqında 

hamıdan çox üzüm istehsal 

  

 

 




___________________________________________________26 

edirdik. Nikolay Konstantinoviçin xatirindədir. Sovetlər  İttifaqında 

yığılan 6 milyon ton üzümün 2 milyon tonunu biz verirdik. Amma 

Azərbaycan o qədər də spirtli içkilər istehlak edən ölkə deyildir. Biz 

bütün bunları - yaxşı  şərab materiallarını, yaxşı  şərabları Sovetlər 

İttifaqına göndərirdik. Altayda, Rostovda, Rusiyanın bir çox 

regionlarında hətta  şərab zavodlarımız da vardı.  İnsanlar bu 

məhsullardan istifadə edirdilər.  İndi isə Rusiya hər  şeyi Qərb 

ölkələrindən gətirir, amma burada, yanında olanı almaq istəmir. Başqa 

məhsullar sahəsində  də belədir, hər  şey Qərbdən gətirilir.  Əlbəttə, 

Rusiya beləliklə, başqalarını da buna sövq edir. Bizdə  də belədir, 

özümüzün gözəl  şərablarımızı içmək  əvəzinə, indi varlı yaşamağa 

başlamış bəzi adamlar deyirlər ki, yox, Fransa şərabı içəcəyik. Amma 

hesab etmirəm ki, onlar Fransa və Azərbaycan  şərablarının dadını 

ayırd edə bilərlər.  Ədəbazlıqdır! Desinlər ki, o, yalnız Fransa şərabı 

içir. 


Bu, yalnız kiçik bir misaldır. Belə misallardan çox çəkmək olar. 

Dediyim odur ki, sənaye müəssisələrimizin işləməsi üçün keçmiş 

inteqrasiya  əlaqələrindən istifadə etməliyik. Digər tərəfdən, bir-

birimizdəki bazarları itirmək lazım deyildir. Məsələn, biz taxılı ən çox 

Rusiyadan, Qazaxıstandan gətiririk. Özümüz əvvəlkindən çox taxıl 

istehsal edirik, ancaq bu, kifayət etmir. Rusiyadan gətiririk. Bəs nə 

üçün Rusiyaya, deyək ki, yaxşı şərab materialları aparılmasın? Yaxud, 

misal üçün, bizim Zaqatala zonasında gözəl və dadlı meyvə olan 

xurma yetişdirirlər. Bizdə bu məhsulun istehsalı ilə  məşğul olan 

xüsusi kolxozlar və ya sovxozlar yox idi, necə ki, yeri gəlmişkən, 

üzüm yetişdirən dövlət təsərrüfatları da olmamışdır. Belə bitkiləri 

insanlar özlərinin həyətyanı sahələrində yetişdirirdilər. 

Xatirimdədir, 80-ci illərin əvvəllərində biz ildə təxminən 50 ton nar 

tədarük edirdik. Rusiyada isə son dərəcə faydalı məhsul olan narı çox 

xoşlayırlar. Eləcə də xurma. Amma çoxlu 

  

 



        

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə