Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə7/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   2   3   4   5   6   7   8   9   10   ...   139

___________________________________________________27 

çətinliklər var. Bilmirəm, bu il necədir. Mövsüm artıq başlayıb. 



Abbas Abbasov: Bu gün biz həmin məsələni müzakirə etdik. 

Heydər Əliyev: Lakin keçən il çox məhsulumuz zay oldu. Belə ki, 

biz özümüz o qədər xurmanı yeyə bilmərik, insanlara fayda gətirəcəyi 

yerlərə isə xurma gedib çıxmır. Ona görə  də özəl biznes sahəsində 

iqtisadi 

əlaqələrimizin inkişafı üçün, hələlik tamamilə 

özəlləşdirilməmiş iri sənaye müəssisələrinin xətti ilə daha yaxşı 

nəticələr  əldə etməkdən ötrü inteqrasiya əlaqələrimizin inkişafı üçün 

böyük imkanlara malikik. Amma təəssüflər olsun ki, bu imkanlardan 

indiyədək istifadə edilmir. 

İndi görürəm ki, komissiya belə yaxşı  və mötəbərdir. Mən sizin 

buraya gəlməyinizi alqışlayıram. Ümid edəcəyik ki, bu, iqtisadi 

münasibətlərimizin inkişafında yeni mərhələ olacaqdır. Odur ki, 

buraya gəldiyinizə görə sizə  təşəkkür edirəm, sizi salamlayıram və 

ümidvaram ki, Azərbaycanda keçirdiyiniz görüşlər ölkələrimiz 

arasında  əməkdaşlığın daha da inkişaf etməsi üçün yaxşı  zəmin 

yaradacaqdır. Sözü sizə verirəm. 



Nikolay Aksyonenko: Çox hörmətli Heydər  Əlirza oğlu, burada, 

Azərbaycanda, Bakıda olmaq imkanına görə çox şadam. Biz Sizə 

minnətdarıq ki, bu gün bütün sahələrdə  əməkdaşlığın qaydaya 

salınması ilə bağlı iş aparılması üçün dövlət başçıları tərəfindən təyin 

olunmuş birgə hökumətlərarası komissiyamızı  qəbul edirsiniz. Mən 

Sizinlə tam razıyam ki, bizim bu gün burada olmağımız gələcək 

inkişaf yolu ilə irəliləmək istədiyimizi, şübhəsiz, təsdiqləyir. 

Biz bu şəhərdə olmağımızdan məmnunluq duyuruq. 1997-ci ildə 

burada MDB ölkələrinin dəmir yol nəqliyyatı  şurasının iclasını 

keçirərkən Sizin qəbulunuzda olmaq imkanı qazanmışdım. Siz bütün 

nümayəndə heyətimizi qəbul etdiniz, sonra isə ayrıca söhbətimiz oldu. 

Elə onda biz Azərbaycanın çox 

  



___________________________________________________28 

ciddi  şəkildə irəlilədiyini, dinc inkişafını, iqtisadiyyatın təşəkkül 

tapdığını gördük. Bu gün şəhərdən bir daha keçərkən Bakının getdikcə 

gözəlləşdiyini, yeni-yeni evlərin, məhəllələrin, komplekslərin 

meydana gəldiyini, onun müasir bir şəhərə çevrildiyini gördüm və 

bundan məmnunluq duydum. 

Biz Sizin hökumətinizlə  əlaqə saxlayır, bir çox istiqamətlərdə 

əməkdaşlıq etməyə çalışırıq. Məlumatımız var ki, Sizin rəhbərliyinizlə 

iqtisadiyyat indi kifayət qədər fəal inkişaf edir, real istehsala qoyulan 

sərmayələr artır. Bütün bunlar Azərbaycan kimi belə gözəl bir 

dövlətin, onun insanlarının firavan yaşaması üçün zəmin yaradır. 

Başa düşürəm ki, bu gün problemlərimiz çoxdur. Sizinlə razıyam 

ki, biz qısa zaman kəsiyində  hər  şeyi yenidən qiymətləndirməli, bir 

çox mövqelərə yenidən baxmalı, bir çox istiqamətlərdə yenidənqurma 

ilə məşğul olmalı idik. Şübhə yoxdur ki, bu, hətta çox böyük arzu olsa 

da, həm obyektiv, həm subyektiv səbəblərə görə, bəlkə  də müəyyən 

çətinliklər ucbatından həmin işi daha konstruktiv surətdə görməyə, iki 

dövlətin həqiqətən həll etməli olduğu məsələləri həll etməyə imkan 

verməmişdir. Bəzi məsələlər yığılıb qalmış, digərləri həllini 

gözləmədən öz-özünə yox olub getmişdir. 

Lakin bu gün, zənnimcə, bizim bir-birimizi başa düşərək, 

problemləri konstruktiv, operativ surətdə həll etməyə və nəinki dövlət 

strukturları  çərçivəsində, həm də, Sizin vurğuladığınız kimi, özəl 

strukturlar çərçivəsində  əməkdaşlığa zəmin yaratmağa imkan verən 

münasibətləri sahmanlamaq üçün bütün imkanlarımız var. Buna görə 

də komissiyamız çərçivəsində vəzifəmiz, şübhəsiz, həmin strukturların 

işi üçün ən əlverişli şərait yaratmaqdır. Əgər onlar ümumi dil tapsalar 

və biz, hökumətlər, həmin strukturlardan ötrü qanunvericilik məkanı, 

şərait yaratmalı olanlar da bunu başa düşsək, onda, əlbəttə, 

müvəffəqiyyət də əldə ediləcəkdir. 

  



___________________________________________________29 

Heydər Əlirza oğlu, bu gün biz komissiyamız çərçivəsində işlədik

ekspertlərimizin yerinə yetirdikləri işə yekun vurduq. Demək istərdim 

ki, biz vaxt tələb olunan məsələlərin əslində hamısının həlli yollarını 

tapa bildik. Belə məsələlər var. Biz bu vaxtı uzatmağa, əlavə müzakirə 

üçün  ən qısa vaxtı müəyyənləşdirməyə çalışdıq və komissiyanın 

qərarları  əsasında nazirliklərə  də, baş idarələrə  də, ayrı-ayrı 

müəssisələrimizə  də yaranmış  vəziyyətdən çıxış yolunu tez tapmağa 

imkan vermək üçün necə görüşmək barədə, nəinki hökumətlər arası 

komissiya çərçivəsində, həm də  işguzar  əlaqələr səviyyəsində 

görüşmək haqqında razılığa gəldik. Düşünürəm ki, biz bunların 

hamısına nail olacaq və nə kimi addımlar atdığımız, bu addımların hər 

iki dövlətin iqtisadiyyatları üçün nə  dərəcədə  sərfəli və  səmərəli 

olduğu barədə dövlətlərin rəhbərlərinə - Sizə  və Boris Nikolayeviçə 

məmnunluqla məlumat verəcəyik. 

Bu gün həqiqətən kifayət qədər mötəbər komissiya var və bu, onun 

rəhnidir ki, biz problemlərin həllinə,  əməkdaşlığın yeni-yeni 

formalarını axtarıb tapmağa çalışırıq. Demək istəyirəm ki, 

həmkarımdan, həmsədr Abbas Aydın oğlundan tərəvəz, digər məhsul 

növləri ilə bağlı eşitdiyimiz faktlar ancaq ürək ağrısı doğurur ki, belə 

hallar baş vermişdir. Çünki biz bütün bunların hər hansı dövlət üçün, 

bütün bunlara malik olmaq imkanından məhrum insanlar üçün nə 

qədər gərəkli və mühüm olduğunu bilirik. Başa düşürük ki, bu, 

həlledici məqamdır və qiymətlərin artmasına səbəb olur. Şübhəsiz, biz 

nəinki bu qiymətli məhsulu yetişdirənlərin, həm də onu istehlak 

edənlərin mənafeyi ilə bağlı olan bu məsələlərə münasibətimizi 

bildirəcəyik. Biz bütün bu məsələlərin həlli yollarını tapacağıq. 

     Bu  gün  həmkarlarımın və komissiyanın Azərbaycan tərəfindən 

olan bütün üzvlərinin konstruktiv mövqeyi xoşuma gəldi. Zənnimcə

Siz əmin ola bilərsiniz ki, növbəti görüşün gələn il aprelin axırlarında 

keçiriləcəyi barədə   razılığa gələ- 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə